az / ru
 
     
 
Ana səhifə > Biznes > Obyekti̇v

BP-nin laboratoriyalarında Azərbaycan layihələri üçün yeni texnologiyalar işlənib hazırlanır

17.04.2013 | Tatyana Lebedeva

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanla müsahibə.

Son dövrlərdə neft-qaz sektorunda hansı şirkətlər özünü daha yaxşı göstərir? Neft-qaz infrastrukturuna xidmət üçün yeni texnoloji mərkəzlərin açılması planlaşdırılırmı?

2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bir sıra layihələri, o cümlədən xarici şirkətlərlə müştərək layihələri uğurla həyata keçirir. Yanvar ayında Microsoft korporasiyası və ARDNŞ «Lisenziyalaşdırılmış proqram təminatından istifadə ilə bağlı tədbirlər barədə» strateji saziş imzalayıblar. Bu, ARDNŞ-in işinin effektivliyini artırmağa kömək edəcək və müəllif hüquqlarının qorunmasına sədaqəti nümayiş etdirəcək.

Cari ildə ARDNŞ qiyməti təqribən $17 mlrd. olan yeni neft-kimya və neft emalı komplekslərinin də inşasına başlayacaq. Artıq bu gün bir çox Qərb şirkətləri adı çəkilən layihə çərçivəsində iş üçün Bakıda öz ofislərini açırlar.

Layihənin texniki-iqtisadi əsaslandırmasını və yeni kompleks üçün optimallaşdırılmasını neft-qaz emalı və neft-kimya sahəsində dünya şöhrətli şirkətlər – Fransanın Technip və ABŞ-ın UOP şirkətləri həyata keçirib. ARDNŞ-ə texniki nəzarəti və məsləhətləri isə ABŞ-ın FLUOR və İsveçrənin Foster Wheeler şirkətləri yerinə yetirir.

İllik neft hasilatının və qitələr üzrə nəqlinin həcmi nə qədərdir?

2012-ci ilin nəticələrinə görə, Azərbaycanda 43,9 mln. ton neft hasil olunub. 2011-ci ildə bu göstərici 45,6 mln. ton, 2010-cu ildə isə 50,8 mln. ton olub. Məlum olduğu kimi, Azərbaycan nefti dünyanın 35 ölkəsinə ixrac olunur. Onun əsas alıcısı Avropa ölkələridir, Azeri Light markalı neftin demək olar ki 60 %-i Avropaya göndərilir. Çıxarılan neftin 8%-dən bir qədər az hissəsi Şimali Amerikaya ixrac olunur. İxracın təqribən 9-10%-i Yaxın Şərq, daha dəqiq desək İsrailin, qalan hissəsi isə Asiya ölkələrinin payına düşür.

2013-cü ildə hasilat ixraca necə təsir edəcək? Satış bazarlarında hansı perspektivlər var?

Cari ildə neft hasilatının azalma templərini aşağı salmaq mümkün olacaq. Lakin, birinci rübün yekunları göstərir ki, hasilat həcmi aşağı düşməkdə davam edəcək. Lakin bundan nə ixracın coğrafiyası, nə də miqyası dəyişməyəcək.

Yüksək keyfiyyətli xammal almaq istəyən neft emalı zavodları Azeri Light nefti uğrunda mübarizə aparırlar. Bu isə birinci dərəcəli neft məhsullarının istehsalına istiqamətlənmiş müəssisələr üçün çox vacibdir. Bahalığına baxmayaraq, yüngül neft ona görə yaxşıdır ki, yüksək oktan ədədli benzin, aviasiya benzini istehsalı maksimum səmərə verir. Buna görə də, yüngül Azərbaycan neftinin satışı ilə bağlı nə bu gün, nə də ki gələcək üçün heç bir problemi yoxdur.

Neft və qazın yaxın vaxtlarda qiymətlərinə dair hansı proqnozlar verə bilərsiniz?

Son iki il ərzində neftin qiyməti sabit olaraq $111 nöqtəsində qərarlaşmasına baxmayaraq, proqnoz vermək getdikcə daha da çətinləşir. Cari ildə Azərbaycanın dövlət büdcəsində göstəricilər neftin qiyməti $100 olmaqla hesablanıb, birinci rübün nəticələrinə əsasən isə orta ixrac qiyməti $112 təşkil edib. Hazırda qiymətin azalması tendensiyası var, amma qiymətlər daim dəyişir və düşünürəm ki, neftin orta qiyməti bir barel üçün $105-dən aşağı düşməyəcək.

Azərbaycanda özəl sektor neft-qaz sektorunun inkişafına necə təsir göstərir?

Azərbaycanda məhsulun pay bölgüsü haqqında sazişi çərçivəsində icra olunan layihələr özəl sektora aiddir. 2012-ci ilin nəticələrinə görə, ölkədə hasil olunmuş 43,9 mln. ton neftin 83%-i özəl sektorun payına düşüb. Özəl sektor sayəsində bu gün Azərbaycan təkcə neft-qaz hasilatında deyil, infrastruktur layihələrində də böyük zirvələrə nail olub. Keçmiş Sovet İttifaqının ərazisindəki ilk boru kəmərləri məhz ölkəmizdə tikilib. 1997-ci ilin oktyabrın 25-də Bakı-Novorossiysk kəməri istifadəyə verilib. Kəmərin bizə məxsus olan hissəsi Azəri-Çıraq-Günəşli yatağının müqavilə sahəsində neft hasil edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) mülkiyyətində idi. 1999-cu ildə ABƏŞ daha bir kəmərin, uzunluğu 830 km olan və  Xəzər dənizini Gürcüstanın Qara dəniz terminalı ilə birləşdirən Bakı-Supsa kəmərinin də mülkiyyətçisi oldu. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilib. Hər iki kəmərin operatoru BP şirkətidir.

Azərbaycanın BP şirkəti ilə əməkdaşlığını necə qiymətləndirirsiniz?

BP artıq 20 ildən çoxdur ki, ölkəmizdə fəaliyyət göstərir. Bütün iri neft-qaz layihələri, həm neft-qaz hasilatında, həm də infrastruktura aid layihələr bu şirkətin himayəsi altında həyata keçirilir. Bu yaxınlarda BP-Azerbaijan şirkətinin rəhbəri Qordon Birrel şirkətin yeni planlarını açıqlayıb: Azərbaycanda Xəzərin dərin yerlərində yerləşən yataqlar işlənir. Həmin yataqlarda işlərin aparılması çox çətindir və innovativ texnologiyaların tətbiqini tələb edir. Buna BP-nin tədqiqat laboratoriyalarında Xəzərdəki bu layihələr üçün tamamilə yeni texnologiyalar işlənib hazırlanır. Dünyanın başqa heç bir şirkəti bu cür işləmlərlə məşğul olmur. BP-nin Azərbaycan bölməsinin rəhbəri izah edib ki, şirkətin məqsədi – Azərbaycanla uzunmüddətli əsasda əməkdaşlıq etməkdir.

Bundan əlavə, BP bu gün Şahdəniz yatağından qazın ixracı məsələsində ARDNŞ-lə sıx əməkdaşlıq edir. Şirkət Xəzərdən Avropaya qədər bütün boru kəmərləri seqmentində paya sahib olmaq niyyətindədir.

 
Açar sözlər: İlham Şaban Neft Araşdırmaları Mərkəzi
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (302)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (331)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (233)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (281)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (286)
+ Tikinti və landşaft (544)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (355)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.