az / ru
 
     
 
Ana səhifə > Biznes > Obyekti̇v

Standard Poor`s Azərbaycanın investisiya reytinqini təsdiqləyib

31.01.2014 | Tamila Kərimxanova

Standard&Poor`s agentliyi bu gün Azərbaycanın suveren reytinqini yenidən “BBB-/A-3” səviyyəsində təsdiqləyib. Ən aşağı dərəcəli investisiya kateqoriyasına aid olan uzunmüddətli və qısamüddətli kredit reytinqlər üzrə proqnoz “Sabit” kimi göstərilib.

Standard&Poor`sun hesabatında qeyd olunur ki, suveren reytinqin təsdiqlənməsi xarici kreditor kimi hökumətin mövqeyinin möhkəmləndiyini əks etdirir. Ekspertlərin fikrincə, bu amil maliyyə çətinliyi yarandığı hallarda Azərbaycana “təhlükəsizlik yastığı” effektini təmin edə bilər. Hesabatda xüsusilə vurğulanır ki, ölkəmizdə ÜDM artımı 2009-cu ildən ilk dəfə olaraq illik 5.8% çatdırılıb. Standard&Poor`sun təhlilçiləri Azərbaycanda ortamüddətli gələcəkdə ÜDM artım göstəricisini 4%-dən aşağı görmürlər. Agentlik neft hasilatı həcminin hazırki səviyyəsinin 2017-ci ilədək sabit qalmasını və 2018-ci ildə “Şahdəniz-2” qazkondensat yatağında hasilatın başlanmasını gözləyir. Bu sahədə ölkənin tədiyyə balansında cari əməliyyat hesablarının profisiti təmin ediləcək. Qeyd edək ki, reytinq agentliyi proqnozlarında neftin orta qiymətini hər barelə görə $97 səviyyəsində nəzərə alır.

Standard&Poor`sun reytinq hesabatında bildirilir ki, 2014-2016-cı illər üçün Azərbaycanda büdcə kəsiri orta hesabla ÜDM-nin 1%-ni təşkil edəcək. Bu kəsir dövlət xərclərinin və kapital qoyuluşlarının artması ilə əlaqələndirilir. Dövlət xərclərinin artımı bu zaman milli iqtisadiyyatda maliyyə şokları hallarında büdcənin daha yığcam edilməsi üçün əlavə imkan kimi göstərilir. Hökümətin neft hasilatı ilə bağlı gəlirlərdən asılılığına gəlincə, Standard&Poor`sun ekspertləri bunu minimum 60%, digər yardımçı sahələrin nəzərə alınması şərtilə 72% kimi qiymətləndirirlər. Həmçinin, büdcə gəlirləri üçün alternativ mənbələr sırasında ölkənin vergi bazasının səviyyəsinin kiçik hesab edirlər.

Azərbaycanın kredit reytinqləri üçün müsbət amil kimi Dövlət Neft Fonduna məxsus likvid aktivlərinin çarpacaq həcmi nəzərə alınır (ÜDM-in 47%). Bununla bərabər, Standard&Poor`s Neft Fondunun gəlirlərinin və xərclərinin əhəmiyyətli artımını gözləmir. Agentlik ölkə prezidenti və hökumətinin yüksək legitimlik səviyyəsinə müsbət faktor kimi yanaşır, o cümlədən Qarabağ münaqişəsi ilə bağlı regiondakı geosiyasi vəziyyəti mənfi amil kimi qiymətləndirir. Azərbaycanın müstəqil reytinq potensialını məhdudlaşdıran həyəcan siqnallarından biri kimi ölkənin maliyyə və bank sistemi göstərilir. Xarici ekspertlərin fikrincə, adları çəkilən sahələr kifayət qədər inkişaf etməyib. Hesabatda deyilir: “Bank sistemi zəif idarəetmə üsulları ilə fərqlənir və son dövrlərdə istehlak kreditləşmənin artdığı bir vaxtda yaranan risklərə səbəb olur”. Standard&Poor`s etiraf edir ki, dollarizasiya səviyyəsinin azalmasına baxmayaraq, Azərbaycanda irihəcmli pul axınını səmərəli şəkildə neytrallaşdıran effektiv alətlər mövcud deyil.

Agentlik xalis xarici aktivlərin artmasının dəstəklənməsi, makroiqtisadi mühitin əhəmiyyətli şəkildə yaxşılaşdırılması, iqtisadi siyasətin gözləntilərini yüksəldən struktur islahatların aparılmasının sürətləndirildiyi təqdirdə ölkənin suveren reytinqini qaldırmağa hazırdır olduğunu bəyan edib. Agentlik ölkənin kredit reytinqini qaldırmaq üçün monetar siyasətin və bank sisteminin möhkənmləndirilməsini daha bir vacib şərt kimi adlandırır.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (302)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (331)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (233)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (281)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (286)
+ Tikinti və landşaft (544)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (355)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.