az / ru
 
     
 
Ana səhifə > Analitika > Dosye

Taksi xidmətləri bazarı

07.03.2012 | Rəhim Həsənov

Nəqliyyat Nazirliyinin bu yaxınlarda «taksovatlıq» edənlərlə mübarizəsi cəmiyyətdə əməlli-başlı səs-küy doğurmuşdu. Qeyri-leqal fəaliyyət göstərən taksi sürücüləri cərimə olunacaq və sürücülük vəsiqəsindən məhrum ediləcəklər. Özəl sərnişin daşıma fəaliyyətilə məşğul olmaq üçün sürücü Nəqliyyat Nazirliyində 5 il müddətinə verilən 150 manata lisenziya almalıdır. Bundan əlavə, taksi kimi yalnız buraxılış ili 5 ildən artıq olmayan müəyyən model və markadan olan ağ rəngli və xüsusi işarəyə malik avtomobillər fəaliyyət göstərə bilər. Bu tədbirlər lisenziya ilə işləyən taksilərdən iki dəfə çox olan qeyri-qanuni taksilərin sayını azaltmağa yönəlib. Ən əsası isə taksi bazarının qanuniləşdirilməsi sərnişin daşıma şirkətlərinə boşalan sahələri tutmağa imkan verəcək. Hazırda taksi xidməti göstərən şirkət açmağın sərfəli olub olmamasını və bunun üçün nə lazım olduğunu öyrənmək qərarına gəldik?

Əsas oyunçular

«Bakının taksi bazarı həddən artıq şişirdilib, - deyə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirir. – Tələb 4-5 min taksiyə olduğu halda, onların sayı paytaxtda 20 minə çatır. Onlardan yalnız 4 mini lisenziya əsasında, qalanları isə qeyri-qanuni fəaliyyət göstərir».

Buna baxmayaraq, taksi bazarında boş sahələr kifayət qədərdir. Bakıda taksi sifarişi üzrə fəaliyyət göstərən cəmi 10 şirkət var. Bunlardan ən böyükləri arasında London keblərinin məxsus olduğu Baku Taxi Company, Motors Service-189 taksi servisini (onun hətta Rusiyada filialları var), S.A.Ltd və başqa şirkətləri göstərmək olar.

Fərdi şəxslərə standart xidmətlər göstərməklə yanaşı, bu şirkətlər fəal şəkildə korporativ müştərilərlə əməkdaşlıq edir, menecer və qonaqların şəhərdə hərəkətini, aerport və vağzallara gediş-gəlişini təşkil edir, həmçinin kuryer xidmətləri və avtomobil icarəsi (rent-a-car) xidmətləri təqdim edir.

Son vaxtlar bazar daha çox konkret sahələr üzrə ixtisaslaşmış şirkətlərə ehtiyac duyur. Məhz belə şirkətlərin uğur qazanmağa daha çox şansı var. Artıq öz sahələrini tutmuş şirkətlər isə hər yerdə baş olan qeyri-leqallardan uzaqlaşa biliblər.

Yeni xidmət standartları

«Bir neçə il əvvəl biz Azərbaycan bazarına daxil olduqda burada heç telefonla taksi sifarişi təcrübəsi yox idi, - deyə Motors Service-189» taksi xidmətinin icrası direktoru Sübhan Cəfərov qeyd edir. – Taksi sifarişi mədəniyyətini biz köhnə əsasları yıxaraq yenilərini yaratmaqla formalaşdırmağa başladıq. Sürücülərin adi qaydalara – təhlükəsizlik kəmərini bağlamaq, sükan arxasında siqaret çəkməmək və telefonla danışmamaq, sərnişinlərlə nəzakətli və diqqətli olmaq kimi qaydalara əməl etmələrindən qiymət siyasətinin dəyişdirilməsinədək hər şeyi yenidən qurduq. Adətən bahalıq ondan irəli gəlir ki, müştəri özü də istəmədən lazımi ünvana çatdırılmasından əlavə, taksistin geri yolunu da ödəməyə məcburdur, çünki sürücü çox güman ki geriyə boş qayıtmalı olacaq.

