az / ru
 
     
 
Ana səhifə > Biznes > Biznes

Bəxtiyar Babayev: “BİS”in məhsulları həm dadlı, həm də halaldır”

31.05.2018 | Rahim Tarıverdiyev

Azərbaycanda bağçılıq və meyvəçilik sahəsində peşəkarlığı ilə tanınan “Amoris” MMC ölkəmizin səfalı guşələrində rəngarəng çeşiddə meyvə-tərəvəz məhsullarının yetişdirilməsi və topdansatışı ilə məşğul olur. Yüzlərlə xarici meyvə-tərəvəz sortlarını Azərbaycanda uğurla yetişdirən şirkət fəaliyyətini daha da genişləndirir. Şirkətin fəaliyyəti ilə bağlı son yeniliklər və gələcək planları ilə bağlı “Amoris” MMC-nin həmtəsisçisi Bəxtiyar Babayev oxucularına məlumat verdi.

– Əhalidə belə bir fikir formalaşıb ki, sağlam meyvə görünüşcə gözəl ola bilməz. Dərmansız gözəl meyvə yetişdirmək mümkündürmü?

– Səsləndirdiyiniz “gözəl ola bilməz” ifadəsini qəbul etmək istəməzdim. Təbiətdə var olan hər bir şey “əsil”dirsə, o gözəldir. Odur ki, qiymətləndirəcəyiniz şeydə ilk öncə “əsil”dirmi sualına cavab axtaracaqsınız. Bu dediklərim Tanrının yaratdığı canlı-cansız hər şeyə aiddir.

Sizlərin gözəl görünüşə malik olan meyvə kimi gördüyünüz meyvə onun özüdür, sadəcə meyvədir,“əsil”dir. Onlar müxtəlif qoruyucu vasitələrdən istifadə etməklə isə bu gözəlliyə xələl gətirmək istəyən kənar təsirlərdən mühafizə olunur. Müasir bağçılıqda ziyanvericilərə qarşı mübarizə sistemli xarakter daşıyır, daimi təkmilləşdirilən bioloji, aqrotexniki və ən sonda kimyəvi üsullardan istifadə edilir. Məsələn, siz yəqin ki, “uğur böcəyini” (божьи коровки) tanıyırsız. Bu böcək bioloji mübarizə vasitələrindən biridir, qanlı gənənin yumurtalarını yeyir. Siz, nə üçün ağacların gövdələrinin ağ əhənglə boyandığını bilirsiniz, yəqin. Bu aqrotexniki qulluqla mübarizə vasitəsidir. Modern bağçılıqda istifadə olunan qoruyucu kimyəvi vasitələr də insan sağlamlığı üçün qorxulu deyil, Avropanın bu sahənin ən qabaqcıl istehsalçıları olan “Bayer”, “Syngenta” kimi firmalarının məhsullarıdır.

– Müasir dünyada qida sektorunun ən böyük bəlalarından biri GMO-dur. Məhsuldarlığın artırılması və meyvə-tərəvəzin daha gec xarab olması üçün geni dəyişdirilir. Siz də toxum və tingləri xaricdən gətirirsiz. Bunun qarşısını necə alırsız?

– GMO ilə əlaqədar onu deyə bilərəm ki, Azərbaycan Respubilkasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin, genetik materialların gətirilməsi, rayonlaşdırılması və dövlət reyesterinə daxil edilməsi qanunla qadağandır. Buna bir neçə dövlət orqanları çox ciddi nəzarət edir ki, bununla onlar bugünkü və gələcək nəsil insanlarımızın genetik sağlamlığıının keşiyində durmuş olurlar.

Meyvələrin uzun müddət xarab olmadan necə saxlanmasına gəlincə, bu məsələnin daha maraqlı tərəfidir. Görünən odur ki, bir çox vətəndaşlarımız da meyvələrin uzun müddət xarab olmadan saxlanılmasını onların genetikasına edilən kənar müdaxilə ilə əlaqələndirirlər. Amma bu yanlış təsəvvürdür.

