az / ru
 
     
 
Ana səhifə > Biznes > Uğur düsturu

Ticarət komplekslərində əyləncə mərkəzləri nə üçün lazımdır?

18.03.2013 | Tamila Xəlilova

                                                                                                                         Tamila Xəlilova

Ticarət kompleksləri ilə əyləncə mərkəzlərinin getdikcə daha tez-tez rast gəlinən inteqrasiyası biznesin iki növünün uğurlu vəhdəti nöqteyi-nəzərindən nisbətən yeni bir haldır. Bu cür iri miqyaslı obyektləri yaradanların məqsədi xüsusiləşdirilmiş əyləncə mərkəzləri sahibləri sahiblərinin məqsədlərindən xeyli fərqlənir.

Əgər sonuncular öz-özlüyündə gəlir gətirməyə istiqamətlənmiş müstəqil bir biznes vahididirsə, ticarət-əyləncə komplekslərinin məqsədləri bir qədər başqadır. Bəs ticarət komplekslərində əyləncə mərkəzləri nə üçün lazımdır? Developerlər (şirkət və ya müəssisənin inkişaf strategiyasını işləyib hazırlayan analitik) bu obyektləri alıcı axınının artımını təmin edən özünəməxsus cəlbedici vasitə kimi nəzərdən keçirirlər. Həm də ticarət kompleksində əyləncə mərkəzinin yerləşdirilməsi obyektin rentabelliyinin artırılması və xərcinin çıxarılması üçün yeganə üsuldur.

Bakının ticarət-əyləncə obyektləri

Adətən əyləncə obyektləri daha çox yer tutur və onların hər kvadrat metrindən gələn gəlir isə ticarət obyektləri ilə müqayisədə o qədər də çox olmur. Lakin ticarət obyektlərinin sahibləri bundan karıxmırlar. Əyləncə obyektlərinin olduğu yerlərdə ticarət sahələrinin qiyməti və cazibədarlığı xeyli artır. Əyləncə yerlərindəki itkilər ticarət sahələrinin icarədarları hesabına kompensasiya olunur.

Paytaxtın ticarət mərkəzlərindəki əyləncə zonalarını iki əsas qrupa bölmək olar: bir qayda olaraq, uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş oyun meydançaları və multiplekslər – əksər hallarda müasir ticarət komplekslərinin bütöv mərtəbələrini tutan kinoteatrlar.

Attraksionu olan oyun meydançaları və kinoteatrlar, uşaq otaqları və xüsusiləşdirilmiş mağazaların olduğu kafelər Bakıdakı çoxmərtəbəli ticarət mərkəzlərində, o cümlədən «28 Mall» («28 Cinema», «Kids Planet»), «Metro Park» («Game Center», «Happyland»), «Park Bulvar» («Park Cinema», «Happyland», «Tusi-Bohm Planetarium»), «Yeni Hayat» («Megafun») kimi obyektlərdə var.

Ticarət-əyləncə komplekslərinin müştəriləri arasında alış-veriş daha populyardır. Sonrakı yerləri isə kafe-restoranlar, sonra kinoteatrlar və nəhayət oyun zonaları gəlir.

Standart oyunlar çeşidi

Yerli əyləncə zonalarının standart oyunlar çeşidinə oyun dünyasının klassikası hesab olunan slot-maşınlar daxildir. Atışma simulyatorları, avtomobil yarışları, müxtəlif dava-dalaş, idman oyunları, rəqs və musiqi imitatorları olan videoaparatlara da müştərilərin tələbatı çoxdur. Müasir texnologiyalar bu cür avadanlıqları böyük ötürücülük imkanları olan iri monitorlar və səyyar platformalarla təchiz etməyə imkan verir. Əyləncə mərkəzləri əməkdaşlarının fikrincə, bu, müştərilərin yaş auditoriyasını xeyli genişləndirir və oyun zonalarını daha gəlirli edir və bu zonanın ziyarətçilərinin sayını artırır.

