az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Dosye

Soçi-2014-ün investorları sırasında azərbaycanlı milyarderlər varmı?

07.02.2014 | A.M.

Rusiyanın neft maqnatı “Lukoil” neft holdinqinin rəhbəri və ilk azərbaycanlı milyarder Vahid Ələkbərov, Soçidə keçirilən Qış Olimpiya Oyunlarının investorlarından biridir.

Forbes`ın hesablamalarına əsasən, Soçi olimpiadasının ilk mərhələsində V.Ələkbərovun rəhbər olduğu şirkətin yatırımları 475 milyon Rubl təşkil edib. Soçi oyunlarına hazırlıq çərçivəsində “Lukoil-EcoEnergy”, Krasnopolyanski su-elektrik stansiyasının yenidən qurulmasına 14 milyon ABŞ dolları xərcləyib. “Lukoil-EcoEnergy” şirkəti vaxtı ilə (2010-cu ilin sonunda) “Lukoil”-a məxsus bütün su-elektrik stansiyalarını birləşdirmək məqsədilə yaradılıb. “Soçi-2014” Olimpiya layihəsinə yatırılan investisiyanın səviyyəsinə görə, Rusiya varlılarının arasında Vahid Ələkbərov heç də birinci yerdə deyil.

Çoxmilyardlı investisiyalar fonunda daha az görünən sərmayələr azərbaycanlı milyarderə Olimpiada ilə bağlı layihələrin bahalaşması və gecikmələrlə təhvil verilməsi barədə gedən neqativ xəbərlərdən uzaq qalmağa imkan verdi. Bununla yanaşı, elə Forbes tərəfindən rusiya olimpiadasının əsas ivestorları sırasında “İnterros” şirkətinin prezidenti Vladimir Potaninin, “Qazprominvestholdinq”-in baş direktoru Alişer Usmanovun, “Reneva” şirkətinin dikertorlar şurasının sədri Viktor Vekselberqin, Ural dağ-metallurgiya şirkətinin prezidneti İskəndər Mahmudovun, “Baza elementi” şirkətinin Müşahidə Şurasının sədri Oleq Deripaskanın, “Bosco di Ciliegi” şirkətlər qrupunun rəhbəri Mixail Kusniroviçin adları çəkilir. Onlar tərəfindən edilən yatırımların məcmu həcmi artıq $4.8 milyardı ötüb.

İdman və infrastruktur obyektlərinin inşaası daxil olmaqla Soçi oyunlarının hazırlığına və təşkilinə çəkilən xərcləri jurnaistlər $48-50 milyard səviyyəsində qiymətləndirilər. Halbuki, Londonda keçirilən Yay olimpiya oyunları britaniyalılara $800 milyona, Vankuverdəki Qış olimpiadası - $1.7 milyarda, italyanlara isə Turindəki oyunlar $840 milyona başa gəlmişdi. “İnterros”-un rəhbəri Vladimir Potaninin etirafına görə, Soçi oyunlarının maliyyələşmə modeli elə də hamar deyil. İnvestisiyaların böyük bir hissəsini rusiya milyarderlərinin “Vneşekonombank” (VEB) dövlət xəttilə aldıqları kreditlər təşkil edir. Lakin kreditlər nə fərdi yatırımçılara, nə də dövlətə uğur gətirmədi. VEB-in 20 olimpiya kreditindən doqquzunun problemli kreditlər olduğu meydana çıxdı. Problemli kreditlərin ümumi məbləğdəki xüsusi çəkisi 80%-ə bərabərdir. Nəticədə Rusiya höküməti öz bankını yenidən kapitallaşdırmaq məcburiyyətilə qarşılaşdı, investorlar isə ümüdlərini restrukturizasiyaya bəsləyirlər. Bu zaman Soçi Olimpiadası ilə bağlı layihələr üzrə xərclərin ödənilməsi mərhələsi 7-8 ildən 40 ilədək artırılmalıdır.

Əvvəllər Qış olimpiadasının investorları arasında başqa bir azərbaycanlı - ”AST” şirkətlər qrupunun rəhbəri Telman İsmayılovun da adı hallanırdı. Qeyd edək ki, Forbes hazırda onun var-dövlətini $860 milyon dəyərində qiymətləndirir. Amma “AST” qrupu Soçidə iki iri mehmanxana kompleksini tikmək hüququnu V.Vekselborqun nəzarətində olan “Renova” şirkətinə verdi. Təsdiqlənməmiş məlumatlara görə, Çerkizov bazarının eks-sahibkarı üçün qısa müddətdə $0.5 milyarddan çox krediti cəlb etmək çətin olub. Bundan başqa, investisiyaların 10 ildən artıq bir müddətdə qaytarılması amili də öz rolunu oynadı.

