az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Dosye

Lamiyə Bayramova: “L.B. Audit Xidməti” işlərini beynəlxalq standartların tələblərinə uyğun qurub"

26.05.2015

“L.B. Audit Xidməti” fəaliyyəti dövründə müştərilərin etimadını qazanaraq, bu sahədə Azərbaycan bazarında təmsilçiliyini uğurla davam etdirir.  Bu sahənin hazırki vəziyyətini və “L.B. Audit Xidməti”nin təqdim etdiyi xidmətin üstünlükləri, həmçinin peşəkar kollektivi barədə müsahibimiz “L.B. Audit Xidməti” şirkətinin direktoru – auditor, Auditorlar Palatasının Surası yanında Beynəlxalq Əlaqələr üzrə Komitənin sədri, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) “Hüquq, Konsaltinq və Audit daimi Komissiyası”nın sədr müavini Lamiyə Bayramova ilə görüşdük. 

– “L.B. Audit Xidməti” şirkətinizin ekskluzivliyi nədən ibarətdir və onun uğur formulu necə qurulub?

– Şirkətimiz  Auditor Palatasının üzvü kimi 2008 –ci ildən fəaliyyətə başlamış və maiyyə hesabatlarının auditi, vergi auditi, muhasibat uçotunun bərpası, qiymətləndirmə, vergi və hüquq məsləhətləri və s. xidmətlər təqdim edir. Ötən il şirkətimiz üçün yadda qalan olub və biz “Leading Edge Alliance” – ın (LEA Global)  müstəqil üzvü seçilmişik. Qeyd edim ki, LEA Global 1999-cu ildə qurulub, hazırda 100 ölkədə 450 –dən çox ofisi olmaqla 189 şirkəti (firması) ilə əməkdaşlıq çərçivəsində mühasibatlıq, maliyyə, audit və hüquq məsləhəti xidmətləri göstərən dünyanın ikinci ən böyük beynəlxalq təşkilatıdır. Belə bir təşkilata üzv qəbul olunmaq isə “L.B. Audit Xidməti”nin öz sahəsində peşəkarlığının göstəricisidir. Hesab edirəm ki, bu fakt müştərilərimiz qarşısında məsuliyyətimizi daha da artırır və biz komandamızın daha hazırlıqlı olması üçün əlimizdən gələni əsirgəmirik. Şirkətimizin eksklüzivliyi   apardığımız  auditlərin keyfiyyətinin daima yüksədilməsindədir. Kadr resurslarına böyük önəm verən “L.B. Audit Xidməti” öz işlərini beynəlxalq standartların tələblərinə uyğun meyarlara uyğun olaraq qurmuşdur.

– Mütəxəssislər hesab edirlər ki, audit nəzarət orqanlarından daha çox səhmdarlara- icraçıların işini təhlil etmək üçün vacibdir...

– Bu, həqiqətən də belədir. Mövcud qanunvericiliyə əsasən audit mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin və təsərrüfat subyektlərinin mənafelərini müdafiə etməklə yanaşı, icraçıların işinin peşəkarlıqla təhlil edilməsini və səhmdarların şəffaf məlumatlandırılmasını təmin edir. Eyni zamanda audit hesabatı ilə yanaşı, aşkar olunan nöqsanların aradan qaldırılması üçün tövsiyyə məktubu da təqdim edilir. “L.B. Audit Xidməti”nin təqdim etdiyi sahəvi auditlər geniş bir kateqoriyanı əhatə edir. Burada banklarda, səhmdar cəmiyyətlərdə, investisiya fondlarında, sığorta təşkilatlarında, məhdud məsuliyyəıtli cəmiyyətlərdə, qeyri-hökumət təşkilatlarında audit aparır. Həmçinin əmlakın qiymətləndirilməsinin auditini, vergi auditini həyata keçirir. Peşəkar auditor rəyi hər bir şirkət, biznes sahəsi üçün vacibdir. Düzgün audit öz biznesini daha da genişləndirmək istəyən iş adamı üçün mövcud imkanları açıq şəkildə göstərir.

– Sahibkarlar  audit xidmətləri gostərmək üçün şirkət seçərkən əsas hansı keyfiyyətlərə üstünlük verməlidirlər?

– Fikrimcə, bu sual çox aktualdır. Belə ki, sahibkarlar şirkət seçərkən ilk növbədə müqavilə məbləğinin aşağı olmasından daha çox Beynəlxalq Audit  Standartlarının və Peşəkar Mühasiblərin Etika Məcəlləsinin tələblərinə düzgün riayət etməklə  təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına və   risklərin düzgün idarə edilməsinə dair tövsiyyələr verən şirkətlərə üstünlük verməlidirlər.

