az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Dosye

"TeliaSonera"da türk qambiti

22.09.2014

Azərbaycanın ən iri mobil operatorunun keçmiş baş meneceri Ali Ağan Skandinaviyanın telekommunikasiya nəhəngi "TeliaSonera"nın Qazaxıstandakı fəaliyyəti ilə bağlı qalmaqala cəlb olunub. 

Qazaxıstan kütləvi informasiya vasitələri xəbər verir ki, "TeliaSonera"nın törəməsi olan "Azercell Telekom"un keçmiş top-meneceri də daxil olmaqla "Kcell"in bir neçə rəhbər vəzifəli şəxsləri maliyyə fırıldaqçılığında günahlandırılırlar. KİV-lərin istinad mənbələri isə Qazaxıstan hüquq-mühafizə orqanlarıdır. Hərçənd adıçəkilən fırıldaqçılıq faktının təsdiqi kimi hələlik dolayısı olsa da, Ali Ağanın gözlənilməz istefası və tələsik Almaatanı tərk etməsi göstərilir. Hələki fəaliyyətdə olan “Kcell”in icraçı direktoru kompaniyadakı səlahiyyətlərini sentyabrın 30-da təhvil verəcəyi haqqında Səhmdar Cəmiyyətin Direktorlar Şurasını artıq məlumatlandırıb. Rəsmi səsləndirilmiş bəyanat isə belədir : “yeni imkanlar və karyera yuksəlişi üçün". "Kcell"in Direktorlar Şurası artıq bu vəzifəyə təyinat üçün yeni namizədin axtarışına çıxıb, hələlik isə  kompaniyanın bas icraçı direktoru vəzifəsini müvəqqəti olaraq "Kcell"in texniki direktoru Rikard Sunqa icra edəcək. Məlumdur ki, Ali Ağan 2013-cü il iyunun 1-dən "Kcell"in icraçı direktoru təyin edilib. O, bu postda otən ilin fevralında “TeliaSonera Eurasia”nın prezidenti təyin olunan Veysəl Aralı əvəzləmişdi. Beynəlxalq maliyyə və telekommunikasiya sahəsində iyirmi ildən çox təcrübəsi olan A.Ağan “Kcell”ə “TeliaSonera” kompaniyasının törəməsi olan “Ucell”dən gəlmişdi. 2008-ci ilin mayından 2012-ci ilin sentyabrınadək o, "Azercell"də rəhbər vəzifədə calışıb. Bu vaxta qədər türk top-menecer öz vətənində "ATALAY Currency and Gold Trading Co." və "AGAN International Trading Co." sirkətlərini də təsis edib. 

"Azercell"in keçmiş rəhbərindən basqa, “Kcell”i idarəetmə strukturunda təmsil olunan digər vəzifəli şəxslər də tərk edir.Onların arasında HR Departamentin direktoru olan Bakıdan dəvət etdikləri Sevda Səlimova da var. Etibarlı mənbələrdən əldə olunan məlumatlara görə, onun istefası “Kcell”də əmək hüquqlarının qorunması ilə bağlı yoxlamaların nəticəsi olub. Qazaxıstan elektron KİV-lərində dərc olunan məlumatlara əsasən, bütün bunlar “TeliaSonera”nın Qazaxıstandakı mobil operatorunun keçmiş rəhbəri Veysəl Aralın rəhbərlik etdiyi "turk qruplaşması"nın fəaliyyətindən narazılığının nəticəsidir. Daha bir həqiqət bundan ibarətdir ki, hələlik dolayısı olsa da, “TeliaSonera”nın bəzi rəhbər şəxslərinin işlərində yol verdikləri fırıldaqçılığın sübutu kimi Qazaxıstan dövlət orqanlarının mütəmadi olaraq “Kcell”ə qarşı kosmik axtarışla bağlı məhkəmə iddiaları qaldırması göstərilir. Onlardan biri mobil operatorun rouminq xidməti üzrə qaydaları pozması ilə bağlıdır. Beləliklə, Qazaxıstanın Rəqabətin Qorunması üzrə Agentliyi mobil operatora qarşı $88 milyon(!) dəyərində cərimə təyin edib. Qazaxıstanın məhkəməsi isə abonentlərə təqdim olunmayan "Gündəlik limitsiz" xidmətinə görə  abonent ödənişləri kimi abonent balansından silinən məbləğin geri qaytarılması barədə  “Kcell”ə qarşı qərar cıxarıb. Bundan basqa, Qazaxıstanda 14.3 milyon abonentə xidmət edən və bazar payının 46%-nə malik olan şirkətə $1.8 milyon cərimə kəsilib. Ancaq bu məbləğ hələ də ödənilməyib. 