Maraqlıdır ki, “Lukoil”-un rəhbəri V.Ələkbərov Rusiya idmanına 9 il əvvəl təsis etdiyi xüsusi olimpiaçılarına dəstək Fondu vasitəsilə köməklik göstərir. V.Ələkbərovun sözlərinə görə, maliyyələşdirmə və xərclərin açıqlanması nöqteyi-nəzərdən daha şəffaf olan bu Fond, RF-nın olimpiya yığmasına, xizəksürmə növü üzrə idmançıların hazırlığına dəstək verib. Məliyyə vəsaitləri bu zaman “Lukoil” maşın yağlarının satışından əldə edilir.

2013-cü ilin yekunlarına əsasən, 63 yaşlı Vahid Ələkbərovun var-dövləti $14.8 milyard dollar təşkil etdi. Forbes reytinq cədvəlində o, rusiya miyarderlərinin siyahısında ilk beşlikdə, dünya varlılarının sıralanmasında isə 55-ci yerdə təmsil olunur. Son 4 il ərzində, qlobal-iqtisadi böhrana baxmayaraq, milyarder öz mülkiyyətini ikiqat artıra bilib. Onun 1992-1993-cü illərdə neft konserni qismində təsis etdiyi “LanqepasUrayKoqalımneft” holdinq, “Lukoil” həmçinin Rusiyanın ən iri özəl neft şirkətləri hesab olunur. Azərbaycanlı biznesmen “Lukoil” səhmlərinin 20.87%-nə sahibdir və həmin şirkətin ən iri səhmdarıdır.

Vahid Ələkbərov 1950-ci ildə Bakı ətrafı qəsəbədə neftçi Yusif Kərbəlayi Ələkbərovun ailəsində anadan olub. Neftçi karyerasına neftqaz hasilatı və istehsalı birliyi olan “Kaspromneft”-də əməliyyatçı vəzifəsilə başlayıb. Bununla yanaşı, V.Ələkbərov Azərbaycan Neft Kimya İnstitutunda (indiki Dövlət Neft Akademiyası) təhsil alıb və 1974-cü ildə oranı bitirib. Sonrakı illərdə o A.Serebrovski adına Azərbaycan neft sənayesində neftqaz-idaretmə birliyinin rəis müavini və keçmiş SSRİ neft sənayesində digər rəhbər vəzifələrdə çalışıb.

Rosstatın məlumatlarına görə, 2012-ci ildə “Lukoil” Rusiya büdcəsinə $35 milyard məbləğində vergi ödəyərək, neft sahəsində ikinci ən böyük vergi ödəyicisi olub. Bu zaman şirkətin xalis mənfəəti rekord səviyyəyə - $11 milyarda qədər yüksəlib, Vahid Ələkbərovun dividentləri isə $212 milyona bərabər olub. 2013-cü ildə azərbaycanlı milliarder özünə məxsus bütün səhm paketini oğlu Yusifə vəsiyyət edib. “Lukoil”-dakı səhmlərindən əlavə, Xəzərin Azərbaycan hissəsindəki yataqların kəşfiyyat və işlənməsində fəal iştirak edən Vahid Ələkbərov “Uralsib” maliyyə korporasiyasında 7% paya malikdir. Sonuncu isə öz növbəsində törəmə şirkəti olan 1998-ci ildən bəri Bakıda fəaliyyət göstərən “NikOil” Bankın səhm paketinin 14%-nə sahibdir. Rusiyanın neft nəhənginin Bakıdakı törəmə şirkəti - ölkəmizdə onlarla yanacaq-doldurma məntəqəsi şəbəkəsindən ibarət “Lukoil-Azərbaycan”-dır.

Xatırladaq ki, “Lukoil”-un ilk beynəlxalq layihədə iştirakı 1994-cü ildə Azəri-Çıraq-Günəşli yatağının işlənməsində 10% paya sahib olmasıdır. Bunun üçün xüsusi olaraq,  “LukoiL-Overseas” şirkəti yaradıldı. Bundan əlavə, “Şahdəniz” qaz layihəsində “Lukoil Overseas Shah Deniz Ltd” 10% paya malikdir. “Lukoil-Оversiz” şirkətinin Azərbaycan iqtisadiyyatına kapital qoyuluşu artıq $1 milyardı keçib. Məlumat üçün bildirək ki, “Şahdəniz” yatağında birinci mərhələnin genişlənməsi məqsədi ilə AYİB yanvar ayında rusiya şirkətinə $200 milyon məbləğində kredit ayırıb.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (334)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.