az / ru
 
     
 
Ana səhifə > Biznes > Uğur düsturu

Təranə Bəkirova: “Əsas məqsədimiz yeni fikirlərimizi memarlıqda əks etdirməkdir”

29.08.2018

Azərbaycanda hələ qədim dövrlərdən tikinti və memarlıq inciləri olub. Bunu tarixi abidələrə baxanda da görmək olur. Daim qurub yaratmaq Azərbaycan xalqının ta qədimlərdən əsas peşəsi olub. Zaman keçdikcə bu sahəyə tətbiq edilən müasirlik və yeniliklər  sektorun işlərini daha da zənginləşdirib. Xalqımızın qədim memarlıq ənənələrini qoruyub saxlayan memarlıq şirkətlərindən biri də “Yeni Memar” şirkətidir. “Consulting&Business” adı çəkilən şirkətinin layihə rəhbəri, eyni zamanda Memarlıq və İnşaat Universitetinin dosenti, memarlıq üzrə fəlsəfə doktoru Təranə Bəkirova ilə həmsöhbət olub. Müsahibəni oxuculara təqdim edirik.


Dosye

Məlumat üçün bildirək ki, Təranə Bəkirova 1973-cü il iyulun 20-də anadan olub. O, ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində alıb, 1996-cı ildə universitetin məzunu olmuş Təranə Bəkirova, 2000-ci ildən universitetdə pedaqoji fəaliyyətini davam etdirmişdir. 2002-ci ildən Memarlıq İttifaqının üzvü, 2004-cü ildə memarlıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2015-ci ilədək Dizayn kafedrasında müdirinin müavini, 2015-ci ildən bu günə kimi kafedra müdiri vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.


– “Yeni Memar” şirkəti nə vaxt yaranıb? Zəhmət olmasa bir qədər şirkətin yaranma tarixi haqqında danışardınız.

– Yeni Memar şirkəti 1997-ci ildən yaradılaraq fəaliyyət göstərir. Şirkət Xankisadə İlqar və Xankişiyev Beybala tərəfindən yaradılmışdır. Şirkətin yaradılmasında əsas məqsəd ilk növbədə yaratdığı əsərlərində mədəniyyətimizə məxsus xüsusiyyətləri əks etdirmək, müasir tələblərə uyğun  memarlıq və inşaat sahəsində yeni ideyaları nümayiş etdirmək idi. Əlbəttə ilk addımdan qarşıya qoyulan məsələlərin həlli çox çətin olsa da şirkətin idarəedici qrupu addım-addım qarşıya qoyduğu məqsədin çətinliklərinin öhdəsindən gəlməyə, kiçik lahiyələri və memarlıq obyektlərindən başlayaraq bilik və bacarığını tətbiq etməyə çalışmışdır. Şirkətin ilk zaman üçün önəmli sayılan layihələrdən biri də “Azərbaycan” kinoteatrının yenidənqurma və təmir-tikinti işləri olmuşdur.  O zaman, şirkət 1998-1999-cu illər ərzində məşhur kinoteatrın müasir tələblərə uyğun dizaynı, bərpa və rekonstruksiyası işləri, binanın ofis mərtəbəsinin həcmi-fəza həllini həyata keçirərək yenidən əhalinin istifadəsinə vermişdir. Binanın nəzdində olan 150 və 140 nəfərlik kinozallar tamamilə rekonstruksiya olunmuş, bundan əlavə yeni 70 nəfərlik kinozal tikilərək müasir akustik sistəmlə, “Dolby” sistemi ilə təchiz olunmuşdur. Bir sözlə fəaliyyətimizin əsas istiqaməti müasirliklə mədəniyyətimizin memarlığa yanaşmasını tarazlıqda saxlamaq idi.

– İlk sualımızdan bəlli olur ki, “Yeni Memar” şirkəti artıq uzun müddətdir ki, fəaliyyət götərir. Bilmək istərdik ki, şirkətin fəaliyyəti dövründə hansı işlər görülüb?

