az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Obyektivdə

Krımdakı hadisələr dünyanın 300 varlısını $44 milyarddan məhrum etdi

05.03.2014 | A.M.

Rusiyanın Ukraynadakı hadisələrə müdaxiləsi və Krımdakı gərginlik bir çox varlı biznes sahiblərinə milyardlarla zərər vurdu. “Bloomberg” agentliyinin məlumatına görə, yalnız bir gün ərzində dünya birjalarında Rusiyanın biznes elitasına $12.8 milyard məbləğində ziyan dəyib. Kotirovkaların çökməsi nəticəsində $5.36 milyard itirən milyarderlər arasında ən böyük zərərçəkənlər Gennadi Timçenko, Leonid Mihelson, Vladimir Lisin və həmyerlimiz Vahid Ələkbərovdur.

Azərbaycanlı köklərə malik olan “Lukoil” neft şirkətinin əsas səhmdarı və rəhbəri bu həftə  $960 milyon kasıblaşıb. Rusiya birjalarında yalnız “qara bazar ertəsi” günü Vahid Ələkbərovun itkiləri $694 milyon dəyərində qiymətləndirilir. Neftçı kimi karyerasını Bakıda başlayan V.Ələkbərov, itkilərə baxmayaraq, əvvəlki kimi başçılıq etdiyi holdinqin əsas səhmdarı sayılır. Rusiya neft nəhənginin səhmlərinin 20.87%-i məhz onun payına düşür. Amma nüfuzlu “Forbes”-un dünyanın varlıları reytinqində Vahid Ələkbərov 55-ci yerdən 76-cı pilləyə düşüb. “Forbes”-un Rusiya siyahısında isə ilk azərbaycanlı-milyarder $13.6 milyard sərvətlə beşinci yeri tutur.

“Lukoil”-dakı səhm paketindən başqa, Xəzərin Azərbaycana məxsus yataqlarının işlənməsində və kəşfiyat işlərində fəal iştirak edən həmyerlimiz “Uralsib” maliyyə korporasiyasında səhmlərin 7%-nə sahibdir. O, “Uralsib-İnvest” törəmə şirkəti vasitəsilə Azərbaycanda fəaliyyət göstərən “NikOil” bankının səhm paketinin də 13.88%-ə malikdir. Rusiya neft nəhənginin Bakıdakı əsas törəmə şirkəti yanacaqdoldurma məntəqələri şəbəkəsinə malik olan “Lukoil-Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətidir. Ümumilikdə “Lukoil”-un Azərbaycanın neft sahəsinə yatırımları çoxdan $1 milyardı ötüb. Ukrayna hadisələrinə baxmayaraq, Rusiya şirkəti “Şahdəniz” yatağının işlənməsi üzrə birinci fazanı genişləndirmək məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankından $200 milyon həcmində kredit almağa müvəffəq olub.

Səhmlərin çökməsi ilə bağlı risklərdən başqa, Rusiyanın böyük biznesi Vahid Ələkbərovun qismində Ukraynadakı gərginlik nəticəsində “Krım Riviera" otelini də itirə bilər. 200 yerlik bu mehmanxananın qurulmasına "Lukoil"-un başçısı və onun tərəfdaşları $61 milyon investisiya yatırıblar. Bu isə son illərdə Krım iqtisadiyyatına qoyulan ən iri həcmli investisiyadır. Ziyanverici risklər civarında Polşada “Lukoil” benzindoldurma məntəqələrinin boykot edilməsi ilə bağlı aksiyaları da qeyd etmək lazımdır. Ukraynanın yeni hökumətinə rəğbətini ifadə edən polyaklar həmvətənlərini Rusiya sərmayəli benzindoldurma məntəqələrinə qarşı çıxış etməyə çağırıblar. Xatırladaq ki, hazırda Polşada “Lukoil”-un 150 yanacaqdoldurma məntəqəsi mövcududr.

Qeyd etmək lazımdır ki, Rusiyanın Ukrayna ilə bağlı siyasəti ucbatından dünyanın 300 varlısı bu həftə ərzində $44 milyarddan çox itki ilə üzləşib. Onlar arasında “Microsoft”-un banisi Bill Qeyts və “Forbes”-un Ukrayna varlıları siyahısının başçısı Rinat Axmetov da var. “Bloomberg” və “Forbes”-un qiymətləndirmələrinə görə, onların itkiləri müvafiq olaraq $527 milyon və $700 milyondur.

Xatırladaq ki, birjalarda kotirovkaların çökməsi, martın 1-də Rusiya Federasiyası Şurasının prezident Vladimir Putinə Ukraynaya qoşun yeritmək hüququnu verilməsi ilə bağlı qəbul etdiyi qərardan sonra baş verdi. Rusiya-Ukrayna münaqişəsi və silahlı qarşıdurmanın baş vermə ehtimalı, eləcə də Qərbin Rusiyaya qarşı sanksiyalar təhlükəsinin artması, investorlar üçün sanki bir şok oldu. Bununla əlaqədar Rusiya fond bazarının kapitallaşdırılması bir gün ərzində $54.5 milyard çökdü. Kotirovkaların çökməsi (20%-dən çox) səbəbindən bir sıra Rusiya şirkətləri səhmlərinin elektron ticarət əməliyyatlarını dayandırmaq məcburiyyətində qaldı. Zərərin qiymətləndirilməsi üçün Rusiya və xarici bazarlarda satılan, lakin Rusiya ərazisində əsas aktivlərə malik olan, tanınmış şirkətlərdə iş adamlarının iri səhm paketlərinin ($90 milyon) dəyərləri arasındakı fərq əsas kimi götürülür. Beləliklə, cümə günü fevralın 28-də satınalmaların dayandırılmasından sonra Rusiya biznesində “top-20”-yə daxil olan liderlərə məxsus aktivlərin məcmu bazar dəyəri $101.8 milyard təşkil edirdi. Yalnız “qara bazar ertəsi” bu məbləği $92.3 milyarda qədər azaltdı. Analitiklərin fikrincə, birjalardakı son satış sessiyaları milyarderlərə itkilərinin yalnız yarısını geri qaytarmağa imkan verəcək.

 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (213)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (534)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (338)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.