az / ru
 
     
 
Ana səhifə > Biznes > Biznes

Nizami Heybətov: Azərbaycan məhsulun xüsusi yeri var

31.05.2018

Ölkəmizdə günbəgün inkişaf edən sahələrdən biri də kənd təsərrüfatı sahəsidir. Ölkə prezidentinin bu sahəyə ayırdığı xüsusi diqqət ölkəmizdə kənd təsərrüfatı sahəsində inkişafı açıq-aydın biruzə verir. Elə bu səbəbdən də dərgisinin bu dəfə ki, müsahibi ölkəmizdə istixana təsərrüfatı ilə məşğul olan "Green Tech" və "Agrovita" şirkətinin rəsmisi Nizami Heybətov olub. O 1984-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr və magistr dərəcələrini bitirib. İxtisası istehsal sistemlərinin idarə olunmasıdır. İş təcrübəsinə 2004-ci ildə mühasib kimi başlayan Nizami Heybətov 2011-ci ildə "Green Tech" şirkətinin ilk işçilərindən olub. Hazırda adı çəkilən şirkətdə baş direktor vəzifəsində çalışır. Müsahibəni təqdim edirik.

– Nizami bəy, “Green Tech” şirkətinin adı dillər əzbəridir desək yəqin ki, yanılmarıq. Artıq uzun zamandır ki, şirkət fəaliyyət göstərir. Odur ki, müsahibəmizin əvvəlində bir qədər şirkətin tarixi haqqında öyrənmək istərdik.

– “Green Tech” şirkəti 2011-ci ildən fəaliyyət göstərir. İstixana sahəsində ən öncül şirkətlərdən biridir. Müasir istixana kompleksi olaraq ölkədə fəaliyyətə başlayan ilk komplekslərdən biridir. Artıq 7 ildir fəaliyyət göstəririk və əsasən pomidor çeşidlərinin yetişdirilməsi ilə məşğuluq. Yetişdirdiyimiz məhsullar həm daxili bazarda təmsil olunur və həm də xarici ölkələrə ixrac olunur. Əsas ixrac bazarımız Rusiyadır. Lakin hər zaman daxili bazarı da diqqətdə saxlayırıq. Həm daxili həm də xarici bazarda məhsullarımız “Gözəl təbiət”markası ilə məşhurdur.

– Vurğuladız ki, əsasən pomidor çeşidləri yetişdirirsiz. Oxucularımız üçün maraqlı olardı, hansı növ pomidorları yetişdirirsiz? Bunlar əsasən xarici yoxsa yerli növ pomidorlardı?

– Əsasən salxım pomidor çeşidi yetişdiririk. Amma həmçinin çəhrayı, çerry, kokteyl pomidor çeşidlərini də yetişdiririk. Bu pomidor çeşidlərinin hər biri ölkəyə idxal olunan toxum çeşidlərindəndir. Buna səbəb isə idxal olunan pomidor və tərəvəz toxumlarının daha məhsuldar olmasıdır. Amma o da önəmlidir ki, bizim istixanamızda yetişdirilən tərəvəz toxumları GMO çeşidlər deyil. Ümumiyyətlə Respublikamızda NON-GMO, yəni GMO olmayan çeşidlər yetişdirilir. Ölkəmizin qanunvericiliyi də buna icazə vermir. İdxalda bütün toxumlar müvafiq dövlət qurumu tərəfindən yoxlanılır. Bizim şirkət olaraq əsas üstünlüyümüz isə ondan ibarətdir ki, “Green Tech” şirkəti artıq 4 ildir ki, İSO 22000 - Qida təhlükəsizliyi idarəetmə sistemi sertifikatına layiq görülüb. Bu sertifikat bir növ isbatdır ki, bizim yetişdirdiyimiz bütöv növ tərəvəzlər və tərəvəz çeşidləri ekoloji təmizdir. Həmin sertifikatı verən şirkət isə İsveçrənin dünyaca məşhur “SGS” şirkətidir.

– Söhbətimiz əsnasında məlum oldu ki, xarici ölkələrə də məhsul ixrac edirsiz? Qeyd etdiz ki, əsasən də Rusiyaya pomidor ixrac olunur. Şimal qonşularımıza ixrac olunan pomidorun həcmi nə qədərdir?

