az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Dosye

Azər Göyüşov: Düzgün məlumat nəticədə düzgün qərar deməkdir

18.03.2015 | İlhamə Abdullayeva

Ölkədə sahibkarlığın inkişafının məntiqi nəticəsi olaraq sərbəst mühasibatçılıq və vergi xidmətlərinin rolu gücləndi. Bu sahənin autsorsinqi sahibkarların qarşısında yeni imkanlar açdı və onlara biznes üstünlükləri qazandırdı. Müsahibim,  “AZEL-İŞ LTD” şirkətinin direktoru Azər Göyüşov hesab edir ki, sərbəst mühasibatçılıqda başlıca amil dürüstlükdür və bunun da sayəsində qazandıqları nüfuz müştərilərinin sayının durmadan artmasına səbəb olur.

- İstənilən fəaliyyət növü üzrə şirkət rəhbərinin biznes-proseslərə tam köklənməsi üçün maliyyə məsələlərini peşəkarlara etibar etməsi mühüm amildir. 15 ildir ki, bu sahədə çalışan “AZEL-İŞ LTD” hazırda hansı xidmətləri təqdim edir?

Qeyd etdiyiniz, “AZEL-İŞ LTD” artıq 15 ildir ki, fəaliyyət göstərir. Hətta əminliklə söyləyə bilərəm ki, Azərbaycan bazarında bu xidmətləri təqdim edən ilk şirkət məhz biz olmuşuq. Hazırda ən çox tələb olunan xidmətlərimiz arasında sərbəst mühasibatçılıq və özəl vergi xidmətləri öndədir, bununla yanaşı, özəl vergi xidmətlərinin sertifikatlaşdırılması məsələsi gündəmdədir, çünki bu sahədə fəaliyyət göstərən şirkətlər çoxdur. Gömrük, kadr uçotu, miqrasiya sahəsində xidmətlərin göstərilməsinə təlabat günü-gündən artır, eyni zamnda audit xidmətləri çox az tələb olunan bir sahəyə çevrilməkdədir.

Məlumdur ki, şirkətlərin inkişafında rəhbərlərin düzgün qərar qəbul etməsi üçün bu qəbildən olan xidmətlərin peşəkarlığı böyük önəm daşıyır. Qərarların qəbul edilməsinin ilk mənbəyi məlumatlardır və düzgün məlumat nəticədə düzgün qərar deməkdir. Biz bu prinsiplə fəaliyyətə başladıq, mühasibat işlərinin autsorsinqinin mümkünlüyü və daha effektiv nəticələr verməsi zamanla öz təsdiqini tapdı. Məlumdur ki, şirkət müxtəlif layihələr icra edir, həlli vacib məsələlərin fonunda mühasibatlıq bəzən unudulur və ya arxa plana keçir. Mühasibatlıq və vergi xidmətlərinin şirkətdən tam kənarda həllini tapması isə iş adamlarının planlarını effektiv qurmasına, eyni zamanda bu sahədəki işlərin uğurla aparılacağına əminlik yaratdı və müştərilərimiz özləri də bundan çox razı qaldılar. Maraqlı bir etirafı xatırlatmaq istərdim. Bizim müştərimiz olan, məşhur memarlıq şirkətlərindən birinin rəhbəri deyir ki, mən daima düşüncə, yaradıcılıq axtarışındayam. Beynimdə 25-30 mərtəbəli bir binanın dizaynını düşündüyüm zaman vergi orqanından müfəttiş zəng vurub nəyi isə soruşursa və ya mühasibim gəlib sual verirsə, həmin bina dağılıb yerlə-yeksan olur.

- Yəqin ki, vergi orqanlarına da bir şirkətlə, xüsusən də peşəkarlarla işləmək daha rahatdır…

- Tamamilə doğrudur. Maraqlı bir faktı qeyd edim ki, iş adamları mühasibatlıq işi, vergi sistemi ilə məşğul olmağı heç sevmirlər. Bu onlar üçün stress deməkdir. Bütün müştərilərimiz bu qənaətdədirlər ki, bizim xidmətlərimiz sayəsində onlar rahatca öz layihələri, biznes-planlarının icrası ilə məşğuldurlar və hər hansı bir məsələ ilə bağlı “Bizim mühasibat şirkətimizi arayın”, deməklə işlərini davam etdirirlər. Həmçinin dövlət qurumlarına da bizimlə işləmək çox rahatdır. Çünki öz fikirlərini, suallarını ünvanlayanda daha dolğun, dürüst, dəqiq və operativ cavab alacaqlarını bilirlər. Müasir dövrün iş həyatında bu, çox əhəmiyyətlidir.

