az / ru
 
     
 
Ana səhifə > Biznes > Biznes

Polad Əlişov: “İstəyirik ki, boya deyəndə yalnız “FAB” yada düşsün”

16.03.2018 | Rahim Tarıverdiyev

Azərbaycanın boya sənayesində özünəməxsus yeri olan “FAB” fəaliyyətini genişləndirməkdə davam edir. Şirkət yeni istehsal sahələri ilə məhsullarının çeşidlərini artırır. 2018-ci ilə yeni “Beyaz Alçı” fabrikinin açılışı ilə başlayan “FAB” yeni məhsullarla ixrac potensialını daha da genişləndirməyi planlaşdırır.

FAB Boya və Kimya Sənayesi MMC-nin yeni “Beyaz Alçı” zavodunun  satış müdiri Polad Əlişov yeni zavodun fəaliyyəti, istehsal edilən məhsullar və onların ixrac imkanları ilə bağlı oxucularına məlumat verdi.

– Polad bəy, hazırda FAB-ın fəaliyyəti nədən ibarətdir və hansı məhsullar istehsal edilir?

– Şirkətimiz ilk olaraq boya məhsulları istehsalına başlamış, bu kateqoriyadan su əsaslı, sintetik, sellülozik boya məhsulları və həllediciləri istehsal edib. Müəssisəmizdə 2006 –cı ildən Almaniya layihəsi əsasında müasir tələblərə cavab verən «Polimerlər» fabriki fəaliyyətə başlayıb. Bu istehsal sahəsində PVA əsaslı müxtəlif yapışdırıcılar, akrilik bağlayıcılar və s. məhsullar istehsal edilir. 2012 – ci ildə isə mövcud fabriklər sırasına tam avtomatlaşdırılmış və Avropanın qabaqcıl ölkələrinin istehsalı olan avadanlıqlarla təchiz olunmuş «FABKİM» Kafel və Metlax yapışdırıcıları və «HİLLFAN» plastik məhsullar fabrikləri də əlavə olunub. Bundan əlavə, “FAB Boya” bir sıra xırdavat məhsulları, yəni slikon tapançası,açar altlıqları, avtomat qutuları, “oboy-şpaker”, boyaçı qabı və s. istehsal edir. «HİLLFAN» boru zavodunun istehsalı olan plastik su və kanalizasiya boruları artıq Azərbaycanda tam məşhurlaşıb. Bu borulara 50 il zəmanət verilir. Ona görə də yerli bazarda ən kefiyyətli borular hesab edilir və iki ildir ki, rəqabətə girə bilib.

– Plastik boruları yerli bazarda istehsal edən digər şirkətlər də var. “FAB Boya” rəqiblərindən nə ilə seçilir?

– Biz hər zaman kefiyyətimizlə öndəyik. Yəni, çalışırıq ki, istehsal etdiyimiz boyadan tutmuş yeni “Bəyaz Alçı” gipslərinə qədər bütün məhsullarda işimizi kefiyyət üzərində quraq.

– Son iki ildə tikinti sektorunda baş verən proseslər “FAB Boya” şirkətinin fəaliyyətinə necə təsir göstərib?

– 2016-2017-ci illərdə nəinki Azərbaycanda, ölkəmizinin hüdudlarından kənarda belə qlobal iqtisadi problemlər, krizis müşahidə olundu. Amma buna baxmayaraq 2017-ci ildə də “FAB Boya” olaraq öz fəaliyyətimizi uğurla davam etdirə bildik. Həm ölkə rəhbərinin iqtisadiyyatımıza, yerli sahibkarlara verdiyi dəstəyə görə, həm də “FAB Boya” şirkətinin rəhbərliyinin atdığı humanist addımlar nəticəsində 2017-ci ildə də uğurlarımız olub. Məsələn, 2016-2017-ci illərdə yeni fabrikimizin layihəsini hazırlayıb bitirdik və 2018-ci ildən artıq bu fabrikimiz də fəaliyyətə başladı.

– “FAB Boya”nın yeni fabrikinin fəaliyyəti nədən ibarətdir və hansı məhsullar istehsal edilir?

