az / ru
 
     
 
Ana səhifə > Biznes > Biznes

Azərbaycanda ən hündür binanı bu şirkət tikir

31.10.2018

Ölkəmizdə fəaliyyət göstərən peşəkar tikinti şirkətlərindən biri də “SMTS” MMC-dir. Şirkət artıq 10 ildən çoxdur ki, ölkəmizdə bu sahədə çalışır və artıq yetərincə uğurları və məşhur layihələri var. Odur ki, bütün bu uğurlardan irəli gələrək dərgisi adı çəkilən şirkətin rəhbəri Ağalar Allahyarovdan uğurlarının sirri barədə öyrənib. Söhbət əsnasında o da bəlli olub ki, sən demə Azərbaycanda ən hündür və qeyri-adi binanı məhz hazırda“SMTS” MMC şirkəti inşa edir. Bu barədə bir qədər sonra ilk öncə müsahibimiz Ağalar Allahyarovun avtobioqrafiyası ilə tanış olaq.


Ağalar Allahyarov 1967-ci ildə Cəlilabad şəhərində anadan olub. 1983-cü ildə orta məktəbi bitirib, 1989-cu ildə indiki Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Tikinti sahəsində müxtəlif şirkətlərdə məsul vəzifələrdə çalışıb. 1995-1999-ci illərdə Ukraynanın Zaparoji vilayətində Atom Elektrik Stansiyasının inşasında Sahə Rəisi vəzifəsində çalışıb. 1999-cu ildə Azərbaycana qayıtdıqdan sonra 2000-ci ildən 2003-cü ilə kimi Bakı şəhərində “Tikinti Servis” MMC şirkətində Sahə Rəisi, 2009-cu ildən 2013-cü ilə kimi “Azinko Holdinq” şirkətində Baş Direktorun müavini vəzifəsində çalışıb. Hal-hazırda evlidir, üç övladı var.


– Artıq uzun müddətdir ki, şirkət olaraq fəaliyyət göstərirsiz. Odur ki, bir qədər təsis etdiyiniz MMC-nin tarixi barədə danışmağınızı istərdik?

– “SMTS” MMC şirkəti 2007-ci ilin fevral ayında yaradılıb. Uzun müddət ölkəmizdə və xaricdə İnşaat mühəndisi olaraq müxtəlif vəzifələrdə çalışmağım, tikintinin idarə olunmasında əldə etdiyim təcrübə, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində iş adamlarına yaradılan şərait, ölkəmizdə tikinti sektorunun sürətli inkişafı mənə arzuladığım İSO standartlarında fəaliyyət göstərə bilən İnşaat şirkəti yaratmağa stimul verdi. Yəqin xatırlayarsız 2000-ci illərdə ölkəmizdə idman komplekslərinin tikintisi geniş vüsət almışdı. Mən “Tikinti Servis” şirkətində çalışdığım dövrdə Maştağa, Bərdə və Lənkəran idman komplekslərinin inşaasına rəhbərlik etdim. Sonrada Azərbaycanın müxtəlif rayonlarında onlarla “Azpetrol” Yanacaqdoldurma Məntəqələri, “Azpetrol”un Neft Terminalları, “Heydər Əliyev fondu”nun binası və s. obyektlərin inşaasında müxtəlif vəzifələrdə çalışdım. 2003-cü ildən başlayaraq fiziki şəxs və sonradan “SMTS” (Sənaye Mülki Tikinti Servis) MMC-ni təsis edərək hüquqi şəxs olaraq Səngəçal Neft Terminalında müxtəlif təyinatlı obyektlərin inşasını həyata keçirdim. Səngəçal Terminalında BP şirkətinin subkontraktoru olaraq çalışmam mənim bir mühəndis və iş adamı olaraq İSO standartlarına uyğun Tikinti Quraşdırma İşləri aparmaq biliklərimi daha da təkminləşdirdi. Hal-hazırda “SMTS” MMC-nin uğur qazanmasının əsas səbəbləri İSO standartlarında idarəetmənin tətbiqi, Texniki təhlükəsizlik qaydalarına uyğun işin təşkili, Keyfiyyətə Nəzarət sistemi qaydalarının tətbiqi və s. amillərdir.

