az / ru
 
     
 
Ana səhifə > Biznes > Uğur düsturu

Landşaft uğrunda döyüşlər

10.04.2013 | Rasim Səfərov

Landşaft dizaynı istənilən məkanı – bağları və parkları, mehmanxanaların, biznes mərkəzlərinin və fərdi evlərin ərazisini yaxşı qulluq görmüş, göz oxşayan əraziyə çevirməyə imkan verir.

Son illər ərzində landşaft dizaynına qoyulan tələblər xeyli artıb. Binanın qarşısında ancaq yaşıl qazonun, həyətin girəcəyində bir cüt çiçək ləkinin və dekorativ kolların olması, artıq heç kimi qane etmir. Bununla əlaqədar landşaft dizaynerlərinin xidmətləri də genişlənib.

Bəs müasir Azərbaycanın landşaft dizaynı bazarı necədir? Bu bazarın iştirakçıları və əsas sifarişçiləri kimlərdir?

Bazarın formalaşması

Azərbaycanda landşaft dizaynı bazarı kifayət qədər ləng formalaşıb. Birincisi, vaxtilə bu xidmətlər kifayət qədər bahalıdır və heç də ən zəruri şeylər deyil. İkincisi, lazımi mütəxəssislər yox idi. Landşaft dizaynı xidmətləri əsasən tikinti şirkətləri tərəfindən təklif olunurdu. Etiraf etmək lazımdır ki, söhbət primitiv layihələr əsasında elə primitiv yerinə yetirilən işlərdən gedirdi.

Lakin ölkə iqtisadi cəhətdən inkişaf etdikcə öz ayrıca evlərində yaşayan imkanlı insanlar zümrəsi meydana gəldi. Landşaft dizaynı xidmətlərinə də elə məhz onlarda tələbat yarandı. Bundan əlavə, binalarının ətrafındakı əraziləri abadlaşdırmaq istəyən kommersiya strukturları, bələdiyyə sifarişçiləri və dövlət orqanları da dizaynerlərin daimi müştərilərinə çevrildilər.

Bu gün landşaft dizaynı sahəsində ixtisaslaşan şirkətlərin əksəriyyətinin sifarişlərinin böyük hissəsi, bir qayda olaraq, iri miqyaslı layihələr deyil, kiçik ərazilərdə ayrı-ayrı işlərin görülməsi – kiçik həcmli su hövzələrinin və ya qazonların abadlaşdırılması və sair bu kimi işlərdən ibarətdir.

Firma nümayəndələrinin sözlərinə görə, əksər hallarda belə vəziyyət yaranır. Müştəri bir işi sifariş edir, sonra smetanı görəndə isə dəhşətə gəlir və bildirir ki, məbləğin bu qədər böyük olacağını düşünməyib. Nəticədə, bir çoxları ümumiyyətlə landşaft dizaynerlərinin xidmətlərindən imtina edərək, ərazilərini müstəqil şəkildə abadlaşdırmağa üstünlük verirlər və yaxud da öz ilkin tələblərini xeyli ixtisara salırlar. Landşaft dizaynı hələ ki, çoxları üçün qəribə bir şeydir. Sifarişçilərin bunun nə olduğu, onun üçün nə qədər güc və vəsaitin tələb olunduğu barədə aydın təsəvvürü yoxdur.

Ölkəmizdə landşaft dizaynı sahəsindəki layihələrin əksəriyyətinin fərqli cəhəti onların nəzərə çarpan üslublarının olmamasıdır. Raymond Art şirkətinin direktoru Raymonda Xıdırzadənin sözlərinə görə, bu daha çox yerli camaatın zövqü ilə bağlıdır. Əksər hallarda layihələr eklektika (müxtəlif üslubların birləşdirilməsi) ruhunda tərtib olunur.

«Təəssüf ki, bizlərdə lndşaft dizaynerinin işi düzgün qiymətləndirilmir. Çünki onu bağbanla eyniləşdirirlər. Hələ mən onu demirəm ki, bəzi müştərilər layihənin icrası prosesinə də müdaxilə edir və ümumi konsepsiyaya mənasız düzəlişlər etməklə onun əsas ideyasını pozurlar. Bununla da istənilən peşəkarın qolları yanına düşür», – deyə Raymonda Xıdırzadə bildirir.

Landşaftın bütün tərəfləri

İdeal halda landşaftın yaradılması və tərtibatı binanın tikintisinin son mərhələsində başlanmalıdır. Amma əksər hallarda dizaynerlərin xidmətlərə artıq hazır binaların sahibləri müraciət edirlər.

