az / ru
 
     
 
Ana səhifə > Biznes > Uğur düsturu

“Grow Group Azerbaijan” müasir istixana komplekslərinin quraşdırılması və idarəetməsi üzrə ixtisaslaşıb

03.08.2017 | İ.Abdullayeva

Azərbaycanda müasir standartlara cavab verən istixana təsərrüfatlarının yaradılması ilə məşğul olan “Grow Group Azerbaijan” MMC bu sahədə beynəlxalq təcrübəni uğurla tətbiq edir. Şirkət istixana komplekslərinin qurulmasında innovasiya və yeniliklər gətirən dünya liderləri - Fransanın “Richel” və Hollandiyanın “Stolze”şirkətləri ilə sıx şəkildə çalışır. Nəticədə  “Grow Group Azerbaijan”ın ölkəmizdə qurduğu istixana sistemləri ən modern texnologiyaya və onlara həmişə xidmət göstərməyə hazır olan servis xidmətinə, məsləhət almaq üçün peşəkar kadr heyətinə malikdir.

Etibarlı xarici tərfdaş: Fransanın Richel Group şirkəti

Təbii ki, bu sahədə xarici təcrübə və onun uğurlu tətbiqi mühüm amildir. Şirkət xarici tərəfdaşları sayəsində ölkəmizdə yeni nəsil istixana komplekslərinin salınmasında öz sözünü deyib. Bəs, bu texnologiyalar nəyə əsaslanır?

Dünyanın 80-dən çox ölkəsində işləyən “Richel” öz təcrübəsini məhz “Grow Group Azerbaijan” ilə bölüşür. Beləliklə, hazırda “Richel”in təqdim etdiyi metodologiya əsasında “Grow Group Azerbaijan” plastik və şüşə örtüklü istixanalar quraşdırır.

  • Ölkəmizdəki iqlim şəraitini nəzərə alsaq, regionlarda plastik örtüklü istixanaların quraşdırılması daha uyğun hesab edilir. Bundan başqa, işığın paylanması, havanın ventilyasiyası, enerjiyə  qənaət, düzgün mikroiqlim, əmək  təhlükəsizliyi və investisiya həcminə qənaət etmək kimi üstünlüklərə malikdir. Hazırda Model 12,8 sənaye tipli plastik istixanaların son nəslidir. Modelin  quruluşu maksimal işıq, havanın  həcmini,  enerjiyə  qənaəti  və istismar zamanı  yüksək gəlirliliyi təmin edir. Model 9,6 tipli plastik  istixanalar isə etibarlı və çox sadə   quruluşa malikdirlər. Modelin hündürlüyə, yüklənməyə və hava dəyişməyə görə  çoxsaylı  modifikasiyaları var və hər bir halda istənilən layihə üçün lazım olan quruluşu seçmək mümkündür.
  • Şüşə  örtüklü  istixana layihələri xarici tərəfdaşlarla əməkdaşlıq əsasında həyata  keçirilir. Bu, layihəni  bazarda olan ən  əlverişli  texnologiyalarla  təmin  etməyə   imkan  verir. “Richel” şirkəti tərəfindən təqdim olunan “VENLO” tipli istixanalar poladın, şüşənin və alüminiumun  optimal  istifadəsinə və maksimal işıqlandırmasına zəmanət verir. Daha az detal-daha çox işıq deməkdir, daha az detallı, istehsal və quraşdırma isə sərmayəyə qənaət etməyə imkan verir. “VENLO” tipli istixanalarda xüsusi qurğular havanın bərabər paylanmasına və enerjiyə qənaət etməyə şərait yaradır. “Grow Group” şirkəti “VENLO” tipli istixanaların layihələndirilməsindən başlayaraq, quraşdırılması, işçilərə təcrübə keçirilməsi və texniki xidmətə qədər böyük spektrdə xidmətləri müştərilərinə təqdim edir.
  • Tunel tipli istixanalar “Richel” şirkəti tərəfindən buraxılan ilk məhsul olub və hazırda becərmə  üçün ən optimal ins­trumentlərdən biridir. 8 m və  9,6 m. eni olan  yeni nəsil  tunelləri onların etibarlılığına, tez yığılmaqlarına (heç bir qaynaq işi olmadan), maksimal işıqlandırmasına, ventilyasıyasına və həmçinin tunelin hündürlüyünə  görə tez bir zamanda müştərilərin etimadını və məmnuniyyətini qazanırlar.

Qabaqcıl Holland şirkəti - Stolze

“Stolze” şirkəti müasir bağçılıq təsərrüfatı üçün avtomatlaşdırma, istilik, işıqlandırma, suvarma və yüksək təzyiqli sisləmə sistemləri sahəsində ixtisaslaşır. Qurğuların hər biri xüsusi hazırlanır.

