az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Dosye

Londonun MDB-dən olan investorları arasında azərbaycanlılar öndədirlər

01.04.2014

Rusiya, Ukrayna, Gürcüstan və Qazaxstanın varlı vətandaşları ilə yanaşı, azərbaycanlıların Londonda əldə etdikləri daşınmaz əmlakın məcmu dəyəri $3.33 milyarddır. Britaniyanın əmlak ticarəti üzrə aparıcı “Beauchamp Estates” şirkəti tərəfindən son iki il ərzində hazırlanan müvafiq hesabatlar bunu deməyə əsas verir.

Nüfuzlu “The Telegraph” qəzetində dərc olunan rieltor şirkətinin göstəricilərinə əsasən, cari ilin birinci rübündə elit daşınmaz əmlak bazarında Ukrayna vətəndaşları daha yüksək fəallıq nümayiş etdiriblər. Hesablamalara görə, onların sayı ilk dəfə olaraq 48 minə çatıb, bu isə Böyük Britaniyanın paytaxtında yaşayan Rusiyalı vətəndaşları üzrə rəsmi sayından 50% çoxdur. Nəticədə keçmiş sovet respublikalarının vətəndaşları arasında Londonun mərkəzində bahalı əmlak alanların siyahısına varlı ukraynalılar başçılıq edirlər.

Rieltorlar iddia edirlər ki, bu il MDB ölkələrindən olan alıcılar arasında tələbatın artmasından Londonun “Mayfair and Regent’s Park” rayonunun daşınmaz əmlakı daha əlverişli istifadə edib. Burada evlərin qiyməti isə $25-$100 milyon arasında dəyişir. Bununla yanaşı, Londonun əmlak bazarında satınalmalar orta hesabla $600-700 min təşkil edir. Bahalı əmlak əldə edənlərin siyahısında ikinci yeri Rusiya vətəndaşları tutur. Onlardan sonrakı sıralamada Qazaxıstan, Azərbaycan və Gürcüstanın vətandaşları yerləşir. Son iki ildə, ilk dəfə olaraq Rusiya vətəndaşlarının London əmlak bazarındakı sövdələşmələrdə birinciliyi əldən vermələrinin səbəbini ekspertlər Krım ətrafındakı gərginliklə və Ukraynadakı mürəkkəb siyasi vəziyyətlə izah edirlər.

Beləliklə, “Beauchamp Estates” ekspertləri martın ikinci yarısında Londonda əmlak almaq istəyən varlı ukraynalılardan daxil olan sorğunun sayında sıçrayış qeydə alıblar. Təkcə son bir-iki həftədə 20-dən çox sorğu daxil olub. “Beauchamp Estates”-ın tədqiqatları göstərir ki, orta hesabla MDB-dən olan varlı ailə Londonda dörd yataq otaqlı ev axtarır. Üstəlik, alıcıların 85%-i Naytsbricdə əmlak əldə etmək arzusunu ifadə edir. MDB ölkələrindən olan tipik alıcı bir qayda olaraq şəxsi təyyarəyə və ən uzağı Kannada, Monakoda ya da San-Tropedə bir şəxsi yaxtaya sahibdir.

Xatırladaq ki, oxşar statistikanı bu ilin fevralında dəyəri $1.5 milyondan başlayan əmlak obyektləri üzrə ixtisaslaşan “Knight Frank” beynəlxalq rieltor şirkəti də dərc etmişdir. Onun hesablamalarına görə, son illər MDB ölkələrindən London əmlak bazarına ünvanlanan sorğuların sayında nəzərəçarpacaq artım baş verib. Üstəlik, varlı ukraynalılar Londonda yalnız elit villalarla maraqlanmaqla kifayətlənməyiblər, həmin əmlakları həqiqətən də alıblar.

“Beauchamp Estates” şirkətinin analitikləri hesab edirlər ki, Azərbaycan, Rusiya, Ukrayna və digər keçmiş sovet dövlətlərinin vətəndaşlarının fəallaşması Britaniya paytaxtında daşınmaz əmlak bazarının qiymətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilməyib.

Qeyd edək ki, hazırda Londonda yaşayan milyarderlərin sayı Avropanın istənilən digər meqapolisindən daha çoxdur. Böyük Britaniyanın paytaxtında rəsmən 67 milyarder yaşayır, bu isə Paris və Jenevanın birlikdə göstəricisini belə üstələyir. “Beauchamp Estates” agentliyinin araşdırmaları göstərir ki, heç bir varlı öz istəklərini bir yaşayış məkanı ilə məhdudlaşdırmır, onların əksəriyyəti məhz Londonda ev və ya elit mənzil sahibi olmağa qərar verirlər.

Həmçinin xatırladaq ki, bütün dünyada ümumilikdə 2170 milyarder qeydiyyatdan keçib, onlardan bir neçəsi Azərbaycan vətandaşı və ya Azərbaycandan köçənlərdir.


 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.