– Bugünə kimi şirkətiniz tərəfindən hansı lahiyələr həyata keçirilib və daha hansı lahiyələr üzərində işə başlamısız?

– 2013-cü ildə “Əmlak Məsələləri Dövlət Komitəsi”nin 33 mərtəbəli İnzibati Binasının (Property Tower) inşaası ilə bağlı elan etdiyi tenderdə “SMTS” MMC qalib oldu. Bina Avstriyanın “Hoffmann Janz” memarlıq şirkəti tərəfindən layihələndirilib. Bina ümumi hündürlüyü 134 m olmaqla 33 mərtəbədən ibarət olacaqdır. Belə ki, binanın bir mərtəbəsi digər mərtəbəyə nisbətən 2,6 dərəcədə dönür. Nəticədə sonuncu mərtəbə birinci mərtəbəyə nisdəbən 90 dərəcə dönərək qeyri adı görüntü yaradır. İnanıram ki, bu bina şəhərimizdə ən gözəl binalardan biri olacaqdır.

“SMTS” MMC 2015-ci ildən daha bir çoxmərtəbəli binanın inşasına başlayıb. Bu “Baku Tower” binasıdır. “Baku Tower” binası 50 mərtəbəli olmaqla 271 m hündürlüyündə olacaqdır. Binanın Baş Podratçısı “Azinko Holdinq” şirkətidir. Bu bina müasir iş mərkəzi olmaqla ölkəmizin ən hündür binasıdır. Bina zəlzələyə və güclü küləyə dayanıqlı olsun deyə 400 ton ağırlığında Damper və BRB-lərlə (xüsusi seysmik rabitələr) təchiz olunmuşdur.

“SMTS” MMC Yaşayış Kompleksləri, İnzibati Binalar, İş Mərkəzlərinin inşası ilə yanaşı otellərin inşasını da həyata keçirmişdir. Buna misal olaraq “Qalaaltı Otel və SPA” mərkəzini göstərmək olar.

Hal-hazırda bir sıra yeni layihələr üzərində işləyirik, bir çox tenderlərə cəlb olunmuşuq. Gələn il daha bir çoxmərtəbəli binanın inşasını başlamağı planlaşdırırıq.

– Bilirik ki, yerli şirkətlərlə yanaşı xarici şirkətlərlə də sıx əməkdaşlıq edirsiz. Bilmək istərdik “SMTS” MMC-nin tərəfdaşları hansı şirkətlərdi?

– Əvvəllər Azərbaycanda çoxmərtəbəli binaları əsasən xarici ölkələrin şirkətləri inşa edirdi. Son beş ildə bu tip unikal binaların inşasını Azərbaycan şirkətləri uğurla həyata keçirir. Qürurla qeyd etməliyəm ki, bu şirkətlərdən biri də “SMTS” MMC-dir. Artıq “SMTS” MMC-də öz yerli mütəxəssislərimizdən ibarət peşəkar mühəndis – Texnik heyəti formalaşmışdır. Bu bizə istənilən mürəkkəb binanın inşasını uğurla həyata keçirməyə imkan verir. Amma bildiyinz kimi hər yerdə olduğu kimi tikinti texnologiyalarında da sürətli inkişaf gedir. Peşəkarlığımızı artırmaq daha da böyük uğurlar qazanmaq üçün biz dünyanın tanınmış memarlıq, inşaat, mühəndislik şirkətləri ilə əməkdaşlıq edirik. Belə ki, “SMTS” MMC Azərbaycandan yeganə şirkətdir ki, CTBUH (Hündür binalar və şəhər tipli yaşayış sahəsi üzrə şura) təşkilatının üzvüdür. Dünyada tanınmış memarlıq, inşaat və mühəndislik şirkətlərini CTBUH təşkilatının üzvüdür. Şirkətimizin mütəxəssisləri hər il CTBUH təşkilatının konfranslarında iştirak edir. Bununla yanaşı “SMTS” MMC dünyada tanınmış Gensler , Hoffmann Janz, Tago Mimarlık və s. memarlıq şirkətləri ilə əməkdaşlıq edir. İnşa etdiyimiz binalar əsasən çoxmərtəbəli unikal binalar olduğundan biz dünyada tanınmış mühəndislik şirkətləri kimi tanınan RWDI, Werner Sorbek, Maurer və s şirkətlərin xidmətlərindən istifadə edirik.