“Stolze” şirkətinin heç bir qurğusu standart deyil: “Biz təcrübəmizə əsasən bilirik ki, hər bir müəssisə özü-özlüyündə unikaldır. Ümumiyyətlə, istixana müəssisəsində yetişdirilən məhsulları texniki qurğulara uyğunlaşdırmaq zəruridir. Sahibkarın konkret istəkləri isə bizim üçün daha önəmlidir. Biz müştərinin tələblərini “Stolze” şirkətinin təcrübəsi ilə bir araya gətirərək, biznesiniz üçün müvafiq istehsal və keyfiyyət standartlarına uyğun ideal seçimi təmin edirik”.

“Stolze” aşağıdakı xidmətləri təqdim edir:
•  İstixanalarda istilik sistemlərinin quraşdırılması
•  Qazanxananın quraşdırılması
•  KİE (kombinə edilmiş istilik və enerji) qurğuları
•  İstiliyin saxlanması üçün çən sistemləri
•  İsitmə qazanları
•  CO2 qurğuları
•  Qaz və yanacaq odluqları
•  İstilik mübadiləsi qurğuları
•  Qaz xətləri
•  Artırma sistemləri
•  Kondensatorlar
•  Torpaq isitmə
•  İstilik izolyasiyası
•  İzolyasiya olunmuş yeraltı boru kəmərləri
•  Hava tənzimləmə qutuları

Nəticə: KEYFİYYƏT!

“Grow Group Azerbaijan” MMC – nin təklif etdiyi ən müasir sistemlərin Azərbaycanın müxtəlif bölgələrində geniş şəkildə yayılan istixana təsərrüfatlarında tətbiq olunması nəticəsində yüksək keyfiyyətli məhsul yetişdirmək mümkündür. İşığın düzgün düşməsi, bitkilərin tələblərə uyğun şəkildə qidalanması, istixanada yaradılan optimal iqlim şəraiti məhsulun yetişməsində və onun keyfiyyət faktorlarının yüksək olmasında mühüm amildir. Aqronomlar hesab edirlər ki, bu amillər sırasına idarəolunan rütubətlilik rejimini də əlavə edən xarici həmkarlarımız nəticədə bazara rəqabət qabiliyyətli, keyfiyyətli məhsul çıxartmağa nail olurlar. Həmçinin bu sistemlərin tətbiqi sizin becərdiyiniz tərəvəzlərin yüksək məhsuldarlıq verməsinə, istiliyə və suya qənaət etməklə həm də maya dəyərinin ucuz başa gəlməsinə imkan yaradır. Eyni zamanda Avropanın qabaqcıl texnologiyaları ekoloji cəhətdən təmiz məhsul yetişdirməyə və beləliklə sağlam qidaya üstünlük verən istehlakçıların məmnunluğunu qazanmağa hədəflənib. 

Öyrənirik və öyrədirik!

İlk gündən “Grow Group Azerbaijan” MMC də öz üzərinə düşən bu məsuliyyəti və öhdəliklərini layiqincə yerinə yetirməyə çalışır. Şirkətin direktoru Rufat Məmmədovun sözlərinə görə, məhz bu səbəbdən də Avropanın istixana sahəsində öz sözünü demiş qabaqcıl şirkətləri ilə tərəfdaşlıq edir, onlardan yeni məhsullar alır, xarici mütəxəssisləri ölkəmizə dəvət edirlər. Şirkətin Avropadan dəvət etdiyi mütəxəssislər müasir istixanaların quraşdırılmasında, eyni zamanda yeni üsullarla məhsulların yetişdirilməsində öz faydalı məsləhətlərini verirlər. Eyni zamanda “Grow Group Azerbaijan”ın mütəxəssisləri Avropadakı istehsal zavodlarında təcrübə keçir və həmin təcrübə əsasında yerli şirkətlərin mütəxəssislərini öyrədirlər. Şirkət tərəfindən quraşdırılan istixana sisteminin gələcək işçiləri birbaşa olaraq “Grow Group Azerbaijan”a məxsus istixana komplekslərində treninqlər keçirlər. Bundan başqa, istixana sektorunun ən təcrübəli şirkətlərindən dəvət edilmiş mütəxəssislər yerli kadrlara treninqlər keçir, yeni qurulan istixanalara səfərlər təşkil edilir və yerindəcə vəziyyətlə tanış olan mütəxəssislər yerli sahibkarlarımıza lazımi məsləhətlər verirlər. Qarşılıqlı təcrübə mübadiləsi daima davam etdirilir və müştərinin keyfiyyətli məhsul götürməsi üçün ona hər cür dəstək göstərilir. “Grow Group Azerbaycan” xarici texnologiya əsasında istixana komplekslərini təşkil etməklə kifayətlənmir, komplekslərin fəaliyyəti dövründə həm də texniki qurğulara servis xidməti göstərir.

