az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Dosye

Elvin Hacıyev: Françayz alanda böyük ehtimalla bir nou-xau alırsınız

17.06.2015

Babylon Group ölkəmizdə biznesin yeni bir sahəsini françayzinq sferasını təmsil edir. Şirkətin təsisçisi Elvin Hacıyev françayzinq işinin ölkəmizdə inkişaf perspektivlərini və biznesdə daha böyük üstünlükləri barədə düşüncələrini biznesinfo oxucuları ilə bölüşdü.  

Babylon Group necə  yarandı və əsas fəaliyyət istiqamətləri hansılardır?

Amerikada təhsil alandan sonra Azərbaycana gəldim və 2012-ci ildə Babylon Group şirkətini təsis etdim. Tələbə yoldaşlarım, eləcə də dostlarımla bilrikdə komanda yaratdıq və Babylon Group əsasən qida, restoran sahəsi üzrə fəaliyyətə başladı. Qeyd edim ki, bu günə qədər də həmin sahə üzrə öz fəaliyyətini uğurla davam etdirir, ötən müddətdə Bakıda 5 restoranın açılmasını təmin etmişik. Hazırda “Sultanahmet Köftecisi” restoranının Azərbaycanda master françayzinq sahibiyik. 2 il ərzində bu brend altında 3 restoran açdıq. Planımız onun sayını Bakı şəhərində 5-7 şöbəyə çatdırmaq, daha sonra isə regionlara doğru inkişaf etdirməkdir. Digər iki restoranımız milli mətbəx konseptinə əsaslanan “Tarhun” və “GATE 25” bu ilin mart ayından etibrən fəaliyyətə başlamışdır.

Komanda gəncdir, ambisiyalarımız böyükdür və məqsəd yalnız işləyib pul qazanmaq deyil, daha geniş fəaliyyət sferası yaratmağı hədəfləmişik, planlı şəkildə buna doğru irəliləyirik. Təsadüf nəticəsində biz Dünya Françayzinq Birliyinin ilə tanış olduq və bu görüşü bir imkana çevirməyi qərara aldıq. Beləliklə, indi həm restoran servisi, həm də françayzinq sahələri üzrə fəaliyyət göstəririk.

Françayzinq və merçendayzinq Azərbayanda yeni sahələrdir və məhz bu fəaliyyət növünü seçməyiniz yəqin ki, xarici təcrübədən irəli gəlir? 

Deyərdim ki, daha çox xarici təhsilin aşıladığı bir təəsssüratdan irəli gəldi. Fikir verirsən ki, bir şəhərdə olan restoran Amerikanın, eləcə də müxtəlif ölkələrdə eyni cür servis xidməti təqdim edir. Onun mətbəxindən tutmuş, dizayn konseptinə qədər vahid stil ətrafında birləşməsi insanda maraq doğurur.Bunun uğurun arxasında da françayzinq biznesinin sirləri durur. Azərbaycanda bunun qığılcımları hələ bir neçə il əvvəl görünməyə başlayıb. Yerli iş adamlarının bu sahəyə marağı və ölkəmizin dünyaya aktiv inteqrasiya kursu, dünya ölkələrinin Azərbaycana böyük önəm vermələri isə təkan verici amil oldu. Azərbaycan yalnız neft-qaz ölkəsi deyil, burada digər sahələrin də inkişafı üçün böyük potensial var. Yuxarıda dediyim ki, Dünya Françayzinq Birliyi Təşkilatı ilə bizim əməkdaşlığımız, Azərbaycan və region üzrə viziyonumuz, həmçinin üzərimizə götürdüyümüz “yol xəritəsi” DFB-nın bizim regionla bağlı planları ilə hardasa üst-üstə düşdü və bizim Dünya Françayzinq Birliyinin Baş İcraçı direktoru Paul Kairni ilə Azərbaycanda görüşmələrimiz oldu. Qeyd edim ki, bu region onlar üçün çox maraqlıdır. Avropa və Amerikanın gözündə Orta Şərq çox parlaq bir yerdir, Cənubi Asiya, Asiya sürətlə inkişaf edir və bizim region da artıq onların maraq dairəsindədir.   

Mayın 15-də Bakıda françayzinq fəalyyəti ilə bağlı Babylon Groupun təşkilatçılığı ilə forum keçirildi. Forumun yekunlarından razısınızmı?