– Paytaxtda bir çox lahiyələrə imza atdığınız söhbətimiz əsnasında məlum oldu. Hansı rayonlarda layihələr həyata keçirirsiz?

– “SMTS” MMC olaraq biz bir sıra kənd təsərrüfatı obyektlərinin inşasının tenderində iştirak edirik. Bilirsiz ki, ölkə rəhbərliyi qeyri-neft sektorunun inkişafına o cümlədən kənd təsərrüfatının inkişafına xüsusi önəm verir. Bunun nəticəsidir ki, rayonlarda emal zavodlarının, istixana komplekslərinin, heyvandarlıq komplekslərinin və s. inşası vüsət alıbdır. Hal-hazırda biz Qəbələ rayonunda İstixana kompleksinin inşasını davam etdiririk. Eyni zamanda Bilgəh və Qala kəndlərində salınmış Badam bağlarının becərilməsi və əldə ediləcək məhsulun emalı üçün tələb olunan yardımçı bina və qurğuların inşasını həyata keçiririk.

– Son sual olaraq tikinti sahəsinin peşəkarı kimi bir məsələyə aydınlıq gətirmənizi istərdim. Nə üçün hazırda yüksəkmərtəbəli binalarda metal konstruksiyadan daha çox istifadə olunur?

– Hal-hazırda dünyanın bir çox yerlərində çoxmərtəbəli binaların dayanıqlığını, iqtisadi səmərəliliyini təmin etmək üçün binanın nüvəsini (əsas yük daşıyan konstruksiyasını) dəmir-betondan, nüvəxarici hissəsini isə metal konstruksiyadan inşa edirlər. Əgər bina tam olaraq dəmir-betondan inşa edilərsə sütun və yükgötürən konstruksiyaların en kəsiyi çox olar və nəticədə faydalı sahə azalar. Bu da binanın iqtisadi səmərəliliyini azaldar. Eyni yükü götürən metal sütunun en kəsiyi, dəmir-beton sütunun en kəsiyindən az olduğundan nüvəxarici hissənin metaldan inşa olunmasına üstünlük verilir. Binanın metal konstruksiyadan inşa edilməsinin bir üstünlüyü də işin tez icra olunmasıdır. Belə ki, metal konstruksiya işinin əsas hissəsi zavod şəraitində hazırlanır və tikinti sahəsinə gətirilərək montaj edilir. Dəmir-beton işi isə tam olaraq tikinti sahəsində icra olunduğundan işlərin gedişatı hava amilindən daha çox asılı olur.

 
Açar sözlər: SMTS tikinti Ağalar Allahyarov Property Tower
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (319)
+ Ayaqqabı və aksesuarlar (152)
+ Banklar və sığorta (127)
+ Daşınmaz əmlak (261)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (224)
+ Hüquq xidmətləri (371)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (260)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (346)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (211)
+ Kurslar və Təlimlər (174)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (216)
+ Mebel və interyer (295)
+ Mətbuat (167)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (254)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (235)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (292)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (298)
+ Tikinti və landşaft (574)
+ Tikinti, tədarük (257)
+ Topdansatış ticarəti (140)
+ Turizm və istirahət (385)
+ Təhlükəsizlik və mühafizə (131)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (119)
+ Xidmətlər (293)
+ Xüsusi avadanlıq (175)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.