az / ru
 
     
 
Ana səhifə > Analitika > Dosye

Dam örtüyü və fasad: necə düzgün seçim etmək olar?

22.08.2013 | Emil Eyubov

Azərbaycanda yaşayış və qeyri-yaşayış təyinatlı inşaat işlərinin həcmi böyük sürətlə artır ki, bu da dam örtüyü və fasad materiallarına tələbatın artmasına təsir edən əsas amildir.

Biz bu sahənin peşəkarlarından son zamanlar bazarda hansı yeniliklərin meydana çıxdığını və yeni tikinti mövsümündə hansı örtük növlərinin daha aktual olduğunu öyrəndik.

Ev və ofislər üçün dam örtüyünün fərqi

Tikinti bazarı bu gün dam örtüyü üçün çoxlu sayda, istənilən üslub və konstruksiyaya uyğun müxtəlif materiallar təklif edir. Damörtüyü materialı materialının necə olmasından asılı olmayaraq, öz müsbət və mənfi tərəfləri var.

Belə ki, şəhərkənarı evlər, kotteclər üçün aşağıdakı örtük materialları daha uyğun sayılır:

Metal kirəmit – uzunömürlü və möhkəmdir, çünki polimer örtüklü sinklənmiş poladdan hazırlanıb. Arsenal Center şirkətinin baş meneceri İntizar Cabbarovanın sözlərinə görə, metal kirəmitin xarici görünüşü cəlbedicidir, onun ən tələbkar zövqü qane edəcək müxtəlif örtük və rəngli növləri var, həmçinin ekoloji cəhətdən təhlükəsizdir.

Profnastil – sinklənmiş və ya polimer örtüklü büzmələnmiş polad lövhələrdir. Ətraf mühitə davamlılıq və möhkəmliyinə, rəng qammasının müxtəlifliyinə görə profnastil metal kirəmitlə müqayisə oluna bilər. Lakin onun qiyməti aşağı olduğundan, damörtüyünün ucuz başa gəlməsi, habelə kommersiya, təsərrüfat təyinatlı obyektlərin örtüyü üçün istifadə edirlər. Çünki bu cür obyektlərdə dam örtüyünün uzunömürlülüyü və möhkəmlik vacib məsələlərdir.

Elastik kirəmit – şüşə-kətan əsaslı bitumlu dam örtüyü materialıdır, orijinal xarici görünüşə malikdir, korroziyaya davamlıdır və yağış yağarkən guruldamır. Düzdür, elastik kirəmit dam örtüyünün vurulması üçün ciddi hazırlıq tələb edir: bunun üçün dama bütövlükdə tirlərin atılması, astarlıq örtüyün olması, mastika vurulması vacibdir. Amma bunun müqabilində, onun istismar müddəti 40 ilə qədərdir!

Kommersiya təyinatlı binalar, təsərrüfat obyektləri, mağazalar üçün daha çox aşağıdakı materiallar münasibdir:

Stekloqidroizol – lehimlənib calanan rulon damörtüyü materialıdır, hər iki tərəfdən bitumla üzlənmiş toxuyucu şüşə-kətan əsasında hazırlanır. Bu material istənilən formalı və müxtəlif elementli damların örtülməsi üçün yarayır, tez və asanlıqla döşənir, hətta yastı damlarda da istifadə olunur. Lakin profnastillə müqayisədə onun istismar müddəti daha azdır.

Və nəhayət, aşağı qiymətli dam örtüyü materialları aşağıdakılardır:

Ondulin və «avroşifer» – Fransada istehsal olunmuş, bitumla zənginləşdirilmiş sellüloza əsaslı, dalğalı lövhə. Behrud şirkətinin meneceri Könül Rəsulovanın sözlərinə görə, Ondulini artıq hazır olan dama və damın əyri hissələrinə də döşəmək mümkündür. Ümumiyyətlə, mütəxəssislər bir çox qiymətləndirmə meyarlarına görə, o cümlədən qiymət-keyfiyyət nisbətinə görə ondulini yaxşı qiymətləndirirlər. Bu cür material bağ evi və qaraj üçün münasib olar.

Ruberoid – rulon şəklində dam örtüyü, həmçinin sudan izolyasiya üçün yarayır.  Ruberoid çox ucuzdur və asanlıqla döşənir. Buna görə də, indiyə qədər tələbat olan dam örtüklərindən biridir.

Fasad işləri: daş, qranit, yoxsa əhəng daşı?

Fasad örtükləri bazarında da material seçimi kifayət qədər genişdir. Onların arasında fasad daşı, suvaq qatışıqları, dekorativ elementlər, saydinqi qeyd etmək olar. Yuxarıda qeyd olunan materiallardan hər birinin müsbət və mənfi tərəfləri var.

