az / ru
 
     
 
Ana səhifə > Biznes > Uğur düsturu

Azərbaycanın iqtisadi rayonları üzrə borcalanların və borclarını ödəməyənlərin reytinqi

07.10.2013 | Vladimir Lujnyov

Azərbaycan Mərkəzi Bankının məlumatına görə 1 avqust tarixindəki vəziyyətə görə ölkənin bütün bankları tərəfindən 14,2 milyard AZN məbləğində kredit verilmişdir. Onlardan 12,8 milyard AZN paytaxt bankları tərəfindən verilmişdir. Azərbaycanın qalan iqtisadi regionlarının payına isə 1,4 milyard AZN düşür.

Onlardan ən çox borcu olan hansıdır və hansı rayonlarda əhali kreditləri ödəməyi sevmir? (Ən varlı iqtisadi rayonların reytinqi ilə burda tanış olmaq olar)

Aşağıda 1 avqust 2013-cü il tarixindəki vəziyyətə görə milli valyutada verilmiş kreditlərin (milyon AZN ilə) miqdarına görə Azərbaycanın iqtisadi rayonlarının (Bakı nəzərə alınmadan) reytinqi göstərilmişdir.

Milli valyutada verilmiş kreditlərin həcminə görə birinci yeri 342,8 milyon AZN borcla Aran iqtisadi rayonu tutur. Reytinqdə sonuncu yeri Kəlbəcər-Laçın iqtisadi rayonu tutur. Onun payına cəmi 8,3 milyon AZN kredit düşür.

Xarici valyutada kredit əməliyyatları bir qədər az intensiv aparılır. Bütün Azərbaycanda xarici valyutada 4,14 milyard AZN həcmində kredit verilmişdir ki, bunun da 3,8 milyard AZN hissəsi Bakının payına düşür. Aşağıda 1 avqust 2013-cü il tarixindəki vəziyyətə görə xarici valyutada (milyon AZN ekvivalentində) verilmiş kreditlərin miqdarına görə Azərbaycanın iqtisadi rayonlarının (Bakı nəzərə alınmadan) reytinqi göstərilmişdir.

Xarici valyutada ən çox kredit verilən rayon (paytaxt istisna olmaqla) Aran iqtisadi rayonu olmuşdur. Onun payına ekvivalentdə 110,6 milyon AZN kredit düşür. Milli valyutada olduğu kimi xarici valyutada da ən az kredit Kəlbəcər-Laçın iqtisadi rayonunda verilmişdir.

Hətta maraqlıdır ki, ölkənin müxtəlif iqtisadi rayonları üçün verilən kreditlərin faiz dərəcələrinin orta miqdarı iki dəfədən çox fərqlənir. Belə ki, həm milli, həm də xarici valyutalarda kreditlər üzrə ən yüksək faiz dərəcələri Kəlbəcər-Laçın iqtisadi rayonunda qeydə alınır.

Kreditlər üzrə ən aşağı faiz dərəcələri milli valyutada Naxçıvan iqtisadi rayonunda (orta hesabla 10,7% illik), xarici valyutada isə Bakıda (orta hesabla 14,8% illik) müşahidə edilir.

Milli valyutada kreditlər üzrə orta faiz dərəcələrinə görə Azərbaycan iqtisadi rayonlarının reytinqi, %.

Xarici valyutada kreditlər üzrə orta faiz dərəcələrinə görə Azərbaycan iqtisadi rayonlarının reytinqi, %.

Azərbaycan Mərkəzi bankı vaxtı keçmiş kreditlər üzrə də çox maraqlı məlumatlar verir. Belə ki, ölkə üzrə vaxtı keçmiş kreditlərin orta hesabla payı 5,47 %-ə çatmışdır. Ən çox borc ödəməyən Şəki-Zaqatala iqtisadi rayonunda müşahidə edilir: vaxtı keçmiş kreditlərin payı burda 12,7 %-ə çatır. Ən məsuliyyətli borc ödəyənlər isə Naxçıvan iqtisadi rayonunda yaşayırlar: burda vaxtı keçmiş kreditlərin payı cəmi 4,43 % təşkil edir.

Ümumən verilmiş kreditlərin içərisində vaxtı keçmiş kreditlərin payına görə Azərbaycanın iqtisadi rayonlarının reytinqi.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (267)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (400)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.