- Yeni işə başlayanlar üçün təklif etdiyiniz məsləhət xidmətlərinin hansı üstünlükləri var?

- Biz ilk növbədə konsaltinq şirkətiyik, qanunvericilik bazası, mövcud imkanlar, hətta dövlətin dəstəklədiyi investisiya proqramları, bankların kredit faizləri və məhsulları barədə məlumatları, öz məsləhətlərimizi təqdim edirik. Bu məlumatlar yeni biznes quran iş adamları üçün çox faydalıdır. Bəzi investorlar üçün şirkətin qurulma prosesi çox çətin görünə bilər. Düzdür, qeydiyyat prosedurları son zamanlar asanlaşdırılıb, bu həm informasiyaların açıqlığı, həm də icraat baxımdan nəzərə çarpır. Hər halda, etibar etdiyi və ya müsbət rəy aldığı şirkət tərəfindən ona məsləhətlərin verilməsi sahibkarda bir inam yaradır. Bəzən investorun narahatlığını görəndə bir təklifimiz olur: “Siz şirkətinizi açın, qalanını bizə həvalə edin”. Bu ifadə gələcək fəaliyyətə inamı artırır və çox vaxt başlanğıc üçün stimul olur. Hesab edirəm ki, biz sahibkara cəsarət veririk.

- Mühasibat işlərinin və vergi xidmətinin autsorsinqi şirkətə hansı üstünlükləri qazandırır və maddi baxımdan səmərəlidirmi?

- Bir şirkətin mühasibatlığı üçün bir neçə işçiyə əmək haqqı verməsi, onlara iş otağl ayırması, inventar və vəsaitlərlə təmin etməsi, proqram təminatı, mühasibatlığın özünün cari dəftərxanası lazımdır. Bəzi xidmətlər də var ki, mühasib bunu edə bilmir, məsələn ilk növbədə kadr uçotunun aparılması, gömrük əməliyyatlarının rəsmiləşdirilməsi, hər hansı əmlak alqı-satqısının rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması, lisenziyaların alınması, özəlləşmə ilə bağlı xidmətlərin göstərilməsi üçün ayrıca mütəxəssisə müraciət etmək lazım gəlir. Amma eyni xidmət daxilində çox cüzi ödəmələr, bəzən də müştərilərimizə hədiyyə olaraq şirkətimiz bu işləri operativ şəkildə yerinə yetirir. Həmçinin maraqlı bir nüans var ki, biz müştəriyə bir neçə xidməti eyni zamanda göstəririk, yəni mühasibatlıq aparımasından əlavə eyni vaxtda həm gömrükdə sənədləşmə işləri yerinə yetirilir, vergi görüşmələri və bankdan köçürmələri baş verir. Bunu bir şəxsin etməsi isə fiziki cəhətdən mümkün deyil. Beləliklə, çəkilən xərcləri hesablasaq, özəl şirkətə ödənilən xidmət haqqı iş adamları üçün maddi baxımdan daha səmərəlidir. Üstəlik, keyfiyyət amili və təqdim etdiyimiz xidmətlərə görə məsuliyyət daşıdığımızı da vurğulasaq, bu sahədə autsorsinqin, başqa sözlə, şirkətlərinin profilinə aid olmayan funksiyalarının digər ixtisaslaşdırılmış şirkətlərə verilməsinin  üstünlükləri inkar edilməzdir.

- Bir mütəxəssis kimi necə hesab edirsiniz, özəl xidmətlərin genişlənməsi gizli mühasibatçılığın azalmasına, maliyyə şəffaflığının yüksəlməsinə təkan verə bilərmi?

- Əmin olun ki, bunun çox böyük faydası olardı. İkili mühasibatlığın aradan qaldırılmasında şirkətlər özləri maraqlı olmalıdırlar. Onlara bunun nə qədər vacib olduğunu anlatmaq üçün rəsmi statistikanın üstünlükləri başa salınmalıdır. Çünki gizli mühasibatçılığın aparılmasının ciddi riskləri, xərcləri, çətinlikləri var. Belə şirkətlər reklam siyasətlərini düzgün qura, qiymətlərini real şəkildə açıqlaya bilmirlər, nəticədə fəaliyyətini gizlədən şirkət bazarda o qədər də müştərisini, yekunda imicini itirəcək. Onlara izah olunsa ki, bu itirdikləri qanunla ödəməli olduqları vergidən qat-qat çoxdur, düşünmədən rəsmiyyətə keçərlər. Reallığı öyrənmək üçün sahibkarlara məsləhət görərdim ki, özəl xidmət şirkətlərinə və peşəkarlara müraciət etsinlər.  