Bazar iştirakçılarının ümumi rəyinə görə, şəhərkənarı tikintinin genişlənməsi ilə əlaqədar olaraq, paytaxta yaxın ərazilərdə fasad materiallarına tələbat ənənəvi olaraq yüksəkdir. Əgər ən çox tələbat olan materiallardan danışsaq, təbii materiallardan birmənalı olaraq əhəng daşını qeyd etmək olar (aqlay, gülbax), süni materiallardan isə – kompozit panelləri misal gətirmək olar (alkopan).

Ölkəmizdə daşdan hazırlanan fasad materialları daha geniş yayılıb.

Təbii daşdan müxtəlif örtüklərin hazırlanmasında ixtisaslaşan Avangard şirkətinin baş mühəndisi İsmayıl Cəlilov hesab edir ki, gözəlliyi, möhkəmliyi və uzunömürlülüyü sayəsində, təbii daş binaların fasadları üçün gözəl bəzək və müdafiə vasitəsidir.

«Demək olar ki, XIX-XX əsrlərdə memarlıq üslubunda tikilmiş bütün binalar ölkəmizdə aqlay və ya gülbax daşı kimi tanınan əhəng daşı ilə üzlənib», deyə baş mühəndis bildirir.

Müasir inşaatda populyar bəzək materiallarında biri də mərmər və qranit sayılır. «Bir tərəfdən – qranit və mərmərdən hazırlanmış məmulatlara vurulan təkrarolunmaz rəng, faktura, naxışlar onlara xüsusilə nəcib görkəm verir. Digər tərəfdən isə, onlar möhkəm, aşınmaya davamlı və uzunömürlüdürlər», - deyə Develi şirkətinin satış meneceri Günel Əliyeva bildirir.

Daha bir təbii material olan gil, klinker kərpici, plitka kimi tanınan fasad örtüyünün hazırlanması üçün xammal rolunu oynayır. Klinker keramikası istehsalında ixtisaslaşan AVS-Klinkergruppe və Ströher konserninin Azərbaycanda rəsmi nümayəndəliyi var.

AVS-Klinkergruppe və Ströher konserninin nümayəndəliyinin rəhbəri Natiq Babayevin sözlərinə görə, bəzi istehsalçılar plitkanın qalınlığının azaldılması hesabına onun maya dəyərinin aşağı salınmasına nail olurlar ki, bu da alman istehsalçılarına xas deyil.

Yekun

Ümumilikdə demək olar ki, dam örtüyü və fasad materialları bazarında vəziyyətin dinamik olduğunu demək olar. Əhalinin rifah halı yüksəldikcə ekoloji cəhətdən təmiz, keyfiyyətli və bahalı materiallara tələbat artır (keramik kirəmit, bitum lövhələr, «avroşifer», təbii örtüklər).

Lakin üzləmə materialların heç də hamısının xüsusiyyətləri onların mənşəyindən asılı olmur. Fasad örtüklərinin təklif edən şirkətin bacarığından da çox şey asılıdır. Buna görə də, fasad örtüyünü seçərkən inteqrator-şirkətin peşəkar xidmətlərinə də diqqət yetirin. Yalnız bu yolla siz dam örtüyü və fasad üçün etibarlı və uzunömürlü material əldə edə bilərsiniz.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək
 
+ Apteklər və əczaçılıq (203)
+ Avtomobillər (258)
+ Ayaqqabı və aksesuarlar (119)
+ Banklar və sığorta (125)
+ Daşınmaz əmlak (215)
+ Ev və ofis üçün mallar (133)
+ Geyim (274)
+ Gözəllik və sağlamlıq (190)
+ Heyvanlar və bitkilər (60)
+ Hotels (168)
+ Hüquq xidmətləri (301)
+ İdman (63)
+ İnformasiya texnologiyaları (193)
+ İnteryer əşyaları (48)
+ İşgüzar xidmətlər (274)
+ İstirahət və əyləncə (195)
+ Kafe və barlar (127)
+ Kompüter texnikası (178)
+ Kurslar və Təlimlər (155)
+ Kənd təsərrüfatı (87)
+ Mağazalar (213)
+ Mebel və interyer (238)
+ Mətbuat (168)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (149)
+ Özəl tibb müəssisələri (163)
+ Özəl təhsil (160)
+ Poliqrafiya (211)
+ Reklam və ictimai əlaqələr (203)
+ Restoranlar (203)
+ Stomatologiya (106)
+ Sənaye (306)
+ Telekommunikasiya (91)
+ Tikinti avadanlığı (282)
+ Tikinti və landşaft (444)
+ Tikinti, tədarük (219)
+ Topdansatış ticarəti (136)
+ Turizm və istirahət (255)
+ Təhlükəsizlik və mühafizə (99)
+ Təmir xidmətləri (90)
+ Uşaq və analar üçün mallar (80)
+ Veb saytlar (79)
+ Xidmətlər (215)
+ Xüsusi avadanlıq (157)
+ Yeməklərin hazırlanması (76)
+ Ərzaq məhsulları (153)
 
   
 
Developed with Investment Climate Advisory Services of the World Bank Group
     
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.