– Bizim kompleksin maksimum istehsal gücü 11 min tondur. Bu mövsümlük istehsal gücümüzdür. Əsasən ixrac Rusiya Federasiyasınadır. Amma Rusiya bazarı ilə paralel olaraq digər bazarlar da təqib edilir. Az da olsa digər bazarlara da məhsullarımız ixrac olunmağa başlayıb. Bu əsasən Ərəb ölkələridir. Dövlətimizin ixrac yönümlü siyasəti bizi bu istiqamətdə çox dəstəkləyir. Şirkət olaraq çalışırıq ki, bir bazardan asılığımız olmasın.

– Xarici ölkələrə məhsul ixrac etməyiniz sevindirici haldır. Bəs bu ixracın həcmi nə qədərdir?

– Mövsümdə təxminən 6-7 min ton pomidor ixrac edirik. Bu pomidorlar yalnız Rusiyanın paytaxtına deyil, həmçinin Sankt-Peterburq, Novosibirsk, Tomsk, Yekaterinburq kimi böyük şəhərlərinə də göndərilir.

Bizim öz kompleksimizin 21 ədəd soyuduculu nəqliyyat vasitəsi var. Daşınmalar məhz bu maşınlar vasitəsilə həyata keçirilir. Biz daşınma nöqtəsinə kimi məhsulun keyfiyyətinə nəzarət edir və zəmanət veririk.

– İstixanalar əsasən hansı ərazilərdə yerləşir?

– İstixanalarımız hamısı Bakı şəhəri Binə qəsəbəsində yerləşir. 30 hektar ərazisi olan istixana kompleksimiz, 3 hektar isə şitilxana kompleksimiz var. Onu da vurğulamaq lazımdır ki, istixana kompleksimizin inşaatında Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri də istifadə edilib. Bu da dövlətimizin kənd təsərrüfatına verdiyi diqqət və qayğının yüksək göstəricisidir. Kompleksdə hal-hazırda 365 nəfər daimi işlə təmin edilib. Mövsümü işlərə gəldikdə isə işçilərimizin sayı 400 nəfərə qədər artır.

– Müxtəlif növ pomidor çeşidləri yetişdirdiyiniz haqqında məlumat verdiz. Lakin başqa növ tərəvəzlərin də yetişdirildiyini bilirik. Həmçinin, yeni fəaliyyətə başlayan “Agrovita” şirkəti də mövcuddur. Bir qədər də bunlar barədə məlumat verərdiz

– Əsasən pomidor çeşidləri yetişdirilir. Amma pomidorla yanaşı, istixanalarımızda badımcan, kahı növləri də yetişdirilir. Yaxın zamanlarda portfoliomuza digər tərəvəzlərin salınması da gündəmdədir. Bizim əsasən fəaliyyətimiz iki istiqamətə ayrılır. Kompleksimizin birinci istiqaməti tərəvəzlərin istixana şəraitində becərilməsi, ikincisi isə yeni yaranmış “Agrovita” şirkətimizin fermerlərin yetişdirmə prosesində toxum və bitki mühafizə vasitələrinə olan ehtiyacını təmin etməkdir. “Agrovita” MMC ölkəmizdə bəlkə də yeganə şirkətdir ki, yetişdirmə zəncirində toxumdan başlayaraq sona qədər hər şey satış portfelində var. Toxum satışında “Agrovita” “Seminis” şirkətinin Azərbaycanda yeganə təmsilçidir. “Seminis” şirkəti dünyanın ən böyük toxum şirkətlərindən biridir. İkinci istiqamət “Agrovita” şirkətinin şitil satışıdır. Şitillər “Green Tech”-in ən müasir texnologiyalarla təchiz edilmiş şitilxana komplekslərində yetişdirilir.. “Green Tech” şirkətinin yetişdirdiyi şitilləri “Agrovita” MMC- ölkəmizdə satışını və satışdan sonrakı servisini həyata keçirir. Üçüncü istiqamət isə mineral və orqanik gübrələrdir. Bu sahədə də dünyaca məşhur “Doktor Tarsa” şirkəti ilə əməkdaşlıq edirik. Fəaliyyət istiqami orqanik gübrələrin istehsalı və satışı olan “Bioglobal” şirkətinin ölkəmizdə yeganə təmsilçisiyik. Bütün bu gübrələr Hollandiya, İspaniya, ABŞ, İtaliya, Türkiyə və digər qabaqcıl ölkələrin məhsullarıdır. Digər istiqamət zərərvericilərə qarşı mübarizə vasitələri olaraq pestisidlər və bioloji mübarizə vasitələrinin də idxalı və satışıdır. Bu sahədə də dünyanın lider şirkəti sayılan Hollandiyanın “Koppert” şirkəti ilə əməkdaşlıq edirik. Həmçinin, “Koppert” şirkətinin təbii tozlanma - Bombus arılarını həm öz istixanalarımızda istifadə edirik və həm də digər istixanalara təqdim edirik. Gördüyünüz kimi toxumdan başlayaraq sonda bəslənmə və bitki tozlanmaya qədər bütün məhsullar “Agrovita”nın satış portfelində var.

