az / ru
 
     
 
Ana səhifə > Biznes > Obyekti̇v

Milanda alış-veriş

10.07.2014

Milan gəzməli-görməli yerlərilə məşhur olan klassik İtaliyanın səyahət proqramına daxil olmasa da, onun şöhrəti tamam başqadır. Bu şəhər dünya və İtalyan modasının paytaxtı hesab edilir, ona görə  də  istənilən alış-veriş dəlisi üçün bura əsl klassik səyahət məkanıdır. Milan çox şöhrətli brendlərin vətənidir-  “Prada”, “Versace”, “Gucci”, “Armani”…

Milanda alış-verişin üstünlüyü həm də ondadır ki, burada İtaliya istehsalı olan geyimlər daha sərfəli qiymətə təqdim edilir. Qiymətlər arasındakı fərq, xüsusən də Bakının butik və ticarət mərkəzləri ilə müqayisədə hətta 30%-dən 45%-dəkdir. Ola bilər ki, incəsənətə və ya tarixə meyilli orta statistik azərbaycanlı turist səmimi olaraq hesab edir ki, qiymətli vaxtını Milanda alış-veriş kimi qeyri-ciddi məşğuliyyətə sərf etmək əməlli-başlı günahdır. Halbuki, təcrübəli alıcılar bizi yaxşı anlaya və Milanda alış-veriş etməyin üstünlükləri barədə çoxlu səbəblər gətirə bilərlər. Birinci səbəb, yuxarıda qeyd etdiyimiz kimi qiymətlərdə udmaqdır. Ancaq burada brend malların ucuz qiymətə satıldığı barədə miflərin yalan olduğunu da deməyə tələsirəm. Milanda keyfiyyətli alış-veriş üçün orta statistik azərbaycanlıya 2-4 min avro lazım gələcək. Qarderobunuza  500-1000 avro həndəvərində pul xərcləməyi düşünürsünüzsə, ümumiyyətlə Milana getməyə dəyməz. Hətta siz bahalı olmayan şuba almağa belə qərarlı olsanız da, inanın ki, bu məbləğlə alış-veriş kimi nəzərdə tutduğunuz səyahət öz mənasını itirəcək.  

Məlumdur ki, Milanda İtaliya dizaynerlərinin məhsulları Bakının dəbli mağazalarında olduğunundan bir neçə dəfə ucuz olacaq. Bundan başqa, Milan mağazalarında ötən mövsümün modelləri təqdim olunur, halbu ki, həmin dəblər hələ buralara gəlib-cıxmayıb. Sirr deyil ki, Bakıda yeni kolleksiyanın qiymətinə bizə köhnə kolleksiya da sata bilərlər. Milanda alış-veriş üçün daha bir mühüm səbəb məhsulların geniş çeşidinin olmasıdır. Ən nüfuzlu mağazalar isə Montenapoleon küçəsində yerləşir. Onun yaxınlığında tursitlərin qızıl üçbucaq adlandırdığı  “modanın kvadratı” kimi tanınan mərkəz yerləşir. Burada iri dizayner şirkətləri olan “Hermes”, “Chanel”, “Trussardi”, “Dolce&Gabbana”, “Valentino”, “Gucci”, “Missoni” brendlərinin dəbdəbəli satış butiklərini də tapmaq olar. Milan küçələri həqiqi mənada çox yaxşı və dəblə geyinmiş çoxlu insnanları, xüsusən də səliqəli qarderoba malik  kişiləri ilə fərqli təsəvvür yaradır.    

Məhz bu şəhərdə, heç yerdə olmayan kimi başa düşürsən ki, düzgün geyinmək – bu özü bir incəsənətdir və bu incəsənəti öyrənmək mümkündür, həm də vacibdir. Burada ilk dəfə olaraq duyursan ki, adi bir qəd-qamətə paltar necə fantastik şəkildə gözəl otura bilər: zərif, təmiz, dəblərin kombinasiyası göz oxşayır.

Milan mağazaları ciddi məhdudiyyətlərə malik deyil: adi iş günləri saat 9:00-9:30-dan 13.00-dək və 15:30-dan 19:30-dəkdir. Zövq oxşayan fərlilik kimi kitab və kompakt disklər mağazalarına baş çəkmək olar. Bu mağazalar hətta bazar günləri də gecə saat 11-dək işləyirlər. Mağazaların əməkdaşlarını təkcə ciddi görkəmləri deyil, həm də ingilis və digər xarici dillərə sahib olmaları da fərqləndirir. Üstəgəl, alıcılara mehriban münasibətlərini ayrıca vurğulamaq yerinə düşər. Butiklərdə həmişə gülümsəyirlər, özü də tam səmimi olaraq, hətta əliboş çıxanda belə “grazie”, deyib yola salırlar.

