az / ru
 
     
 
Ana səhifə > Biznes > Obyekti̇v

İqtisadiyyatının aparıcı mövqeyi bir şəhərdə toplanmış olan çox ölkələr var

21.10.2013

Qeyd: xarici investorları ölkəmiz haqda hansı sualların maraqlandırdığı barədə “Avropa-Azərbaycan” Cəmiyyətinin biznes-koordinatoru Vanessa Reyn ilə müsahibə.

Azərbaycanla bağlı CNN kanalında və Forbes jurnalında diqqəti cəlb edən fotoşəkillər, video-kadrlar görürük, musiqi və xəbərlər eşidirik. Lakin, ölkənin beynəlxalq aləmdə irəliləməsi üçün uçan xalçalar və ya “Eurovision” musiqi yarışmasından daha çox şey lazımdır. Əlbəttə ki, Azərbaycan xarici investisiyaların və beynəlxalq ekspertlərin diqqətini cəlb etmək üçün cəhd  göstərən yeganə ölkə deyil.    

Biz “Avropa-Azərbaycan” Cəmiyyətinin (TEAS) biznes-koordinatoru Vanessa Reyn ilə təşkilatın investorlar üçün inandırıcı arqumentlər axtararkən üzləşdiyi bəzi problemlər barədə söhbət etdik. 

Vanessa Avropanın bəzi paytaxt şəhərlərində biznes forumlar təşkil etməklə, Azərbaycanın və beynəlxalq aləmin biznes maraqlarının yaxınlaşmasına köməklik edir. TEAS həmçinin dövlət və özəl sektorlar arasında vasitəçi qismində çıxış etməklə, Bakı və regionlarda xarici şirkətlərə də dəstək verir.

TEAS xarici investisiyanın Azərbaycana cəlb edilməsinin genişlənməsində hansı rolu oynayır?

Əslində, biz Azərbaycanı bütün dünyada reklam edirik. Biz Azərbaycana daha çox şirkətləri cəlb etməyə çalışırıq. Bu yaxınlarda Parisdə təşkil etdiyimiz biznes-forum çox uğurlu oldu. Brüssel, Berlin və İstanbuldakı ofislərimizdə keçirəcəyimiz forumlarda bu uğurlarımızın təkrarlanacağına ümid edirik. Biz ümid edirik ki, Avropanın bütün ölkələrində istifadə ediləcək düstur çıxara biləcəyik. Biz hələ Bakıda biznes-forum keçirməmişik, amma bunu planlaşdırırıq.

Təşkil etdiyiniz beynəlxalq tədbirlərdə şirkətlərin iştirakını necə təmin edirsiniz? 

Bu, artıq Azərbaycanda kommersiya fəaliyyəti ilə məşğul olan və bu kimi tədbirlərə sponsor dəstəyi verməkdə maraqlı ola biləcək şirkətlərlə müxtəlif şəraitlərdə çoxsaylı görüşlərdən ibarət uzun bir prosesdir. Bizim bütün Avropa üzrə müxtəlif təşkilatlara, müəssisələrə bazarın vəziyyəti barədə informasiya təqdim etməkdə yaxşı təcrübəmiz var.  Məhz bu üsulla biz çoxlu sayda insanlarla əlaqə yarada bilirik. Biz yüksək səviyyəli spikerlər dəvət edirik, məhz bu səbəbdən bir çox şirkətlər tədbirlərimizdə iştirak etməkdə maraqlı olurlar.

Biz Azərbaycan üçün beynəlxalq əlaqələr yaratmağa, aşağı gəlirli sahələrdə, xüsusən də qeyri-neft sektorunda işləyən şirkətləri cəlb etməyə çalışırıq. Biz ümid edirik ki, biznes-forumlar insanlara kənd təsərrüfatı, ətraf mühitin qorunması, bank işi, inşaat, nəqliyyat və İKT kimi investisiyaya açıq olan sahələrin olması haqqında məlumatlanmaq imkanları yaradacaq. 