– 2018-ci ilin yanvar ayından yeni “Bəyaz alçı” fabriki fəaliyyətə başlayıb. Fabrikdə kartonpiyer, gips və alçı məhsulları istehsalına başlanılıb. Eyni zamanda istehsal edilən məhsulların çeşidləri də artırılıb. Məsələn, üzlük, astar, dirək astar və pudra gips məhsulları istehsal edilir. Önəmli məsələlərdən biri odur ki, yeni zavod üçün yerli xammaldan istifadə edilir. Xammal Goranboy rayonundan gətirilir. Yəni, “Bəyaz alçı” tam yerli məhsullardır.

– “FAB Boya” həm də yeni iş yerlərinin açılmasında mühüm rol oynayır. Yeni zavodda nə qədər işçi çalışır?

– “Bəyaz alçı” zavodunda istehsaldan tutmuş məhsulların daşınmasına qədər bütün sahələr üzrə 50-yə yaxın işçi çalışır. Satış sahəsinə rəhbərlik etdiyim üçün deyə bilərəm ki, burada 15 işçi satış fəaliyyətini idarə edir. Ümumilikdə isə şirkətimizdə 700-dən çox işçi fəaliyyət göstərir. Bu da 700 ailəyə xidmət etmək deməkdir. Yəni, “FAB Boya” yeni iş yerlərinin açılması ilə də ölkə iqtisadiyyatına töhvə verməyə çalışır. Maraqlı bir faktı qeyd etmək istəyirəm. Bir çox şirkətlərin işçilərini ixtisara saldığı 2015-2016-cı illərdə “FAB Boya” zərərlə işləsə də buna getmədi. Ona görə də hər bir işçi “FAB Boya”ya sadəcə iş yeri kimi deyil, öz şirkəti kimi yanaşır.   

– İstehsal prosesindən əvvəl bazar araşdırması aparılır və tələbat həcmi müəyyənləşdirilir. “Bəyaz alçı”nın istehsal həcmi bazarın tələbatını qarşılaya bilirmi? 

– Ölkəmizdə hazırda tikinti sahəsində böyük işlər gedir. Böyük layihələr icra edilir. Apardığımız araşdırmalar göstərdi ki, alçı və gips məhsullarına yerli bazarda tələbat yüksəkdir. Artıq 3-cü həftədir ki, “Bəyaz alçı” məhsullarının satışına başlanılıb və bazarda kifayət qədər tələbat var.  Bundan əlavə, təkcə yerli bazarla kifayətlənmək fikrində deyilik, yeni məhsullarımızı xarici bazara da çıxarmağı nəzərdə tutmuşuq.  

– Qeyri-neft sektorunun inkişafı baxımından yerli brendlər “Made in Azerbaijan” adı altında xarici bazarlara çıxmağa çalışırlar. “FAB Boya”  xarici bazarlara çıxmaq üçün hansı işlər görür?

– Xaricdən idxal edilən məhsullardan aslı olmamaq üçün artıq ölkəmizdə istehsala üstünlük veririk. Təbii ki, istehsal etdiyimiz məhsulları da xarici bazara çıxarmağı düşünürük. Artıq ixracla bağlı təcrübəmiz var. Bir müddət əvvəl Qazaxıstana boyaların satışını həyata keçirmişik. İndi isə bütün məhsulları xarici bazara çıxarmağı planlaşdırıq. Söhbət plastik borular, PVA əsaslı yapışdırıcılar, alçı və gips məhsullarından gedir. Bu istiqamətdə danışıqlar davam etdirilir. Yaxın gələcəkdə MDB ölkələrinə – Qazaxıstan, Özbəkistan, Rusiya bazarına, eyni zamanda Afrika ölkələrinə “FAB Boya” məhsullarını çıxaracağıq. Hazırda satışlarımızın böyük hissəsi yerli bazarın payına düşür, 1% civarında isə xarici bazarlara ixrac həyata keçirilir.Bu istiqamətdə də bazar payımızı artırmağı düşünürük.

– Ötən ilin sonundan etibarən bəzi yerli tikinti sektoru üzrə brendlər qiymətləri artırmağa başladılar. FAB-da qiymətlər necə tənzimlənir və artım oldumu? Ümumiyyətlə qiymətlərə təsir edən xarici amillər varmı?

