az / ru
 
     
 
Ana səhifə > Biznes > Uğur düsturu

Azərbaycanda qumar oyunları: qənimət asanlıqla əldən gedə bilər

12.06.2013 | Tatyana Lebedeva

Azərbaycanda leqal olaraq heç bir bukmeker kontoru işləmir və iri pul uduşları olan loto oyunları keçirilmir. Respublika prezidentinin 1998-ci il 28 yanvar tarixli fərmanı ilə ölkədə qumar biznesi qadağan olunub. Kazinoları idman-qumar oyunları əvəz edib.

Ölkəmizdə ilk kazino - Admiral Eka 1991-ci ildə təşkil olunub. Həmin kazino Bakıdakı Azərbaycan mehmanxanasında, hökumət Evi ilə yanaşı yerləşirdi. Kazinonun əmlakı iki blek-cek masasından, bir ruletkadan və təqribən ondan bir qədər artıq oyun avtomatından ibarət idi.

1996-cı ildə Sahibkarlıq fəaliyyəti haqqında yeni qanun oyun biznesini lisenziya tələb olunan xüsusi fəaliyyət növü kimi müəyyən etdi. Həmin vaxt ölkədə artıq bir neçə iri kazino fəaliyyət göstərirdi. Onların gəliri isə kazinonun yerləşdiyi yerdən və oyun zonalarından asılı olaraq dəyişirdi. Ən çox pullar isə Azərbaycanın üç iri şəhərində – Bakıda, Gəncədə və Sumqayıtda mərcə qoyulurdu. Grand Hotel Eurore-da yerləşən ən böyük kazinodan dövlət büdcəsinə 1997-ci ildə $10 milyona qədər vəsait köçürülmüşdü.

Dünyada ilk bukmeker kontorları İngiltərədə meydana çıxıb, oradan isə bütün Yer kürəsinə yayılıb. Hazırda ən məşhur ingilis bukmeker kontoru – BK Vilyam Hill-dir. Bu firmada hazırda hər bir özünə hörmət edən oyunçu qeydiyyatdan keçməyə can atır. Oyun biznesi üçün İngiltərədə dövlət dəstəyi və nəzarətin heç də az rol oynamır. Böyük Britaniyada istənilən şəxs bukmeker kontoru aça bilər.

Kim qumar oynayır

VM Logistics şirkətinin direktoru Vüsal Məmmədov hesab edir ki, Azərbaycanda oyun biznesi qanunvericiliklə tənzimlənməlidir.

«Qumar həvəskarları onsuz da xaricə gedərək orada oynayırlar. Elə yaxşı olardı ki, onlar ölkə ərazisində oynasınlar və dövlətin büdcəsinə bu sahədən vəsait daxil olsun», - deyə Vüsal Məmmədov bildirir.

Oyun biznesində kimlər iştirak edir? Ölkəmizdə qumara pul qoymanın ən geniş yayılmış forması futbol oyunlarının nəticələrinə dair mərclərdir. Bu mərclər həm futbol azarkeşlərinə, həm də gizli totalizator təşkilatçılarına  həm zövq verir, həm də gəlir gətirir.

Baker Tilly Azerbaijan şirkətinin maliyyə eksperti Nuranə Quliyevanın sözlərinə görə, qumar oyunları bazarının həcminin kiçik olmasına rəğmən, bu bazar Azərbaycanda çoxlarını özünə cəlb edir. Oyunçuların böyük bir qismi asan yolla pul qazanmağa cəhd edirlər. Onlar müxtəlif sosial təbəqələrin nümayəndələridirlər. Onların arasında mənim ali təhsilli tanışlarım da var. Lakin onlar başa düşmürlər ki, asanlıqla əldə olunmuş qəniməti elə asanlıqla da itirmək olar», - deyə Nuranə Quliyeva bildirir.

Bakıda bəzi oyunçular bütün günü qumar arxasında keçirirdilər. Əsasən paytaxt sakinləri xarici futbol komandalarının oyunlarına pul qoyurlar, çünki yerli futbolun səviyyəsi yüksək deyil. Bu lotereyanın məğzi bu və ya digər oyunun nəticəsinin qabaqcadan bilməkdədir.