Landşaft dizaynı sahəsində artıq çoxdan bəri əsas diqqət ayrı-ayrı dekorativ elementlərə və detallara yönəldilir. Gardenia şirkətinin dizayneri Fərid Hüseynovun sözlərinə görə, hazırda bağ dizaynında ən populyar elementlərdən biri «Alp təpəsi»dir. Onun torpaq tökümü, daşların düzümü və onların arasında əkilmiş bitkilər dağ mənzərəsini imitasiya edir. Landşaft dizaynerləri sifarişçilərə ən qəribə daşların və rəngləri seçməyi təklif edir və alpinarinin yaruslarının sayını artırmağı təklif edirlər.

Müasir landşaft dizaynı üçün mütəxəssislər həmçinin kiçik memarlıq formalarından da istifadə edirlər: perqollar (köşklərin bir forması), arkalar, skamyalar, körpücüklər və s. Bu gün landşaftın tərtibatında vacib elementlərdən biri bağ heykəltəraşlığı, o cümlədən «topiari» deyilən yaşıllıq heykəltəraşlığıdır. Bu üslublar müxtəlif fiqurlar və heykəllər yaratmağa imkan verir. Bakının Dənizkənarı Milli Parkındakı «Eurovision» və «Bulvar» yazılarını və ya şəhərin çoxsaylı bağlarında məharətlə budanmış kolları misal çəkmək kifayətdir.

Canlı təbiətə dair dekorativ elementlər də dəbdədir. Yapon üslubunda tərtib olunmuş daş bağları və susuz kiçik çay kimi elementlər də aktuallığını itirmir.

Landşaft dizaynı elementlərinə binaların damlarının yaşıllaşdırılmasını, fontan şəlalələrini, ərazidə günəş saatlarının və hərəkət akustikası releləri ilə təchiz olunmuş fənərlərinin quraşdırılmasını da aid etmək olar.

Təbii ki, şəhərkənarı evlərin həyətlərinin tərtibatı üçün dizayner fəndlərinin sayı sayılanlardan xeyli çoxdur. Sifarişçilərin fantaziyasını məhdudlaşdıra biləcək bir şey varsa, o da büdcədir. Axı əkilən bitkilərin bir çox növləri Azərbaycanda ümumiyyətlə yetişdirilmir, onları xaricdən sifariş etmək lazım gəlir ki, bu da layihənin qiymətinə təsir edir.

Yaşıllaşdırma preyskurantı

Landşaft dizaynını yarıdılmasının maya dəyərinə mütəxəssislərin xidmətlərinin dəyəri, köçürülmüş bitkilərin qiyməti daxildir. Bundan əlavə, layihənin eksklüzivliyi də nəzərə alınır.

Agralia şirkətinin baş dizayneri Yekaterina Lipina deyir ki, «qiymətin əmələ

Gəlməsində abadlaşdırılan ərazinin xüsusiyyətləri və ölçüləri də müəyyən rol oynayır».

«Məsələn, bizim şirkətdə landşaftın abadlaşdırılması xidmətlərinin qiymətihər 100 kv.m üçün orta hesabla 500 AZN-dən 3 000 AZN-ə qədərdir. Bura layihələndirmə işləri, ərazinin planlaşdırılması, çiçəklik və qazonların yaradılması, dekorativ kolların və ağacların əkilməsi daxildir», - deyə dizayner bildirir.

Bischoff Group LLC şirkətinin kommersiya direktoru Zaur İbişov isə bildirir:

«Qeyd etmək istəyirəm ki, layihə üzərində işləyərkən dəqiq və düzgün qərarın qəbul olunması üçün obyektin kommersiya obyekti və ya özəl mülkiyyət olmasının əhəmiyyəti var. Hər bir layihənin unikallığını nəzərə alsaq, əvvəlcədən qiymət demək mənasız, qeyri-dəqiq və qeyri-peşəkar bir işdir».

Gözəlliyi sevənlər onu da bilməlidirlər ki, landşaftın gözəlliyinin qorunub saxlanması üçün də maliyyə məsrəfləri tələb olunacaq. Ekzotik bitkilərə qulluq üçün ayrıca bağbana ehtiyac olacağı da istisna olunmur.

Azərbaycanda landşaft dizaynının gələcək perspektivlərinə gəlincə, bazar iştirakçıları nikbinlik nümayiş etdirirlər. Ölkədə getdikcə daha çox özəl və kommersiya təyinatlı obyektlər tikilir. Bu obyektlərin sifarişçiləri isə yəqin ki, bir müddət sonra landşaft dizaynerlərinin müştərilərinə çevriləcəklər. Camaatın dizayn barədə təsəvvür səviyyəsi də getdikcə yüksəlir.

 
Açar sözlər: landşaft landşaft dizaynı
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (326)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (313)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.