az / ru
 
     
 
Ana səhifə > Biznes > Obyekti̇v

Azərbaycansayağı SMS-spam: səbr kasası daşır

03.12.2014 | Sidney Yanq

SMS-spamın dünyadakı həcmi, araşdırma şirkətlərinin göstəricilərinə əsasən, son ildə altı dəfə artıb. O cümlədən, Azərbaycan da istisna deyil. Minlərlə abonentin narazılığı illərlə böyüyüb və sonda bu problemə hökumətin də diqqətini çəkməsinə səbəb olub. Artıq ölkənin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arzuolunmaz SMS-poçtların abonentlərə göndərilməsi imkanlarının məhdudlaşdırılması ilə bağlı “Telekommunikasiya Haqqında” qanuna düzəlişlər etmək planlarının olduğunu bəyan edib. Nazirin müşaviri Müşfiq Əmirovun sözlərinə görə, mobil rabitə istifadəçilərinin hüquqlarının qorunmasını təmin edəcək dəyişikliklərin edilməsinə zərurət  əyləncə, reklam xarakterli qısa məlumatların kütləvi şəkildə abonentlərə göndərilməsi ilə bağlı şikayətlər nəticəsində yaranıb.

Məlumdur ki, mobil istifadəçilərin şikayətləri İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində fəaliyyət göstərən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi üzrə Dövlət Xidmətinə daxil olub.  Bununla bağlı hətta dövlət orqanları birgə araşdırmalar həyata keçiriblər və bu zaman nəhayət ki, mobil telefonlar vasitəsilə müntəzəm olaraq, aksiyalar, kampaniyalar, bankların endirimləri, pərakəındə satış şəbəkəsindən, tibb mərkəzlərindən, salonlardan, kabel TV-lərdən, mağazalardan SMS-məlumatların göndərilməsinə dair faktlar aşkar ediblər.

SMS-spam yalnız abonentləri deyil, həm də qanunverici orqanları təngə gətirib. Mobil rabitə abonentlərinin çoxillik narazılıqları Milli Məclisin deputatı Elmira Axundovanın da çıxışında öz əksini tapıb. O, müxtəlif səpkili SMS-bildirişlərin istehlakçıların hüquqlarını pozduğuna parlametarilərin diqqətini çəkib. Bununla yanaşı o, şəxsi mobil nömrəsini misal gətirərək, müntəzəm olaraq müxtəlif kampaniya və müsabiqələrə qoşulmağa dəvətlə bağlı reklam xarakterli məlumatlar aldığını bildirib. Deputatın sözlərinə görə, abonentin özünün razılığı olmadan spam-göndərişlər qanunsuzdur. O, SMS-lər vasitəsilə abonentin mənasız oyunlara cəlb olunduğunu xüsusi vurğulayıb və insanların bu yolla aldadıldığını, həmçinin onlara maddi ziyan vurulduğunu nəzərə çatdırıb. Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasova müraciət edən E.Axundova spamın qarşısının alınması üçün qanunda müvafiq düzəlişlər aparmağı xahiş edib.

Bizim hesablamalarımıza görə, hər bir mobil rabitə istifadəçisi ay ərzində 10 kommersiya xaraterli məlumat alır. Şəbəkənin tutumunu nəzərə alsaq, SMS-spamın aylıq həcmi 50 milyon məlumata yaxınlaşır. Üç-dörd il əvvəl isə  bu rəqəm bir neçə dəfə az idi və bunun da bir neçə səbəbi var.

Birinci səbəb “WhatsApp”, “Viber”, “Skype” kimi ismarıc kanallarının getdikcə populyarlığının yüksəlməsi və nəticədə operatorların SMS paket xidmətinin satışından əldə etdikləri gəlirlərin aşağı düşməsidir. Mobil eranın başlanması ilə bu proqramlar və smartfonların bazarda çoxalması nəticəsində hüquqi şəxslərdən gələn və operatorlar vasitəsilə çatdırılan məlumatların sayının fərdi şəxslərdən aldıqları SMS-lərin sayı ilə bərabərləşəcəyi gün heç də uzaqda deyil.   

“Deloitte” təhqiqatçılarının araşdırmalarına görə, 2013-cü ildən başlayaraq abonentlər arasında qısa ismarıc göndərişləri mesaj xidmətləri ilə müqayisədə geriləyir. Yaxın gələcəkdə SMS-lər azərbaycanlılar arasında populyar vasitə rolunu itirəcək. Bunun dolayısı sübutu mobil operatorların SMS–paketlərin satışından gəlirlərinin qlobal şəkildə düşməsidir. Nüfuzlu “Strategy Analytics” agentliyi hesab edir ki, 2017-ci ildə Avropada 28%, Şimali Amerika ölkələrində 38% azalma gözlənilir. Ehtimal olunur ki, bu təhlükəni hiss edən mobil operatorlar spamçıları öz məzmun-provayderləri qismində stimullaşdırmağa başlayıblar. Çünki mobil telefonlarda bürclər, melodiya, lotereyalar, totalizatorlar haqqında müdaxiləçi poçtlar daha tez-tez görünməyə başlayıb. Haqlı olaraq, SMS-i şəxsi ünsiyyət vasitəsi kimi nəzərə alsaq, istifadəçilərin daha çox reklam məlumatları, hətta gecə saatlarında belə mesaj almalarından doğan narahatçılıqlarını başa düşmək çətin deyil.  

