az / ru
 
     
 
Ana səhifə > Biznes > Biznes

Orxan Əfəndiyev: Şirkətə yaxınlaşmaq dövrü bitdi!

29.08.2018

Son zamanlar sığorta sferasında baş verənlər ondan xəbər verir ki, insanların böyük əksəriyyəti hələ də sığortanın nəyə lazım olduğundan, xüsusilə kasko sığortanın əsas üstünlüklərindən xəbərsizdir. Lakin sığorta sahəsinin öncül mütəxəssisləri dönə-dönə sığortanın vacibliyindən və baş verən hadisələr zamanı dəyə biləcək zərərlərin qarşısını almaq üçün xüsusilə kasko sığortanın ən unikal vasitə olmasından danışır.

Müsahibimiz “A-Qroup” Sığorta Şirkətinin İdarə heyətinin sədr müavini Orxan Əfəndiyevdir. O, 1987-ci ildə Bakıda dünyaya gəlib. 2005-ci ildə BDU-nun “Tətbiqi riyaziyyat” fakültəsinə yüksək balla qəbul olunub və bu səbəblə Prezident təqaüdçüsü seçilib. 2009-cu ildə isə elə həmin fakültənin “Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrasında magistr olaraq təhsilini davam etdirib. Sığorta arenasında 10 illik iş təcrübəsinə malik olan Orxan bəy kasko sığorta ilə bağlı ən önəmli detalları bizimlə bölüşüb.

– Orxan bəy, kasko sığortası nədir?

– Kasko sığortası avtomobilinizin yanması, oğurlanması, yaxud hər hansı başqa bir hadisə (və ya qəza) nəticəsində yarana biləcək zərəri qarşılamaq üçün nəzərdə tutulan könüllü sığorta növüdür. Avtomobilinizin istifadəsi zamanı baş verən hadisələr (hərəkətli və ya hərəkətsiz maneələrin vurulması, toqquşma), avtomobilinizin üzərinə dolu, qar, buzun düşməsi və digər təbii fəlakətlər, hətta daş yaxud müxtəlif əşyaların atılması və ya oğurluq, qaçırma, soyğunçuluq, yanğın, partlayış, heyvanların hərəkəti və s. nəticəsində dəyən zərərlər kasko sığortası təminatına daxildir.

– Kasko sığortanın icbari avtomobil sığortasından fərqi nədir?

– Kasko sığortası sizin avtomobilinizə dəyən zərərləri qarşılayır və könüllüdür, icbari sığorta isə avtomobilinizin üçüncü şəxslərə vurduğu zərərləri qarşılamaq üçün nəzərdə tutulmuşdur və həmçinin alınması məcburidir. İcbari avtomobil sığortası sizin avtomobilinizə dəyən zərərləri təminat altına almır. Bunun üçün kasko sığortası etdirməyiniz mütləqdir. Kasko sığortası ilə yanaşı fərdi qəza və mülki məsuliyyət sığortası əldə etmək mümkündür ki, bu həm sizin avtomobilinizdə olan şəxsləri (sərnişinləri) təminat altına almış olur, həm də üçüncü şəxslərə vurulan zərərin icbari sığorta tərəfindən qarşılanmayan hissəsinə əlavə təminat vermiş olur.

– Avtomobilin sahibi dəyişdikdə kasko sığortası qüvvədə qalırmı?

– Bu, sığorta şirkəti ilə sığortalı arasında olan razılaşmaya bağlıdır. Məlum olduğu kimi kasko sığortasının qiyməti şirkət tərəfindən fərdi şəkildə (individual) təyin olunur. Dolayısı ilə avtomobilin markası, modeli, istehsal tarixi nəzərə alındığı kimi, sığortalının da sürücülük təcrübəsi qiymətin müəyyən olunmasında böyük rol oynayır. Buna görə də avtomobilin sahibi dəyişdiyi zaman sığortaçının sığorta müqaviləsinə xitam vermək, təminatı olduğu kimi saxlamaq və müddətin sonuna qədər riskləri qəbul etmək və ya əlavə sığorta haqqı tələb etmək kimi hüquqları var.

– Avtomobilin təmiri zamanı servis seçimi necə müəyyən olunur?