– Şirkətin təyinatı ilə bağlı müxtəlif çeşidli layihə və tikinti işləri həyata keçirilmişdir. Bu siyahıya daxil olan işlərdən AMEA İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) binası, “BVLGARI”, “CELINE”, “TIFFANY”, “TOM FORD”, “Lady Tom Ford”, “CRISTIAN DIOR”, “Gianfranco Ferre”, “De Beers”  mağazalarında tikinti quraşdırma və bəzək işləri, dəniz sahilində “Sea Breeze” otel və kottec şəhərciyinin  tikintisi, “Opera Sky” klubunda, “Opera Lounge”, “SUMAKH”, “Paxlava” restoranlarının tikinti quraşdırma və bəzək işləri, Tahir Salahovun Ev Muzeyi, Marionet teatrı, “Azərbaycanda Mədəni İrsin Qorunması” layihəsi və digər təmir və tikinti işlərində iştirak etmişik. Həmçinin Novxanı, Qəbələ, Mərdəkan və s. bu kimi məkanlarda villaların  tikintisini həyata keçirmişik. Bu yaxınlarda Azərbaycan-Fransız Universitetinin (UFAZ) rekonstruksiya və yenidənqurma işlərini tamamlayaraq tikinti və interyer dizaynı həllini həyata keçirmişik. Hazırda isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin digər korpuslarının üzərində işləyirik. Universitetinin kitabxanası, laboratoriyaları, yeni zalların tikilməsi və digər işlərini həyata keçirilməsində iştirak edirik.

– “Yeni Memar” şirkəti olaraq hansı xidmətləri göstərirsiniz?

– Şirkətimizin fəaliyyət dairəsi kifayət qədər geniş olaraq memarlıq, tikinti və mühəndis işlərini əhatə edir. Təfərrüatı ilə buraya yaşayış, ictimai və sənaye binalarının memarlıq dizaynı və layihələndirilməsi, “tam təhvil” tikintisi daxildir.  Həmçinin, fərdi layihə üzrə hazırlanmış istirahət zonaları, şəhərkənarı bağ evləri, həmçinin yüksək keyfiyyətli yerli və xarici tikinti materiallarından istifadə olunan bina və yerləşgələrin bəzək işləri, təmiri, tam yenidən qurulma və mühəndis sistemlərinin quraşdırılması da daxildir. Eyni zamanda bina və qurğuların, daxili və küçə məkanlarının işıqlanması ilə əlaqədar fəaliyyətimizi genişləndirməkdəyik.  Bildiyiniz kimi, “Yeni Memar MMC” şirkəti 2014-cü ildən “Viabizzuno” italyan işıqlanma şirkətinin Azərbaycanda distribyutorudur.

– Hazırda ölkəmizdə bir çox maraqlı dizaynı ilə seçilən çoxmərtəbəli binalar var. “Yeni Memar” olaraq şirkətiniz çoxmərtəbəli binaların tikintisini həyata keçirirmi?

– Hələ ki göydələn tikintisi həyata keçirməmişik. Amma artıq bu sahədə fəaliyyət dairəsini artırmaq üçün yeni tenderlərə qoşulmuşuq. Ümid edirik ki, hündür ofis binalarını tikilməsində də nailiyyətlərimizi nümayiş etdirəcəyik.

– Fərdi evlərin tikilməsi ilə bağlı müraciət edənlərin sayı çoxdurmu?

– Memarlıq şirkətləri sifarişçi tapmaqda çox vaxt çətinlik çəkirlər. Amma belə bir şirkət etibar qazanandan sonra, artıq tikintiyə başlamaq istəyən şəxs bu şirkətə müraciət edir. Biz də etibar qazanan şirkətlər sırasına daxil olduğumuz üçün heç vaxt müştəri baxımından çətinlik çəkmirik. Məsuliyyətli olmaq, ideyanı düzgün həyata keçirmək memarlıq işində əsas göstəricilərdən biridir.

– Evlərin tikilməsi zamanı hansı müasir avadanlıqlardan istifadə edilir?

– Bilirsiz ki, son illər ölkəmizdə əksər fəaliyyət sahələrində müasir texnologiyalardan istifadə edilməkdədir. Həmçinin, memarlar da bu yeniliklərdən  kənarda qalmırlar. Müasir tələbləri nəzərə alan sifarişçilər də yeniliklərə can ataraq artıq müasir texnika və texnologiyaların tətbiqinə meyillidirlər. İlk olaraq ağıllı evlər, bina və iç məkan həllərində müasir həllər, ekoloji baxımdan daha yararlı tikinti materiallarından istifadə həm icraçı və həm də istehlakçı tərəfindən müsbət qarşılanmaqdadır. 

