az / ru
 
     
 
Ana səhifə > Biznes > Uğur düsturu

“Made in Azerbaijan” brendinin təşviqi yerli məhsulların dünyada tanıdılması üçün mühüm vasitədir

29.12.2017

– Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətini, təhlükəsizliyini, rəqabət qabiliyyətini və ixrac potensialını yüksəltmək, xarici ticarəti daha da liberallaşdırmaq, standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrini müasir tələblərə uyğunlaşdırmaq, habelə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə cənab Prezident tərəfindən 2017-ci ilin 10 fevral tarixində Fərman imzalanıb. Bu Fərmana əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxs təsis edilib. Ümumiyyətlə, patent hüququ obyektlərinin mühafizəsi sahəsində Mərkəzin rolunu və əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Yeni texnologiya və innovasiyaların patentlə qorunması, patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının 10 fevral 2017-ci il tarixli Fərmanı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturunda dəyişlik edilmiş və Patent və Əmtəə Nişanları Mərkəzi publik hüququ şəxs təsis edilmişdir.

Patent və Əmtəə Nişanları Mərkəzi milli patent qurumu olaraq ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini və müvafiq sahədə müqavilələrin qeydiyyatını, mühafizə sənədləri və şəhadətnamələrin verilməsini, müvafiq məlumatların dərcini, patent müvəkkillərinin attestasiyasını, qeydiyyatının aparılmasını, habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri həyata keçirir.

Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının idxaldan asılılığının minimuma endirilməsini ön plana çəkir. Prezident İlham Əliyevin 16 mart 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Strateji yol xəritələri”nin başlıca istiqamətləri də məhz bu məqsədi daşıyır. Sözügedən sənədlərdə keyfiyyət infrastrukturu sahələrinin inkişafına yeni yanaşma Azərbaycan məhsullarının dünya bazarlarına çıxışı üçün etibarlı təminat yaradır.

Sənaye müəssisəsinin səviyyəsinin yüksəldilməsi, rəqabətqabiliyyətli məhsul istehsalı elmin ən son nailiyyətlərindən istifadə edilməsini, yeni texnika və texnologiyanın istehsalata tətbiqini şərtləndirir. Bu məsələlər Azərbaycan üçün daha aktualdır. Təsadüfi deyildir ki, dünyanın ən bahalı brendləri içərisində ilk 10 markadan 7-si texnologiya şirkətlərinə məxsusdur.

– “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə patent almasının təşviqi ilə əlaqədar mexanizmlərin formalaşdırılmasında mərkəzin fəaliyyəti barədə məlumat verərdiniz.

– “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına dair Prezident İlham Əliyevin Fərmanına uyğun olaraq Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən önəmli işlər həyata keçirilir.

Fərman qeyri-neft məhsullarının istehsalının stimullaşdırılması və ixracının təşviqi sahəsində həyata keçirilən ən vacib addımlardan biri və ən əhəmiyyətlisidir.

Hazırda Azərbaycanın qeyri-neft məhsullarının xaricdə təşviqi məqsədi ilə Mərkəzdən şəhadətnamə almış və ölkə bazarında kifayət qədər tanınan şirkətlərin əmtəə nişanlarından ibarət “Azərbaycan brendləri” adlı albom-kataloq üzərində işlər yekunlaşmaq üzrədir.

Sahibkarlarla bazara rəqabətqabiliyyətli və keyfiyyətli məhsul çıxarmaları məqsədi ilə mütəmadi olaraq marifləndirici tədbirlər həyata keçirilir, seminarlar təşkil edilir və onlara məsləhətlər verilir.

– Mərkəzin milli patent sisteminin inkişafı ilə bağlı beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyəti və birgə layihələrin təşkili istiqamətində cari il ərzindəki işlərindən danışardınız.

– İqtisadi tərəqqi naminə sənayenin səmərəliliyinin artması üçün yeni texnologiyalar, yeni yanaşmalar və ixtiraların tətbiqi həll­edici əhəmiyyətə malikdir. Bu həm də ixtiraçıya və ya elmi araşdırma mərkəzinə intellektual fəaliyyətindən mənfəət əldə etməyə zəmanət mexanizmidir.

Azərbaycan Respublikası bu günədək Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT, beynəlxalq sənədlərdə - WİPO) patent sistemi sahəsinə aid olan 17 konvensiya, saziş və müqaviləsindən 11-nə qoşulmuş və sıx əməkdaşlıq əlaqələri yaratmışdır.