Ədalət naminə qeyd etmək lazımdır ki, “TeliaSonera” əvvəllər də Azərbaycan, Qazaxıstan və Özbəkistandakı "öz mülkiyyətini təmizləməyə" cəhd göstərmişdi.Təbii ki, Qərbi Avropada tanınmış bu sirkətin səhmləri bir neçə birjada hərraclara çıxarılır. İstənilən anlaşılmazlıq isə bu telekommunikasiya nəhənginə onlarla yox, milyonlarla dollar bahasına başa gələ bilər. İlk növbədə də beynəlxalq korporasiya Azərbaycanda və Mərkəzi Asiya ölkələrində onun biznesini idarə edən Veysəl Aralı ötən ilin dekabrında irəli çəkməklə buna zəmin yaratmış oldu. 

2001-2006-cı illərdə V.Aral Azərbaycan, Gürcustan və Türkmənistan üzrə regional menecer, “Ericsson AB” kompaniyasında "Fintur"un vitse-prezidenti və  müştərilərlə iş üzrə departamentin rəhbəri olub. Qazaxıstanın matriсa.kz portalı xəbər verir ki, V.Aral hətta Özbəkistanın prezidentinin qızı Gülnar Kərimova ilə bağlı prezident ailəsini qalmaqala cəlb etməyi də bacarmışdı. Bu mənbənin versiyalarına görə, "Azercell"in keçmiş rəhbəri Ali Ağan öz təyinatını məhz V.Aralın himayəsi sayəsində alıb. Qazax mətbuatının diqqətini çəkən, şubhə doğuran faktlar arasında “Kcell”in “Mobile Streaming”, “GSMTech Management” və  “Micro Engineering” kimi podratçılarla bağladığı müqavilələr də yer alıb. Məsələn, sonuncunun mülkiyyətçisi V.Aralın dostları - Levet Deridci və Muhammed Akbulutdur, “GSM Tech Management” isə tam olaraq V.Aralın dövründə “Kcell”in kommersiya direktoru isləmiş Kasparsu Kukelisun həyat yoldasının atasına məxsusdur. Tender elan etmədən “Kcell”in rəhbəri bu ilin iyul ayında şübhəli bir podratçı “SMS Consult” ilə müqavilə bağlayıb. Bu şirkət təzəlikcə qeydiyyatdan keçib və mobil operatorlara texniki xidmət göstərmək sahəsində heç bir təcrübəyə malik deyil. Podratçıların arasında, mobil operatorun keçmiş rəhbərləri ilə kifayət qədər bağlılığı olan "Kıran sekyuriti" də var. 

İstefasından bir müddət əvvəl Ali Ağan onlardan bir neçəsi ilə əməkdaşlığın dayandırılması haqqında göstəriş verib. Bundan basqa, baş menecer bu yaxınlarda abonentlərin danışıqlarının belə desək, qara bazarda nüsxəsini çıxarılmasında iştirakı olmuş “Kcell”in əsas əməkdaşlarından birini cəzasız buraxmışdı. Əgər xatırlayırsınızsa, A.Ağanın Bakıda “Azercell”ə rəhbərliyi dövründə də bu şirkətin fəaliyyətində belə halların olduğu barədə söz-söhbət yayılmışdı. İnformasiyanı sızdırdığına görə, “əməkdaşın sakitcə işdən qovulması"nı üstün tutan “Kcell” rəhbəri, hətta çox mötəbər bir məbləğdə kompensasiya da ödəmişdi ki, mətbuatda hay-küy qaldırmasın. 