Həmçinin yeni yaradılan istixanaların işçiləri üçün xüsusi treninqlər təşkil olunur. Bu treninqlərdə işçilərə ilkin məhsulun yetişdirilməsi, istixananın istismarı zamanı qarşıya çıxa biləcək nasazlıqların vaxtında aradan qaldırılması yolları öyrədilir.

Bizim üstünlüklərimiz

Bu sahədə qazandığı bilik və uğurlarını həmkarları və iş tərəfdaşları ilə bölüşən şirkət Azərbaycanda müasir istixana kom­plekslərinin qurulması və kənd təsərrüfatının bu sektorunun ölkədə sürətlə inkişaf etdirilməsi üçün öz töhfələrini verməkdə davam edir.

•  Bütün işlər əvvəldən axıra kimi şirkət daxilində həyata keçirilir.
•  Biz (istənilən vəziyyətdən asılı olaraq) istəklərinizə uyğun həll variantını təklif edirik
•  Biz istixana sistemləri sahəsində mütəxəssisik
•  Biz gələcək üçün istehsal edilmiş keyfiyyətli material və qurğularla işləyirik
•  Sizin qurğunuz bizim tərəfimizdən quraşdırılacaq və texniki xidmətlə təmin olunacaq. Buna görə də siz daim bir xidmət təchizatçısı ilə əlaqə saxlayacaqsınız
•  Biz öz montaj mühəndislərimiz və ixtisaslaşdırılmış subpodratçılarla işləyirik
•  Biz öz istixanamızda təcrübədən keçirdiyimiz uğurlu sistemləri təklif edirik.
•  Tikintisini başa çatdırdığımız istixanaların uğurlu idarə olunmasını və məhsul satışını həyata keçiririk

Hazırda “Grow Group Azerbaijan” 3 istiqamətdə fəaliyyət göstərir. Bunlardan Bakı İstixana Kombinatı, istixanaların satışı və quraşdırılması, istixana daxilində istifadə olunan avadanlıqların (məhsulların) satışı və  servis xidməti.

İstixanalar ilk növbədə müasir tələblərə cavab verən şəkildə dizayn edilir. Onlar şüşə, polikarbonat və polietilen örtüklü olub, isti qalvanizə edilmiş metal konstruksiyalardan emal edilir. Dam örtüyünün qeyri-sabit hava şəraitinə, ağır qar yükünə və küləyə davam gətirə bilməsi üçün xüsusi şəkildə hazırlanır. Həmçinin torpaqlı və torpaqsız (substrat) əkin alternativləri, bütün avtomatlaşdırılmış sistemlərin idarə edilməsi və baxışı həyata keçirilir. Bundan başqa mərkəzləşdirilmiş avtomat idarəetmə sistemi, kölgələmə, təbii havalandırma, sərinlətmə və rütubət, istilik, suvarma, gübrələmə sistemləri və yer örtüyü bütün istixanalarda “Grow Group Azerbaijan”ın əməkdaşları tərəfindən layihələndirilir, quraşdırılıb təhvil verilir.

Bütün komponentlər əsasən şirkətin montaj mühəndisləri və ixtisaslaşmış (yerli) podratçılar tərəfindən quraşdırılır, mühəndislər prosesə əvvəldən axıra kimi nəzarət edirlər. Hətta quraşdırmadan sonra da “Grow Group Azerbaijan”ın təcrübəli servis mühəndislərindən ibarət komandası xidmətini davam etdirə bilər. Unutmaq lazım deyil ki, ideal quraşdırma (montaj) müxtəlif ixtisas sahələri arasında mükəmməl koordinasiyadan irəli gəlir.