– Azərbaycanda istehsal olunan tikinti materiallarının xammalının böyük hissəsi xaricdən gətirildiyi üçün bu, istər-istəməz qiymətlərə təsir edir. Xammalın xaricdən gətirilməsinin əsas səbəbi də Azərbaycanda xammalın olmamasıdır. Xammalın valyuta ilə alınmasına baxmayaraq, 2016-2017-ci illərdə belə çalışmışıq ki, bu, istehsal etdiyimiz məhsulların qiymətlərinə bir o qədər təsir etməsin. Belə ki, “FAB Boya”nın istehsal sahəsində istifadə etdiyi avadanlıqlar Almaniya, İtaliya və  İngiltərədən gətirilən ən müasir texnoloji avadanlıqlardır. Bu avadanlıqlar istehsal həcmini daha yüksək tutaraq xərcləri azaltmağa və ümumi xərclərimizi stabil saxlamağa imkan verir. Biz də bundan istifadə edərək çalışmışıq ki, müştərilər narazı qalmasın. Ötən ilin son aylarını nəzərə alsaq, “FAB Boya” məhsullarının qiymətində hər hansı artım olmayıb.

– “FAB Boya” müştərilərlə iş prosesini necə qurur və satışları artırmaq üçün hansı işlər görür?

– Qazaxa, Lənkərana, Qubaya və ölkənin digər ən ucqar nöqtələrinə məhsullarımızı topdan satış qiymətinə çatdırırıq. Çatdırılma xidməti də pulsuzdur. Bizim satış təmsilçilərimiz mütəmadi olaraq müştərilərlə görüşür. Onlar müştərilərin sifarişlərini qəbul etməklə yanaşı, təklif və iradlarını da dinləyirlər. Yəni, çalışırıq ki, hər bir addımda müştəri məmnuniyyətini qazana bilək. Bundan əlavə, “FAB Boya” Sədərək Ticarət Mərkəzi, 8-ci kilometr bazarı, “Eurohome” tikinti materialları bazarı və bölgələrdə bütün tikinti bazarları ilə əməkdaşlıq edir. Korporativ müştərilərə isə individual yanaşma tətbiq edilir.

O cümlədən, satışları artırmaq üçün  müştərilərə yönəlik müxtəlif kampaniyalar həyata keçiririk. Məsələn, hazırda belə bir kampaniyamız var. 100 kisə alçı alan müştərimizə 22 kisə hədiyyə edirik. Bundan əlavə, ustalara yönəlik yeni kampaniyaya başlamışıq. Belə ki, hər bir alçı kisəsinin içində dəyəri 20-50 qəpik olan kuponlar var. Bu kuponları toplayıb bizə təhvil verən ustalara pul mükafatı veririk. 150 kupon təhvil verən usta 50 manat, 400 kupon yığan ustaya 150 manat, 3000 kupon yığan usta isə  “FAB Boya”dan 1500 manat pul mükafatı qazanmış olur. Məqsəd ondan ibarətdir ki, məhsulumuz kefiyyətlidirsə, bundan ustalar həm istifadə etsin, həm də əlavə pul qazanmış olsunlar.

– 2018-ci ildə FAB başqa hansı yenilikləri planlaşdırır?

– Planlarımız əsasən ciddi şəkildə rəqabətə girib, eyni zamanda müştərilərimizin məmnuniyyətini qazanmaqla satışlarımızı artırmaqdır. Bizim bir amalımız var, o da hər zaman birinci olmaqdır. Bu kefiyyətdə də belə olmalıdır. Hər şeyi pul qazanmaq üçün deyil, işimizi sevdiyimiz üçün edirik. İstəyirik ki, boya deyəndə, müştərinin gözündə yalnız “FAB” canlansın. Yaxud bir yer ağaracaqsa, bu “bəyaz alçı” ilə olsun.

– Maraqlı müsahibə üçün təşəkkür edir və fəaliyyətinizdə uğurlar arzulayırıq. 

 
Açar sözlər: FAB Beyaz Alçı Polad Əlişov
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (230)
+ Avtomobillər (309)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (127)
+ Daşınmaz əmlak (244)
+ Ev və ofis üçün mallar (141)
+ Geyim (318)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (71)
+ Hotels (215)
+ Hüquq xidmətləri (357)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (256)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (334)
+ İstirahət və əyləncə (245)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (172)
+ Kənd təsərrüfatı (89)
+ Mağazalar (214)
+ Mebel və interyer (290)
+ Mətbuat (162)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (245)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (216)
+ Reklam və ictimai əlaqələr (225)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (282)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (290)
+ Tikinti və landşaft (559)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (372)
+ Təhlükəsizlik və mühafizə (117)
+ Təmir xidmətləri (99)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (115)
+ Xidmətlər (284)
+ Xüsusi avadanlıq (171)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.