– Ən çox tələb olunan xidmətlərin ardıcıllığını müəyyən etsək üstünlük audit, yoxsa vergi xidmətinin payına düşər?

– Bilirsiniz ki, “L.B. Audit Xidməti” yalnız audit xidmətləri göstərmir, konsaltinq, biznesin qurulması, vergi və mühasibat işləri üzrə də fəaliyyətimiz mövcuddur. Ancaq müştəri portfelini analiz etsək, deyə bilərəm ki, əlbəttə hal-hazırda üstünlük audit xidmətinin payına düşür.

– Əsas müştəriləriniz hansı təşkilatlardır və xarici şirkətlərlə işləyirsinizmi?

– Şirkətimizin müştəriləri  əsasən ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərdir. Onların arasında  xidmət, ticarət, sığorta, tikinti, istehsal, rabitə, ictimai-iaşə sektorlarını təmsil edən tanınmış şirkətlər var.

– Bu şəbəkədə üzvlüyün qorunub saxlanılması üçün başlıca şərtlərdən biri auditor fəaliyyətinin keyfiyyətinə nəzarət və peşə etikasına riayət etməkdir. Şirkət keyfiyyətə nəzarət yoxlamasınadan keçibmi və onun göstəriciləri necədir?

– Bəli şirkətimiz mövcud qanunvericiliyə əsasən keyfiyyətə nazarət yoxlamasından keçib və nəticəsi müsbət qiymətləndirilmişdir. Kollektivimiz peşəkar, öz sahəsini yüksək səviyyədə mənimsəmiş mütəxəssislərdən formalaşdırılıb. 

– Bizneslərdə tez-tez problemli dönəmlər baş verir. Sizdə belə problemlər üçün həllər mövcuddurmu?

– Ümumilikdə şirkətlər Biznes plan və düzgün iş strategiyası əsasında hərəkət etdikləri zaman risklərdən sığortalanmış olurlar və problemli dönəmlərdən uğurla keçirlər. Məlumat üçün bildirirəm ki, biznesin hər hansı sahəsində baş verə biləcək problemlər ortaya çıxarsa, onları aradan qaldırmaq üçün şirkətimizin bu sahədə böyük təcrübəsi vardır.

– Bu sektorda rəqabət imkanlarını necə qiymətləndirirsiniz və sizcə ölkəmizdə auditin inkişafı  üçün daha hansı addımların atılmasına ehtiyac var?

- Digər sektorlarda olduğu kimi audit fəaliyyətində də haqsız rəqabət hallarına yol verilir və bir çox məcburi audit subyektləri auditdən yayınırlar. Xarici ölkələrin təcrübəsində haqsız rəqabət hallarına yol verən şirkətlərə və auditdən yayınan məburi auditin subyektlərinə qarşı cərimə sanksiyaları tətbiq edilir. Mənim fikrimcə, ölkəmizdə auditin inkişafı üçün aşağıdakı addımların atılmasına böyük ehtiyac var:

– “Audit fəaliyyəti haqqında”  Azərbaycan Respublikasının yeni Qanun layihəsinin qəbul edilməsi;

–Məcburi auditdən yayınmaya görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı mexanizmlərin müəyyən edilməsi üçün tədbirlər görülməsi;

– Auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi.

– Azərbaycanda audit fəaliyyətinin inkişaf  səviyyəsini necə qiymətləndirirsiniz?

– Azərbaycanda audit xidmətinin tənzimlənməsinə və inkişafına məsul olan bir qurum kimi  Auditorlar  Palatası Beynəlxalq Mühasiblər Federasiyası (İFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) həqiqi üzvü olmaqla dünyanın 30 –dan çox audit və mühasibat qurumları ilə əməkdaşlıq edirəm. Auditorlar Palatası ölkə başçısının sərəncamları ilə təsdiq edilmiş bir sıra iqtisadiyyat yönümlü Dövlət Proqramlarının icrasında yaxından iştirak edir. Ölkəmizdə audit xidmətinin həcmi məcburi auditdən yayınma hallarının cox olması faktına baxamayaraq, 2014-cü ilin yekunları üzrə statistikaya əsasən, 38.7 milyon manat təşkil edib. Bu isə inkişaf dinamikasından xəbər verir.

– Müsahibəyə görə təşəkkür edirik.

 
Açar sözlər: L.B.Audit Xidməti Lamiyə Bayramova audit bazarı
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (334)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.