az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Obyektivdə

Məhəmməd Musayev: “İslahatlar nəticəsini verməyə başlayıb”

04.04.2016 | C&B

“ArchiCO Engineering Group” MMC-nin direktoru Məhəmməd Musayevin C&B jurnalına müsahibəsi

– İqtisadi böhran ilk olaraq Azərbaycanda tikinti sektorunu sarsıtdı. Hökumət ciddi islahatlara başladı, bürokratik əngəllər, yoxlamalar dayandırıldı, lisenziyalar ləğv olundu və s. Necə düşünürsünüz, bu addımlar öz bəhrəsini verəcəkmi?

– Böyük bir mühəndislik şirkəti kimi son bir ildə demək olar ki, layihələndirmə istiqamətində heç bir sifariş qəbul etməmişik. Bir il bundan əvvəl layihələrin olmaması isə o demək idi ki, artıq sahibkar və investorlar maliyyə imkanlarını qorumaq siyasəti yürüdərək, investisiya yatırımını dayandırmışdılar. Məlumdur ki, layihələndirmə sifarişi yoxdursa, tədricən tikinti işləri də dayanacaqdı və belə də oldu. Ötən ilin iyunundan tikinti sektoru geriləməyə başladı və sentyabr-oktyabr ayından demək olar ki, özəl sektorda layihələndirmə və tikinti dayandı. Prezidentin son 3 ayda apardığı islahatlar isə artıq vəziyyəti müsbət istiqamətdə dəyişməyə başlayıb. İlk növbədə lisenziyalar o qədər sadələşdirilib ki, şirkətlər rahat şəkildə lisenziyalaşa bilirlər. Tikinti sahəsində investorlar üçün münbit şərait yaradılıb. Sənədləşmə, dövlət orqanları ilə razılaşdırma tələb edən məsələlərdə əngəllər demək olar ki, aradan qalxıb. Hazırda özəl sektorda canlanma müşahidə olunur. Son bir ayda hiss olunacaq səviyyədə layihə sifarişlərimiz artmağa başlayıb, hər ay yeni bir layihələndirmə sifarişi alırıq və hamı da tələsir. Bugün layihə sifarişlərimiz artırsa deməli, 3-4 aydan sonra tikinti sektoru yenidən dirçələcək. İslahatlar öz bəhrəsini verir və ümidvaram ki, ölkəmizin davamlı inkişafına nail olacağıq.

– Bugün tikinti sektorunda iri həcmli tenderlər varmı və tenderlərin keçirilməsində şəffaqlıq hiss olunurmu?

– ArchiCO böyük mühəndislik şirkətidir, tikinti üzrə tenderlərdə iştirak edə bilmirdik, çünki lisenziya ala bilmirdik, çox baha idi. İnanılmaz olsa da sizi əmin edirəm ki, bir neçə gün əvvəl mən ancaq dövlət rüsumu ödəməklə 22 bənddən ibarət inşaat lisenziyasını əldə etmişəm. Amma 3 il bundan əvvəl həmin lisenziyanı almaq üçün 275 min manat pul lazım idi. Hesab edirəm ki, bu şəffaflıq bizim kimi yerli şirkətlərin inkişafında böyük bir addımdır. İndi tenderlərdə aktiv şəkildə iştirak edirik. Əvvəllər layihələndirmə xidməti üzrə bazarda böyük paya malik idik, indi də bu sahədə nüfuzumuzu qoruyub saxlayırıq. Sonra menecment-inspeksiya departamentini yaratdıq və ölkənin ən tanınmış tikinti layihələrində nəzarət funksiyalarını bizə həvalə etdilər. İndi isə tikinti tenderlərində fəal şəkildə iştirak etməyə başlamışıq.

– Sifarişləriniz əsasən hansı təyinatlıdır?

– Yüksəksəviyyəli, fərqli üslüblü özəl məktəblərlə bağlı sifarişlərimiz çoxdur. Hollandiya məktəblərinin quruluşunda möhtəşəm bir layihə üzərində işləyirik. Bizim özümüz üçün də çox maraqlıdır. Bundan əlavə otel, özəl uşaq bağçası, yaşayış komplekslərinin layihələndirilməsi üzrə sifarişlərimiz də var.

– Sizin çox məşhur bir xidmətiniz var - İnspeksiya. Bilmək istərdim bu sahədə işləriniz necə gedir?

– Qazaxıstanda tikinti şirkətlərinə inspeksiya xidməti göstərmək üçün danışıqlar aparırıq. Yerli bazara gəldikdə isə devalvasiyadan sonra xarici inspeksiya şirkətlərinə maraq azaldı, çünki dolların manat ekvivalentində bu xidmətlər kəskin bahalaşdı. Böhran əcnəbi inspeksiya xidmətlərini demək olar ki, bazardan çıxartdı. Bu sahədə tenderlərdə iştirak edirik və təcrübəmiz, eyni zamanda keyfiyyətli xidmətimiz sayəsində qazandığımız layihələr çoxdur. Məsələn, Waterfront Baku maraqlı bir obyektdir, dənizin içində gül şəklində olan obyektin inspeksiya işləri məhz ArchiCO şirkətinə həvalə edilib. Gəncə Mall, Konqress Holl üzrə tikinti işlərində də inspeksiya xidməti bizə həvalə olunub. Hal-hazırda Gürcüstanda tikinti və layihələndirmə xidməti üzrə filialımızı açmışıq. Düşünürük ki, qonşu ölkədə işlərimiz uğurlu alınacaq.  