– Lahiyələrin əksəriyyətini özünüz təklif edirsiniz, yoxsa daha çox müştərilərin lahiyələrini qəbul edirsiniz?

– Bildiyiniz kimi, şirkətimizin əsas fəaliyyəti layihələndirmə və onun inşasını həyata keçirməkdir. Hər şirkətin fərqliliyi isə onun bu prosesə düzgün və məqsədəuyğun yanaşmasından asılıdır. Bizim də bu prosesdə üstünlüyümüz memarlıq, dizayn və hər hansı bir mühəndis-layihələndirməsi zamanı yaradıcı yanaşmamızdır. Əlbəttə, mütləq sifarişçinin tələbini nəzərə almaq, onun fikirlərini, istəklərini öyrənmək və qarşılıqlı anlayışla istənilən yeni ideyanı həyata keçirmək hər bir memarın borcudur.

– Bu günə kimi nə qədər mənzil, ofis və s. digər növ tikili həyata keçirmisiniz?

– Bir memarlıq şirkəti kimi gördüyümüz işləri sayına görə deyil, keyfiyyətinə və memarlıq aləmində verdiyi töhvəsinə görə sayırıq. Artıq 21 ildir ki memarlıq və inşaat sahəsində bir çox işlər görmüşük, yaradıcılığımızı təkmilləşdirməklə bu yolu davam etdirməkdə iddialıyıq.

– Sıfırdan tikdiyiniz fərdi evlər üçün kupça və s. bu kimi sənədlər də təqdim edirsinizmi?

– Biz yalnız gördüyümüz işlərin layihə sanədlərini təqdim edirik. Şirkətin bütün dövlət standartlarına uyğun olan I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi, tikintisinə icazə tələb olunan bina və qurğuların  tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə lisenziyaları vardır. Bu baxımdan geniş praktiki iş təcrübəsinə malik olan “Yeni Memar MMC” göstərdiyi xidmət sahələrinin yəni, memarlıq və dizayn, landşaft dizaynı və layihələndirməsi, texniki-mühəndis layihələndirməsi, tikinti (sıfırdan “tam təhvil”-ə qədər tikinti işləri) və təmir (bina, ofis, mənzil və hər hansı digər yerləşgələr) işlərinin növündən asılı olaraq layihə sənədlərini təqdim edirik.

– Xidmətlərinizin qiymətləri necə olur? Ödəniş zamanı müştərilərinizə xüsusi güzəştləriniz olurmu?

– Xidmərlərin qiymətləndirilməsi ümumi ölkədaxili standartlara uyğun aparılır. Əlbəttə, müqavilə əsasında həyata keçən ödənişlər rəsmi qaydada və müştərilərin razılaşması ilə həyata keçirilir.

– Bu cür gözəl işləri qurub yaratmaqda nə qədər insanın əməyi keçir? Daha dəqiq şirkətinizin quruluşu haqqında məlumat verə bilərsinizmi?

– Gündəlik fəaliyyətində şirkət rəhbərliyi istehsalat-təsərrüfat və maliyyə-iqtisadi məsələlərə rəhbərlik etməklə yanaşı, onun bütün strukturu və istehsalat bölmələrinin əlaqəli şəkildə fəaliyyət göstərməsini təşkil və nəzarət edir. Belə ki, şirkət iş strukturuna görə - layihə şöbəsi, keyfiyyət menecment sistemi şöbəsi, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM) şöbəsi, təchizat şöbəsi, istehsalat şöbəsindən ibarətdir. Bura 12 nəfərə yaxın memar qrupu, 50 nəfərdən çox inşaatçı qrupu daxildir.

 
Açar sözlər: Təranə Bəkirova memarlıq tikinti Yeni Memar
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (318)
+ Ayaqqabı və aksesuarlar (152)
+ Banklar və sığorta (127)
+ Daşınmaz əmlak (261)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (224)
+ Hüquq xidmətləri (371)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (260)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (346)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (211)
+ Kurslar və Təlimlər (174)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (216)
+ Mebel və interyer (295)
+ Mətbuat (164)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (254)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (235)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (292)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (298)
+ Tikinti və landşaft (574)
+ Tikinti, tədarük (257)
+ Topdansatış ticarəti (140)
+ Turizm və istirahət (385)
+ Təhlükəsizlik və mühafizə (131)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (119)
+ Xidmətlər (293)
+ Xüsusi avadanlıq (175)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.