az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Obyektivdə

Azərbaycanda sığortanın inkişafında keyfiyyət dövrü başlayır

28.02.2014 | Tamilla Kərimxanova

İlbəil ölkədə sığorta xidməti bazarı daha geniş vüsət alır, onun iştirakçıları isə müvafiq olaraq güc və təcrübə toplayırlar. Görünür ki, ölkə vətəndaşları bir neçə il əvvəlkindən fərqli olaraq maliyyə təsisatları ilə “mürəkkəb münasibət”-lərdən o qədər də çəkinmirlər. Nəticədə sığorta edənlərin fərdi və korporativ müştərilərinin sayı artmaqdadır. Kimsə avtomobilini və ya əmlakını, kimsə həyat və sağlamlığını sığortalayır. Ölkədə könüllü sığorta növləri ilə yanaşı, icbari sığortanın da bütün növləri inkişaf edir. Bu həm sığorta edənlərə, həm də bazarı tənzimləyən qurumlara müsbət şərhlərlə və inkişafı əks etdirən rəqəmlərlə çıxış etməyə imkan verir.

2014-cü il sığorta bazarı üçün daha çox yaddaqalan olacaq. Hərçənd ilin əvvəli bir sıra gözlənilməz hadisələr baş verdi, şirkətlərdən biri – “Chartis Azerbaijan” yanvar ayında demək olar ki, bir əməliyyat belə aparmadı, “Era Trans Sigorta” isə texniki iflas vəziyyətinə düşdü. Bunun ardınca Maliyyə nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti sığorta və təkrarsığorta şirkətlərinin minimal nizamnamə kapitallarına qoyduğu tələblərin artırılması barədə xəbər verdi. Bu dəfə tələblərin yüksəldilməsi prosesi üçün tənzimləyici orqan bazar iştirakçılarına tam iki il vaxt verdi.

Həyat sığortasından başqa, sığorta sahəsində işləyən şirkətlər üçün nizamnamə kapitalına olan tələblər hazırda fəaliyyət göstərən və ya yenicə yaradılan sığorta şirkətləri daxil olmaqla 5 milyon AZN kimi qalacaq. Bununla yanaşı, yeni tələblərə əsasən, 2015-ci il yanvarın 1-dən həyat sığortası ilə məşğul olan sığorta şirkətlərinin nizamnamə kapitalı 6.5 milyon AZN səviyyəsinə yüksəlməlidir. Sonrakı ildə - 2016-cı il yanvarın 1-dən bu məbləğ 8 miyon AZN-ə çatdırılmalı, 2017-ci ilin əvvəlində isə 10 milyon AZN təşkil etməlidir. Bunun nə dərəcədə çox və ya az olduğunu anlamaq üçün, xatırlamalıyıq ki, bu hədd həyat sığortaçıları üçün əvvəlki minimal kapitallaşmadan düz 2 dəfə çoxdur.

Bugün Azərbaycanda fəaliyyət göstərən 28 sığorta şirkətindən yalnız 3-ü həyat sığortası üzrə ixtisaslaşıb. Bundan başqa, ölkədə bir təkrarsığorta şirktəti – “AzRe Tekrarsigorta” fəaliyyət göstərir. “Sığorta haqqında” qanuna yeni dəyişikliklərə əsasən, ölkə ərazisində təkrarsığorta üzrə bütün əməliyyatlar yalnız belə xidmətlər üçün xüsusi lisenziya alan şirkətlər tərəfindən həyata keçirilə bilər. Həmçinin təkrarsığorta hüququ almaq istəyən digər sığorta şirkətlər daha yüksək nizamnamə kapitalına malik olmalıdırlar. Beləliklə, əgər şirkət sığorta fəaliyyətilə yanaşı, təkrarsığorta üzrə də çalışmaq istəsə, bu zaman təkrarsığortanı həyata keçirmək üçün bu aydan onun nizamnamə kapitalı 2.5 milyon AZN çox olmalıdır. Gələn ilin yanvarından isə kapitallaşma üzrə göstəricilər 5 milyon AZN yüksək olmalıdır. Başqa sözlə, təkrarsığorta fəaliyyəti göstərmək istəyən bütün sığorta şirkətləri bugün minimum 7.5 milyon AZN kapitala malik olmalı, 2015-ci ilin yanvarından isə bu rəqəm 10 milyon AZN-ə yüksəlməlidir.

