az / ru
 
     
 
Ana səhifə > Biznes > Biznes

“AtaSığorta” ASC İdarə Heyəti sədrinin müavini Qoşqar Həsənovun müsahibəsi

14.11.2018

Azərbaycanın sığorta sektorunda öz yenilikləriylə seçilən şirkətlərdən biri də "AtaSığorta" ASC-dir. Qoşqar Həsənov «AtaSığorta” ASC–də sığorta sahəsində geniş təcrübə və biliyə malik olan şəxsdir.

Məlumat üçün bildirək ki, Q. Həsənov iş fəaliyyətinə 1996-cı ildən başlamışdır. Sığorta sahəsində isə 1997–ci ildən fəaliyyət göstərir. Bır sıra aparıcı şirkətlərdə rəhbər vəzifələrdə çalışmışdır.

Q. Həsənov 10 May 2017–ci il tarixindən "AtaSığorta" ASC-nin İdarə Heyətinin Üzvü və Sığorta Xidmətləri Departamentinin Direktoru kimi fəaliyyətə başlayıb. Sığorta sahəsində geniş təcrübəyə malik olan Q. Həsənov, ölkə xaricində və daxilində çoxsaylı layihələrdə, treyninq və seminarlarda iştirak etmişdir. 2017-ci ilin sentyabr ayından "AtaSığorta" ASC-nin İdarə Heyəti sədrinin müavinidir.

Qeyd etdiyimiz kimi, Q. Həsənov sığorta sahəsi üzrə fəaliyyət göstərir. Onun əsas məqsədi müştərilərə keyfiyyətli xidmət göstərmək, onların layiqli dostu və təminatçısı olmaqdır. Eyni zamanda, çalışdığı sahə üzrə yüksək nailiyyət əldə etməkdir.

– Hörmətli Qoşqar müəllim, “AtaSığorta” Şirkəti haqqında ümumi məlumat verməyinizi xahiş edirik.

– “AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkətimizin ödənilmiş nizamnamə kapitalı 14,6 mln. manat təşkil edir. Şirkətimizin aktivləri hal-hazırda 30 milyon manatdan çoxdur. Şirkətimiz 26 könüllü və 4 icbari sığorta növü üzrə sığorta xidmətləri təqdim edir. İcbari Sığorta Bürosunun üzvüdür. “AtaSığorta” ASC Bakı şəhəri daxil olmaqla regionlar üzrə 15 filialı, 19 nümayəndəliyi və 60-dan çox satış ofisləri ilə müştərilərə xidmət göstərməkdədir.

– Qeyd etdiniz ki, 30 növ üzrə sığorta xidməti göstərirsiniz. Müştərilərin daha çox üstünlük verdiyi sığorta növləri hansılardır?

– Bəli, hazırda 30 sığorta növü üzrə müştərilərə xidmət göstəririk. Qeyd edim ki, bütün sığorta məhsullarından istifadə edilməsi vacibdir. Sığorta növləri iki hissəyə bölünür. Könüllü növlər və icbari növlər. Bu gün sığorta məhsulunu almaq istəyən müştərilər ilk növbədə icbari növləri alırlar. Sonra isə digər könüllü sığorta növlərini almağa səy göstərirlər.

– “AtaSığorta” könüllü sığorta növləri üzrə növbəti illərdə bazar rəqabətinə necə davam gətirmək niyyətindədir?

– Biz sığorta yığımlarımızın genişlənməsini və xərclərin müəyyən formada optimallaşdırılmasını planlaşdırırıq. 2018-2020 ci illər üzrə şirkətimizin strategiyasına uyğun olaraq qarşımızda duran proqnozlar bunu deməyə imkan verir. Hesab edirik ki, bu il və növbəti illər üzrə könüllü satışlarımızı artıracağıq. Qeyd edə bilərəm ki, 2018-ci ilin 8 ayı ərzində könüllü satışlarımız ötən ilin eyni dövrü ilə müqayisədə 25% artıb. Şirkətimiz könüllü növlər üzrə müştərilərin rahatlığına və istəklərinə uyğun olaraq “Sərfəli Kasko”, “Qoşa Kasko”, “Arxayın mən” və “Sığortalıyam” məhsullarını bazara təqdim edib. Sentyabr ayından etibarən daha bir yeni məhsul - “Petrollu Kasko” müştərilərə təqdim olunub. Sığorta risklərimizi səmərəli idarə etmək məqsədilə sığorta portfelimizi bir qədər diversifikasiya etmək istəyirik. Həmçinin, xidmətlərimizin keyfiyyətini artırmaqla sığorta sektorunda ciddi rəqabət aparan şirkətlərdən biri kimi bütün imkanlarımızdan istifadə etməyə çalışırıq. Şirkətimiz fəaliyyətinin əsas prinsipi fiziki və hüquqi şəxslərə yüksək səviyyədə sığorta xidmətləri göstərməklə, onların təlabatına uyğun yeni məhsulları təqdim etməyi davam etdirməkdir.