Dünyanın bir neçə ölkəsindən, Amerika, Avropa, Ərəb ölkələrindən –Küveyt, Qətərbrendlər iştirak edirdilər. Onlar çox heyranlıqla müsbət təəssüratlarla Azərbaycanı tərk etdilər. Ümumi abu-hava, ölkəmizin müasirliyi, burada tanış olduqları iş adamlarının səviyyəsi qonaqlarda müsbət rəy yaratdı. Françayzinq sferası Azərbaycanda təzə olduğu üçün insanlar bəlkə də onun mahiyyətini tam başa düşə bilmirlər. Bizim ilk tədbirimiz yığcam gündəliyə malik olsa da uğurla keçdiyini deyə bilərəm. hesab edirəm ki, Azərbaycanda orta səviyyəli, belə deyək, “B” kateqoriyalı brendləri və investorları birləşdirən bir platforma yoxdu. Böyük şirkətlər çıxış imkanlarında daha rahatdır, çünki maddi resursları, insan kapitalı buna şərait yaradır. Ancaq bilirsiniz ki, bütün dünya iqtisadiyyatının əsas təməlini orta və kiçik sahibkarlıq təşkil edir. Biz də makro perspektivdən fikirləşərək bir mikro addım atdıq və orta seqment biznesi birləşdirmək üçün gərəkli olacaq bir lisenziyanı əldə etməyi hədəflədik. Babylon Group şirkəti 2014-cü ilin dekabr ayında müqavilə imzalayaraq, Dünya Françayzinq Birliyinin Azərbaycan üzrə nümayəndəsi hüququnu aldı. Güman edirik ki, bu fəaliyyətimiz uğurlu alınacaq. 

Ümumiyyətlə, Dünya Françazinq Birliyi haqqında bir qədər məlumat verərdiniz…

Bu təşilat 2007-ci ildə Böyük Britaniyada London şəhərində təsis olunub. Dünyada françayzinq biznesi çox inkişaf edib və hətta sırf françayzinq işinin tənzimlənməsi üçün dövlət qurumları yaradan Malayziya, ərəb ölkələrini nümunə göstərmək mümkündür. Françayzinqin inkişafına ərəb ölkələrində 3-4 milyard dollara yaxın vəsait ayrılır, ABŞ-da 800 milyard dollara yaxın bir industriyanı əhatə edir və milyonlarla insanın daimi iş yeri deməkdir. Bu sahəyə çox böyük maraq var. Tutaq ki, kimsə uğurlu bir brend sahibidir və onu farnçayzinqləşdirib dünya bazarına çıxartmaq istəyir. Kimə müraciət etmək lazımdır? Bu işi harda başlayıb harda bitirmək lazımdır? Digər tərəfdən investor var və o yeni bir françayzinq işinə başlamaq istəyir, hansı brendi almaq onun işini genişləndirmək, idarəetməsini kimə tapşırmaq və s. suallar yaranır. Bu məqamda bizim təşkilatımız (DFB) kimi dünyada fəaliyyət görsədən təşkilatlar və ya şirkətlər dövriyyəyə girirlər. Bu brendləri alır onları françayzlaşdıraraq konsultasiya xidmətləri göstərir, reklamını həyata keçirirlər. Hazırda Dünya Françayzinq Birliyinin tərkibində 5 mindən çox brend var, aktiv olaraq 300-400 brendin üzərində işləyirlər. 2007-ci ildən bəri təşkilat öz çətirini genişləndirib və şəbəkəsini böyüdüb. Hesab edirəm ki, Azərbaycan biznesi dünya bazarına çıxmaq üçün bu imkandan layiqincə istifadə etməlidir.

İnvestorun françayzinq almasının hansı üstünlükləri var?

