az / ru
 
     
 
Ana səhifə > Biznes > Biznes

Təmizlik sektorunun hazırki mənzərəsi

20.12.2018

Ölkəmizdə təmizlik və gündəlik baxım xidməti göstərən professional müəssisələrdən biri də “Best Cleaning Group” şirkətidir. Adı çəkilən şirkət yeni fəaliyyətə başlamasına baxmayaraq yetərincə müştəri kontingentinə malikdir. Bəs qısa zamanda yetərincə müştərini necə qazanmaq olar və ümumiyyətlə bu sahədə xidmət göstərmənin zərurəti nədən irəli gəlir? Bütün bu sualları Best Cleaning Group şirkətinin təsisçisi və rəhbəri Rahil Quliyev cavablandırdı.

– Necə oldu ki, “Best Cleaning Group” şirkətini yaratmaq qərarına gəldiniz?

– Uzun müddətdir ki, bu sahədə çalışıram və illərə dayanan formalaşmış təcrübəm var. Məhz buna görə istədim ki, bu sahədə tam müstəqil fəaliyyətə başlayım. Öz şirkətimi təsis edənə qədər bir çox şirkətlərdə “Satış təmsilçisi” vəzifəsindən “Şöbə rəhbəri” nədək çalışmışam.

“Best Cleaning Group” bu sahədə yeni addımlayan şirkət olmasına baxmayaraq artıq yetəri qədər müştəri bazasına malikdir. Buna səbəb kimi təcrübəli, peşəkar işçilərə və lazımi texniki avadanlıqlara sahib olmağımızı göstərə bilərik.

– Şirkətinizin Müştərilərinə göstərdiyi xidmət növləri barədə məlumat verərdiniz:

– Hazırda şirkətimiz Müştərilərinə bütün növ təmizlik xidmətləri göstərməkdədir. Bunlara misal olaraq ofis və mənzillərin gündəlik təmizlənməsi, təmir sonrası əsaslı təmizlik, sənaye təmizliyi, kimyəvi təmizləmələr, yüksəklikdə alpinist işləri və s. kimi xidmətlərimizi göstərə bilərik. Qısa zaman kəsiyində şirkətimiz, bir çox dövlət və özəl təşkilatlarla əməkdaşlıq edərək onların rəğbətini qazanmış və sifarişlərini uğurla həyata keçirməkdədir.

Best Cleaning Group şirkəti Müştərilərinə aşağıdakı Xidmətləri təklif edir:

  • Ofis və mənzillərin gündəlik təmizlənməsi;
  • Təmirdən sonrakı əsaslı təmizlik;
  • Sənaye zavod və fabriklərin təmizlik xidmətləri;
  • Xalça və xalı örtüklərin kimyəvi təmizlənməsi;
  • Yumşaq mebel dəstlərinin kimyəvi təmizlənməsi;
  • Pəncərə və çərçivələrinin təmizlənməsi;
  • Fasadın (alkopan, şüşə) alpinistlər tərəfindən təmizlənməsi;
  • Bina fasadının alpinistlər tərəfindən işıqlandırılması;
  • Binanın fasad sahəsinin alpinistlər tərəfindən boyanması;
  • Sərt (metlax, qranit və s.) daş döşəmələrin təmizlənməsi;
  • Mərmərlərin kristalizə olunması və parladılması;
  • Texniki xidmətlər;
  • Qermetizasiya işləri;
  • Dezinfeksiya və dezinseksiya işləri;
  • Çay-kofe xidmətləri;
  • Keytering xidmətləri

Təmizlik xidmətləri ilə yanaşı şirkətimiz Keytering (catering), texniki dəstək, dezinfeksiya və s. kimi sahələr üzrə də müştərilərinə xidmət göstərir. Hazırda bir çox tikinti şirkətlərinin əməkdaşlarını gündəlik dadlı təamlarla təmin edir və işimizdən zövq alırıq.

– Hazırki Təmizlik Sektorunun vəziyyəti, xidmətlərin tarifləri barədə məlumat verərdiniz:

– Hazırda “Təmizlik bazarı” nın vəziyyətinin əvvəlki illərlə müqayisədə ürəkaçan olduğunu söyləyə bilmərəm. Son illərdə yaşadığımız məlum devalvasiyalar təmizlik bazarını daha da “çökdürdü”. 7-8 il öncəki xidmət tariflərinə nəzər salmış olsaq, ümumi bazar qiymətlərinin 40%-ə yaxın endiyini müşahidə etmiş olarıq. Buna səbəb kimi, bir çox şirkətlərin öz işlərinə qeyri peşəkar yanaşması, görüləcək işlərin düzgün qiymətləndirilməməsi, lazımi işçi heyətinin olmamasını və s. amilləri göstərmək olar. Bütün bu sadaladıqlarımdan əlavə olaraq bildirmək istərdim ki, hazırda Təmizlik şirkətləri sayının çox olmağına baxmayaraq, şirkət nüfuzunu və imicini qoruyan çox az sayda müəssisə vardır. İllər öncə Təmizlik şirkətlərinin Müştəriləri göstərdiyi iş keyfiyyətinə və təmizlik bazarında olan mövqeyinə əsaslanırdısa, bu günümüzdə isə daha çox tanışlıq üzərindən qurulan əməkdaşlıqlara əsaslanır.

– Tenderlərdə iştirak edirsinizmi?

– İlk öncə bizi öz tenderlərinə dəvət edən bütün şirkət rəhbər və kollektivlərinə dərin təşəkkürümüzü bildiririk. Biz Best Cleaning Group olaraq təkcə özəl müəssisə və təşkilatlar deyil, həmçinin dövlət tenderlərində də uğurla iştirak edirik. Hesab edirəm ki, bu tenderlər şirkətlər arasında olan əlaqə və rəqabəti daha da gücləndirir. Çox arzu edərdim ki, bütün tender və seçimlər şəffaf, ciddi, doğru prinsiplər əsasında dəyərləndirilərdi...

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (235)
+ Avtomobillər (323)
+ Ayaqqabı və aksesuarlar (154)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (261)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (313)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (236)
+ Hüquq xidmətləri (375)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (261)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (347)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (216)
+ Kurslar və Təlimlər (180)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (216)
+ Mebel və interyer (295)
+ Mətbuat (169)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (271)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (244)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (295)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (308)
+ Tikinti və landşaft (579)
+ Tikinti, tədarük (261)
+ Topdansatış ticarəti (140)
+ Turizm və istirahət (393)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (106)
+ Uşaq və analar üçün mallar (82)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (177)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.