az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Dosye

Bakı-Novorossiysk: ARDNŞ keyfiyyəti tranzit tarifinə qurban verdi

04.03.2014

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Bakı-Novorossiysk boru-kəməri vasitəsilə neft ixracı üzrə tranzit qiymətlərdə 20% udub. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Hesablamalara görə, Azərbaycan tərəfi 2014-cü ildə ən azı $4.83 milyon irəli düşüb. Bu isə ixrac olunan “qara qızılın” yüksəksulfidli “Urals” nefti ilə qarışması nəticəsində qiymətdən düşməsi ilə bağlı itkiləri qismən kompensasiya edəcək.

İddialar böyük idi...

ARDNŞ və “Transneft” ASC arasında imzalanan sonuncu kommersiya razılaşmasına əsasən, Rusiya inhisarçısı rubl ekvivalenti ilə yeni tarif müəyyən etdi, bunun sayəsində Azərbaycan tərəfi tranzit neftinin hər tonunda $3.22 qabağa düşdü. Həmçinin, ixrac olunan neftin qarışması ucbatından şərti itkilər hər tona təxminən $22.5 bərabərdir. Əvvəllər “Transneft”-in nümayəndələri ixrac həcmlərin azlığından şikayətlənərək, Azərbaycan neftinin daşınması üçün daha yüksək tariflər qoymaq niyyətlərini açıqlamışdılar. Buna baxmayaraq, əgər 2014-cü ilin mart ayınadək Rusiya Federasiyası ərazisindən keçən neftin hər tonuna görə tranzit haqqı ARDNŞ üçün $15.67 təşkil edirdisə, hazırda bu qiymət $12.45-dək enib.

ARDNŞ və “Transneft” arasında imzalanan kommersiya müqaviləsi əsasında Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan neftinin daşınması üçün yeni tarif Rusiya Federal Tarif Xidməti tərəfindən təyin olunub. 1996-cı ildən bəri qüvvədəəə olan Azərbaycan-Rusiya hökümətlərarası sazişinin əvəzinə bağlanılan yeni müqavilə ötən ayın 19-da imzalanıb.

...həcm artsa...

Qeyd edək ki, əvvəlki dövlətlərarası müqavilə 2013-cü ilin mayında Rusiya hökuməti tərəfindən ləğv edilmişdi. “Transneft” rəsmiləri səbəb kimi kəmərə vurulan neft həcminin onun fəaliyyət göstərməsi üçün səmərəli olmadığını göstərmişdilər.

Rusiya tərəfinin gözləntilərinə əsasən, Azərbaycan Dövlət Neft Şirkəti bu kəmər vasitəsilə ixrac etdiyi öz neftinin həcmini ötənilki 1.5-2 milyon səviyyəsindən 5 milyon tonadək artıra bilər. Çünki hələ 2013-cü ilin noyabrında Rusiya şirkəti elan etmişdi ki, tranzitin həcmi cari ildə də ötənilki kimi 1.5 milyon ton olsa, onun tranzit qiyməti $22, 1.8 milyon ton olarsa - $21.4 və ancaq 5 milyon tonu keçdiyi təqdirdə hər tona görə $12.2 təyin olunacaq. ARDNŞ-in bundan imtina etməsi səbəbindən “Transneft”, Azərbaycan sərhəddindən Maxaçkalayadək Bakı-Novorossiysk neft kəmərinin öz işini dayandırdığını və bu istiqamətdə kəməri qazax və türkmən nefti ilə doldurmaq barədə planlarının olduğunu açıqlamışdı.

Məsələn, ötən ilin noyabrında “Transneft” ASC prezidentinin müşaviri İqor Demin hətta Rusiya inhisarçısının neft kəmərinin Maxaçkaladan Bakıya qədər olan hissəsinə təsirsiz qazların vurulmasına hazır olduğunu bildirmişdi. “Transneft” nümayəndəsi o zaman xüsusilə qeyd etmişdir ki, Azərbaycan neftinin aşağı salınmış tranzit həcmindən gəlirlər neft kəmərini müvafiq vəziyyətdə belə saxlamağa imkan vermir. Bununla yanaşı, məhz onun qiymətləndirmələrinə əsasən, aşağı tranzit haqqları nəticəsində il ərzində itirilən məbləğ təxminən $47 milyondur.