Bundan əlavə, demək olar ki, bütün oyun mərkəzlərində boulinq və hava xokkeyi, müxtəlif maneələr, səs və işıq effektləri ilə təchiz olunmuş labirintlərə rast gəlmək olar.

Böyük biznes oyunu

«Megafun» əyləncə mərkəzinin direktoru Farizə Qasımzadənin sözlərinə görə, əyləncə mərkəzinin populyarlığının əsas şərti isə, əlbəttə ki, müəssisənin optimal qiymət siyasəti fonunda rahatlıq, oyun və attraksionların müxtəlif çeşididir.

«Megafun» – Avropada ən iri, qapalı əyləncə mərkəzidir (18 000 kv.m). Burada bir damın altında 206 növdə müxtəlif attraksion, oyun zalı, simulyator və müxtəlif yaş kateqoriyaları üçün müxtəlif əyləncə növləri var. Mərkəzin böyük bir sahəsi müxtəlif oyunlar üzrə «coğrafi zonalara» bölünüb və onların hər birində müvafiq oyun zallara yerləşir.

Təəssüf ki, «Megafun»-dan fərqli olaraq, fəaliyyətdə olan digər oyun mərkəzlərinin təcrübəsi göstərir ki, onların sahibləri maksimum gəlir əldə etmək üçün məhdud ərazidə çoxlu sayda attraksionları yerləşdirməyə çalışırlar.

Əyləncənin qiyməti

Sözsüz ki, oyun meydançalarının qiymət siyasəti ticarət mərkəzinin hədəf qrupunun maddi imkanlarına uyğun qurulmalıdır. Ticarət-əyləncə kompleksləri, bir qayda olaraq, orta gəlir səviyyəli müştərilər üçün nəzərdə tutulub, əyləncə zonalarının qiymət strategiyası isə ödəniş qabiliyyətli müştəriyə istiqamətlənib. Bu nöqteyi-nəzərdən oyun mərkəzlərinin qiymət diapazonunu optimal adlandırmaq çətindir. Məsələn, müxtəlif əyləncələrin – oyun avtomatları, karusel və digər attraksionların qiyməti Bakıda 1-8 AZN arasında dəyişir.

Onların bir çoxunun artıq girişində plastik kart almaq və əyləncə oyunlarının pulunu onunla ödəmək lazım gələcək. Bu, təbii ki, jetonların istifadəsindən daha rahatdır.

Kartın qiyməti paytaxtda 1-3 AZN arasında dəyişir ki, bu da güzəştlər sistemini nəzərdə tutur. Qeyd edək ki, oyun mərkəzlərində plastik kartlar adətən müştərilərə onun maya dəyərindən baha qiymətə satılır.

«Metro Park» və «Nargiz» – «Game Center» ticarət komplekslərinə inteqrasiya olunmuş, habelə «Happyland» və «Zig Zag Zona» kimi əyləncə meydançalarının qiymət diapazonu, «28 Mall» və «Park Bulvar» kimi analoji ticarət komplekslərinin qiymətlərindən daha aşağıdır. Bu nə ilə bağlıdır? Qiymətlərdə fərqə paytaxtın mərkəzinə yaxınlıq, müştərilərin sayı və ödəniş qabiliyyətliliyi təsir edir. Burada müəssisənin marketinq siyasəti də az əhəmiyyət oynamır. Belə ki, müştərilərin cəlb olunması üçün müəssisələr bəzən dempinqdən istifadə edirlər.

Qeyd etmək lazımdır ki, ticarət-əyləncə kompleksləri kommersiya obyektlərinin son illər aktiv inkişaf edən növlərindəndir. Yaxın vaxtlarda bu sektorda xidmət səviyyəsinin və xidmət çeşidlərinin artımı, habelə bazarın tələblərinə uyğun olaraq qiymət strategiyasının optimallaşdırılması gözlənilir.

 
Açar sözlər: ticarət mərkəzləri əyləncə kompleksləri
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (273)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (355)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (94)
+ Nəqliyyat və logistika (276)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (262)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (271)
+ Topdansatış ticarəti (145)
+ Turizm və istirahət (398)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (126)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (134)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.