1995-ci ildən beynəlxalq aləmdə tanınan 8 minədək patentimiz mövcuddur, 60 minə yaxın əmtəə nişanı isə müvafiq qanunlarla qorunur. Son 4 ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycandan 90 əmtəə nişanı Beynəlxalq sistem vasitəsilə qeydiyyat üçün digər dövlətlərə təqdim olunub.

Milli patent sisteminin inkişafı ilə bağlı beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət və birgə layihələrin təşkili istiqamətində cari il ərzində Mərkəz və Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi (Sakpatenti) arasında Əməkdaşlıq Memorandumu”, “Moldova Respublikası Əqli Mülkiyyət üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Patent və Əmtəə Nişanları Mərkəzi publik hüquqi şəxs Arasında Əməkdaşlıq Memorandumu”,“Azərbaycan Respublikası Patent və Əmtəə Nişanları Mərkəzi ilə Ali təhsilin Federal Dövlət Büdcə Təhsil Müəssisəsi» Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası» arasında Əməkdaşlıq Haqqında Saziş” imzalanmışdır. Azərbaycan Respublikası Patent və Əmtəə Nişanları Mərkəzi və Qırğızıstan Respublikası Hökuməti yanında Əqli Mülkiyyət və İnnovasiyalar Dövlət Xidməti (Qırğızpatent) arasında “Əməkdaşlıq Memorandumu” adlı sənəd layihəsi hazırlanmışdır.

– Dünya miqyasında mənşə yerinin adını daşıyan məhsullara xüsusi əhəmiyyət verilir. Bazarda alıcını mənşə yerinin adını daşıyan məhsullarla maraqlandırmaq daha asan və cəlbedicidir. Hazırda ölkəmizdə rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların “Made in Azerbaijan” brendi altında təşviqi ilə bağlı çoxsaylı layihələr həyata keçirilir. Coğrafi adların hüquqi mühafizəsi hazırda nə dərəcədə aktualdır və Mərkəz bununla bağlı hansı işləri görür?

– Həyati əhəmiyyət kəsb edən və insanların müxtəlif tələbatlarını təmin edən coğrafi məkanla bağlı olan məhsullar hələ qədim dövr­lərdən ən vacib yaşam elementi kimi mövcud olmuş və insanların məişətinə daxil olaraq həyatda qalmalarını şərtləndirmişdir. Bu səbəbdən də coğrafi məkanla bağlılıq təşkil edən əmtəə və məhsullar sivilizasiyanın sonrakı inkişaf dövrlərində əmtəənin mənşə yerinin adı kimi müstəqil şəkildə qeydiyyata alınmış və onun qorunmasına dair müvafiq hüquqi aktlar qəbul edilmişdir.

Mayın 30-31-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Mərkəzin birgə keçirdiyi sub-regional seminarda biz bir daha Azərbaycanımızın coğrafi adlarla bağlı əmtəələrini, məhsullarını uğurla nümayiş etdirə bildik. Eyni zamanda regionlarımıza aid mənşə yeri ilə bağlı məhsullarımızın – istər kənd təsərrüfatı məhsulları, sənətkarlıq nümunələri, mineral sular, istərsə də faydalı qazıntılara aid məhsullar (duz, mərmər) olsun – onların axtarılıb tapılması və dəqiq siyahısının tərtib edilməsi məqsədi ilə işçi qrupun yaradılmasını reallaşdırmışıq.

Mərkəzin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Əmtəə nişanı və Coğrafi göstəricilər anlayışı, bu sahədə Azərbaycan və beynəlxalq qanunvericilik, beynəlxalq sistemlərlə əlaqə və mühafizələr” mövzusunda Şəki şəhərində regional seminar-müşavirə keçirilmişdir.

– Daşınmaz əmlak mülkiyyətindən fərqli olaraq əqli mülkiyyət insan zəkası və düşüncəsi, həmçinin elmi biliklərə istinad edən və dəyər yaradan mülkiyyətdir. Bu mülkiyyət hüquq sahibinə illər keçdikcə daha çox qazanc gətirmək qabiliyyətinə malikdir. Misal üçün hər hansı bir əmtəə nişanı təsvir olunduğu malın, məhsulun üzərində ilbəil şöhrət qazana bilir, tanınır və yüksək imic əldə edə bilir. Bu müstəvidə, xaricdə olduğu kimi, Azərbaycanda da əqli mülkiyyətin qiymətləndirilməsi, sahibinin mülkiyyəti olaraq hansı dəyərə sahib olmasını müəyyən etmək mümkündürmü?