Yerigəlmişkən qeyd edək ki, Maliyyə Nazirliyi martın 1-də təkrarsığorta fəaliyyətilə məşğul olmaq istəyənlərdən müraciət qəbul etməyi yekunlaşdırdı. Maliyyə qurumunun nümayəndəsinin etirafına görə, bu mövzuda sığorta şirkətlərindən müraciətlər daxil olmayıb. Buna görə də Azərbaycanda hələki bir təkrarsığorta şirkətinin, özü də 20 milyon AZN-i ötən nizamnamə kapitalı ilə fəaliyyət göstərdiyini nəzərə alsaq, onda nizamnamə kapitalı ilə bağlı yeni tələblərin elə dərhal qüvvəyə mindiyini demək olar.

Şirkətlərin kapitallaşma səviyyəsinin fərqləndirilməsi (adi sığorta və təkrarsığorta fəaliyyətinə bölünməsi) bazarda maliyyə sabitliyinin qorunmasına zamindir. “Sığorta fəaliyyəti haqqında” qanuna edilən son dəyişikliklərə müvafiq olaraq, Azərbaycanda şirkətlər paralel olaraq sığorta və təkrarsığorta fəaliyyətlərilə məşğul olmaq istəsələr, lisenziyanın xüsusi növünü əldə etməlidirlər. Müvafiq olaraq, təkrarsığorta fəaliyyəti üçün lisenziya almaq şərtlərindən biri məhz əlavə kapitalla əlaqədardır.

Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilovun etiraf edir ki, təkrarsığorta fəaliyyəti üçün sığortaedənlərə lisenziya verilməsi prosesi kapitalla bağlı tələblər qüvvəyə minən kimi başlayacaq. “Biz artıq təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almaq istəyənlərin müraciətlərinə baxa bilərik”, deyə xidmət rəsmisi bildirib ki, lisenziyaların bu cür fərqləndirilməsində məqsəd daxili təkrarsığorta bazarını məhdudlaşdırmağa cəhd göstərmək deyil.

Dövlət sığorta nəzarətinin rəhbəri hesab edir ki, Azərbaycanda təkrarsığorta bazarının genişləndirilməsi yolu həmin şirkətlərin etibarlılığının yüksəldilməsilə başlayır. N.Xəlilov həmçinin qeyd edir ki, kapitallaşdırma ilə bağlı yeni tələblər yaxın gələcəkdə daxili bazarda təkrarsığorta risklərinin payını artırmağa da imkan verəcək.

Qeyd edək ki, əvvəllər də Dövlət Sığorta Nəzarəti Xidməti sığortaçıların minimum nizamnamə kapitalına tələblərin tədricən artmasına dair cədvəl tətbiq edirdi. Beləliklə, sığorta şirkətlərinin nizamnamə kapitalı 1 yanvar 2010-cu ildə 2 milyon AZN-ə, təkrarsığorta şirkətlərinin kapitalı isə 4 milyon AZN-ə çatmalı idi. Öz növbəsində 2011-ci il yanvarın 1-dən bu tələblər 3.5 milyon AZN-ə və 7 milyon AZN-ə yüksəldildi, 2012-ci ilin yanvarından isə müvafiq olaraq 5 milyon AZN-ə və 10 milyon AZN-ə çatdırıldı.