– Tikinti materialları bazarında qiymətlərin ucuzlaşması tendensiyası müşahidə olunur, bu tikinti sektoruna müsbət təsir edə bilərmi?

– Ucuzlaşma qismən yerli materiallarda görünür. Təmirlə bağlı xarici malların qiymətləri isə daha çox artıb. Tikinti materialları bazarında yerli istehsal isə ümumi tikintinin yalnız 30 faizini təşkil edir. Yerli istehsal olan fasad materialları arxitektur tikintilər üçün tam yaramır. Bir nüans da var ki, bəzən bazarda keyfiyyətli yerli məhsul olasa da mühəndis şirkətlərinə təqdimat etmirlər. Xarici material istehsalçılarının marketinq xidmətləri isə yerli mühəndis şirkətləri ilə daha sıx çalışır, pulsuz treninqlər keçir, məhsulları, onlardan istifadə imkanları barədə mühəndisləri məlumatlandırırlar. O qədər öz məhsulları barədə informasiyalar təqdim edirlər ki, həmin tikinti materialı mühəndislərin beyninə hopur. Nəticədə layihələndirmə həmin materialın texniki məlumatları əsasında işlənir. Nümunə olaraq qeyd edim ki, Azərbaycan brendi olan “Qobuston” hörgü-blokları texniki pasportunu və keçirdiyi testləri bizə təqdim edib. Bütün layihələrimizdə bu materialı tətbiq edirik. Halbu ki, elə zavodlar var ki, milyonlarla sərmayə qoyulub, amma satış strategiyasını qura bilmir.

– Ölkəmizdə yerli istehsal sahələrinin inkişafı prioritet hesab edilir. ArchiCoO yaşayış komplekslərinin, idman saraylarının tikintisində özünü təsdiqləmiş bir şirkətdir. İstehsal müəssisələrinin tikintisi sahəsində necə, təcrübəniz varmı?

– İstehsal yönümlü müəssisələrin tikintisi sahəsində böyük təcrübəyə malik mühəndis şirkətiyik. Bir neçə investor şirkət Azərbaycanda hansı istehsal sahələrinin hansı bölgədə qurulmasının cəlbedici olacağı ilə bağlı bizə müraciət ünvanlayıb. Hazırda daxili bazarda araşdırma aparırıq. Bir neçə region seçmişik və iki perspektiv layihə üzərində iş gedir. İxracat yönümlü fındıq istehsalı zavodunu Zaqatalada tikəcəyik. Ağır metallurgiya sənayesi ilə bağlı layihələrimiz var. Baku-Steel Company şirkətində böyük rekonstruksiya dəyişiklikləri gedir. Burada böyük Qərb şirkətləri ilə birlikdə çalışırıq. Düşünürəm ki, ölkəmiz bir, iki il ərzində yerli istehsalı dəstəkləsə xaricdən asılılığımız da xeyli azalacaq.

– Tikinti təhlükəsizliyi sahəsində ciddi problemlər qalmaqdadır. Sizin bu məsələyə baxışınız bizə çox maraqlıdır…

– Belə hadisələrin baş verməməsi üçün əməyin təhlükəsizliyinə şirkətlərimiz ciddi yanaşmırlar. Düzdür, bu vəsait tələb edən bir sahədir, ancaq nəzərə alsaq ki, tikinti sektoru üçün yaranan münbit şərait nəticəsində qeyri-qanuni ödənişlər aradan qaldırlıb, demək təhlükəsizliyin təmini üçün vəsait ayıra bilərlər. Bu işlər fəhlələri təlimatlandırmaqla, əmək müqaviləsi imzalamaqla bitmir. İndiki kimi, lentlərlə tkinti aparılan ərazini hasarlamaq düzgün deyil, təhlükəsizilik texnikası qurulmalıdır. Əməyin mühafizəsinin təşkilinə nəzarət mexanizmlərinin tətbiqinə başlamaq daha real nətcilər verə bilər. Söhbət insan həyatından gedir və hesab edirəm ki, öz işini bilən sahibkar bunun fərqinə varır. Digər tərəfdən bir nəfərin ölümü tikinti şirkətinə 200 min-ə qədər ziyan vurur. Amma bu vəsaitin 50 min manatını təhlükəsizlik üçün xərcləsə, heç belə hallar baş verməz. Tez-tez rast gəlinən ölüm hallarından biri fəhlənin lift boşluğuna düşməsi zamanı baş verir, halbuki, həmin boşluğu bağlamaq elə də böyük xərc tələb etmir. Elə böyük şirkətlər var ki, orada il ərzində 5-6 insan dünyasını dəyişir.

– Böhran inkişaf üçün fürsətdir, deyirlər. Siz necə düşünürsünüz?

– Son hadisələr tikinti sahəsində çalışan şirkətlərə böyük zərbə vurdu. Ancaq iqtisadi islahatların aparılması, inhisarçılığın aradan qaldırılması üçün həm də bir imkan rolunu oynadı. Böhran investorlar üçün yaxşı fürsətdir. Sağlam rəqabət formalaşmağa başlayıb. İnkişaf isə kiçik müəssisələrdən başlamalıdır ki, tam dayanıqlı tərəqqinin əsası qoyulsun. İnanıram ki, Azərbaycan iqtisadiyyatı bu çətinliklərin öhdəsindən gələcək.

– Maraqlı söhbətə görə çox sağ olun.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (223)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (334)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.