az / ru
 
     
 
Ana səhifə > Biznes > Uğur düsturu

Dörd Əsas sektora əvəzsiz məhsul və xidmətlər təklif edən yeganə Azərbaycan şirkəti

17.12.2018

2009-cu il dekabrın 22-si dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilmiş Sumqayıt Texnologiyalar Parkı (STP), regionda texnoparkların yaradılmasında pioner olmaqla yanaşı, geniş məhsul çeşidləri ilə seçilən ixtisaslaşmış zavodlar kompleksidir.

Hazırda 250 hektar ərazidə fəaliyyət göstərən STP 13 zavod 30-dan artıq istehsal sahəsi üzrə beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli geniş çeşiddə məhsullar istehsal edir. Məlumat üçün bildirək ki, regionda STP kimi böyük və çoxşaxəli sənaye kompleksi yoxdur. Texnoparkda 3 minə yaxın əməkdaş fəaliyyət göstərir və istehsal həcmindən asılı olaraq bu rəqəm 6 minə qədər arta bilər.

STP-nin zavodları arasında flagman Kabel istehsalı zavodudur. Belə ki, burada yerləşən kabel zavodu nəinki regionun, həmçinin dünyanın ən böyük zavodlarından biridir. Zavodda 28 min çeşiddə kabel istehsal etmək mümkündür. Əldə etdiyimiz məlumata görə, bu kabel zavodu dünyada 500kV-luq kabel istehsal edən nadir müəssisələrdən olmaqla yanaşı, həmçinin bütün regionda fiber optik kabel istehsal edən yeganə müəssisədir. Zavodun illik istehsal gücü 120 min tondur. Adı çəkilən zavodun 110 Kv-luq kabelləri “KEMA” beynəlxalq sertifikatına malikdir. Bu da o deməkdir ki, bu kabellər Avropa və ABŞ kimi böyük bazarlara da çıxarıla bilər.

Texnoparkın yüksək gərginlikli kabeli Sumqayıtda ən böyük, 128 metr hündürlüyü olan qüllənin yuxarı hissəsində hazırlanmağa başlayaraq birbaşa zavoda daxil olur və burada barabanlara sarılır. STP-nin kabelləri yerli bazarda satılmaqla yanaşı Qazağıstan, Tacikistan, Gürcüstan və Rusiya bazarlarına da ixrac olunur. Hal-hazırda regionda yüksək gərginlikli kabel istehsal edən ikinci zavod yoxdur.

Zavodlar kompleksinin imkanları Qərb bazarlarına çıxış imkanları yaradır. Bu səbəbdən STP Qərbi və Şərqi Avropa, Amerika, Yaxın Şərq kimi regionlarla maraqlanır və satış imkanlarını genişləndirmək imkanlarını araşdırır.

Qərb ölkələri ilə bağlı planlar gələcəyə aid olsa da, STP Orta Asiya regionunda bir çox böyük layihələrdə iştirak edib. Qazaxıstanda üçüncü ən böyük şəhər olan Şımkənti elektrik enerjisi ilə təmin edəcək BURIL Yarımstansiyası, dünyaca şöhrətli Arcelor Mittal şirkətinə məxsus Temirtau şəhərində yerləşən metallurgiya bazasının genişləndirilməsi, Kızılorda şəhərində inşa edilən və Orta Qazaxıstan Vilayətinin ən böyük alış-veriş mərkəzi Kızılorda Plazanın tikintisi, Astana şəhərində Astana-2 yarımstansitasının bərpa işləri, Tacikistanda RAVŞAN yarımstansıyasının tikintisi və yenidənqurulması, ROQUN su elektrik stansiyasının yenidənqurulması, Qırğızıstanda paytaxt Bişkekin mərkəzi küçəsində inşa edilən şəhərciyin tam elektrik enerjisi ilə təmin edəcək Bişkek-2 yarımstansiyasının tikintisi zamanı STP-nin yüksək keyfiyyətli kabel məhsullarından istifadə edilməsi buna bariz misaldır.

Almaniya və Danimarka STP-nin aliminium profilləri ilə maraqlanır.

STP-nin ən müasir müəssisələrindən biri də Alüminium Profillər Zavodudur. Bu zavodun məhsullarının yüksək keyfiyyəti və beynəlxalq standartlara cavab verməsi xarici şirkətlərin də diqqətini çəkib. Hazırda Avropanın ən böyük topdan satış mərkəzləri hesab edilən Almaniya və Danimarka kimi inkişaf etmiş ölkələrin şirkətləri STP-nin bu müəssisəsinin məhsulları ilə maraqlanır. Yaxın zamanlarda həmin ölkələrə ixrac layihələrinin baş tutması gözlənilir.