– Qoşqar müəllim, könüllü növlər üzrə hansi yeniliklər olacaq? Satış üsulları dəyişəcəkmi?

– Təbii ki, hər zaman olduğu kimi bu sahədə yeniliklər olacaq. Məsələn, 2018 - cı il üçün əsas istiqamət həmişə olduğu kimi, sığortalıya və potensial sığortalıya maksimum yaxın olmaqdır. Satış strategiyamızda daim bazarın təlabatını nəzərə almağa çalışırıq. Belə ki həm icbari, həm də könüllü sığortada müştərilərlə danışıqlar aparırıq ki, onların sığortadan gözləntilərini müəyyən edib, tələbə uyğun məhsullar hazırlayaq. Məsələn, bu ilə maraqlı iki layihəmiz var, onu artıq açıqlamaq olar. Biz, yeni “Petrollu Kasko” məhsulunu və “Medical Travel” tibbi sığorta paketini Azərbaycan Respublikası ərazisində bütün (xarici və yerli vətandaşlar) səyahət edən şəxslər üçün hazırlamışıq. Hazırda “Petrollu Kasko“ üzrə reklam məsələləri və digər məzələlər tam şəkildə tamamlanmış və müştərilərin ixtiyarına verilmişdir. Həmçinin, “Medical Travel” tibbi sığorta məhsulunu tamamlanmaq üzərəyik və tezliklə bu layihəyə başlayacağıq.

– Qeyd etdiniz ki, sentyabr ayından “AtaSığorta” ASC sığorta bazarına yeni “Petrollu Kasko” məhsulunu təqdim edib. Xahiş edirik, “Petrollu Kasko” haqqında ətraflı məlumat verərdiniz.

– Bəli, “AtaSığorta” ASC sentyabr ayından etibarən sığorta bazarına yeni “Petrollu Kasko” məhsulunu təqdim edir. Daim müştərilərin məmnuniyyətini düşünən “AtaSığorta” ASC bu dəfə fərqli və səmərəli şərtlərlə fiziki şəxslərə əlverişli avtomobil sığortası təklif edir. “Petrollu Kasko” məhsulunu əldə etdikdə müştəri həm avtomobili sığortalayır, həm də hədiyyə qazanır. Belə ki, bu məsulu əldə edən müştəriyə sığorta olunan avtomobilin bazar dəyərinin 1%-i həcmində yanacaq hədiyyə edilir. Hədiyyə olunan yanacaq müştəriyə 2 hissədə təqdim olunur. Yanacağın 50%-i müqavilə rəsmiləşdirilən zaman, 50%-i isə 3 aydan sonra müştəriyə verilir.

“Petrollu Kasko” məhsulunu bazar dəyəri 10 000 manatdan 80 000 manatadək və istehsalı ili 2000-ci ildən yuxarı olan avtomobil sahibləri əldə edə bilərlər. Bu məhsulu aldıqda avtomobil tam dəyərində birdəfəlik sığortalanmalıdır və sığorta tarifi çox sərfəlidir. Məsələn, dəyəri 30 000 manat olan avtomobil üzrə sığorta haqqı 960 manata qədər təşkil edir və müştəriyə 300 manatdəyərində yanacaq hədiyyə olunur.

– “Petrollu Kasko” sığorta məhsulunu İnternet vasitəsilə almaq mümkündürmü?