Qazaxıstan jurnalistlərinin araşdırmaları nəticəsində keçmiş “Azercell” rəhbərinin Cem Selcuk Ersoy kimi tərəfdaşlarla əməkdaşlığına dair yeni detallar da üzə çıxıb. Bu sahibkar Qazaxıstana A.Ağandan əvvəl, 2007-ci ildə gəlib və o zaman İsveçin “Ericsson” sirkətinin ölkə nümayəndəliyində işləyirdi. V.Aralın qardaşı ilə əməkdaşlıq sayəsində C.Ersoy Türkiyədə “GVC Ltd” şirkətini yaradıb. Bu firmanın abbreviaturasını açıqladıqda təsisçilərin adlarının bas hərfləri: “G” – Gürsel (Veysəl Aralın qardaşı), “V” – Veysəlin özü, “C” – Cem Ersoydur. Təəccüblü deyil ki, bu korrupsiya sxemi "TeliaSonera" üçün  müvafiq xidmətlər göstərib. Biznesin idarəedilməsi üzrə bütün qaydalara əsasən, xidmət təqdim edənə çalışan şəxsin sifarişci ilə birlikdə birgə muəssisə açmağa mənəvi və hüquqi cəhətdən hüququ yoxdur. Göstərilən “yoldaşlıq” isə məhdud cavabdehliklə indi də fəaliyyətdədir. Qazaxıstanın səlahiyyətli orqanları artıq, “Ericsson”dan məharətcəsinə işdən çıxaraq, Azərbaycana köçmüş C.Ersoyun fəaliyyətini araşdırmağa baslayıb. Bakıda o, 2011-ci ildə "Mobasis" sirkətini təsis edərək, “Azercell”in o vaxtkı rəhbəri Ali Ağanla əməkdaşlığını davam etdirib və vurğulamaq istərdik ki, hazırda da “Azercell Telekom”un podratcısıdır. 

P.S. yerinə...

Bütün ehtimallara görə, Qazaxıstanda aşkarlanan pulların ölkədən çıxarılması metodikası və sxemi tam xırdalıqlarına qədər işlənib və ehtimal üçün bütün əsaslar var ki, bu sxem çətin ki, Azərbaycanda dəyişdirilib. Axı, təsadüfi deyil ki, “TeliaSonera”nın yuxarıda adları çəkilən türk menecerlərinin çalışdığı hər bir ölkədə qalmaqallar yaşanıb. Bunlardan biri haqqında ötən ilin dekabrında “Reuters” məlumat yaymışdı. O zaman söhbət yoxlamalar nəticəsində “Azercell”in satış və marketinq departamentinin rəhbəri Samit Həmidovun işdən qovulmasından gedirdi. Konturların topdan satışı, 211-lə gələn nömrələrin realizasiyası zamanı Dubaydakı və Turkiyədəki şübhəli offşor sirkətlər vasitəsilə SİM-kart istehsalı, zənglərin və yazışmaların nüsxələrinin satışı ilə bağlı bütün bu hərəkətlərə isə Azercell-ə Moldaviyadan gənc menecer Krill Qaburiçin gəlməsi ilə son qoyuldu. Ancaq S.Həmidovun işdən çıxarılması ilə paralel olaraq, “TeliaSonera Eurasia” postundan Veysəl Aralın uzaqlaşdırılması da baş verdi. Lakin onun işdən çıxarılması və istefası barədə informasiyanı “Azercell” rəsmiləri düz, dünya nüfuzlu xəbər agentliyinin İsveç Prokurorluğunun bununla bağlı təhqiqatlar apardığı  barədə məlumatlar dərc etməsinə qədər gizlətdilər.  “TeliaSonera”nın rəhbərliyi isə Avrasiya Korporativ Əlaqələr üzrə vitse-prezidenti Erim Taylanların qismində məsələyə aydın gətirdi və V.Aralın gedişini korporasiyada struktur dəyişiklikləri ilə əlaqələndirməyə cəhd göstərdi. 

Lakin məlumdur ki, “TeliaSonera” şirkətinə hüquqi xidmət təqdim edən “Norton Rose Fulbright” firması korporasiyanın Avrasiya regionunda fəaliyyətini arasdırmaq üçün müstəqil şəkildə audit keçirib və belə bir nəticəyə gəlib ki, onun Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, Moldova və Nepaldakı fəaliyyəti "ədalətli kommersiya təcrübəsi prinsiplərinə uyğun deyil”.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.