– Qeyd etdiz ki, Körfəz ölkələrinə də məhsul ixrac edirsiz. Bu sevindirici haldır. Əslində bir çoxlarımız Körfəz ölkələri deyiləndə ağla gələn ilk fikir oradan ölkəmizə gələn turistlər olur.

– Hal-hazırda artıq işlər irəliləməkdədir. Ölkələrə də ixracımız artıq başlayıb. Əsasən Qatar və Birləşmiş Ərəb Əmirliyinə məhsul ixrac edirik. Amma perspektivdə digər Körfəz ölkələri də var. Burada da önəmli faktorlardan biri dövlətimizin davamlı və ardıcıl dəstəyinin olmasıdır. Həmin ölkələrə təşkil olunan sahibkarların işgüzar səfərləri, sərgilərdə iştiraklar ixracın bu istiqamətini inkişaf etdirir. Dövlətimiz hər cür dəstək verir ki, sahibkarlarımız bir çox xarici bazarlara çıxış əldə etsin.

– Bildiyimiz kimi artıq Türkiyənin Rusiyaya pomidor ixrac etməsindəki məhdudiyyətlər tam aradan qaldırılıb. Gələcəkdə Türkiyə pomidorları Azərbaycan pomidorlarına ciddi rəqib ola bilərmi ?

– Bir müddət bəlli məsələlərə görə Türkiyə Rusiyaya pomidor ixrac edə bilmədi. Lakin sonradan bu problemlər aradan qaldırıldı. Məhdudiyyətlərdən öncə, Türkiyə hər zaman Rusiyaya pomidor ixrac edib. Paralelində ölkəmiz də Rusiyaya pomidor ixrac edib. Hansı ölkənin Rusiyaya məhsul ixrac etməsindən asılı olmayaraq, Azərbaycan məhsulunun Rusiya bazarlarında yeri xüsusidir. Azərbaycan tərəvəzini isə belə özəl edən onun dadı və keyfiyyətidir. Bu illər ərzində qazanılan imicdir. Hazırda biz Rusiya bazarlarında məhsulumuzun realizasiyası və ya satılması ilə bağlı bir sıxıntı yaşamırıq.

 
Açar sözlər: Green Tech Agrovita Nizami Heybətov
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (322)
+ Ayaqqabı və aksesuarlar (152)
+ Banklar və sığorta (127)
+ Daşınmaz əmlak (261)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (224)
+ Hüquq xidmətləri (372)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (260)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (347)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (212)
+ Kurslar və Təlimlər (174)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (216)
+ Mebel və interyer (295)
+ Mətbuat (167)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (256)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (239)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (292)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (299)
+ Tikinti və landşaft (576)
+ Tikinti, tədarük (257)
+ Topdansatış ticarəti (140)
+ Turizm və istirahət (385)
+ Təhlükəsizlik və mühafizə (131)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (121)
+ Xidmətlər (294)
+ Xüsusi avadanlıq (177)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.