Kənd təsərrüfatı istehsalçılarının əsas məqsədi yüksək keyfiyyətli məhsul istehsal etmək və ən əlverişli qiymətə reallaşdırılmasıdır. Bu baxımdan, meyvələrin yığımdan sonra xüsusi kameralarda saxlanılması, çeşidlənməsi, qablaşdırılması və satışa çıxardılması bir müddət tələb edir ki, bunların hamısı məhsulların rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaq və daha çox gəlir əldə etmək imkanı verir. Modern bağçılıqda intensiv üsulla yetişdirilən məhsullar yığıldıqdan sonra hissə-hissə sonrakı yeddi-səkkiz ayda satılır ki, bu müddətdə meyvələr xüsusi anbarlarda saxlanılmalıdır.

Digər canlılarda olduğu kimi meyvələrin də yaşam müddəti var. Bu müddət dərim ilə başlayır və xarab olana kimi davam edir. Bu zaman baş verən biokimyəvi proseslər onun əhatə olunduğu temperaturdan asılı olur.Yüksək temperatur şəraitində daha sürətli maddələr mübadiləsi gedir ki, nəticədə nəmişlik, vitaminlər və digər üzvi maddələr itirilir. Sadə dillə desək, meyvə daha tez “qocalaraq” yararsız hala düşür. Bu səbəbdən daha uzun müddətə saxlanılacaq meyvələrin yığımdan dərhal sonra soyudulması çox vacibdir. Soyuducuya yerləşdirilmiş meyvənin uzun müddət saxlanılmasını təmin edən ən mühüm proseslər “tənəffüs” və “transpirasiya” prosesləridir (transpirasiya – bitkinin, meyvənin bədənində suyun hərəkəti). Buna görə də ən münbit temperatur rejimi yaradılmalıdır ki, tələb olunan nəmlik, oksigen və karbon dioksidinin optimal konsentrasiyası olsun, hasil olan etilenin çıxarılması təmin olunsun. Bu isə nəzarət olunan qaz mühitinə malik soyuducularda (CA-nəzarətli atmosfer, ultra aşağı oksigen tərkibli ULO-Ultra Low Oxygen) əldə edilir. Oksigenin aşağı olduğu mühitdə isə meyvənin tənəffüs alma intensivliyi kəskin azalır ki, bununla onun daha uzun müddətə daha keyfiyyətli saxlanılması təmin edilir.

“Amoris” MMC öz bağlarından yığdığı məhsullarını 10 min tona qədər tutumu olan kameralara malik ULO sistemli soyuducu anbarda saxlayır “o gözəl meyvələri” dəyərli vətəndaşlarımızın süfrəsinə təqdim edir.

– Azərbaycanda qeyri-neft sektoru olaraq kənd təsərrüfatı məhsullar xarici bazarlara çıxarılmasına xüsusi önəm verilir. Bəs, “Amoris” öz məhsullarını “Made in Azerbaijan” olaraq tanıda bilibmi və hansı xarici bazarlara çıxa bilib?

– Gəlin, qəbul edək və unutmayaq ki, “NEFT”-o qara qızıl da Tanrının bizim ölkəmizə bəxş etdiyi bir nemətdir.Ulu öndərimiz Heydər Əliyevin təbirincə desək, “…neft və qaz bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir.” Bəli, bu gün neft bizim qiymətli sərvətimizdir, amma o tükənəndir. Bu ölkənin tükənməz, əksinə daim artan ən dəyərli sərvəti isə onun qabiliyyətli, bacarıqlı, çalışqan və hər zəhmətə dözümlü cəfakeş insanlarıdır. Bu insanlardan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların ilkin-start kapitallarında neftdən gələn pulların da payı var. Yəni, ölkəyə gələn neft valyutaları ölkə iqtisadiyyatında öz hərəkət zənciri yolunda-pul dövriyyəsində mütləq hər birimizin cibinə girib çıxaraq kapital yığımında bazis rolunu oynaması bir həqiqətdir.