«Bir ay ərzində mərcə nə qədər pul qoyulduğu, bu sahədən nə qədər gəlir əldə olunduğu bu biznes sahiblərindən savayı heç kimə dəqiq məlum deyil. Ən azı, mən oyun biznesindən əldə olunan gəlirlər və məsrəflər barədə heç yerdə rəsmi məlumata rast gəlməmişəm», - deyə Nuranə Quliyeva bildirir.

Gizli bazar

Ötən il Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Auditi Departamenti yüzlərlə gizli totalizatorlar aşkara çıxarıb. Yoxlamalar zamanı obyektlərdə qumar oyunu fəaliyyətini sübut edən kompüterlər, qara mühasibat sənədləri, qəbz və kuponlar, oyun ləvazimatları aşkar olunub.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi qanunsuz totalizatorların təşkilinə görə fiziki şəxslərə qarşı 1,5 min. AZN-dən başlanan cərimələri nəzərdə tutur (stimullaşdırıcı lotereyalar istisna olmaqla). Qanunsuz oyunların iştirakçıları isə həmçinin cəzalandırıla da bilər: bir neçə yüz AZN-dən əmlakın müsadirəsinə qədər.

Bir sıra lotereya növlərinə Azərbaycanda qadağa yoxdur. Təkcə 2011-ci ildə Azərlotereya leqal olaraq 19,159 mln. AZN dəyərində 18,5 mln. lotereya bileti satıb. Bu məbləğin təqribən 12 mln. AZN-i uduş fonduna daxil olub. İqtisadi İnkişaf Nazirliyinin hesabatına görə, Azərlotereya həmin il dövlət büdcəsinə 1,2 milyon AZN vəsait köçürüb.

İri oyunçular

İdman oyunları mərclərinin ən iri operatoru TOPAZ-dır. Bu totalizator bəyan edir ki, Azərbaycanda idmanın inkişafına dəstək verməyə çalışır. Ötən il Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliyə uyğun olaraq, idman-qumar oyunlarından əldə olunan uduşlar gəlir vergisindən azad olunur.

TOPAZ oyunlarının təşkilatçıları qumar oyununun heç bir riskini üzərinə götürmədən, məsrəflərin ödənilməsinə dair adi biznes-risklərinə gedərək   bütün sövdələşmələrdən özlərinə faiz götürürlər.

Cari ilin mart ayında Azərbaycan Milli Məclisinin bəzi deputatları bütün idman-oyun nöqtələrinin bağlanmasını tələbi ilə çıxış ediblər. Onlar buna səbəb olaraq oyunçuların analarının, həyat yoldaşlarının, habelə bir sıra universitet nümayəndələrinin şikayətlərini əsas gətiriblər. Söhbət ondan gedirdi ki, bəzi gənclər həmin qumar oyunlarında öz mənzillərini uduzublar.

Milli Məclisin üzvləri «TOPAZ-ın onkoloji xəstəliklərin yayılma sürəti ilə yayıldığını» bildiriblər.

Millət vəkilləri totalizatoru təkcə müflisləşmə səbəbi kimi deyil, həmçinin gənc ailələrin dağılmasına səbəb kimi göstəriblər. Hazırda isə TOPAZ yenə də yaşayır. Yaxın vaxtlarda Bakının cıdır meydanlarında, habelə Qəbələ rayonunda Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) rəhbərliyi altında bərpa olunmuş cıdır-şans totalizator-idman oyunu keçiriləcək.

Odur ki, özünüz düşünün: ölkəmizdə qumar oyunları var, yoxsa yox.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (235)
+ Avtomobillər (322)
+ Ayaqqabı və aksesuarlar (154)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (261)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (312)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (234)
+ Hüquq xidmətləri (372)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (260)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (346)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (212)
+ Kurslar və Təlimlər (178)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (216)
+ Mebel və interyer (295)
+ Mətbuat (167)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (268)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (241)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (295)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (304)
+ Tikinti və landşaft (576)
+ Tikinti, tədarük (261)
+ Topdansatış ticarəti (140)
+ Turizm və istirahət (390)
+ Təhlükəsizlik və mühafizə (134)
+ Təmir xidmətləri (106)
+ Uşaq və analar üçün mallar (82)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (177)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.