– Bəli, həm “Petrollu Kasko” məhsulunu, həm də “AtaSığorta” ASC-nin digər məhsullarını “AtaSığorta” ASC-nin www.atasigorta.az internet səhifəsindən online sifariş etmək mümkündür. Həmçinin, “AtaSığorta” ASC-nin (012) 936 telefon xətti daim müştərilərin xidmətindədir.

– “Petrollu Kasko” məhsulunu əldə etmək üçün hansı sənədlər tələb olunur?

– Bunun üçün doldurulmuş ərizə forması, Sığortalı şəxsin şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsinin surəti və avtomobilin hazırkı vəziyyətini təsdiq edən fotoşəkilləri tələb olunur.

– Azərbaycanda sığorta bazarının inkişafı ilə bağlı nə deyə bilərsiniz?

– Maliyyə Bazarlarına Nəzarət Palatasının və sığorta şirkətlərinin həyata keçirdiyi maarifləndirici layihələr təbii ki, bazarın inkişafına öz müsbət təsirini göstərmişdir. Nəzarət orqanının açıqladığı rəqəmlər bu inkişafı bir daha sübut edir. Deməli, bu il üzrə sığorta sektoru 40%-dən çox genişlənib, yığımlar artıb. Bunu qənaətbəxş göstərici hesab etmək olar.

– 9 aylıq yığımlarınız haqqında nə deyə bilərsiniz?

– 2017–ci ilin doqquz ayı ərzində 9,5 mln. manat sığorta haqqı toplanmışdır. 2018–ci ilin eyni dövrü üzrə bu rəqəm 16,3 mlnmanat olmuşdur. Qeyd olunan sığorta haqlarının əsas hissəsi Avtomobillərin kasko sığortası, könüllü tibbi sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, yüklərin sığortası, daşınmaz əmlakın könüllü və icbarı sığortası üzrə toplanmışdır.

– Sığorta ödənişləriniz haqqında da məlumat verməyinizi xahiş edirik.

– 2017–ci ilin doqquz ayı üzrə sığorta ödənişlərimiz 3,2 mln. manat olmuşdur. Sığorta ödənışlərimiz yığımlarımızın 33,7 %-ni təşkil etmişdir. 2018-ci ilin eyni dövrü üzrə üzrə isə sığorta ödənişləri 6,8 mln manat təşkil edir. Bu il isə sığorta ödənışlərimiz yığımlarımızın 42 %-ni təşkil etmişdir. Bu məbləglər əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilmişdir. Bununla da “AtaSığorta” ASC fiziki və korporativ müştəriləri üçün etibarlı sığorta tərəfdaşı olduğunu bir daha nümayiş etdirmişdir.
Xüsusilə qeyd edə bilərik ki, son zamanlarda müştəri məmnuniyyətinə diqqətini daha da artıran “AtaSığorta” ASC, ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün də səylərini davam etdirir.

– Sonda əlavə etmək istədiyiniz nəsə qaldımı?

– AtaSığorta şirkətinə ayırdığınız vaxta və diqqətinizə görə təşəkkürümüzü bildiririk. Biz müştərilərimiz üçün çalışırıq, onların layiqli dostu və təminatçısı olmaqdan qürur duyuruq. Ona görə də bizim şüarımız “Sizinlə dost sığorta”-dır. Bütün müştərilərimizin bizə göstərdiyi etimadı doğrultmağa çalışmışıq, çalışırıq və çalışacağıq.

– Qoşqar müəllim, maraqlı müsahibəyə görə sizə dərin təşəkkürümüzü bildiririk.

 
Açar sözlər: AtaSığorta ASC Qoşqar Həsənov sığorta AtaInsurance
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (322)
+ Ayaqqabı və aksesuarlar (152)
+ Banklar və sığorta (127)
+ Daşınmaz əmlak (261)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (224)
+ Hüquq xidmətləri (372)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (260)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (347)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (212)
+ Kurslar və Təlimlər (174)
+ Kənd təsərrüfatı (95)
+ Mağazalar (216)
+ Mebel və interyer (295)
+ Mətbuat (167)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (256)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (239)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (292)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (299)
+ Tikinti və landşaft (576)
+ Tikinti, tədarük (257)
+ Topdansatış ticarəti (140)
+ Turizm və istirahət (385)
+ Təhlükəsizlik və mühafizə (131)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (121)
+ Xidmətlər (294)
+ Xüsusi avadanlıq (177)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.