az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Obyektivdə

Bakcellilər - Birincilər!

22.12.2015

Büdcə daxilolmalarında qeyri-neft sektorunu təmsil edən və xüsusi paya malik sahələrdən biri mobil rabitə sektorudur. Yola saldığımız 2015-ci il bu sahədə illərdir davam edən nüfuz və bazar payı üzrə reytinqdə ciddi dəyişikliklərlə yadda qaldı. Artıq bazara yeniliklər gətirmək, ən yaxşı sürətli internet, ən yaxşı bağlantı üzrə lider mövqeyi ilə fəxr edən Bakcell kürsünün birincilik pilləsini fəth edib.

Bakcell-in Baş Müştəri xidmətləri direktoru Selda Kokmaz Bostançıoğlunun “Mobil telekommunikasiyaya giriş” mövzusunda Qalaaltı Hotel &SPA mərkəzində keçirilən tədbirdə etdiyi təqdimat çox maraqlı oldu. Xüsusən də bazarı qiymətləndirmək baxımından açıqlanan rəqəmlər həm Bakcell-in inkişaf tendensiyasını, həm də nüfuz göstəricisini göz önünə qoydu.  Ölkənin mobil rabitə bazarındakı bazar payları üzrə perspektivləri çox açıq və dolğun şəkildə görmək olardı. Beləliklə, 9,6 milyon əhalisi olan Azərbaycanda internet istifadəçilərinin sayı durmadan artır. Son məlumatlara görə, dünyanın hörümçək toruna düşən Azərbaycan vətəndaşlarının sayı 7,4 milyon nəfərdir. Sosial mediada təmsil olunanlarımızın sayı isə 2, 6 milyon nəfəri ötüb.

Baş Müştəri xidmətləri direktoru bütövlükdə şirkətin fəaliyyətinə müsbət təsir edən özəlliklə müştəri xidmətləri üzrə göstəricilərin nəticələrindən qürurlandığı göstərdi və demək olar ki, buna haqqı da var. Çünki il ərzində Bakcell-in müştəri xidmətlərinə daxil olan şikayətlər düz 61 faiz azalıb.  Sorğu mərkəzi ilə təmasa keçənlərin 72 faizi məhz Bakcell-in xidmət paketləri ilə maraqlanıblar. Yalnız 3,5 faiz insan bu və ya digər məsələ üzrə şikayətini bildirib.

Mobil rabitə bazarında keyfiyyət amilində operatorların  nüfuz yerdəyişməsindəki dəyişikliklər isə ciddi olaraq özünü Delta Telekom-da baş verən məlum hadisə zamanı göstərdi. Digər operatorlarda mobil internetin kəsilməsinə rəğmən Bakcell işlədi. Sanki digər operatorların fövqündə Bakcellilər önə keçən istehlakçı qrupu imici qazandılar. Məlum oldu ki, Bakcell digər həmkarlarının fonunda ən sürətli və ən dayanıqlı internet trafikinə malikdir. Təbii ki, bu da şirkətin texniki bazasının yüksəldilməsi üçün yatırdığı investisiyanın ortaya qoyduğu bir nəticədir. Məlumdur ki, hazırda Bakcell ən çox baza stansiyasına malikdir və ölkənin 99 faizində 2G, 95 faizində 3G rabitəsini dəstəkləyir. Bakcell ölkədə 4G rabitəsini istifadəyə verən ilk mobil operatordur və bu xidmət paytaxtın 47 faizini əhatə edir. Həminin LTE platformasında ötürücülülk qabiliyyəti 225 Mbps təşkil edir, 2016-cı ildə isə bu rəqəm 300 Mbps qədər yüksələcək. Bakcell-in paytaxtın şəhərdaxili avtobus dayanaqlarında quraşdırdığı pulsuz Wi-Fi istifadəçilərinin il ərzində sayı da az olmayıb- 50 min nəfər.

Təbii ki, bu uğurların əsasında baza stansiyalarının modernləşdirilıməsi, eyni zamanda şəbəkənin gücləndirilməsi, yeni stansiyaların qurulması mühüm faktorlardır.  Bakcell şirkətinin Yeni texnologiyalar və keyfiyyətin qiymətləndirilməsi departamentinin rəhbəri Roman İqnotenko hesab edir ki, Azərbaycanda ümumilikdə mobil rabitə şəbəkəsi güclüdür, hətta bəzi xarici ölkə operatorları ilə müqayisədə isə daha üstündür. Mütəxəssis müqayisə üçün çox da uzağa getmədi və qonşu ölkələrdə Vodafonun təqdim etdiyi şəbəkənin zəif olduğunu diqqətə çatdırdı. Daha bir yüksək göstəricini elə cənab İqnotenko elan etdi. Beləki, dünyanın telekommunikasiya bazarında təmsil olunan 62 mobil operator arasında ilk zəng üzrə bağlantının qurulması reytinqində Bakcell BİRİNCİDİR.

P.S...BİRİNCİ qar sevincini bizə yaşadan Bakcell-ə media qrupunun nümayəndəsi kimi təşəkkürümü bildirirəm. Həmişə BİRİNCİLİKDƏ!

 
Açar sözlər: Bakcell-Gala lider birinci
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (223)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (334)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.