Biz isə başqa cür etmək qərarına gəldik: müasir texnologiyalar sayəsində (GPRS-naviqasiya) bizim operator sifarişi qəbul etməklə sürücü üçün qısa marşrut cızır və elə edir ki, o, müştərini lazımi yerə çatdırdıqdan sonra yaxınlıqdakı digər müştərinin arxasınca yollansın. Bunun sayəsində də biz müştəriyə onun sürücüyə verməli olduğu və hətta tıxacda dayansa belə dəyişməyən məbləği (qəpiyinədək) əvvəlcədən deyə bilirik. Hətta sərnişin özü taksiyə minsə və qiymət danışsa belə, bir qayda olaraq bizdə qiymət xeyli aşağı olur».

2003-cü ildə yaradılan S.A. Ltd şirkəti (yeri gəlmişkən, Azərbaycanda taksi sifarişi üzrə ilk şirkətdir) həmin vaxt üçün bazara yeni məhsul çıxartdı. S.A. Ltd şirkətinin direktor müavini Anar Mikayılov bildirir ki, bu məhsul dərhal öz yerini tutdu. «Əsas ideya hüquqi şəxslər üçün nəqliyyat daşımaları standartlarına cavab verən taksi servisi formalaşdırmaq, yəni sənəd və hüquqi bazanı təmin etmək idi: rəsmi qəbzlərin verilməsi, bank köçürmələrilə ödənişin alınması, müqavilə ilə işləmə. Qısa müddətdə şirkət Bakının işgüzar dairələrində məşhurlaşdı və bir çox yerli və xarici şirkətlərlə əlaqə yaratdı».

Boş sahələr

Bu sahədə biznes konsespiyalar çox ola bilər: aeroporta taksi xidməti, gecə taksisi, toylara xidmət göstərmə, «ayıq sürücü» və s. Sonuncu xidmətin mahiyyəti ondan ibarətdir ki, sürücü içkili müştərini elə onun avtomobilində (və ya şirkətin maşınında) göstərilən ünvana çatdırır. Yeri gəlmişkən, bu xidmətə bakılılar arasında sabit tələbat var.
«Bizim şirkət bu ilin yayından etibarən Bakıda qadınlar üçün taksi xidməti təklif etməyi planlaşdırır. Belə təcrübə bir sıra ölkələrdə, xüsusən İranda, bizim Rusiya filiallarımızda var (lady-taxi adı altında), - deyə S.Cəfərov bildirir. – Bu xidmət sürücüsü kişi olan taksilərdə müəyyən səbəbdən getmək istəməyən qadınlar üçün nəzərdə tutulub».

Əsas məsrəflər

Taksi xidmətləri göstərən bəzi şirkətlərin özlərinə məxsus avtomobil parkı var (bu avtomobillər Nəqliyyat Nazirliyinin yuxarıda göstərilən tələblərinə cavab verməlidir). Digərlərisə öz maşını olan fərdi taksistləri və ya Motors Service-189 şirkəti kimi digər taksi parklarının sürücülərini cəlb etməyə üstünlük verirlər. Birinci halda hər bir maşının alınması və onun saxlanması üçün məsrəfləri, həmçinin sürücünün məvacibini nəzərə almaq lazımdır. İkinci halda şirkət taksistin qazandığı puldan müəyyən faiz tutur (bir qayda olaraq bu, 20% olur). Bundan əlavə, taksi xidmətləri göstərən bütün sürücülər (sərbəst şəkildə və ya şirkətdə) VOİN (vergiödəyicisinin eyniləşdirmə kartı), taksi kimi fəaliyyət üçün lisenziya, verginin ödənməsi barədə Nəqliyyat Nazirliyinin «fərqlənldirmə nişanı» (gəlirdən asılı olmayaraq ayda 18 manat), peşə sağlamlığı haqqında tibbi arayış və təbii ki, fəaliyyət üçün lisenziya almalıdırlar.