Ölkə başçısı möhtərəm İlham Əliyevin müəyyənləşdirdiyi və bu gün həyata keçirilməkdə olan sosial-iqtisadi inkişaf proqramlarının nəticələri onu deməyə imkan verir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi qətiyyətlə davam etməkdədir. Tədiyyə balansının strukturunda kənd təsərrüfatında istehsal olunan məhsulların ixracından ölkəyə gələn valyuta miqdarının artması da bunu təsdiq edir. Məsələn, yalnız 2016 və 2017-ci illərin müqayisəsi göstərir ki, pomidor ixracının 61% artması ilə ölkəyə əlavə 151 milyon dollar vəsait gəlmişdir. Bu göstəricilər xurma üzrə 32% və ya 91 milyon dollar, albalı-gilas üzrə 44% və ya 23 milyon dollar, alma üzrə 35% və ya 31 milyon dollar olmuşdur. “Amoris” MMC olaraq “BİS” markası ilə bu proseslərdə istehsal etdiyimiz meyvə və tərəvəz məhsulları ilə təmsil olduğumuz üçün qürur hissi keçiririk və dövlətin dəstəyini hər zaman hiss edirik.

Ölkəmizdə istehsal olunan qeyri-neft məhsullarının ixracını stimullaşdırmaq məqsədi ilə birbaşa dövlətin dəstəyi ilə yaradılan və məqsədi bu məhsulları xarici bazarlarda tanıtmaq olan “Made in Azerbaijan” layihəsi sözün əsil mənasında ölkənin bugünkü və gələcək iqtisadi mənafeyi barədə düşünülmüş çox ağıllı bir layihədir.

– Azərbaycan xarici meyvə-tərəvəzçiləri istehsalçılarla rəqabət apara bilirmi?

– Azərbaycan təzə müstəqillik qazandığı illərdə bir neçə ölkədən çox miqdarda meyvə tərəvəz idxal edərdik. “Amoris” firması və onun məhsulları mənim o illərdə xəyalımda yaratdığım bugünkü həqiqətdir və bu işə 25 ildən çox əmək vermiş birisi olaraq mən deyirəm ki, bizim məhsullarımızın keyfiyyəti xarici bazarlarda təqdim olunan məhsullardan üstündür. Bizim məhsullar daim rəqiblərindən seçilir, hətta Rusiyada belə digər məhsullardan baha satılır. Ona görə ki, heç bir hormondan istifadə etmirik, məhsullarımız həm dadlıdır, həm də halaldır.

– “Amoris” məhsullarının neçə faizini xarici bazarlara çıxarır?

“Amoris” məhsullarının 75-80 faizini xarici bazarlara çıxarır. Amma bizim üçün məhsul ixrac etmək nə qədər sərfəli olsa belə daxili bazarın tələbinə görə təmin edilməsinin vacibliyini də diqqətdə saxlayırıq. Axı bizim daxili bazar alıcılarımızla da müqavilələrimiz var. Məhsul qıtlığı yaratsaq günah etmiş olarıq.

– Hazırda məhsulların xarici bazarlarda tanıtımı üçün hansı işlər görürsüz və hansı ölkələrə məhsul satılması planlaşdırılır?

– Əvvəldə də qeyd etdiyimiz kimi bu işdə dövlətin dəstəyini daim hiss edirik. Belə ki, “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu” AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” brendinin Avropa İttifaqı ölkələrində, MDB, körfəz və ərəb ölkələrində beynəlxalq sərgi və yarmarkalarda təbliği ilə bağlı tədbirlər həyata keçirilməkdədir. “BİS” məhsullarının da yer aldığı “Made in Azerbaijan” brendinin təbliğ olunacağı məhsulların təqdimatı üçün mağaza şəbəkələrinə dair araşdırmalar davam edir.

– “Amoris” həm də “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın üzvüdür. Bu ittifaq meyvə-tərəvəzçilərə problemlərinin birgə həllində hansı dəstəyi göstərə bilir?