– Nəinki mümkündür, hətta bu, vacib tədbirlərdən biridir. Ölkəmiz intellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsində, standartların işlənib hazırlanılmasında və tətbiqində, qiymətləndirilmənin həyata keçirilməsinin təkmilləşdirilməsi istiqamətində digər inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edir.

Əqli mülkiyyətin iqtisadi kateqoriya kimi araşdırılmasının nəticələrinə əsasən deyə bilərik ki, əqli mülkiyyət əmlak dəyəri olan qeyri-maddi nemətdir. Bəs əmtəə nişanının qiymətləndirilməsinin sahibkar üçün faydası nədir? Əmtəə nişanına mülkiyyət hüququ qeyri-maddi aktiv olduğu üçün qiymətləndirmə rəyi müəyyən edilmiş dəyər mühasibat uçotunda əks olunur və gələcəkdə biznesin qiymətləndirilməsi, satılması, kredit və ssuda alınması, investorlar və potensial partnyorların cəlb edilməsi zamanı həlledici rol oynaya bilər. Əmtəə nişanına hüququn qiymətləndirilməsi bir çox hallarda həm də işgüzar nüfuzun göstəricisidir.

Əmtəə nişanına hüququn qiymətləndirilməsi aşağıdakı hallarda zəruridir:

  • Nizamnamə kapitalının artırılması zamanı, yəni qeyri-maddi aktiv kimi əmtəə nişanına olan hüquq nizamnamə kapitalını formalaşdıra bilər və bu zaman onun qiymətləndirilməsi mütləqdir;
  • əmtəə nişanına olan hüququn alqı-satqısı zamanı qiymətin əsaslandırılması məqsədilə;
  • bütün biznesin satılması zamanı əmtəə nişanının qiymətləndirilməsi vacib əhəmiyyət kəsb edir;
  • əmtəə nişanından istifadəyə dair lisenziya və françayzinq müqvivələrinin bağlanması zamanı royaltinin dərəcəsini müəyyən etmək məqsədilə;
  • saxta mal və xidmət göstərildiyi zaman vurulmuş zərərin əvəzinin müəyyənləşdirilməsi məqsədilə;
  • müəssisə tərəfindən kredit alınması zamanı əmtəə nişanın girov qoyulması məqsədilə;
  • biznesin idarə edilməsi və vergitutmanın optimallaşdırılması məqsədilə. Bu, rəhbərlərə mülkiyyətdən effektiv istifadə etməyə və marketinq qərarları qəbul etməyə kömək edir;
  • müəssisələrin yenidən təşkili zamanı qovuşan və birləşən hüquqi şəxslərin aktivlərinin dəyərləndirilməsi məqsədilə.

Əqli mülkiyyətə əsaslanan kreativ iqtisadiyyatın davamlı inkişafının zəruriliyi və bununla əlaqədar ölkənin ÜDM-də onun payının artırılması üzrə tədbirlərin həyata keçirilməsinin vacibliyi məhz intellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsi standartının hazırlanması və tətbiqini qaçılmaz edən əsas amillərdəndir.

Müsahibəyə görə təşəkkür edirik.

 
Açar sözlər: Patent və Əmtəə Nişanları Mərkəzi Günel Sevdimalıyevadır Made in Azerbaijan
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (230)
+ Avtomobillər (309)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (127)
+ Daşınmaz əmlak (248)
+ Ev və ofis üçün mallar (141)
+ Geyim (318)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (71)
+ Hotels (216)
+ Hüquq xidmətləri (357)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (256)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (332)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (206)
+ Kurslar və Təlimlər (172)
+ Kənd təsərrüfatı (89)
+ Mağazalar (214)
+ Mebel və interyer (294)
+ Mətbuat (164)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (245)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (216)
+ Reklam və ictimai əlaqələr (226)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (282)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (291)
+ Tikinti və landşaft (563)
+ Tikinti, tədarük (249)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (379)
+ Təhlükəsizlik və mühafizə (117)
+ Təmir xidmətləri (101)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (116)
+ Xidmətlər (284)
+ Xüsusi avadanlıq (173)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.