Françayz alanda böyük ehtimalla bir nou-xau alırsınız. Bu isə o deməkdir ki, həmin şirkət müəyyən bir sirrini, resepturasını, illər ərzində qazandığı təcrübəni sizinlə paylaşır. Françayzinq işinin təşkil olunmasında qarşı partnyor tərəf öz yardımını göstərir. Misal üçün, “Sultanahmet Köftecisi” açılanda ilk mərhələdə Türkiyədən 4-5 nəfərlik servis və 3-4 nəfərlik mətbəx heyəti bir neçə ay Azərbaycanda fəaliyyət göstərdi. Biz də həmin müddətdə gənc yerli kadrlarımızın onların yanında təcrübə keçməsini reallaşdırdıq. Müəyyən bir vaxtdan sonra xarici peşəkarların rəyi ilə işləri yerli kadrlarımızın öhdəsinə verdik. Hesab edirəm ki, istənilən işin təşkilində əsas amil düzgün kadrların seçilməsidir. Hər bir sahədə olduğu kimi, bu sahədə də illərlə təcrübəsi olan insanlara üstünlük verirlir. Təəssüflər olsun ki, bəzən böyük iş mərkəzləri açılır, yalnız idarəetmədən dolayı yol verilən səhvlər ucbatından işlər sona kimi alınmır. Bizim üçün komanda işi çox vacibdir və menecerlərimizin seçimində xüsusi həssaslıqla yanaşırıq. Xüsusi olaraq qeyd etmək istərdim ki, bu işlə məşğul olan insanın marağı olmalıdır və ona sevdiyi bir peşə kimi yanaşmalıdır.  

- Maraqlıdır, Babylon Group Azərbaycanda daha hansı fəaliyyət sahələri üzrə araşdırma aparır?

- Henry Fordun belə bir fəlsəfəsi var ki, puldan başqa qazanc olmayan biznes zəif bir biznesdir. Həmişə inanmışıq ki, düzgün, səbrlə, şəffaf görülən iş xeyrli olacaq. Əlbəttə, bütün biznesdə ümdə məsələ gəlirin əldə olunmasıdır, lakin bizim üçün bu yeganə stimul deyil. Biz Azərbaycanda bu işə başlayanda qarşımıza böyük hədəflər qoymuşuq. Bizim növbəti hədəfimiz françayzinq fəaliyyətilə yanaşı, Azərbaycanda bu işə başlamaq istəyən fiziki və fərdi şəxslərə məsləhət xidmətləri təqdim etməkdir.  İlk növbədə özümüzü inkişaf etdirmək istəyirik. Bunun üçün beynəlxalq təcrübə əsasında, bənzər sistemlərin ölkəmizdə qurulmasına dair danışıqlar gedir. Üzərində çox qətiyyətlə düşündüyümüz məsələlərdən biri Azərbaycanda “Servis Akademiyası”nın yaradılmasıdır. Personal yetişdirmə kursları vasitəsilə ölkəmizdə bu sahənin yüksək səviyyəyə yüksəlməsində bir müsbət rol oynamaq missiyamız var. Çünki son illər turizm inkişaf edir və yerli istehlakçı da artıq xırda qüsuru belə görür və tələblərini irəli sürür. Həmçinin yeni layihəmiz olan “Tarhun” restoranı çox maraqla qarşılanır. Milli yeməklərin təqdimat üslubu, tərtibatı ilə seçilən “Tarhun”u öncə Azərbaycanda şəbəkələşdirərək, dünya miqyasına çıxarmaq istəyirik. Türkiyə və Rusiya restoranlarının dünyada müşahidə olunan şəbəkələşmə tendensiyası düşünürəm ki, ölkəmiz üçün də yararlı olardı. Öz brendini xarici ölkədə görmək, həm də təbliğat baxımından çox önəmlidir.    

Şəxsi hədəfləriniz hansılardır? Azərbaycan gəncliyi ilə bağlı nə düşünürsünüz? 

– İstərdim ki, Azərbaycanda sahibkarlıq mühiti Avropa və ABŞ səviyyəsinə yüksəlsin, gənclərin özünü realizə imkanları artsın, pristijli iş adamlarından ibarət keyfiyyətli Azərbaycan biznes mühiti formalaşsın. Yüksək təhsil görümüş, qarşısına böyük hədəflər qoyan gənclərimiz var və onları dəstəkləmək iqtisadiyyatımıza müsbət faydalarını mütləq verəcəkdir. Şəxsi hədəflərimiz isə başlamış olduğumuz layihələri qətiyyətlə davam etdirmək və inkişaf etdirməkdir. Azərbaycanda iş mühitinin müsbət yöndə dəyişməsinə və inkişafına dəstək olmaq, gənc iş adamları və sahibkarlarla bu yolda birgə addımlamaq istərdik.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (340)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (318)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (328)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (261)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (148)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.