“Grow Group Azerbaijan”: hədəfimiz inkişafdır

Qeyd edək ki, güclü xarici tərəfdaşlarla 2009-cu ildə fəaliyyətə başlayıb. Şirkətin direktoru Rufat Məmmədov CB jurnalına açıqlamasında bildirdi ki, müasir üsulla təchiz olunmuş istixanaların  tikintisini həyata keçirməklə ölkəmizdə bir ilkə imza atılıb. “Grow Group Azerbaijan”ın Buzovna qəsəbəsində qurduğu Bakı İstixana Kombinatı fəaliyyətinin başlanğıc nöqtəsidir. 8.3 hektarlıq əhatə edən bu istixana kompleksi “Grow Group Azerbaijan”MMC-nin uğurlarının əsasını qoyub və şirkətə bu sahədə geniş təcrübə qazandırıb. Bakı İstixana Kombinatı şirkətin ilk və uğurlu naliyyətlərindən sadəcə biridir. Kombinat holland texnologiyası əsasında yüksək keyfiyyətli, ən əsası kimyəvi preparatlardan istifadə olunmadan əldə edilən təbii məhsulların yetişdirilməsi üzrə ixtisaslaşdırılmış bir müəssisədir. Müəssisənin “4 Fəsil” brendi ilə istehsal etdiyi məhsullar əsasən xaricə ixrac olunur.

Uğurlu layihələr

Bundan sonra “Grow Group Azerbaijan” MMC Bakının Zirə qəsəbəsində 5.5 hektarlıq sahədə yeni bir istixananın quraşdırılması işlərini uğurla həyata keçirib. İstixana təhvil verildikdən sonra şirkətin əməkdaşları bir il ərzində yeni istixanada çalışan işçilərə təlimatlar verməyi davam etdirmiş, onlara texniki dəstəyi və öz təcrübəsi ilə kömək göstərmişdir. Hazırda həmin istixananın növbəti 4,7 ha mərhələsinin tikintisinə başlanılıb.

Reallaşdırılan layihələrdən biri də Maştağa qəsəbəsində yerləşən 25 hektarlıq istixananın tikintisidir. Həmin layihənin birinci mərhələsi ilə Möhtərəm Prezident İlham Əliyev cənabları və ölkəmizin Birinci xanımı, çox hörmətli Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva 17.05.2017-ci ildə Bakı şəhərində keçirilən “11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı” sərgisində şəxsən tanış olublar və layihənin açılışında iştirak etmək niyyətlərini də ifadə ediblər.
Bundan başqa, Müşviq qəsəbəsində 6 hektarlıq istixananın 2 hektarında quraşdırma işləri gedir. Sumqayıt şəhərində fəaliyyət göstərən 9 hektar sahəsi olan istixananın qazanxana və suvarma otaqları da müasir texnologiya əsasında yenidən qurulub. Regionlarda da peşəkar xidmətini təqdim edən “Grow Group Azerbaijan” Yevlax rayonunda 10 hektar sahədə istixananı müasir avadanlıqlarla təchiz edərək, modern kompeksə çevirib. Uğurları Azərbaycandan kənara səs salan şirkət hazırda Rusiya Federativ Respublikasında da çalışır. Həmin layihə üzrə 17 hektar istixana kompleksi quraşdırılmalıdır. “Grow Group Azerbaijan” artıq birinci mərhələni əhatə edən 3 hektarda quraşdırma işlərini müvəffəqiyyətlə dəvam etdirir.

Sertifikatlara layiq görülür

Qeyd edək ki, dünyanın tanınmış şirkətləri ilə çalışan və müasir texnologiyanın Azərbaycanda tətbiq olunmasında lider olan “Grow Group Azerbaijan” beynəlxalq sərgilərdə fəal iştirak edir.  2015-ci il, 21-23 may tarixində Bakıda keçirilmiş 9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2015” sərgisində cənab Prezident İlham Əliyev də iştirak etmişdi. Həmin sərgidə möhtərəm Prezident kənd təsərrüfatının digər sahələri ilə yanaşı, istixanaların inkişafı barədə dəyərli və xoş sözlər demişdi. 2015-2016- cı illərdə təşkil olunmuş Caspian Agro Kənd təsərrüfatı sərgisində cənab Prezidentin “Grow Group Azerbaijan” MMC-nin də stendini ziyarət etməsi və  yaxından tanış olması şirkətin kollektivinə böyük ruh yüksəkliyi vermişdir. Məlumat üçün deyək ki, “Grow Group Azerbaijan” şirkəti 2015-2016-cı illərdə sərgilərdə ən yaxşı stend dizaynı, 2017-ci ildə isə “Ən yaxşı stend” nominasiyasında sertifikata layiq görülüb.

Bundan başqa, “Grow Group Azerbaijan” MMC İran İslam Respub­likasının Tehran şəhərində 21-23 aprel 2017-ci il tarixlərində keçirilən «İran Green Trade Fair 2017» sərgisində iştirak etmişdir.

 
Açar sözlər: Grow Group Azerbaijan Richel Stolze istixana kompleksləri
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (304)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (212)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (333)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (84)
+ Mağazalar (214)
+ Mebel və interyer (278)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (235)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (282)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (286)
+ Tikinti və landşaft (546)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (357)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (132)
 
   
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.