Qiymət siyasəti

Müxtəlif şirkətlərin tariflərinə gəldikdə isə bu, çox vaxt qət ediləcək məsafədən asılı olur. 0.7-1 manat təşkil edən baza qiymətləri məsafənin uzaqlığından asılı olaraq (120 km-dən artıq) 0.3 manata qədər azalır. Həmçinin birdəfəlik təyin olunan qiymətlər də var. Deyək ki, aeroporta gediş 20 manata, avtovağzala 10 manata başa gələcək. Bir qayda olaraq taksi xidməti istirahət və bayram günləri də daxil olmaqla gün ərzində işləyir. Özəl taksi xidmətlərinin bir üstün cəhəti də onlarda təhlükəsizliyin təmin edilməsidir. Buna görə də hər bir avtomobilin təhlükəsizlik kəmərləri, kondisioner, yanğın söndürən və dərman qutusu ilə təchiz edilməlidir.

«Gələcəkdə sürücülərin fəaliyyətinə nəzarət etmək, onların işi necə görmələrini izləmək üçün taksilərdə videokamera quraşdırmaq planlaşdırılır, - deyə Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov qeyd edir. – Taksi sürücülərinin qayda pozuntusu üzə çıxarıldıqda isə onlar işdən kənarlaşdırılacaqlar».

Taksi daşımaları bazarının leqallaşdırılması üzrə dövlət tədbirlərini nəzərə alaraq özəl taksi xidməti açmaq və qeyri-leqallardan azad olmuş sahələri tutmaq perspektivi cəlbedici görünür. Sübhan Cəfərov vurğulayır ki, taksi biznesi açmaq üçün lazım olan yatırımın məbləğini konkret göstərmək çətindir, çünki yuxarıda qeyd edildiyi kimi bu anlayış çox genişdir. Amma taksi xidməti düşünülmüş şəkildə qurularsa və unikal ticarət təklifi dəqiq müəyyən edilərsə, şirkət artıq 1,5-2 ildən sonra gəlir götürə bilər.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək
 
+ Apteklər və əczaçılıq (203)
+ Avtomobillər (259)
+ Ayaqqabı və aksesuarlar (119)
+ Banklar və sığorta (125)
+ Daşınmaz əmlak (210)
+ Ev və ofis üçün mallar (133)
+ Geyim (274)
+ Gözəllik və sağlamlıq (190)
+ Heyvanlar və bitkilər (60)
+ Hotels (168)
+ Hüquq xidmətləri (293)
+ İdman (63)
+ İnformasiya texnologiyaları (194)
+ İnteryer əşyaları (48)
+ İşgüzar xidmətlər (270)
+ İstirahət və əyləncə (195)
+ Kafe və barlar (127)
+ Kompüter texnikası (178)
+ Kurslar və Təlimlər (152)
+ Kənd təsərrüfatı (87)
+ Mağazalar (213)
+ Mebel və interyer (236)
+ Mətbuat (168)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (145)
+ Özəl tibb müəssisələri (163)
+ Özəl təhsil (157)
+ Poliqrafiya (211)
+ Reklam və ictimai əlaqələr (196)
+ Restoranlar (202)
+ Stomatologiya (106)
+ Sənaye (307)
+ Telekommunikasiya (91)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (311)
+ Tikinti, tədarük (217)
+ Topdansatış ticarəti (136)
+ Turizm və istirahət (253)
+ Təhlükəsizlik və mühafizə (96)
+ Təmir xidmətləri (90)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (74)
+ Xidmətlər (213)
+ Xüsusi avadanlıq (149)
+ Yeməklərin hazırlanması (75)
+ Ərzaq məhsulları (153)
 
 
Developed with Investment Climate Advisory Services of the World Bank Group
     
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.