– Hadisə baş verdiyi zaman servis seçiminin kim tərəfindən olunacağı, rəsmi və ya qeyri rəsmi servisə müraciət olunacağı sığorta şəhadətnaməsində qeyd edilir. Lakin servis seçimi sığortaçıda olduğu zaman belə müştəri məmnuniyyəti nəzərə alınmalıdır. Misal üçün, “A-Group” Sığorta Şirkəti “Hyundai”, “Kia”, “Chevrolet”, “Toyota”, “Mazda”, “Honda” və s. rəsmi servis mərkəzlərinin hər biri ilə çalışır və bütün müştərilərə geniş servis seçiminə imkan yaradır.

– Bəzən hadisə baş verdikdə sığorta şirkətinin nümayəndəsi hadisə yerinə çox gec gəldiyi üçün yollarda tıxaclar əmələ gəlir. Bildiyimiz qədərilə bu problemin qarşısını almaq məqsədilə sizdə “SOS” düyməsi yaradılmışdır. Bu haqda məlumat verə bilərsinizmi?

– Təəssüflər olsun ki, bu hallar tez-tez baş verir. Bəzən sığortalı ümumiyyətlə, sığorta şirkətinin nömrəsini bilmir və əlaqə yaratmaq üçün çox vaxt itirir, bəzən də şirkətin nümayəndəsi hadisə yerini tapa bilmir və ya müştəri ilə anlaşılmazlıq olur və tamam başqa ünvana doğru hərəkət edir. Biz bunun baş verməməsi üçün şirkətimizin mobil əlavəsindən (A-Group Mobile Concierge) istifadə edirik. Avtomobili sığortaladığımız zaman mobil əlavə sığortalının telefonuna yazılır. Hadisə baş verdikdə cəmi bir düyməni – “SOS” düyməsini sıxmaqla müştəri şirkətimizə müraciət edir və nəinki qəza komissarını, ehtiyac varsa “MediClub” klinikasının Təcili Yardım və Evakuator xidmətini hadisə yerinə yönləndirir. Beləliklə, biz həm hadisə yerini dərhal müəyyən edə bilirik, həm də müştəriyə özümüz geri dönüş edib ətraflı məlumat ala bilirik.

– Müasir dövrdə zaman hər kəs üçün çox önəmlidir. Sənədləşmə işləri ilə bağlı şirkətə yaxınlaşmaq insanların ən çox əziyyət çəkdiyi məsələlərdən biridir. Bununla bağlı hansı yeniliklər mövcuddur?

– Şirkətə yaxınlaşmaq dövrü bitdi! Artıq bütün sənəd məsələləri bizim tərəfimizdən həll olunur. Sənədlər toplusunu hazırlayıb imzalanması üçün müştərinin istədiyi yerə göndəririk və vaxt itkisi yalnızca imzaya sərf olunan zamanla müəyyən olunur.

– Son olaraq, hər hansı əlavəniz varmı?

– Hər kəsi öz avtomobilini sığortalamağa və bununla da baş verə biləcək hadisələr zamanı böyük maddi itkilərdən qaçmağa dəvət edirəm. Həmçinin sığorta partnyorunuzu seçərkən davamlılığa, müştəriyə verilən dəyərə və göstərilən qayğıya diqqət yetirmək lazımdır. Sizi sevən və sizə önəm verən sığorta şirkəti hər zaman sizin üçün ən yaxşı olanı edəcəkdir. Biz “A-Group” olaraq fəxr edirik ki, müştərilərimizi sevirik və onların sevgisini qazana bilmişik.

 
Açar sözlər: Sığorta kasko sığorta A-Qroup Orxan Əfəndiyev
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (317)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (258)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (216)
+ Hüquq xidmətləri (371)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (256)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (339)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (211)
+ Kurslar və Təlimlər (173)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (215)
+ Mebel və interyer (295)
+ Mətbuat (164)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (250)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (218)
+ Reklam və ictimai əlaqələr (234)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (286)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (296)
+ Tikinti və landşaft (570)
+ Tikinti, tədarük (251)
+ Topdansatış ticarəti (139)
+ Turizm və istirahət (384)
+ Təhlükəsizlik və mühafizə (124)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (120)
+ Xidmətlər (290)
+ Xüsusi avadanlıq (173)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.