– Bütün sahələrdə fəaliyyətin koordinasiya olunmasının nə qədər vacib olmasının izaha ehtiyacı yoxdur. Ölkədə kənd təsərrüfatının dinamik inkişafının indiki mərhələsində meyvə və tərəvəz istehsalçıları belə bir əlaqələndirici qurumun vacibliyini hiss etdilər və nəticədə “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiya”sı (“AMTA”) təsis edildi. Sevindirici haldır ki, “Amoris” MMC bu təşəbbüsə ilk qoşulan və onun yaradılmasında yaxından iştirak edən şirkətlərdəndir. Hal-hazırda “AMTA” öz fəaliyyətini yüksək səviyyədə davam etdirir, yaranan problem və həlli vacibiyyət tələb edən məsələlərin yoluna qoyulmasında dövlət və sahibkar arasında əlaqələndirici körpü rolunda çevik nəticələr əldə edir. Vaxtaşırı qeyri-rəsmi mühit ab-havasında keçirilən yığıncaqlardakı söhbətlərin qayəsi iştirakçıların hər birinin həssas mövzusu olduğu üçün diskusiyalar çox canlı və maraqlı olur, uzun müddət unudulmur. “AMTA”-nın göstərdiyi köməkdən bir misal çəkəcəm. Bizim istəyimizlə bu il 23 mart Novruz bayramı günü Rusiya Federasiyasına göndəriləcək malların gömrük və fitosanitar sənədlərinin tərtib və təsdiq edilməsindən ötrü müvafiq orqanların əməkdaşlarının işə çıxmaları üçün lazımi dövlət ünvanlarına müraciət edib müsbət nəticə əldə etmişdirlər.

– Azərbaycana xeyli miqdarda meyvə və tərəvəz konservləri idxal olunur. Bu həm xaricə valyuta axını, həm də tələbat deməkdir. “Amoris”in istehsal etdiyi məhsullardan konservlər buraxmaq kimi planı varmı?

– Artıq “Amoris”in uzun müddətli inkişaf proqramını müəyyən etmişik. Bu baxımdan hələlik konserv istehsalı gündəmdə deyil. Amma yaxın perspektivdə bu məsələyə mütləq qayıdacayıq. Həm də kənd təsərrüfatında istehsal nə qədər şərəfli də olsa bir o qədər də ağırdır, ağrılıdır, risklidir ki, bunların azaldılması bizi daimi düşündürür. Məsələn, düşünürük ki, satış bazarında daralma olsa, ordakı yerimiz bizi sıxsa, manevr üçün nə edək? Bəli, onda konserv istehsal edəcəyik. Digər sahələrində manevr üstünlükləri bilirsizmi nədədir? Ondadır ki, bir dizayner, bir konsturuktor ilə yeni istiqamətdə məhsul çıxardıb istehsal edə bilirlər, məsələn - kompyuter, avtomobil, köynək, ayaqqabı və s. Canlı təbiətlə münasibətdə olmağın, onunla davranmağın isə öz cəhətləri, incəlikləri var. Fikrimizi yekunlaşdırsaq, bu günkü nailiyyətlərimiz daha sonra görəcəyimiz işlərimizin əsası olacaqdır.

– Tanrı hamının köməyi olsun.

 
Açar sözlər: Bəxtiyar Babayev Amoris bağçılıq meyvəçilik meyvə-tərəvəz
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (317)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (258)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (222)
+ Hüquq xidmətləri (371)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (256)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (342)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (211)
+ Kurslar və Təlimlər (173)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (215)
+ Mebel və interyer (295)
+ Mətbuat (164)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (250)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (235)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (292)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (296)
+ Tikinti və landşaft (570)
+ Tikinti, tədarük (253)
+ Topdansatış ticarəti (139)
+ Turizm və istirahət (384)
+ Təhlükəsizlik və mühafizə (128)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (120)
+ Xidmətlər (289)
+ Xüsusi avadanlıq (175)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.