az / ru
 
     
 
Ana səhifə > Biznes > Obyekti̇v

Özü balaca, gücü böyük!

04.04.2014 | Mik Blum

Müasir dünya bazarının səhvlərindən biri kiçik biznesə aid açıqlanan fikirlərdə acizliyin olduqca möhkəm kök olması ilə bağlıdır. Analitiklərin əksər bir hissəsi və işgüzar dairələr bu biznesə aid "kiçik" sözünü istifadə edərkən, soyuq məntiq əvəzinə daha çox atalıq instinktlərinə qapılırlar. Bəlkə də bu amil "müdafiəsiz" körpəni "vəhşi" dünyanın əzablarından qorumaq üçündür. Amma unutmaq lazım deyil ki, əksər hallarda kiçik biznes öz mövcudluğu dövründə demək olar ki, böyük qardaşından heç geri qalmır.

Məlumdur ki, bazardakı dəyişikliklərə məhz kiçik biznes sahibləri daha asan adaptasiya olunur və yeniliklərə məhz onlar daha sürətlə uyğunlaşır. Kiçik biznesin üstünlüklərindən biri də onunla bağlıdır ki, maksimum səmərəliliyə nail olmaq üçün böyük addımlaq və vəsaitlər tələb olunmur. Uğur üçün hətta şərait də o dərəcədə vacib deyil. Başqa sözlə, qısa müddət ərzində müştərilərini daha yüksək keyfiyyətli məhsullarla və xidmətlərlə təmin etmək sanki onun əlində "tuz kozır"dur. Təbii ki, kiçik biznesin gücü yalnız "könül xoşluğu"nda deyil, üzdə qalmaq istəyindədir.

Bir sıra ölklər üzrə aparılan statistik tədqiqatlara görə, əksər hallarda Ümumi Daxili Məhsulun (ÜDM) yarıdan çoxu məhz kiçik biznesin payına düşür. Azərbaycanda kiçik və orta biznesin ÜDM-dəki payı 25%-dən azdır. Rəsmi statistikaya əsasən, bu göstərici 2013-cü ilin yekunlarına görə 23.5% təşkil edib. Özbəkistanda bu göstərici təxminən 54%-dir, Qırğızıstanda 40% səviyyəsindədir. Kiçik və orta sahibkarlığın payı Azərbaycanın qeyri-neft baxımından hesablanan ÜDM-də də 41-42% civarındadır. Başqa sözlə, milli iqtisadiyyatımızda gündəlik kiçik və orta sahibkar tərəfindən 37-38 milyon AZN dəyərində məhsul və xidmətlər istehsal olunur. ÜDM-də kiçik biznesin payı heç də onun iqtisadiyyatda oynadığı vacib rolunu əks etdirən yeganə amil deyil.

Kiçik biznes gündəlik və ilkin baxışdan iri şirkətlərdən ibarət iqtisadiyyatımızda sanki vacib ədviyyat – «duz» istehsalçılarıdır. Məlumdur ki, kiçik qurumların fəaliyyətində fasiləsiz düzəlişlər labüddür. Məhz onlar daima yeni texnologiyalar tətbiq edir, qeyri-adi həllər axtarır, yeni istedadları işə qəbul edir. "Microsoft", "Harley Davidson", "Facebook" və bir sıra başqa brendlərin yaranması və inkişafı buna əyani sübutdur. Təsadüfi deyil ki, iri şirkətlərin bir qismi kiçik biznesə maliyyə dəstəyi verir. Axı, bütün böyüklər nə vaxtsa balaca olublar. Korporativ nəhənglərin riskli təcrübələri isə bir çox hallarda daha miqyaslı zərərlərə səbəb olur.

Kiçik biznesin ikinci və əvəzolunmaz xüsusiyyəti onun ölkəmizdə orta təbəqəni formalaşdırmasıdır. Cəmiyyətdə əldə olunan gəlirlər üzrə mövqeləri sabitləşdirərək, kiçik və orta sahibkarlar yarana biləcək təzadları zəiflədirlər Beynəlxalq maliyyə institutlarının təhqiqatlarına əsasən, Azərbaycanın bölgələrində iqtisadi fəal əhalinin təxminən 70%-i bugün fərdi sahibkarlıqla məşğuldur və ya kiçik biznesə cəlb olunub.

