az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Dosye

Olimpiadada Azərbaycan ikinci yerə ümid edə bilərdi...

25.02.2014

Əgər milli olimpiya yığmamız Soçidə keçirilən qış oyunlarında heç olmasa bircə medal qazansaydı, Azərbaycan mükafatlarının sayının Ümumi Daxili Məhsulun (ÜDM) həcminə görə dünyada ikinci yeri tutardı. Bunu nüfuzlu “Bloomberg” agentliyinin sonuncu hesabatları sübut edir. Agentlik “makroiqtisadi” medal durumu üzrə ilk pilləyə Sloveniyanın Qış Olimpiya komandasını layiq görüb.

“Bloomberg”-in hesabatı göstərir ki, bu ölkə ÜDM həcminə görə, maksimal sayda medala sahib çıxıb - hər $100 milyarda 13.98 medal. Reytinqdə hər $100 milyarda 10.85 mükafat göstəricisi ilə ikinci yeri Latviya tutur. Üçlüyə hər $100 milyarda 9.49 medalla Norveç daxil olub. Maraqlıdır ki, Soçi Qış Olimpiadasında medal sayına görə bütün yarış növlərində qalib gələn Rusiya, mükafatların sayının ÜDM-ə olan nisbətdə ancaq 12-ci yerdə qərarlaşa bilib. “Bloomberg”-in məlumatlarına görə, Rusiya bu uğurları idmançılarının məşqlərinə xarici mütəxəssislərin cəlb olunması sayəsində nail olub. Rusiya yığmasının məşqlərinə ayrılan büdcə $220 milyon həcmində qiymətləndirilir. Bu ölkənin idmançıları 13 qızıl, 11 gümüş və 9 bürünc medal qazanıblar. “Bloomberg” hesablayıb ki, müvafiq olaraq hər $100 milyard ÜDM-yə Rusiya 1.33 medal əldə edib.

Həmçinin qeyd edək ki, Soçi olimpiadasında 3 qızıl, 4 gümüş və 2 bürünc medal qazanan Çin hər $100 milyard ÜDM-yə 0.07 medal göstəricisilə sonuncu yeri tutub.

Xatırladaq ki, 2013-cü ilin yekunlarına görə, Azərbaycanın ÜDM həcmi $73.63 milyard təşkil edib. Ölkəmiz Soçi olimpiadasında ancaq 4 idmançı ilə təmsil olunurdu. Fiquristlər Aleksey Sitnikov və Yuliya Zlobina rəqs duetində, iki dağ xizəkçisi – avstriyalı Patrik Braxner və italyan Qay Bassani Antivari isə slalom yarışmasında iştirak etməli idilər. Nəticədə Soçidə dörd idamançımızdan yalnız üçü iştirak etmək hüququ qazandı. 2008-ci ildən milli yığmada iştirak edən italyanlı dağxizəkçisi yarışmaya qatıla bilmədi. Öz növbəsində avstriyalı Patrik Braxner dağxizəkçiliyinin nəhəng slalom növündə 53-cü yerlə kifayətlənə bildi. Slalom yarışlarında o elə ilk cəhddəcə yarış xəttində yıxılaraq iştirakdan məhrum edildi. Fiqurlu konkisürənlər Yuliya Zlobina və Aleksey Sitnikov isə rəqibləri arasında mümkün olan 21 yerdən 12-cidə qərarlaşıblar.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.