az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Dosye

Kiçik və orta sahibkarlıq üçün ən ideal seçim!

13.03.2015 | İlhamə Abdullayeva

Dünyanın nüfuzlu RSM İnternational şirkətinin Azərbaycan nümayəndəliyi - RSM Azerbaijan artıq 7 ildir ki audit, vergi və mühasibatlıq xidmətləri bazarının layiqli təmsilçilərindən biridir. Şirkətin idarəedici partnyoru Tural Məhərrəmov bu sahədəki tələb və təklifin mövcud vəziyyəti, rəhbərlik etdiyi komandanın peşəkarlığı barədə fikirlərini biznesinfo oxucuları ilə bölüşdü. 

  • RSM Azərbaycan şirkətinin xidmətlər paketinə nələr daxildir və ən çox təlabat  olan seqmentlərhansılardır?
  • Şirkətimizin xidmət paketinin ağırlıq təşkil edən bölmələrini təhlil etsək, demək olar ki, bazarda ən çox təlabat audit, vergi və mühasibatlıq, qanunvericiliklə bağlı konsaltinq xidmətlərinədir. Müştəri bazasının xarakterində isə tələb amili fərqlidir. Məsələn, audit xidmətləri baxımından yerli şirkətlərin sayı daha çoxdur. Mühasibatlıq,vergi, konsultasiya xidmətlərinin sifarişçiləri arasında əsasən xarici şirkətlər üstünlük təşkil edirlər. Azərbaycanın biznes mühitinə daxil olan və burada nümayəndəlik şəklində fəaliyyətlərini quran xaricilərvergi və mühasibatlıq işlərini nüfuzlu şirkətlərə həvalə edirlər. Bu baxımdan xidmət səbətində onların payı daha agırdır. Son üç-dörd ilin tendensiyasına nəzər salsaq, ümumilikdə RSM Azerbaijan yüksək artim tempi ilə böyüməkdədir.
  • Belə bir fikir var ki, auditor yalnız nöqsanı aşkar etməklə kifayətlənməməli, həmçinin problemdən çıxış yollarını göstərməlidir. Buna xarici və nüfuzlu bir qrup olaraq RSM şirkətinin yanaşması necədir?
  • Təbii ki, audit edəndə bunun bəlli bir istiqaməti də daxildəki nöqsanları araşdırmaqdır. Biz eyni zamanda audit hesabatı ilə yanaşı, rəhbərliyə tövsiyyə məktubu da təqdim edirik. Burada həmin nöqsanların aradan qaldırılması üçün təkliflər öz əksini tapır. Mahiyyətinə varsaq, audit idarəedici qrupun deyil, kənar təşkilatların və səhmdarların maraqlarını güdür. Düzgün yanaşmada belədir ki, audi tsəhmdarla şirkəti idarə edən rəhbərlik arasında körpü rolunu oynayır. Yəni səhmdar audit vasitəsilə rəhbər heyətinin performansını, planlarını ölçür və qiymətləndirir. Audit xidmətinin tarixi missiyası da məhz bununla bağlı olub.
  • Yerli şirkətlər vergi və mühasibatlıq xidmətlərinin autsorsinq olunmasına maraq göstərmirlər. Sizcə, bunun kökündə nə dayanır?
  • Əslində bu fikir son vaxtlara qədər düzgün idi amma düşünürəm ki bu gün artıq bu fikir dəyişmək istiqamətindədir. Bunun ilk növbədə səbəbi qanunun tətbiqindəki bəzi çatışmazlıqlara söykənirdi.Hal-hazırda, dünənə qədər şirkətin mühasibatlıq və vergi tələblərini yerinə yetirən mühasib bugün şirkət rəhbərini qane etmir. Çünki vergi, mühasibatlıq, əmək qanunvericiliyi və bir sıra sahələrdə yüksək texnalogiyaların tətbiqi, bir sıra tənzimləmə mexanizimləri təkmilləşdirmişdir. Beləliklə, nəzarətin güclənməsi bu tendensiyanı dəyişməyə başlayıb. Çünki biznesmen öz məsrəflərini düşünür, güclü nəzarət, təkmil sistemi görüb mühasibə ödədiyi əmək haqqını, vergi xətaları üzündən əlavə xərclərini nəzərə alaraq, daha peşəkarlara