Maraqlıdır ki, operatorlar özləri belə israr edirlər ki, onların bu məsələdə heç bir iştirakları yoxdur. Spamın arxasında hansısa kontent-provayderlər dayanırlar. Bu provayderlər isə hər hansı xidmət və ya məhsulu alarkən abonentlərin məhz özlərinin səhvləri üzündən onların nömrələrini əldə ediblər. Təəccüblü olsa da, bu cür məlumatların blakadaya alınmasına potensial imkanı olduğu halda, operatorlar bunu müqavilənin pozulması kimi qələmə verir. Bu bur faktdır ki, SMS-spamın arxasında onlarla reklamvericilər dayanır və onlar reklam-məlumatların göndərilməsi üçün kontent-provayderlərlə birbaşa müqavilələr imzaladıqlarını necə olsa da, etiraf edirlər. Ancaq insanların həyatını zəhərləyən “toksik xidmətlər”dən əldə olunan gəlirlərin mobil operatorlarla kontent-pravayderlər arasında necə bölüşdürülməsi barəsində nədənsə susurlar.

Məlumdur ki, SMS-in mobil rabitəyə düşməsi Azərbaycanda maksimum geniş auditoriyanı əhatə etməyə imkan verir. Bununla belə reklamvericilərin operatorlarla əlaqəsi özündə vacib bir həlqədir. Bir qayda olaraq, operatorlar SMS kanalları kontent-provayderlərə və ya servis-provayderlərə təqdim edirlər. Sonuncular da öz növbəsində birbaşa olaraq reklamvericilərlə və ya reklam agentlikləri ilə əməkdaşlıq edirlər. Praktiki olaraq, onların hamısı mobil rabitə operatorları ilə birbaşa müqavilə bağlamaq imkanından məhrumdurlar. SMS-göndərişlərin sifarişçisi operatorun xidmətlərindən formal olaraq, vasitəçilərin vasitəçiliyi sayəsində istifadə edir. Bu cür, daha dəqiq desək, qeyri-şəffaf bir sxem SMS-spam probleminin yüksəlməsinə səbəb olur, çünki məhz bu model heç bir nəzarət olmadan kütləvi şəkildə e-poçtlar göndərmək imkanı yaradır. Və provayder nə qədər çoxdursa, deməli kontent-provayderlər də o qədər çoxdur, müvafiq olaraq, SMS-reklamların sayı da artır.

Bu qəbildən olan məlumatların qiymət diapazonu da genişdir və 0.005 AZN-dən başlayır. Xarici operatorlar və aqreqatorlar tərəfindən həyata keçirilən kütləvi SMS-poçtlar təbii ki, daha bahalıdır. Beləliklə, Qərbi Avropa və ABŞ-da böyük trafik üzrə 1 SMS göndərişin minimal qiyməti $0.04 təşkil edir. Bu onunla əlaqədardır ki, bu dövlətlərin qanunvericilik aktlarının spam yollayışlarının qarşısını almaq üçün yaratdığı mexanizm, reklamvericinin müstəqil olaraq formalaşdırdığı müştəri bazasından istifadə etməyinə imkan verir. Xaricdə olduğu kimi, Azərbaycanda da qiymət müxtəlifliyi reklamın hədəf kütləsinin imkanlarından – cinsindən, yaşından, gəlirlərindən və yerləşdiyi coğrafi məkanından asılıdır.

Adi SMS-reklamlardan fərqli olaraq, tələbkar auditoriya ilə əlaqənin qiyməti daha bahadır. Bundan əlavə, bir SMS-in qiyməti onun aylıq sayından asılıdır, yəni nə qədər sayı çox olarsa, qiyməti də ucuzlaşır. Yerigəlmişkən, bu, mobil şəbəkədə spamın həcminin artmasının üçüncü səbəbidir.

Hazırda Azərbaycanda SMS-poçtların dövriyyəsi 28-30 milyon AZN həcmində qiymətləndirilir. Ancaq, qısası büdcənin yarısı məhz mobil rabitə şirkətlərinə çatır. Özü də SMS-spamın 80%-i “Azercell”şəbəkəsinin payına düşür və böyük sayda abonent qrupu praktik olaraq hər gün arzuolunmaz məlumatlarla üzləşir. SMS-spamın arxasında həmçinin “Azercell”in keçmiş rəhbəri Ali Ağanın yaxın dostu C.Ersoyun təsis etdiyi  “Mobasis” firması dayanır. “Xüsusi qürur mənbəyi”nin predmeti olaraq sanksiyalaşdırılmamış “zibil” kimi “Simurq” xidmətinin istifadəçilərinin aldıqları onlarla SMS-di də qeyd etmək olar. “Simurq”un müştərisi olmaq “şərəfinə” isə hamı – nömrəsini dəyişənlər və Azercell-dən yeni SİM-kart alanlar “layiq görülürlər”. “Simurq” layihəsinə dəstək verən kontent-provayderlərin siyahısında isə “UniMark”, “MobiSky” və “Sindibad Ko” firmaları yer alır. Onlardan sonuncusu isə ölkədə qeyri-şəffaf SMS-balans silinmələri ilə tanınır. Halbu ki, bu amil “Azercell” rəhbərlərinə “Sindibad Ko”nu öz tərəfdaşları arasında ən yaxşı servis kimi qələmə vermələrinə mane olmadı. Bu tip servis barədə hər gün müştəri şikayətləri alan mobil operator isə SMS-spamdan və balansın qeyri-şəffaf silinmələrindən can qurtarmağı müştərinin özünün üzərinə atır. Səbəb isə gün kimi aydındır, çünki müştərilərin həyatını zəhərləyən “toksik xidmət”dən gəlirləri “Azercell” üçün daha vacibdir.

 
Açar sözlər: SMS-spam Azercell Azərbaycan
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (330)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (219)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (278)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (282)
+ Tikinti və landşaft (542)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (343)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.