Azərbaycana kapital qoyulmasında maraqlı olan hansı şirkətlər var və onlar bu zaman hansı problemlərlə üzləşirlər?

Azərbaycanda investisiya qoyulmasında ən müxtəlif şirkətlər maraqlıdır. Çətinlik onlarla müqavilələrin bağlanmasındadır. Azərbaycanın öyrənilməsi əvvəlki kimi hələ də çətindir. İnvestorlar üçün həmişə cavab reaksiyası almaq, yaxşı məlumat mənbəyi tapmaq, yerlərdə real vəziyyəti qiymətləndirmək asan deyil. Mənim işim agentlər və ya Azərbaycan İnvestisiya Şirkəti (AİK), Avropa Yenidənqurma və İnkişaf Bankı, AZPROMO kimi təşkilatlar vasitəsilə belə çətinlikləri aradan qaldırmaqdan ibarətdir. Ölkə, onun resursları və ölkənin inkişafına tələbat olan sahələri  haqqında insanları məlumatlandırmağa böyük ehtiyac var. Lakin bunun üçün təkcə biznes-forumlar keçirmək kifayət deyil. Ölkəni tanımaq üçün daha çox forumlar keçirmək və daha çox illər sərf etmək lazımdır.

Potensial investorlarla əlaqə yaradarkən onlar sizə Azərbaycan haqqında hansı sualları verirlər?

Adi suallar: hansı sahələrin investisiyaya ehtiyacı var, onlarla necə işləmək olar, agent tapmaq asandırmı, onlar necə işləyirlər – telefonla, yoxsa elektron poçtla, hansı adamlar bizimlə işləmək istəyirlər, onlar ingilis dilində danışırlarmı, fransız dilində danışırlarmı, ölkəyə daxil olmaq asandırmı?

Bakıdan başqa şəhər və ya regionlar onları maraqlandırırmı?

Çox ölkələr var ki, orada iqtisadiyyatın aparıcı mövqeyi bir şəhərdə toplanıb (Böyük Britaniyaya diqqət edin), buna görə Bakının ticarət-sənaye baxımından ən inkişaf etmiş bir şəhər olması elə də təəccüblü deyil. Amma müəssisələrin öz işlərini qura biləcəyi başqa regionlar da var. Əlbəttə, bunun üçün bir çox şeylərlə yanaşı yaxşı yolların olması vacibdir. Bu yaxınlarda Qəbələyə getmişdim, yollar çox yaxşı idi. Bu gün Azərbaycanın yolları və nəqliyyat infrastrukturu çox yaxşı inkişaf edib; bəzi sahələrdə tranzitlə bağlı böyük işlər görmək lazımdır, lakin əsas budur ki, iş gedir. Mənim fikrimcə, hökumət inkişaf üçün şərait yaradır, sonrakı fəaliyyəti özəl biznes həyata keçirməlidir.   

Sizin Azərbaycana cəlb etdiyiniz şirkətlərin bəzi uğurlarından danışa bilərsinizmi?

Konkret misal kimi Happold Consulting inşaat firması barədə danışa bilərəm. Onlar artıq iki ildən yuxarıdır ki, Azərbaycanda işləyirlər. Hazırda isə əsasən Qəbələ rayonunda olmaqla bir çox layihələrdə iştirak edirlər. Bu, layihə rəhbərləri və memarlardan ibarət Britaniya firmasıdır. Biz onları rəsmi təqdimat, vizitlər, biznes-forumlara dəvətlərlə təmin etmişik. Bu şirkət dünyanın bir çox regionlarında işləyir, bu səbəbdən şirkətin menecerləri mentalitet məsələlərini anlayır və mürəkkəb layihələr onlar üçün vərdiş etdikləri adi işdir. Azərbaycanda söhbət nəticələrə tez nail olmaq, tezliklə gəlir götürməkdən getmir, şirkətin fəaliyyəti uzunmüddətli işə qurulmalıdır.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (302)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (331)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (233)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (281)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (286)
+ Tikinti və landşaft (544)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (355)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.