Xüsusilə qeyd etmək lazımdır ki, Milanda ənənəvi satışlar ildə iki dəfə olur. Satıcıların dediyinə görə, yay mövsümü iyulun əvvəlində başlayır və avqustun sonuna qədər davam edir. Qış mövsümü isə yanvarın 7-də start götürür və fevralın sonunda yekunlaşır. Satış mövsümündə multibrendlərin yeniliklərini izləmək istəyənlərin “La Rinascente”, “Upim”, “Corso Como”, “Antonioli” univermaqlarını ziyarət etməkləri məsləhətdir. Bundan başqa, istənilən zövq üçün brend paltar və ayaqqabıları “Fiera Milano” sərgi mərkəzinin pavilyonlarında görmək olar. Bura həm böyük sahəsinə, həm də imkanlarına görə sizi təəccübləndirəcək – mağazalardan əlavə burada çoxlu kafelər, restoranlar, bank filialları, avtomabil duracaqları, aptek, polis məntəqəsi, tibbi yardım məntəqəsi, hətta metro stansiyası da mövcuddur. Bu, Milanda 345 min kvadrat metr ticarət sahəsini əhatə edən ən yaxşı xidmət səviyyəsilnə malik mərkəzdir.   

Mövsümlərarası alış-veriş üçün Milanın yaxınlığında, təxminən 60-100 metrliyində yerləşən autletləri sınaqdan keçirmək olar. Bu zaman avtomobilin icarə haqqını düşünmək, ya da şəhər ətrafına xüsusi avtobuslarla getmək lazımdır. Məsələn, “Saravella” autletinə birnəfərin getməsi 20 avroya başa gəlir. Milan yaxınlığındakı autletlərdə bütün brend məhsulları ucuz qiymətə təqdim olunur. Ötənilki kolleksiya burada orta hesabla 3 dəfə daha ucuzdur.

Həmçinin yalnız “Prada”, “Armani”, “D&G” kimi tanınmış markalara məxsus salonlarla yanaşı, ənənəvi italiya brendlərinə də baxmaq olar. Belə mağazalarda çox maraqlı əşyalar tapmaq mümkündür. Modalar şəhərinə alış-verişə gələn turstlər üçün bir üstünlük məşhur “tax-free” sistemidir. Əgər, siz Avropa Birliyinə daxil olmayan ölkənin vətəndaşısınsa, malın əlavə dəyər vergisinin (ƏDV) payına düşən hissəni ödəməkdən azadsınız. İtaliyada paltar və ayaqqabılarda ƏDV 12% faizdən başlayır, xəz, qızıl-zinət əşyaları kimi daha qiymətli məhsullar üzrə 35% də ola bilər. “tax-free” qəbzini rəsmiləşdirmək üçün minimum  154,94 avro dəyərində alış-veriş etmək lazımdır. Bu zaman satıcı alıcının pasport məlumatlarını, məhsulların adını, alışın məbləğini və qaytarılan məbləği göstərən xüsusi blank doldurur. 

Dünya modasının paytaxtını ziyarət etməklə, italyanlarla ünsiyyət qurmaqla özünüz üçün həyata münasibətdə yeni yanaşma kəşf etməməyiniz mümkün deyil. Təbii ki, Milana səyahət, təkcə gözəl və sərfəli qiymətə geyinmək imkanı ilə yadda qalmayacaq. Redaksiyamızın fikrincə, daha maraqlısı gəzinti, ekskursiyalarla alış-verişi və sadəcə milanlılarla söhbət etməyi birləşdirmək daha maraqlı olardı. Axı ayaqqabı, paltar və alış-verişin digər predmetləri yüksək qiymətinə və keyfiyyətli hazırlanmasına baxmayaraq, həmişə köhnəlir, ancaq Milan və italiyalılar haqqında təəssüratlar və emosiyalar isə bir heç zaman sönməyəcək, unudulmayacaq.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (330)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (219)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (278)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (282)
+ Tikinti və landşaft (542)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (343)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.