az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Dosye

Aqrar sektorun yeni infrastrukturu: aqroparklar

24.10.2015 | Bəkir Nərimanoğlu

Aqro park kənd təsərrüfatı məhsulunun intensiv istehsalı, daşınması, saxlanması və satışının təşkilində mühüm rol oynayır. Kənd təsərrüfatı məhsulu tez xarab olduğundan realizasiya prosesi sürətli olmalıdır. Lakin əksər hallarda məhsulu vaxtında satmaq mümkün olmur və o, yararsız vəziyyətə düşərək zərər gətirir. Bu, fermerlərin maddi itkisi ilə yanaşı bazarda məhsul qıtlığına gətirir. Daxili istehsal tələbatı ödəməyəndə idxal məhsullarına üstünlük verilir, xarici məhsulların çoxu isə genidəyişdirilmiş məhsullardır. Bu baxımdan istehsal, emal və logistika xidmətlərini vahid ərazidə cəmləşdirən aqroparkların yaradılması zəruridir.

Aqroparklar müxtəlif sahəvi strukturları özündə birləşdirir. Bura kənd təsərrüfatı maşınqayırması, kimya, tikinti, bitkiçilik, heyvandarlıq, yeyinti, nəqliyyat, ticarət qurumları aiddir. Başqa sözlə, aqropark dedikdə qarşılıqlı əlaqədə olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birlikdə fəaliyyəti nəzərdə tutulur.

Dünyada aqrar-sənaye komplekslərinin bir neçə modeli var. İlk dəfə Avropa Birliyi ölkələrində formalaşan kooperativlər sürətlə inkişaf edərək bazarın 50 faizindən çoxuna sahib olub. Bu model birgə işləmə prinsipi ilə fəaliyyət göstərir.

İkinci model müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalı modelidir. Transmilli şirkətlər modeli hesab olunan bu modelə əsasən, istehsalçı ilə alıcı məhsulların istehsal həcmi və müddəti, məkan və qiyməti ilə bağlı məlumatları əhatə edən müqavilə bağlayır. Bu model ilk dəfə Yaponiya və ABŞ-da şəkər çuğunduru, şaftalı məhsullarının istehsalında tətbiq olunub, sonra başqa məhsullara da tətbiq olunub. Müqaviləyə əsaslanan kənd təsərrüfatı modeli daha çox ABŞ-da tətbiq olunur, meyvə-tərəvəz və broyler istehsalının 80-90%-ni əhatə edir. Avropada da bu model geniş yayılıb.

Lisenziyalı anbar modelində kəndlilər istehsal etdikləri məhsulları xüsusi rejimli anbarlarda saxlayır, bunun müqabilində mədaxil qəbzləri əldə edirlər. Həmin mədaxil qəbzləri vasitəsilə fermerlərin maliyyə təşkilatlarından kredit cəlb etmək imkanı var. Lisenziyalı anbar mexanizmi pambıq, zeytun və zeytun yağı, günəbaxan yağı, fındıq və sair məhsullar üzrə ixtisaslaşdırılıb. Bu modeldə fermerlər bir sıra xidmətdən ödənişsiz yararlanır. Nümunə olaraq laboratoriya xidmətini göstərmək olar. Məhsulların bazara sürətlə çıxışı üçün elektron informasiya xidməti də fəaliyyət göstərir.

Azərbaycanda aqroparklar prezidentin ötən il aprelin 16-da imzaladığı “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılıb. İlk aqroparkın təməli ötən il noyabrın 15-i Şəmkirdə qoyulub. “Şəmkir Aqropark” üçün 543 hektar ərazi ayrılıb. Aqroparkda müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələrinin inşa olunması nəzərdə tutulur.

Xızı rayonunda və Yalama qəsəbəsində də aqroparkın yaradılmasına başlanıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə apardığı “Biznesin inkişafı və davamlı fəaliyyət üçün effektiv təcrübənin təşviq edilməsi (yayılması), innovativ texnologiyaların tətbiqi sahəsində fermerlərin maarifləndirilməsi və bilgilərinin artırılması” layihəsinə aid tədqiqatda deyilir ki, aqroparkların yaradılması məhsul bolluğuna səbəb olacaq, xaricə məhsul ixracını artıracaq. Adətən qış aylarında paytaxt bazarlarında xaricdən gətirilən məhsullar çox baha satılır. Çoxu geni dəyişdirilmiş məhsullardır. Aqroparklardakı anbarlarda saxlanan məhsullar isə nisbətən ucuz olacaq. Bu yeniliyin tətbiqi bölgələrdə yeni iş yerlərinin açılmasına, kənd camaatının məşğulluq səviyyəsinin artırılmasına da təkan verəcək.

İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, aqroparklar aqrar, emaledici biznes və təhsil müəssisələrinin birgə klaster formasında fəaliyyətini nəzərdə tutur: “Aqroparklar üçün ən əlverişli bölgələr Gəncə və Gəncə ətrafı, Lənkəran, Xızı və Xaçmaz rayonları hesab edilir. Ölkənin digər bölgələrində də aqroparkların yaradılması üçün əlverişli şərait var”.

 
Açar sözlər: Aqropark kənd təsərrüfatı iqtisadyyat
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (340)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (318)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (328)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (261)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (148)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.