TOP ölkələrlə bir sıradayıq

STP-nin ən spesifik və innovativ mərkəzləri sırasında ağır maşınqayırma, dəqiq mexaniki emal və qaynaq-quraşdırma sahələri də yer alır.

Ümumiyyətlə, Ağır maşınqayırma sənayesi inkişaf etmiş və ya iqtisadi cəhətdən yüksək dinamikaya sahib inkişaf etməkdə olan ölkələrdə var olan bir sektordur. Belə ölkələrə Şimali Amerika, Qərbi Avropa, Cənub Şərqi Asiya regionun ölkələri başçılıq edir.

Sumqayıt Texnologiyalar Parkının (STP) tərkibində fəaliyyət göstərən Mexaniki emal zavodu ölkənin maşınqayırma və metal emalı sənayesinin dirçəldilməsi, daxili bazara meylin artırılması məqsədilə tikilmiş və istifadəyə verilmişdir. Zavodun metal yarımfabrikatlarının hazırlanması, dəqiq mexaniki emal, mexaniki emal, press sexlərində və kran təsərrüfatında, termiki emal sahələrində ən müasir avadanlıqlar və mexanizmlər quraşdırılmışdır.

Dəqiq mexaniki emal sexi bütünlüklə “CNC” texnologiyaları əsasında mürəkkəb konstruksiyalı maşın-mexanizm detallarının hazırlanmasını məqsədi ilə yaradılmış regionda unikal bir müəssisədir. Ümumi ərazisi 13584 m² olan və “Mazak” şirkətinin 41 torna dəzgahının quraşdırıldığı sexdə yüksək dəqiqlik tələb edən metal məmulatları, misal üçün maşın mexanizmlərinin işlək detallarının dəqiq emalı, turbin avadanlıqların işlək hissələri istehsal olunur və bu məhsullarda xəta nisbəti mikronlarla ölçülür. 

Bu dəzgahlardan avtomobil, təyarrə və rəket istehsalında istifadə edilir

Dəqiq emal zavodunda aviasia, kosmonavtika, robotexnika, neft sənayesi və energetika sahəsi üçün lazım olan yüksək dəqiqlik tələb edən məhsullar hazırlanır.

STP-nin Mersedes və Fiat kimi məşhur avtomobil brendlərinə satış etməsi mümkündür

Ağır maşınqayırma zavodunda qaynaq quraşdırma istiqaməti var. Qaynaq quraşdırma zavodunda daha çox metal konstruksiya istehsal olunur. Metal konstruksiyalardan energetika, kənd təsərrüfatı, neft-qaz sənayesi və inşaat sektorunda geniş istifadə olunur. STP-nin Qaynar quraşdırma zavodunda Metal konstruksiyalarla yanaşı bütün beynəlxalq standartlara cavab verən qoşqu vasitələri istehsal edilir. Regionda bunu həyata keçirdən başqa belə şirkət mövcud deyil.

Qoşqu istehsalı nələri əhatə edir? Məsələn, siz avtomobilin heç bir qoşqu vasitəsi birləşdirilməyən şassisini alırsız. Bu zaman avtomobilə evakuatr, yük taksiləri və ya beton qarışdıran mikser əlavə etmək istəyirsiniz. STP bu şassilərin arxasında elə kanstruksiya qurur ki, onlar vasitəsilə hətta tank belə daşımaq olar. Hal-hazırda, belə qoşqu vasitələri bir çox beynəlxalq avtomobil istehsalçılarına təklif edilir.

Bu zavod 250 min ton məhsul istehsal edə bilir

Polimer Boru Zavodunun ümumi istehsal qabiliyyəti illik 250 000 tondan artıqdır. Azərbaycanda və Regiondan 1200 mm diametrli PE 100 boruları yalnız STP-nin Polimer Məmulatlar Zavodunda istehsal olunur. Ən çox polimer boru çeşidi də regiondan yalnız STP-nin zavodunda mövcuddur. Bütün istehsal prosesi Almaniyanın “Krauss Maffei”, “Unicor”, “Krah”, Avstriyanın “Battenfield Cincinatti”, “Fux”, İtaliyanın “Omipa” və Türkiyənin “Mikrosan” şirkətlərinin istehsalı olan ən müasir texnoloji avadanlığın köməyi ilə həyata keçirilir. Bütün hazır məhsullar Danimarka istehsalı laboratoriya avadanlıqlarında yüksək dəqiqliklə sınaqdan keçirilir və daha sonra müştərilərə təhvil verilir.

 
Açar sözlər: Sumqayıt Texnologiyalar Parkı STP texnopark
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (235)
+ Avtomobillər (323)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (267)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (321)
+ Gözəllik və sağlamlıq (313)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (236)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (267)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (349)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (216)
+ Kurslar və Təlimlər (183)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (169)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (232)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (584)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.