az / ru
 
     
 
Ana səhifə > Biznes > Uğur düsturu

Azərbaycan şərabları Çinə və Almaniyaya ixrac olunur

31.05.2018 | Хeybər Heydərov

Bildiyiniz kimi 1980-ci illərin 2-ci yarısından başlayaraq Qorbaçovun apardığı dırnaq arası yanlış “yenidənqurma” siyasəti və yerli rəhbərlərin səriştəsizliyi və məsuliyyətsizliyi nəticəsində Ulu Öndərimizin böyük əməyi sayəsində respublikamızın bütün rayonlarında istər aran istərsə də dağlıq və dağətəyi zonalarında salınmış böyük üzüm plantasiyalarının demək olar ki, 90% məhv edilmiş qalan sahələr də yararsız hala düşmüşdür. Bunun nəticəsində də istər şərab emalı müəssisəlri, istərsə də istehsal sahələri demək olar ki istifadəsiz qalaraq dağılmışdır. Beləliklə 70-80 illərdə Ulu Öndərimiz Heydər Əliyevin, postsovet məkənında ən qabaqcıl sahəyə çevirdiyi, və ölkəmizə böyük gəlir gətirən üzümçülük və şərabçılıq sahələri məhv edilmişdir.

Bu sahədə müşahidə olunan tənəzzülün qarşısı artıq Ulu Öndərin ölkə rəhbərliyinə yenidən dönüşündən sonra alındı, üzümçülük və şərabçılığa diqqət yenidən artmağa başladı.

Cənab Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş “Regionların sosial-iqtisadi inkişaf proqramları” və “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” ölkəmizdə üzümçülük və şərabçılığın inkişafına böyük dəstək verdi.

Bu sahədə əhəmiyyətli işlər görüldü, üzüm istehsalı və emalı sahələri yaradıldı, müasir bağlar salındı, son texnoloji avadanlıqlarla təchiz olunmuş şərab zavodları quruldu, məhsulların çeşidləri və keyfiyyətində böyük dönüş yarandı.

Bütün bunların nəticəsidir ki, Azərbaycanın şərab və konyakları mötəbər sərgi və dequstasiyalarda ən yüksək qiymətə və təltiflərə layiq görülməyə başladı.

Möhtərəm cənab Prezident tərəfindən təsdiq edilmiş ixracatçılara dəstək mexanizmləri və “Made in Azerbaijan” brendinin təşviqi tədbirlərindən ən aktiv bəhrələnən məhz şərabçılar oldu.

Azərbaycanın şərab məhsullarının tanıtım məqsədilə təşkil olunmuş tədbirlərdə və sərgilərdə şirkətimiz də daima iştirak edir və xarici tərəfdaşlarla yaxşı əlaqələr yaradır. Bunu nəticəsidir ki, artıq şərab və konyaklarımız ənənəvi MDB bazar ilə yanaşı, Çin pespublikasına, Almaniyaya ixrac olunmağa başlayıb.


Ölkəmizdə artıq çoxdandır ki, fəaliyət göstərən “Aqro-Azərinvest” şirkəti çalışdığı bu illər ərzində bir çox uğurlar əldə edib. Belə ki, yerli şərablarımızın yüksək keyfiyyəti nəticəsində hazırda bu məhsullar Avropa və Asiya ölkələrinə ixrac olunur. Belə bir uğurlu fəaliyyət dərgisinin diqqətindən kənarda qala bilməzdi. Odur ki, “Aqro-Azərinvest” şirkətinin  Baş direktoru İmdad Kərimovla müsahibəni təqdim edirik.


– Bir çoxlarımız bilirik ki, “Aqro-Azərinvest” şirkəti artıq çoxdandır ki, ölkəmizdə fəaliyyət göstərir. Yarandığı 2005-ci ildən şirkətin ölkə sənayesində böyük rolu olub. Bilmək istərdik ki, necə oldu ki, “Aqro-Azərinvest” şirkəti yaradıldı? Şirkətin tarixi barədə söz açardız zəhmət olmasa?

– “Aqro-Azərinvest” MMC nisbətən gənc bir şirkətdir, Cənab Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş “Regionların sosial-iqtisadi inkişaf proqramı” (2004-2008) nəzərdə tutulan tədbirlər proqramına uyğun olaraq 2005-ci ildə “Gilan Holding” şirkətlər qrupu tərəfindən təsis edilmiş və istehsal fəaliyyətinə başlamışdır. Şirkətin bir neçə əsas fəaliyyət istiqaməti vardır: üzümçülük, üzümün emalı və şərab məhsullarının istehsalı (müxtəlif növ ağ və qırmızı şərablar, konyak və tünd içki istehsalı). Hazırda respublikanın Qəbələ, Göygöl, Yevlax, Cəlilabad və Lənkəran rayonlarında 825 ha yaxın üzüm bağları salınıb. Bu bağlardan 6 min tondan artıq yüksək keyfiyyətli məhsul yığılır. Göygöl və Lənkəran rayonlarında üzümün qəbulu, ilkin emalı və saxlanılması üçün filiallar yerləşir. Şərab və konyak süzmə (qablaşdırma) müəssisəsi isə Qəbələ rayonunda yerləşir.