...keyfiyyət düşsə...

ARDNŞ-nin İnvestisiyalar və Marketinq üzrə vise-prezidenti Elşad Nəsirovun sözlərinə görə, Azərbaycan tərəfi Bakıdan ixrac olunan neftin keyfiyyətinin saxlanması təmin olunmadığı üçün əvvəlki tranzit tariflərindən razı deyildi. O, bəzi güzəştlərin olacağı təqdirdə Azərbaycan neftinin ixrac həcminin artırılacağını istisna etməsə də, bunun yalnız “Transneft”in xam neftin keyfiyyətinə zəmanət verəcəyi təqdirdə olacağını vurğulamışdı. 

...BTC seçiləcək!

Məlumdur ki, ARDNŞ-nin müstəqil olaraq hasil etdiyi, hətta birgə müəssisələrlə əməkdaşlıq çərçivəsində quruda olan yataqlardan çıxartdığı neft belə uzun illər Bakı-Novorossiysk neft-kəməri ilə ixrac olunurdu. 1983-cü ildən bəri istismar olunan kəmərin ümumi uzunluğu 1330 kilometr təşkil edir. Sovet dönəmində kəmər Qərbi-Sibir neftinin Azərbaycanın neftemalı zavodlarına düşınması üçün istifadə edilirdi, yalnız 1997-ci ildən sonra kəmər əks rejimdə işləməyə başladı. Kəmərlə Azəri-Çıraq-Günəşli yatağından hasil olunan ilkin neftin nəqlinə start verildi.

Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir. Neft kəməri AÇG yatağının işlənməsi çərçivəsində bərpa edildi və istismar üzrə operator kürsüsünə ABƏŞ keçdi. Lakin 2006-cı ilin iyulunda Bakı-Tbilisi Ceyhan kəməri istismara veriləndən sonra Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Rusiya vasitəsilə neft nəql etmək qərarından imtina etdi.

Məlumdur ki, ARDNŞ-nin ortaillik neft hasilatı təxminən 8 milyon tondur. Hasil olunan neftin böyük bir hissəsi - 6 milyon tonu benzin və neft məhsullarının istehsal edilməsi məqsədilə neftemalı zavodlarına göndərilir. Yalnız yerdə qalan hissəsi ARDNŞ tərəfindən ixrac oluna bilər. Beləliklə, 2013-cü ildə ARDNŞ Novorossiysk vasitəsilə ixrac neftinin həcmini 15.2% azaldaraq, 1.751 milyon tona saldı. Bu, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ixrac olunan Azərbaycan neft xammalının həcmindən düz 17 dəfə azdır. İllik neftdaşıma gücü 50 milyon ton olan BTC-nin doldurulması üçün ARDNŞ həmçinin Qazaxıstan və Türkmənistanın xam neftindən də istifadə edir. Bu bir daha təsdiqləyir ki, son illər Azərbaycan, Bakı-Novorossiysk neft kəmərini doldurmaq üçün real imkanlara malik deyildi.

“Qara qızıl”ın itkiləri...

Ümumilikdə, 2004-cü ildən başlayaraq RF vasitəsilə ARDNŞ və onun ABƏŞ üzrə tərəfdaşları 24.5 milyon ton neft ixrac ediblər. Əlbətdə ki, bu həcmlər Rusiya tərəfinin gözləntilərindən iki dəfə azdır. Potensial olaraq Azərbaycanın ixrac etmədiyi 25-26 milyon ton neftinə görə “Transneft”-in zərəri $320 milyon həcmində qiymətləndirilə bilər. Amma ARDNŞ-in bu kəmərlə nəql etdiyi neftin keyfiyyətdən düşməsi səbəbindən itkiləri çoxdan $0.5 milyardı ötüb. Şərti olaraq, bu itkilər maksimal neft ixracı şəraitində $1 milyard da təşkil edə bilərdi.