Araşdırmalara görə, ölkəmizdə sahibkarlıq fəaliyyətinə başlamaq üçün orta hesabla ilkin kapital təxminən 20 min AZN təşkil edir. Dünya Bankının illik "Doing Business" hesabatına görə, Azərbaycan əlverişli işgüzar reytinqdə mövqeyini yüksəldib. Adıçəkilən hesabatda ölkəmiz regionda yalnız Türkiyədən geri qalaraq 189 ölkə arasında 70-ci pillədə qərarlaşıb. İlk növbədə "biznesin başlanğıcı" əmsalı üzrə irələyiş müsbət təəssürat yaradır. Bu göstərici üzrə Azərbaycan Dünya Bankının hesabatında ilk dəfə 10-cu yerə çıxıb. Nəticədə ölkəmizin bu sahədəki təcrübəsu Sinqapur və Honkonq kimi nəhəng iqtisadiyyatları ilə bərabər ən müsbət nümunə kimi digər ölkələrə belə tövsiyyə olunur. Bölgənin əksər ölkələri ilə müqayisədə Azərbaycanda şirkət açmaq üçün prosedurlar sayca daha azdır. Şirkətin qeydiyyat müddəti cəmi bir həftə təşkil edir, açılması üçün mütləq sayılan üç prosedur var, onlar üzrə sahibkarların xərcləri isə 34 manatdan 70 manatadək qiymətləndirilir.

Biznesin qeydiyyatı və kiçik xərclərlə bağlı əldə edilən uğurlar hələki kiçik və orta sahibkarların sayının göstəricilərinə təsir etməyib. Ölkə üzrə kiçik və orta biznesin dövriyyəsi 2013-cü ilin yekunlarına görə, $17 milyard dəyərində qiymətləndirilir. Eyni zamanda, hüquqi şəxs olmadan fərdi sahibkarların sayı müvafiq dövrdə 455 minə qədər artıb. Bu, 2012-ci ilin yekunlarından 27.8 min və ya 6.44% çoxdur. Qeyd edək ki, fərdi sahibkarların yalnız 34%-i Bakıda və paytaxtın qəsəbələrində biznes fəaliyyətilə məşğuldurlar. Orta təbəqənin formalaşmasında kiçik və orta biznesin əhəmiyyətli sosial rolu barədə sahibkarların gəlirləri də məlumat verir. Orta hesabla hər bir fərdi sahibkarın aylıq gəlirləri təxminən $400 bərabərdir. Bu rəqəm Azərbaycanda orta aylıq əmək haqqından bir qədər az olsa da, ölkədə yoxsulluqla mübarizədə müəyyən nailiyyətlərə dəlalət edir. Beləliklə, kiçik biznes daha çox sosial inkişafda vacib əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda kiçik sahibkarlıq və fərdi biznes adətən istehsal yönümlü deyil, ticari və xidmət fəaliyyəti sahələrini əhatə edir. Hərçənd onların sahibləri qismən iqtisadi fəal vətəndaşlar hesab olunurlar. Ən azı onlar hökumətdən sosial yardım gözləmədən özlərini doydura bilirlər. Bundan başqa, kiçik biznes Azərbaycanda vergi daxilolmalarında əsas mənbələrdən biridir. Onun sahibləri bütün fiskal məsuliyyətləri müntəzəm olaraq yerinə yetirməkdə nümunəvidirlər. Həmçinin, son illərdə məhz kiçik və orta sahibkarlıq milli iqtisadiyyatda iş yerlərinin artmasında hərəkətverici qüvvəyə çevriliblər. İqtisadiyyatda risklərin diversifikasiyası nöqteyi-nəzərdən dəyişən iqtisadi reallıqlara uyğunlaşmağa kiçik biznes daha münasibdir.

Kiçik biznesin yığcamlığı krizis senarilərinin inkişafında da özünəxas "təhlükəsizlik yastığı"nı gücləndirir. Məhz buna görə, ekspertlərin qiymətləndirməsi belədir ki, iqtisadiyyatda kiçik və orta biznesin payı ÜDM minimum 40-50%-ni təşkil etməlidir. Aydındır ki, bu cür göstərici kifayətqədər inkişaf etmiş və sözdə deyil, öz konkret fəaliyyətilə "neftqaz sindromundan" yaxasını qurtarmaq istəyən dövlətdə mümkündür. Təsadüfi deyil ki, dünya iqtisadiyyatında böhran baş verərkən Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək proqramları həm maliyyə, həm də keyfiyyət baxımdan yüksəldi. Onlar demək olar ki, ilbəil təkmilləşirlər. Yerigəlmişkən, son bir ildə vergi deklarasiyanın təqdim olunmasının elektron sistemə keçidi və internet vasitəsilə vergilərin ödənilməsi sayəsində verginin inzibatçılıq yükü azalıb. Bundan başqa, gəlir vergisinin dərəcələri endirilib, ölkədə sənaye parklarına güzəştlər tətbiq edilib, aparılan yoxlamalara məhdudiyyətlər qoyulub. İqtisadi inkişaf nazirliyində fəaliyyət göstərən Fond vasitəsilə sahibkarlığın maliyyələşdirilməsilə yanaşı, bu növ islahatlar ölkənin yalnız iqtisadi deyil, həm də şüurlu şəkildə dəyişməsinə səbəb ola bilər.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (302)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (334)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (233)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (281)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (284)
+ Tikinti və landşaft (544)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (351)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.