Qəbələ rayonununda yerləşən şərab süzmə müəssisəsi İtaliya, Almaniya və digər ölkələrdən alınmış müasir avtomatlaşdırılmış şərabsüzmə xətləri ilə təchiz olunmuşdur.

Hazırda müəssisədə və onunla bağlı sahələrdə 650 nəfərə yaxın işçi çalışır. İl ərzində müəssisədə 2,2 milyon şüşə spirtli içkilər istehsal olunur.

– İstər xarici ölkələrdə istərsə də Azərbaycanda hər yaranan brendin özünün qarşıya qoyduğu məqsədləri və devizi olur. “Aqro-Azərinvest” yetərincə böyük şirkət olduğundan əminik ki, bu şirkətin də dünya brendləri kimi öz məqsədləri və şüarı var. Oxucularımız sizi daha yaxından tanınması üçün bu barədə fikirlərini bilmək istərdik.

– Azərbaycan böyük şərabçılıq ənənələri olan bir ölkədir. Bu gün şirkətimizin qarşısında duran ən əsas məsələ 70-80-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inkişaf etdirilən üzümçülüyün və şərabçılığlın əvvəlki şöhrətini özünə qaytarmaqdır.

“Bizim zəmanət-əla keyfiyyət” devizi ilə fəaliyyət göstərən müəssisədə ənənəvi Azərbaycan şərabları olan “Mədrəsə”, “Ağstafa”, “Şamaxı“, “Bayan Şirə” və digər şərablarla yanaşı şirkətə məxsus öz brendləri “Qəbələ”, “Nazlı” “Starıy Dvorik” , “Şah”, Azərbaycanın taixi adlarını özündə əks etdirən “İrəvan qalası”, “Basarkeçər”, “Vedibasar” şərabları, «Gold Baku», «Hayat», «Mersi Baku», «Gilan», konyakları, həmçinin «Amigo», «Gold Baku», “Buzz”, “Milord” adlı tünd içkilər istehsal edilir.

Bütün istehsal olunan məhsullar nəfis dada və yüksək keyfiyyətə malikdir, bu dəfələrlə müxtəlif MDB və Avropa ölkələrində keçirilən dequstasiyalarda öz təsdiqini tapmışdır. “Aqro-Azərinvest” MMC şərab və konyak məhsullarının keyfiyyətini və onların dizayn tərtibatını beynəlxalq standartlara çatdırmaq üçün tanınmış Fransa şirkətləri “Version Oriqinale”, “Raoul Domec”, İtaliyanın “Bormioli Luigi”, “Vetroelite” və s.şirkətlərlə sıx əməkdaşlıq edir.

– “Aqro-Azər­investin” bir çox adda spirtli içkilər istehsal etdiyi və bu içkilərə istər ölkə daxilində istərsədə xaricdə böyük tələbin olduğu artıq çoxlarımıza məlumdur. Sizi daha da məşhur edən hansı məhsullarınızdır?

– Hazırda “Aqro-Azərinvest” MMC-də 50 dən cox adda şərab, konyak, tünd ickilər, o cümlədən daxili və xarici alıcıların rəğbətini qazanan «Gold Baku» grappa üzüm içkisi istehsal olunur. Şirkətimizin yüksək keyfiyyətli konyak və şərabları istər yerli bazarda istərsə də xarici bazarlarda xüsusi rəğbət qazanmışdır.

Müəssisənin məhsulları daxili bazarda elit supermarketlərdə, mehmanxana və restoranlarda, eləcə də Heydər Əliyev adına Beynəlxalq Hava Limanın “Duty Free” mağazalarında, xarici vətəndaşlar və diplomatlar üçün nəzərdə tutulmuş “Diplomat-shop” mağazasında uğurla satılır, “Azal” şirkətinin təyyarələrinin salonlarında sərnişinlərə təklif olunur.

– Bildiyimiz qədəri ilə “Aqro-Azərinvest” tünd içkilərlə yanaşı xüsusi şərəbları ilə də olduqca məşhurdur. Bilmək istərdik ki, hansı adda, hansı növdə şərablar istehsal edirsiz?

