az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Dosye

“Azercell”in top-menecerləri ilə bağlı qalmaqallara nə zaman son qoyulacaq?

16.10.2014

“Azercell Telecom”un Əli Ağanın rəhbərliyi dövründə reallaşdırdığı tenderlər, əsas maliyyə əməliyyatlar və tarif siyasəti təkrar araşdırıla bilər. Əsl telekommunikasiya nəhəngi sayılan  “TeliaSonera”nın Azərbaycanda ən iri mobil rabitə operatorunun sabiq başçısının fəlaiyyətini araşdırılmasına dair sonuncu qərarı bu ssenarini istisna etmir.

Ə.Ağan və onun tərəfdaşlarına qarşı şübhələrin yaranmasına səbəb Skandinavia holdinqinin törəməsi “Kcell” şirkətində onun baş icraçı menecer işlədiyi dövrdə keçirilən tender və podratçı kompaniyaların seçilməsi ətrafında qalmaqallardır. Son 7 ildə xaricdə “Azercell”, “Uzcell” və “Kcell” kimi şirkətlərin top-menecer vəzifələrində çalışmış bu türkiyəli mütəxəsis, sentyabrın sonunda qəflətən istifa verdi. Gözlənilməz gedişini Ə.Ağan İstambulda yaşayan ailəsinin yanına dönməsi ilə əlaqələndirir. Bütün bunlar mətbuata Şekspirin heç yuxusunda görmədiyi bir dram kimi təqdim olunur. Nə qədər təsirli olsa da, onun “yaxınları üçün darıxması” məhz rəhbərlik etdiyi şirkətdə daxili araşdırmalara başlandığı günlərlə üst-üstə düşür.   

“TeliaSonera Eurasia”nın Direktorlar Şurasının nümayəndələri bu yaxınlarda Almatıda keçirdikləri xüsusi brifinqdə daxili xidməti araşdırmaların başlanmasını elan ediblər. Bu zaman şirkətə məxsus səhmlərin hərraca çıxarıldığı birjalara kadr dəyişikliklərin olacağı barədə açıqlama da verilib. Bununla yanaşı, etiraf edilir ki, daxili araşdırmalara tələbat yenə də Əli Ağan və onun komandasının xarici təchizatçılarla bağladığı bir neçə müqavilələrdə daxili prosedur və qaydaların pozulması ilə əlaqəlidir. Araşdırmanın ilkin nəticələri onunla yekunlaşıb ki, “TeliaSonera Eurasia” Direktorlar Şurası yoxlama miqyaslarının genişləndirməyi və əlavə resurslar cəlb etməyi lazım bilib. Xüsusilə də aşkar olunan faktlara hüquqi qiymət vermək və ümumiləşdirmək üçün təhqiqatlara hüquq məsləhətçiləri cəlb olunublar. Həmçinin əvvəllər bağlanmış əqdlər və müqavilələrin baxılması da ehtimal olunur. Təbii ki, bu barədə səlahiyyətli əməkdaşlar, müvafiq təchizatçılar əlavə məlumat alacaqlar.

Birja dairələrindəki mənbələr istisna etmirlər ki, “TeliaSonera”, bu dəfə də qalmaqalın ictimailəşdirilməsi və nəticədə səhmlərin qiymətdən düşməsini istəməyərək, korrupsiya faktlarını gizlədəcəyini və beynəlxalq biznesdə qəbul olunduğu, amma rəsmi səsləndirilməyən bəzi inzibati tədbirlərə əl atacaq. Mövcud durum isə KİV-lərdə layiqincə istehzalı reaksiyalara səbəb olub. Ən azı ona görə ki, xisməti araşdırmalara başlanıldığı bir anda mobil operator öz hesablarından birdəfəlik iri bir məbləğin silindiyi etiraf edib. Tikintisi yekunlaşmamış obyektlərin və digər yoxlama materiallarının dəyərinin qiymətləndirilməsi üzrə yeni nəticələrə görə, söhbət $20 milyonun silinməsindən gedir. Öz növbəsində hüquq-mühafizə orqanları hesab edirlər ki, “Kcell”in keçmiş əməkdaşlarının verdiyi ifadələrə əsasən yeni aşkarlanan hallarla bağlı cinayət işinin qaldırılması üçün bütün əsaslar var. Bu və ya digər halda, Əli Ağanın arxasınca Qazaxıstanı onun tərəfdaşları, eyni zamanda Azərbaycandan olan Sevda Səlimovanın da və digər həmkarları da tərk etməyə can atır. Onların hamısı məsləhətçı qismində "keçmiş yem yeri” olan  "Azercell" də daxil olmaqla “TeliaSonera”nın digər törəmə şirkətlərində fəal iş axtarışlarına başlayıblar.