- Müştəriləriniz arasında hansı sahənin təmsilçiləri daha çoxdur?

- Tikinti və topdan ticarətlə məşğul olan şirkətlər müştərilərimiz arasında üstünlük təşkil edirlər. Müştəri bazasında yerli şirkətlərin payı isə 10 faizi keçmir. Yerli şirkətlər bizim xidmətlərimizi almağa hələ də tərəddüdlə yanaşırlar. Onlar çoxdan qalma iş rejimini, psixoloji baryeri keçə bilməyiblər. Son iki ildə böyük şirkətlərdə bu sahəyə maraq artıb, lakin güvən hissi tam formalaşmayıb. Bildiyiniz kimi, bizim dəyərlərimizin əsasında güvənlik və dürüstlik kimi meyarlar dayanır. Bu isə zamana, əməkdaşlığa bağlı bir məsələdir.

- Hər bir şirkətin ən qiymətli sərvəti insan resursladır. Necə deyərlər, kadr varsa iş var, kadr yoxdursa iş də yoxdur...

- Hər bir şirkətin daxili prinsipləri də var. Biz özümüzə əməkdaş seçərkən ilk növbədə fərdi keyfiyyətlərə üstünlük veririk. Daxildə təcrübə keçməklə və kurslara göndərməklə həmin şəxsin peşəkarlığını yüksəltmək mümkündür, ancaq dəyərlər yalnış olduqda onu düzəltmək çətindir. Mühasibatlıqda dürüstlük çox vacibdir, əks halda çoxlu problemlər yarana bilər. Rəqəm və pul olan yerdə onu fərqli istiqamətlərə döndərmək imkanı yaranır. Əminliklə deyə bilərəm ki, əməkdaşlarımız gənc olmalarına baxmayaraq, öz işlərinin öhdəsindən yüksək səviyyədə gəlirlər.

- Təqdim edilən xidmətlər çərçivəsində ortaya çıxa biləcək problemlər zamanı yaranan risklər necə bölüşdürülür?

- Hər bir səhv bir düzün nəticəsidir. Etdiyimiz hərəkətlərə cavab verməyə çalışırıq. Hər bir şirkət özünün daxili uçot siyasətini qurur. Zamanla baxışlar dəyişsə də, biz gördüyümüz işləri müdafiə etməyə hazırıq. Fikir ayrılığı yaranarsa, təbii ki, qarşılıqlı anlaşma ilə onu müzakirə edib aradan qaldırırıq. Əgər bu zaman şirkətə maddi zərər dəyərsə, buna cavabdehliyi biz daşıyırıq.

- Rəqəmlərlə işləmək yorucu deyil ki?

- İşini sevən üçün yorucu deyil. Biz nəticələri gördükcə işimizdən zövq alırıq. İnanın ki, “Təsdiqləndi” sözünü oxuyanda qiymət almış tələbə kimi sevinirsən.

- Gənc olduğu üçün qanunvericilik aktlarının tez-tez dəyişdyi bir ölkədə mühasibat, vergi xidməti göstərmək çətindirmi?

- Qanunvericilik aktlarımız çox sürətlə dəyişir. Səbəblərindən biri qanunlarımızın təkmilləşməsi ilə bağlıdır. Qeyd edim ki, uçot, xüsusi ilə vergi uçotu ilə bağlı elektron sistemi o qədər yüksək səviyyədə hazırlanıb ki, müqayisə aparsaq, bu sahədə hətta qardaş Türkiyədən də irəlidəyik. Dəyişiklikləri izləmək isə çətin deyil. Çünki indi məlumatlara yetişmək imkanı həm keyfiyyət, həm də zaman baxımından yüksəlib.

- Müştəriləriniz üçün “AZEL-İŞ LTD”nin xidmətindən istifadə edirəm” statusu nə deməkdir?

Təbii ki, hər bir şirkət özünə tərəfdaş seçmək məsələsinə çox ciddi yanaşır. Hesab edirəm ki, müştərilərimiz bizim dürüstlüyümüzə, güvənli olduğumuza önəm verirlər. 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.