üz tutur. Əslində kiçik və orta sahibkarlıq üçün ən ideal seçimməhz mühasibatlıq və vergi xidmətlərinin autsorsinqidir. RSM Azerbaijan bu sahədə peşəkar və məsuliyyətli şirkət imici formalaşdırıb. Burada çalışan mühasiblərimiz və digər xidmətlər üzrə kadrlarımız çox təcrübəli, məsuliyyətli, bütün qanunvericilikdən xəbərdar olan və keyfiyyətli xidmət göstərən mütəxəssislərdir. Əminliklə deyə bilərəm ki, ölkəmizin orta və kiçik biznesnesi RSM Azerbaijan-ın timsalında səmərəli qiymətlər daxilində özünə əla partyor tapa bilər.
  • Azərbaycanın audit, mühasibatlıq və vergi sistemləri ilə beynəlxalq qanunvericilik arasında ziddiyyət yaradan məqamlar varmı?
  • Hal-hazırda heç bir ziddiyyət yaradan xüsusat mövcud deyil. Azərbaycanın Auditorlar Palatası beynəlxalq audit standartlarını tam şəkildə qəbul edib vəözünün milli audit standartlarına çevirib. 2008-ci ildən beynəlxalq mühasibat uçotu standartları da milli mühasibat uçotu standartlarına keçirilib. Fikrimcə, tənzimləmə mexanizmlərində müəyyən çətinliklər meydana çıxır. Bu isə təbiidir, çünki müstəqilliyimizin yaşını nəzərə alsaq, bir idarəetmə formasından digərinə keçid və yeniliklərin qəbulu zamanı nöqsanlar həmişə olur. Bunun üçün vaxt, zaman lazımdır.
  • Məlumdur ki, müştəriləriniz arasında bankların sayı çoxdur. Adətən banklar audit şirkətlərini tez-tez dəyişməyi sevmirlər. Bu sektorla əməkdaşlığınız necədir?
  • Hazırda hər il 10 bankın, 10-15 kredit təşkilatının auditini həyata keçiririk və deyərdim ki, maliyyə sektorunda bu xidmətə təlabat yüksəkdir. Təbii ki, bəlli müddətdən sonra audit şirkətinin dəyişməsi praktikası mövcuddur, ancaq qısa müddətdən bir dəyişmə yararlı hesab olunmur. Çünki şirkətin daxilində baş verən bütün məsələlər, konfidensial məlumatlar belə auditə açılır, yəni bir bankın daxili mətbəxini hər kəsə açıb göstərməsi məqbul deyil.
  • Yerli bazarda rəqabət imkanlarını necə qiymətləndirisiniz?
  • 2007-ci ilə qədər Azərbaycanda audit bazarı zəif idi. Sonrakı illərdəbazar canlandı və beynəlxalq audit şirkətləri də bazara daxil olmağa başladılar və 2011-ci ilibu baxımdan “Pik” adlandıra bilərik. Lakin təklifin bir də tələb tərəfi var ki, bazardakı işin həcmi ona hazır olmalıdır. Bu zaman məlum oldu ki, Azərbaycan bazarı elə də böyük deyil və bir çoxları onu tərk etdilər. Çünki təlabata uyğun təkliflər seçildi və bu, normal bir tendensiyadır. Bu proseslər elə rəqabətin mövcudluğu deməkdir.
  • Şirkətinizin rebrendiq etməsi hansı müsbət tərəflərlə yadda qaldı?
  • Bu, əslində bizim ana şirkətin standartlarına uyum gətirməyimiz, xidmət keyfiyyətinin artması demək idi. Biz buna nail. Təbii ki, nüfuzumuz yüksəldi və hesab edirəm ki, daha çox işimizin, komandamızın keyfiyyətinin göstəricisinə çevrildi.
  • Səmimi müsahibəyə görə təşəkkür edirik.
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (340)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (318)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (328)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (261)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (148)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.