az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Obyektivdə

Qeyri-neft sektoru kapital qoyuluşlarında liderdir

24.02.2014 | Tamilla Kərimxanova

Azərbaycan iqtisadiyyatının inkişafı yalnız istehsal hesabına deyil, həm də kapital qoyuluşunun artması sayəsində baş verir. 2014-cü ilin yanvar ayı ərzində Azərbaycan iqtisadiyyatına 660.9 milyon AZN sərmayə yatırılıb, bu isə 2013-cü ilin yanvar ayı ilə müqayisədə 6.3% çoxdur. 2013-cü ilin yekunlarına görə, Azərbaycan iqtisadiyyatına 17.872 milyard AZN yatırılıb, müvafiq olaraq, Dövlət Statistika Komitəsi də 2012-ci ilə nisbətdə 15.1% artım qeydə alıb.

Yanvar ayında investisiyaların böyük bir hissəsi, yəni 57.3%-i və ya 378 milyon AZN tikinti-montaj sektorunun payına düşüb. 2013-cü ilin yanvar ayı ilə müqayisədə sərmayə yatırımı üzrə artım 18.9% təşkil edib. Qeyd etmək lazımdır ki, ötən il sərmayə yatırımlarının axını əsasən tikinti-montaj işlərinə yönəlib – 11.849 milyard AZN və ya bütün yatırımların 66.3%-i. Bu sektorda illik artım 25% qiymətləndirilir.

Cari ilin birinci ayında istehsal təyinatlı obyektlərə təxminən 388.6 milyon AZN (investisiyaların ümumi həcminin 48.3%-i və ya 8.635 milyard AZN), xidmət sektoruna isə 272.3 milyon AZN (51.7% və ya 9.236 milyard AZN) yönəldilib.

Son on ildə Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu 3.6 dəfə artıb. Daha böyük – 31.8% artım tempi 2008-ci ildə qeydə alınıb. 2004-cü ildə – 30% artım olub, ən aşağı artım göstəricisi isə 2006-cı ildə qeydə alınıb– 8.1%.

Təsadüfi deyil ki, xidmət sahəsinə yatırılan vəsaitlər ilbəil artır. Beləliklə, əgər 2004-cü ildə xidmət obyektlərinin tikintisinə qoyulan vəsait 19.3% olmuşdusa, 2009-cu ildə bu öz maksimumuna – 54.3%-ə çatıb. Haızrda isə 51.7% səviyyəsinə düşüb. İstehsalat xarakterli obyektlərə yönələn investisiyalarla bağlı vəziyyət isə tam əksini nümayiş etdirir. 2004-cü ildən 2013-cü ilədək  iqtisadiyyatın bu sahəsinə yatırımların səviyyəsi  80.7%-dən 48.3%-ə düşüb. Minimum göstərici – 45.7% isə 2009-cu ildə qeydə alınıb.

İnvestisiyalaşdırmanın mənbələrinə diqqət yetirsək, daxili mənbələr hesabına kapital qoyuluşları həcminin ilbəil artmasını və xarici investisiyaların azalmasını görə bilərik. Cari ilin yanvar ayında daxili investisiyalar iqtisadiyyata yatırımlarda məcmu kapitalın 67.3%-ni təşkil edib. 2013-cü ilin yanvar ayı ilə müqayisədə bu göstərici 10.7% artıb. Bununla yanaşı, daxili investisiyaların 83.3%-i dövlət, 16.7%-i isə fərdi mənbələrin payına düşür. 2013-cü ildə ümumi sərmayə qoyuluşunda bütün investisiyaların 4.17 milyard AZN-i və ya 23.3%-ini xarici investisiyalar təşkil edib. Ötən ilin nəticələrinə görə, daxili investisiyaların həcmi 76.7% (13.71 milyard AZN) təşkil edib. Bununla yanaşı, son 10 il ərzində daxili investisilayarın daha yüksək həcmi 2009-cu ildə qeydə alınıb. Bu iqtisadiyyata yatırımların 78.7%-ni təşkil edib. Ötən 10 il ərzində daxili mənbələr hesabına kapital qoyuluşu 10 dəfədən çox artıb!

2014-cü ilin yanvarında əcnəbi şirkətlər və beynəlxalq maliyyə təsisatlarının Azərbaycan iqtisadiyyatına investisiyaları azalıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə onların həcmi 0.8% düşərək, 216.5 milyon AZN bərabər olub. Buna baxmayaraq, 2009-cu ildə xarici investisiyalar minimuma çatandan sonra sonrakı illərdə bu sahədə yenidən artım müşahidə olunmağa başlayıb. Beləliklə, 2012-ci illə müqayisədə xarici investisiyalar 29.7% artıb. Ümumi kapital qoyuluşlarının həcmində onların payı 23.3% təşkil edib. 2009-cu ildən sonra göstəricilərin yüksəlməsi müşahidə olunub. 2013-cü ilin nəticələrinə görə, xarici investisiyalar 4.17 milyard AZN təşkil edib, ümumi həcmdə onların payı isə yalnız 2 faiz bəndi yüksəlib.

Sərmayə yatırılan sahələrin qruplaşması da fərqlidir. Bu ilin yanvarında sərmayələrin böyük hissəsi – 37%-i sənaye sahəsinə, 21.8%-i tikintiyə, 15.1%-i dövlətidarəçiliyinə, 4.8%-i isə kənd təsərrüfatı sektoruna yatırılıb. Bununla yanaşı, neft sektoruna yönələn investisiyalar 2013-cü ilin yanvar ayı ilə müqayisədə 7.3%  azalaraq, bu ilin yanvar ayında 214.8 milyon AZN olub. İlin ilk ayında qeyri-neft sektoruna 446.1 milyon AZN yatırılıb, bu isə 2013-cü ilin yanvarı ilə müqayisədə 14.4% çoxdur. 2013-cü ildə neft sektoruna ümumi yatırımların 27%-i və ya 4.824 milyard AZN, qeyri-neft sektoruna isə ümumi yatırımların 73%-i və ya 13.047 milyard AZN yönəldilib.

Yanvarda ötən il ilə müqayisədə sənaye sektoruna maliyyə qoyuluşların 18.6%, 244.8 milyon AZN-dək azalması müşahidə olunub. İnvestisiyaların həcmində daha çox, 48.7% azalma emal sektorunun payına düşüb. Hasilat sənayesində investisiyalar yanvar ayında müvafiq olaraq 8.7% azalma nümayiş etdirib. Öz növbəsində tikinti sektoruna yönələn investisiyalar 2013-cü ilin yanvar ayı ilə müqayisədə 3.6 dəfə (143.9 milyon  AZN) yüksəlib. Sərmayələrin böyük bir qismi (31.8 milyon AZN) yaşayış evlərinin inşasına yatırılan investisiyalardır. Xatırladaq ki, ötən ilin yekunlarına görə, tikinti sahəsinə yönəldilən kapital qoyuluşları 980 milyon AZN təşkil etməklə 94.8% yüksəlib.

 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (223)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (341)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (163)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (226)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (528)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (327)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (265)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.