az / ru
 
     
 
Ana səhifə > Biznes > Obyekti̇v

Devalvasiya ilə əlaqədar 17-18 milyon dollar itkisi

21.09.2015

İqtisadçı Pərviz Heydərovun rəyindən

Çin hökumətinin yuanın dəyərini ABŞ dollarına nəzərən dəyərdən salması, yəni, devalvasiyası ilə əlaqədar Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) öz vəsaitlərinin bir hissəsini bir az əvvəl bu ölkənin aktivlərinə yatırdığı üçün son 2 gün ərzində təqribən 18 milyon dollar itirdiyi deyilir.

Xatırladaq ki, ARDNF ötən ayın əvvəlində yaydığı məlumatda investisiya portfelinin valyuta səbətinin yüksək diversifikasiyanın təmin edilməsi istiqamətində növbəti mərhələ olaraq Çin yuanında investisiyalara başladığını elan etmişdi.

Belə ki, bu məqsədlə 2014-cü ildə Çin Xalq Bankından (ÇXB- Mərkəzi Bank rolunu oynayır) 3 milyard yuan həcmində investisiya üçün müvafiq lisenziya alındığı və adıçəkilən qurumla dövlət və agentliklərin istiqrazlarının alqı-satqısı və saxlanılmasına dair müqavilə imzalandığı bildirilmişdi.

Məlumatda cari ilin 1 iyul tarixindən isə Çin yuanında ilk investisiyalara başlanıldığı deyilirdi.

Real olaraq, növbəti mərhələdə Çinin səhm bazarlarına investisiya yatırımlarının həyata keçirilməsi nəzərdə tutulmuşdu ki, bu məqsədlə Çin Xalq Respublikasının Qiymətli Kağızlar üzrə Tənzimləmə Komitəsi tərəfindən verilən “Səlahiyyətli Xarici İnstitusional İnvestorlar” adlı lisenziyanın alınması planlaşdırıldığı söylənilirdi.

İndi bir qrup ekspert bunu düşünülməmiş addım adlandırır.  Sual yaranır ki, bəs, ARDNF vəsaitlərinin idarəolunmasında və diversifikasiyalaşdırılmış şəkildə yerləşdirilməsi üçün nə etməli idi?

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən keçən il Çində 17617 milyard ABŞ dolları həcmində məhsul (ÜDM) istehsal edilmişdir. Bu, ABŞ-dakı göstəricidən (17419 milyard dollar) cüzi fərqlə çox olub. Dünya Bankının məlumatında bu rəqəm 18031 milyard dollardır.

Bir sözlə, Çin faktiki olaraq dünya iqtisadiyyatında liderdir. Yuan isə aparıcı valyutalardan biridir. O sadə səbəbdən ki, arxasında 17617-18031 milyard dollarlıq məhsul dayanır...

Yeri gəlmişkən, Çin hətta 2008-2010-cü illərdəki məlum böhran zamanı da belə, iqtisadi yüksəlişdə və artımla genişlənməkdə idi. Odur ki, son vaxtlar müşahidə olunan "yoxuşa dirənmə" təbii sayılmalıdır.

Ancaq bu, əsla çöküş olaraq və yaxud tənəzzül kimi qəbul edilməməlidir.

Sadəcə, tendensiya uzunmüddətli sabitlik mərhələsinə doğru gedir. Çünki Çin dünya iqtisadiyyatının ucuz və səmərəli "istehsalçı fabriki" rolunda oynayır. Və bu rolu da onun əlindən heç bir ölkə almaq iqtidarında deyildir.

Neft Fondunun itkisinə gəldikdə isə, Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsı haqqında qaydalar”ında isə deyilir ki, ARDNF-nin investisiya portfelinin vəsaiti Böyük Yeddilərə - ABŞ, Almaniya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Fransa, İtaliya, Kanada və Yaponiyaya, Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, o cümlədən Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə “A” (Standard ənd Purz, Fiç) və ya “A2” (Mudiz) kredit reytinqindən aşağı olmayan reytinqə malik ölkələrin valyutalarında ifadə olunan aktivlərə yerləşdirilə bilər.

ARDNF-in investisiya portfelinin valyuta səbətinin yüksək diversifikasiyasını təmin etmək istiqamətində növbəti mərhələ kimi Çin yuanında investisiyalar məqsədlə 2014-cü ildə Çin Xalq Bankından 3 milyard yuan həcmində aldığı lisenziyasa təxminən, 500 milyon ABŞ dolları dəyərində idi.

Devalvasiya ilə əlaqədar bundan 17-18 milyon dollar itki təbii haldır və olduqca cüzi məbləğ sayılır. Belə ki, bu itki sabah 20-30 milyon dollara qədər arta da bilər.

Ancaq Cin iqtisadiyyatı indiki devalvasiya nəticəsində yenidən arta və sabitliyi bərpa edə bilər və bu, baş verəcək də... Çünki proses məhz buna doğru aparır.

Belə ki, ötən şərhimizdə də vurğuladıq ki, Çin hökumətinin real devalvasiya siyasətini ABŞ-a qarşı bir növ sərt iqtisadi sillə kimi dəyərləndirmək olar. Bu, ilk növbədə sözügedən ölkənin öz bazarına sabitlik gətirməklə yanaşı, dünya iqtisadiyyatına da təsir göstərəcək və Çində iqtisadi geriləmə dayandırılması Aİ iqtisadiyyatını da böhrandan çıxmağa kömək edəcək, hətta ABŞ-ın özündə hazırki iqtisadi irəliləmənin üzü "yoxuşa" dirənməsi ehtimalını azaldacaq.

Çində iqtisadi artımın bərpası - ixracın azalmasının qarşısının alınması isə ARDNF-ə bir hissəsini bir az əvvəl bu ölkənin aktivlərinə yatırdığı vəsaitlərindən verdiyi itkilərin kompensasiya olunması ilə nəticələnəcək.

Ümumiyyətlə, Çin kimi nəhəng bir iqtisadi reallığın fonunda Azərbaycanın neft pullarının idarəolunması strategiyasında 17-18 milyon dollarlıq cari itkiyə bahəm vay-şüyən qaldıranlar "bazar düşüncəsindən" xilas olmasalar, növbəti dəfə Neft Fondunu ABŞ dollarında investisiyaya görə də günahlandırmağa başlayacaqlar.

 

 
Açar sözlər: ARDNf valyuta səbəti devalvasiya
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (304)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (333)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (84)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (235)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (282)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (286)
+ Tikinti və landşaft (546)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (355)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (132)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.