az / ru
 
     
 
Ana səhifə > Biznes > Obyekti̇v

Təminatlı əqdlər sahəsində islahat nəyi əhatə edir?

11.11.2015 | Agil Abdullayev

Təminatlı əqdlər(daşınar əmlakın yüklülüyü) sahəsində islahatın qarşısına qoyulan son məqsəd kreditorların daşınar əmlaka girov (təminat) kimi etibarının yüksəldilməsi yolu ilə daha çox sahibkarın maliyyə resurslarına çıxış əldə edilməsi nəticəsindəölkədə iqtisadı göstəricilərin müsbət dəyişikliyinə nail olmaqdır.

Təminatlı əqdlər (daşınar əmlakın yüklülüyü) sahəsində aparılan islahat qanunvericilik çərçivəsində aşağıdakı 4 komponenti əhatə edir:

  1. Funksional yanaşma (yüklülüyü ehtiva edən bütün hüquq münasibətlərinin vahid müstəviyə gətirilməsi):
  2. Təminat (yüklülük) barədə məlumatların açıqlığı;
  3. Üstünlük qaydalarının müəyyən edilməsi;
  4. Defolt halında daşınar əmlakın effektiv satılması.

Funksional yanaşma yüklülüyü ehtiva edən hüquq münasibətlərinin bərabər rejimdə baxılmasını tələb edir. Yüklülük dedikdə, öhdəliyin icra edilməməsi (məsələn, borcun qaytarılmaması) halında təminat kimi istifadə edilən daşınar əmlakın satılması və əldə edilmiş pulun öhdəliyin icrası üçün istifadə edilməsi nəzərdə tutulur. Məsələn: şəxs kredit alır və mobil telefonu girov qoyur (girov), şəxs avadanlığı lizinqə götürür (lizinq), və ya şəxs qiymətini mərhələlərlə ödəmək şərti ilə komputer alır və mülkiyyət hüququnu pulu tam ödədikdən sonra əldə edir (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərtlə icra edilmiş alqı-satqı). İslahatın aparılması bütün bu münasibətlərə bərabər qiymət verilməsini tələb edir və girova heç bir əlavə üstünlük vermir.

Təminat barədə məlumatın açıqlığı daşınar əmlakın yüklü edilib-edilməməsi barədə məlumatın digər şəxslər üçün əlçatan olmasını bildirir. Daşınar əmlakın yüklü edilməsi digər şəxslərə aşağıdakı 3 formada bəyan edilə bilər:

  1. Daşınar əmlakın yüklü edilməsi barədə məlumatın daşınar əmlakın yüklülüyü reyestrinə daxil edilməsi (qeydiyyat);
  2. Yüklü edilmiş daşınar əmlakın kreditorun sahibliyində olması (sahiblik);
  3. Yüklü edilmiş daşınar əmlakın kreditorun nəzarətində qalması (nəzarət).

Bu formanın hansının seçilməsi yüklü edilən daşınar əmlakın növündən (nə olmasından) ciddi surətdə asılıdır. Məsələn, istehsal prosesində iştirak edən avadanlıq girov qoyulursa, bu halda həmin məlumat reyestrə daxil edilir. Əgər söhbət qızılın girov qoyulmasından gedirsə, bu halda həmin qızıl kreditorda qalır və həmin məlumat reyestrə daxil edilməyə bilər (başqa sözlə desək, qızılın sahibində olmaması potensial kreditor üçün həmin qızılın kimdəsə girovda olmasına işarədir). Depozitdə olan pula münasibətdə də reyestrə məlumat təqdim edilməyə bilər, çünki həmin pul bankın nəzarətindədir (bu fakt isə potensial kreditora aydındır).

Burada bir məsələ qeyd olunmalıdır ki, daşınar əmlakın yüklülüyü reyestri yalnız yüklülük barədə məlumatları əks etdirir və mülkiyyət, icarə kimi digər faktları qeydə almır.

Eyni daşınar əmlak bir neçə kreditorun xeyrinə yüklü olduqda (məsələn, telefon nisyə alınıb və mülkiyyət hüququ satan telefon şirkətində qalıb, saha sonra həmin telefon banka girov qoyulub) aşağıdakı üstünlük qaydaları tətbiq olunur:

  • əgər daşınar əmlak kreditorda saxlanirsa, əgər daşınar əmlak kreditordan qəbul edilibsə və ya kreditorun maliyyələşdirməsi əsasında alınıbsa, habelə əgər daşınar əmlak kreditorun əmlakı hesabına yaradılıbsa və ya əldə edilibsə, bu halda kreditor hətta yüklülüyü qeydə almış kreditordan da üstün hüquqa malikdir;
  • yuxarıda sadalanan hallar istisna olmaqla, qalan hallarda 3 formadan  (qeydiyyat, sahiblik və nəzarət) birini tətbiq etmiş kreditor digərlərindən üstün olur.
  • Daha sonra o formaların heç birini tətbiq etməmiş kreditorların tələbləri ödənilir.

Reyestrdə eyni bir daşınar əmlak barəsində bir neçə yüklülüyün olması halında reyestrdə hüququ ilkin qeydə alınmış kreditor tələblərinin ödənilməsində üstün sayılır.

Nəhayət, vacib məsələlərdən biri də daşınar əmlakın satılmasının (realizə edilməsinin) tez, çevik və ədalətli həyata keçirilməsidir, çünki daşınar əmlak daşınmaz əmlakla müqayisədə qiymətini daha tez itirir və daha tez xarab olur. Satış yolları da daşınar əmlakın növündən (nədən ibarət olmasından) və hansı tərəfdə (kreditor və ya borcluda) saxlanılması ilə bağlı olaraq müxtəlif ola bilər. Bu baxımdan, əgər daşınar əmlak kreditorda saxlanılırsa, defolt halında kreditor borclunun razılığı olmadan onu sata bilər, borclunun şikayət etməsi isə satışı dayandırmır (amma əgər defoltla bağlı və ya satışda qanunvericiliyin tələbləri pozulubsa, borclu düşdüyü zərərin əvəzini tələb edə bilər). Digər bir hal kimi, əgər daşınar əmlak borcludadırsa, kreditor onun borcludan alınıb kreditora verilməsini məhkəmə qaydasında tələb edə bilər. Satış prosesi, habelə satışdan əldə olunan vəsaitin bölüşdürülməsi şəffaf və qanunvericiliyən tələblərinə müvafiq olmalıdır.Qeyd olunan bu dörd komponentin (Funksional yanaşma, təminat (yüklülük) barədə məlumatların açıqlığı, üstünlük qaydalarının müəyyən edilməsi və defolt halında daşınar əmlakın effektiv satılması)qanunvericilikdə düzgün əks etdirilməsi uğurlu islahatın əsas amillərindən biridir.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (330)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (219)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (278)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (282)
+ Tikinti və landşaft (542)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (345)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.