Xatırladaq ki, “TeliaSonera”nın Özbəkistandakı törəməsi olan “Uzcell”in top-meneceri olmuş “Azercell”in keçmiş rəhbərinin adı cəmi iki il əvvəl bu ölkənin başçısı olan İslam Kərimovun ailəsi ilə bağlı qalmaqalda hallanırdı. Vəziyyət İsveç prokurorluğunun işə qarışmasını tələb etmişdi və məhkəmə çəkişməsi ilə yekünlaşdı. Bu zaman məlum oldu ki, telekommunikasiya nəhəngi "3G" xidmətinə lisenziya əldə etmək üçün öz ortağı və qeydiyyatdan Gibraltar offşorunda keçmiş “Takilant” şirkətinə çox böyük bir məbləğ ödəyib. Həmin xərclər şirkətin illik maliyyə hesabatına göstərilməmişdi, halbuki  $320 milyon yekunda Özbəkistan prezidentinin böyük qızı Gülnarənin rəfiqəsi Qayanə Avakyanın təsis etdiyi “Takilant”ın hesablarına daxil olub.

Yaranmış vəziyyəti müstəqil şəkildə araşdıran “Mannheimer Swartling” hüquq şirkəti, Özbəkistanın səlahiyyətli şəxslərinin rüşvət alınmasına dair  “TeliaSonera” menecmentini birbaşa günahlandırmasa da, biznesin inkişafı zamanı ədalətsiz davranış risklərinin minumuma salınması üçün addımlarını qənaətbəxş hesab etməmişdir. Xatırlatmaq yerinə düşər ki, "TeliaSonera" konserni 2008-ci ildə “Azercell Telecom”da Azərbaycan dövlətinin payını almaq üçün hansısa amerikalı biznesmenə 200 milyon kron həcmində oxşar ödəniş həyata keçirdiyi barədə iməlumatlar yayılmışdı.

“TeliaSonera”nın sifarişi ilə “Norton Rose Fulbright” hüquq firması şirkətin Avrasiya regionunda fəaliyyətinin müstəqil auditini aparıb və belə bir nəticəyə gəlib ki, Azərbaycanda və digər ölkələrdə onun fəaliyyəti “ədalətli kommersiya siyasəti prinsiplərinə uyğun olmamışdır”. “Azercell”, “Uzcell” və “Kcell” ətrafındakı qalmaqallar Əli Ağanın himayəçisi hesab olunan Veysəl Aranın ötən ilin sonunda “TeliaSonera Eurasia”nın top-meneceri vəzifəsindən istefa verməsinə gətirib çıxarıb. Məlum olduğu kimi, onun komandasında çalışan əsas menecerlər bir-birinin yolunu davam etdirən böyük bir biznes-sekta təşkil etmişdilər. V.Aralın 2.767% payla “TeliaSonera”da minoritar səhmdar olması da həmin illərdə formalaşıb. Ona sadiq qalan menecerlərin formalaşması hələ "Ericsson” şirkətində rəhbər olduğu bir vaxtda başlayıb.

“Azercell”in keçmiş rəhbərinin Cem Ersoy kimi tərəfdaşları ilə əməkdaşlığına dair mətbuata yeni nüanslar da məlum olub. C.Ersoy 2007-ci ildə “Ericsson” şirkətinin Almatı nümayəndəliyində çalışıb. Hazırda isə Bakıda öz biznesini davam etdirir. V.Aralın qardaşı ilə əməkdaşlıq sayəsində C.Ersoy Türkiyədə “GVC Ltd” şirkətini yaradıb. Bu firmanın abbreviaturası təsisçilərin adlarının bas hərfləri ilə açıqlanır: “G” – Gürsel (Veysəl Aralın qardaşı), “V” – Veysəlin özü, “C” – Cem Ersoy. Təəccüblü deyil ki, "TeliaSonera"nın müvafiq xidmətlərinin nəzərindən qaçan korrupsiya sxemi Qazaxıstanın səlahiyyətli orqanlarının öz araşdırmalarına başlamasına mane olmayıb. Bu vəziyyət isə C.Ersoyun “Ericsson”dan məharətcəsinə işdən çıxaraq, Azərbaycana köçməsinə səbəb olub. Bakıda o, "Mobasis" sirkətini təsis edib və “Azercell” ilə səmərəli əməkdaşlıq qurub. Bu şirkət hazırda da kommersiya xarakterli SMS-lərin göndərilməsi sahəsində “Azercell Telekom”un podratçısıdır. Söhbət o SMS-lərdən gedir ki, 4 milyon abonentin hər birini təngə gətirən spam axınının arxasında kimin durduğu barədə mobil operator menecmentinə arzuolunmaz suallar yaradır.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (334)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.