– Müəssisədə 40 yaxın adda müxtəlif növlü ağ və qırmızı şərablar, eləcə də nar şərabları istehsal olunur. İstehsal olunan şərab məhsulları müxtəlif olçüdə (187 ml, 375 ml, 750 ml) şüşə butılkalarda yanaşı müxtəlif ölçülü “Bag in-Box”, “PET” və saxsı qablara süzülür.

– Bu arada yeri gəlmişkən “Aqro-Azərinvest”də xarici şirkətlərə məxsus içkilər istehsal olunur?

– MMC də əmtəə nişanı xarici şirkətlərə  məxsusus «Vəzir» və «Babək» konyakları istehsal olunur.

– “Aqro-Azərinvest”in məhsullarına olan tələbat onun keyfiyyət göstəricisidir. Amma bəzən elə olur ki, bütün bunlar yetərli deyil və şirkətlər xarici sertikatlar almalı olur. Hansı beynəlxalq sertifikatlara layiq görülübsüz?


“Aqro-Azərinvest” MMC-nın məhsulları bir sıra diplomalara, sertifikatlara, medallara layiq görülmüşdür.

– “Aqro-Azərinvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Qəbələ-Şərab zavodunun) istehsalı olan 15 illik “GILAN” konyakı və “İRƏVAN QALASI” ağ süfrə şərabı 2015-ci ilin 9-13 fevral tarixində Moskva şəhərində keçirilən ərzaq məhsulları, içkilər və onların istehsalı üçün xammal «PRODEXPO - 2015» 22-ci Beynəlxalq sərginin “2015-ci ilin ən yaxşı məhsulu” laureatı diplomunu və qızıl medalını alıb.

– “Aqro-Azərinvest” MMC şərabçılığın inkişafına görə «UĞUR»-2013 Milli Mükafatına layiq görülmüşdür.

– “Vəzir” və “Babək” konyakları Moskva şəhərində keçirilən Beynəlxalq “Şərab və Spirtli içkilər” müsabiqəsində gümüş, Londonda keçirilən «International Wine and Spirit Competition» beynəlxalq müsabiqəsində isə 3 bürünc medala layiq görülmüşdür.

– 10-14 fevral 2014-cü il tarixində Moskva şəhərində “21-ci Beynəlxalq qida məhsulları, içkilər və onların istehsalı üçün xammal sərgisi “PRODEXPO-2014” keçirilmişdir. Şirkətimizin təqdim etdiyi “BASARKEÇƏR” qırmızı süfrə şərabı və “GOLD BAKU” 8 illik konyakı Beynəlxalq Müsabiqə Komissiyasının bütün üzvləri tərəfindən yüksək qiymətləndirilmiş və istehsal etdiyi bu məhsullara görə “Aqro-Azərinvest” MMC, sərginin “Ən yaxşı məhsul” nominasiyasının laureatı diplomu və qızıl medalı ilə təltif olunmuşdur.


– Hazırda yerli brendlərin inkişafı və dövlətimiz tərəfindən yaradılan münbit iqtisadi şərait yerli brendlərimizin məhsullarını xaricə ixrac etmək üçün əla fürsət yaradır. “Aqro-Azərinvest” hansı məhsullarını və hansı ölkələrə ixrac edir?

– Müəssisədə istehsal olunan şərab və konyak məhsullarının böyük hissəsi xarici ölkələrə ixrac olunur. Bu ölkələrin içində Rusiya, Çin, Belorusiya, Qırğızıstan, Almaniya və s. ölkələri göstərmək olar. İstehsal olunan hazır məhsulla yanaşı “Aqro-Azərinvest” MMC Rusiya, Qirğızıstan və Gürcüstana konyak spirti və şərab materialı xammal kimi ixrac edilir.

– İstehsal etdiyiniz içkilərə tələb ən çox ölkə daxilindədir yoxsa xaricdə?

– “Aqro-Azərinvest” MMC-nin fəaliyəti əsasən eksport yönümlüdür demək olar ki, istehsal olunan məhsulların 70% xarici ölkələrə ixrac olunur.

 
Açar sözlər: Aqro-Azərinvest Azərbaycan şərabları Çinə Almaniya İmdad Kərimov
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (322)
+ Ayaqqabı və aksesuarlar (152)
+ Banklar və sığorta (127)
+ Daşınmaz əmlak (261)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (224)
+ Hüquq xidmətləri (372)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (260)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (347)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (212)
+ Kurslar və Təlimlər (174)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (216)
+ Mebel və interyer (295)
+ Mətbuat (167)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (256)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (239)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (292)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (299)
+ Tikinti və landşaft (576)
+ Tikinti, tədarük (257)
+ Topdansatış ticarəti (140)
+ Turizm və istirahət (385)
+ Təhlükəsizlik və mühafizə (131)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (121)
+ Xidmətlər (294)
+ Xüsusi avadanlıq (177)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.