...güzəştlər məngənəsində...

Hazırda Rusiya şirkətinin və ARDNŞ-nin nümayəndələri tranzit xidmətlərinin yenidən qiymətləndirilməsilə bağlı heç bir şərh vermirlər. Azərbaycan mətbuatında yalnız sənaye və energetika naziri Natiq Əliyevin tərəflər arasındakı yeni razılaşmaya müsbət qiymətləndirməsinə dair şərhə rast gəlmək olar. Bununla yanaşı, o da məlumdur ki, Azərbaycanın Rusiya vasitəsilə neft ixracının həcmini artırmaq planları yoxdur. Artıq elan olunub ki, cari ildə ARDNŞ Novorossiysk istiqamətində 1.5 milyon tondan çox neft nəql etməyəcək. Ehtimal etmək olar ki, neftimizin tranzit zamanı keyfiyyətdən düşməsi məsələsi də məhz elə kiçik həcmlərlə görə gündəmdan çıxarılıb. Bu təqdirdə “Transneft”-in tariflərdə güzəştə getməsini ixrac neftinin keyfiyyətinin saxlanması məsələsinin gündəlikdən çıxarılmasının nəticəsi kimi qiymətləndirmək olar. Beləliklə, ARDNŞ öz neftinin Rusiya vasitəsilə nəqlində yenidən onun qiymətində ziyana düşmüş olur. Əvvəllər də olduğu kimi, yüngül və bahalı neft markası olan “Azeri Light”-ın daha aşağı keyfiyyətdə neftlə qarışması nəticəsində Novorossiyskdən “Urals” brendi ilə ixrac edilir. Üstəlik, “Azeri Light”-ın yüksək qiyməti ilə “Urals” brendinin qiyməti arasında çox böyük bir fərq yaranır. Məsələn 2013-cü ilin iyul ayında hər barel üçün qiymət fərqi $1.72, avqustda isə $5.48 təşkil edib. Nəticədə 2013-cü ildə qiymətlər arasındakı fərq hər barelə görə $2.88, hər tona görə isə $21.54 səviyyəsində ortaya çıxıb.

Ekspertlərin fikrincə, Azərbaycan tərəfinin qiymətdə udması Rusiya valyutasının məzənnəsinin ABŞ dollarına qarşı dayanıqlı olmaması sayəsində mümkün olub. Daha bir mühüm amil boru kəmərinin Bakı-Maxaçqala hissəsinin saxlanması üzrə büdcəsi ilə bağlıdır. Artıq məlum olub ki, neft kəmərinin konservasiya vəziyyətində saxlanması, həmçinin onun yenidən işə salınması üçün xərclər 1.5 milyon ton Azərbaycan neftinin nəqli üçün “Transneft”-in xərclərini üstələyir.

...Yaşasın kompromis!

Başqa qiymətləndirmələrə görə, “Transneft” ASC-nin hazırki tranzit tarifləri müvəqqəti xarakter daşıyır və “Lukoil”-un Xəzərdə və qurudakı yataqlardan neft hasilatı həcminin kifayət qədər artmamasının nəticəsidir. Məlumdur ki, 2000–2008-ci illərdə Xəzərin Rusiya sektorunda 8 neft yatağı aşkar olunub. “Lukoil”-un hesablamalarına görə, həmin yataqlardakı məcmu neft ehtiyatları 346 milyondur. Bölgədəki iri yataqlardan hasilatın ən yüksək səviyyəsi yalnız 2016-2017-ci illərdə gözlənilir. Ona görə də “Transneft”-in Novorossiysk vasitəsi ilə Azərbaycan neftinin tranziti üzrə güzəştlərini birmənalı olaraq tərəflərin müvəqqəti kompromisi kimi qəbul etmək olar.

 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (231)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (350)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (176)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (216)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (338)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.