Aydındır ki, şirkətlərin kapitallaşmasının yüksəldilməsində yeni cədvəlin tətbiqində əsas məqsədlər sığortaçılar və təkrarsığortaçıların ödəmə qabiliyyətinin təmin edilməsi, eləcə də sığortalıların maraqlarını müdafiə etməkdir. Bildiyiniz kimi, sığorta biznesində özəl kapital sığorta şirkətini və onun müştərilərini mümkün iflasdan qoruyan bufer rolunu oynayır. Yetərincə kapitalın mövcudluğu həmçinin öz növbəsində xidmətn keyfiyyətinin yüksəlməsinə investisiya yatırmağa imkan verir. Bundan başqa, Azərbaycanda sığortaedənlərin təcrübəçi göstərir ki, bir qayda olaraq kapitallaşdırma ilə bağlı problemi olan şirkətlər sığorta ödənişlərini həyata keçirməkdə də çətinlik çəkirlər. Kapitallaşmanın səviyyəsi aşağı olduqda ona hər hansı bir qadağaların – lisenziyanın dayandırılması və ya ləğv edilməsi kimi hallar tətbiq oluna bilər, bu isə yenə də sığortaçının xeyrinə deyil.

Dövlət Sığorta Nəzarəti Xidmətinin qiymətləndirməsinə görə, Azərbaycanda sığortaçıların nizamnamə kapitalının məcmu məbləği 270 milyon manat olub. Bu 2013-ci ilin əvvəlindəkindən 40 milyon manat və ya 17,4% çoxdur. Lakin, ötən ilin iyulundan etibarən, məcmu kapital cəmi-cümü 5 milyon manat və ya 2,2% artıb. Azərbaycan bazarında ən kapitallaşmış şirkətlər “Pasha Sigorta” (50 milyon AZN), “Pasha Heyat Sigorta” (40.25 milyon AZN) və “Хalq Sigorta” (26.4 milyon AZN) hesab olunurlar.

Ölkə sığortaçılarının məcmu kapitalının 43.2%-dən çoxu bu üç şirkətin payına düşür. Həmçinin iddia etmək olar ki, bütün bazar iştirakçılarının ümumi kapitalında ilk on sığorta şirkətinin payı 75% təşkil edir. Bu təsadüfi deyil, çünki sığorta haqqlarının 80%-dən çoxu məhz “Top-10”ğun hesabına düşür. Beləliklə, bu ilin yanvar ayında ilk 10 sığorta şirkəti sığorta haqlarının 87.6%-ni toplayıb, ilk beşlik isə – 74%-ni! Həmçinin 2013-cü ilin yekunlarına görə, həmin onluq sığorta haqlarının 73%-ni, ilk beşlik isə 51%-ni yığmağa müvəffəq olub.

Yanvar ayıında yığımlar üzrə lider, ötən aylarda olduğu kimi yenə də “Pasha Sigorta”dır (23.6 milyon AZN). Onun ardınca “Ateshgah Heyat” (7.94 milyon AZN), “İpek Yolu Sigorta” (7.4 milyon AZN), “Qala Heyat” (3.59 milyon AZN), “Ateshgah Sigorta” (2.76 milyon AZN), “AzSigorta” (2.28 milyon AZN), “AXA M-bask” (1.86 milyon AZN), “Pasha Heyat” (1.69 milyon AZN), “Standard İnsurance” (1.36 milyon AZN) və Beynəlxalq Sığorta Şirkəti (1.18 milyon AZN) gəlir.

Sğorta yığımları həcminin artmasına baxmayaraq, yeni tələblər müəyyən bir dövrdə Azərbaycanın sığorta xidmətləri bazarına xarici investorların maraqlarını azalda bilər. Bununla yanaşı, bir neçə yerli sığorta şirkətinin bağlanma ehtimalı yaranır. Öz növbəsində bu amillər sığorta xidmətləri bazarında təmərküzləşmə tendensiyasını daha da yüksəldəcək. Hazırda fəaliyyət göstərən sığorta şirkətlərinin düz yarısı il ərzində 10 milyon AZN sığorta haqqını belə toplaya bilmir. Aydındır ki, nizamnamə kapitalına olan tələbin yüksəlməsi “kiçik oyunçuların” könüllü olaraq bazarı tərk etməsi üçün yaxşı imkandır. Bu şirkətlərə məxsus sığorta portfelinin həcmi kiçik olduğuna görə bazarda sığorta haqlarının və digər göstəricilərin azalması da gözlənilmir.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (223)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (341)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (163)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (226)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (528)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (327)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (265)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.