az / ru
 
     
 
Ana səhifə > Biznes > Biznes

Kаmaləddin Mənsimov: “Astron” daha qənaətli və keyfiyyətlidir

21.12.2017 | İ. Abdullayeva

“NABUCCO ARCHITECTURE AND CONSTRUCTION” MMC şirkəti Azərbaycan Respublikasının bütün ərazisində “Lindab Buildings” qrupuna daxil olan “Astron” şirkətinin rəsmi və eksklüziv distribütorudur. İsveç şirkəti “Lindab Buildings” üç istiqamətdə fəaliyyət göstərir: vеntilasiya sistemi, tamkomplektli polad binalar, inşaat komponentləri. “NABUCCO A&C” “Lindab Buildings” qrupuna daxil olan “Astron” şirkətini təmsil edərək, tamkomplektli germetik polad binaların layihələndirilməsini, istehsalını və quraşdırılmasını həyata keçirir.

Müsahibimiz şirkətin baş direktoru Kamaləddin Mənsimovdur.

– “Nabucco A&C” şirkəti 2009-cu ildən Azərbaycan bazarında fəaliyyət göstərir. Ötən dövrdən keçən illər ərzində ölkədə tikinti bumunun, həm də sükutunun şahidi olduq. Hazırda bazarda hansı təyinatlı tikinti layihələrinə üstünlük verilir?

– İndi ölkəmizdə sənaye, anbar və kommersiya təyinatlı binaların tikintisi daha çoxdur. O vaxt isə yaşayış, infrastruktur xarakterli inşaat işləri üstünlük təşkil edirdi. Bildiyiniz kimi, Azərbaycanda iqtisadiyyatın inkişafına xüsusi diqqət ayrılıb və ölkədə sahibkarlığın güclənməsi naminə atılan addımlar insanları yeni istehsal sahələri yaratmağa həvəsləndirib. Sahibkarlar daha ürəklə iş qurmağa başlayıblar. İstehsal sahələri, xüsusən də kənd təsərrüfatının emalı müəssisələri üzrə layihələr artır.

– Rayonlarda hansı məhsullar üzrə emal müəssisələri qurulur?

– Meyvə emalı sənayesi, xüsusən də alma, xurma, nar, fındıq emalı zavodları tikilir. Quru meyvə, meyvə şirəsi, cem və s. məhsulların istehsalına çalışırlar. Bakı və Bakı ətrafı rayonlarda anbar və ticarət obyektləri üzrə layihələr üstünlük təşkil edir.

– “Nabucco A&C” şirkəti də həmin müəssisələr üçün “Astron” ilə birlikdə polad binaların quraşdırılmasını həyata keçirir. Bu binalar ənənəvi tikililərdən nə ilə fərqlənir?

– “Astron” Avropa bazarında metal-konstruksiya sahəsində innovasiyaların tətbiqində öndə gedən şirkətdir. Metal konstruksiya istehsal edən zavodlar çoxdur. Lakin onlar ancaq karkas hissələrini hazırlayırlar. Məsələn, sahibkar anbar və ya sənaye binası tikmək istəyir. Bina üçün lazım olan materialların hərəsi bir zavoddan alınıb yığılır. Bu bilirsiz nəyə bənzəyir? Hesab edin ki, avtomobil almaq istəyirsiniz. Müxtəlif yerlərdən avtomobil hissələri alırsınız və özünüz həyətinizdə bir avtomobil yığırsınız. Biri də var ki, Siz lazım olan konfiqurasiyada, texniki parametrlərdə hazır avtomobil sifariş verirsiniz. Həm keyfiyyətli, həm istifadədə uzunömürlü olan və tam şəkildə nöqsansız bir binaya sahib olursnuz. “Astron”un əsas üstünlüyü məhz budur.

– Konstruksiya hansı materialdan yığılır?

– Konstruksiyanı polad materialdan hazırlayırlar. Amma bizim istifadə etdiyimiz poladın tərkibindəki kükürd minimuma endirilib. Ona görə də sınmır, elastikdir və qaynaq olunanda metalı yandırmır, onun keyfiyyətinə zərər vurmur. Texnoloji prosesdən keçməsi də başqalarından fərqlənir. Yəni, digər zavodlarda polad qumlama ilə təmizləndiyi halda, “Astron”da metal diyircəklərlə təmizlənir. Burada keyfiyyətin idarəetmə sistemi İSO 9001-2008 tətbiq edilir. Zavodda beşpilləli nəzarət sistemi quruıub. Texnoloji proses tam avtomatlaşdırılıb və insan əməyi yalnız nəzarətetmə funksiyasından ibarətdir. Hətta konstruksiyanın korroziya əleyhinə rənglənməsi belə xüsusi avadanlıqlarla, avtomatlaşdırılmış halda həyata keçirilir və 80 mikrondan çoxdur.

– Maraqlıdır, bəs dam örtüyündə necə və hansı fərqlər var?

– Bu işlə məşğul olanlar yaxşı bilir ki, binalarda karkasdan başqa atmalardan istifadə olunur. Bunu həm divarda, həm də dam örtüyündə sendviç panelləri quraşdırmaq üçün edirlər. Atmalar kimi şveller və ya qutu profillərdən istifadəyə üstünlük verirlər, lakin bu çox ağırdır və binanın yüklənməsini artırır. “Astron” fərqli seçim yolu verir. Belə ki, biz soyuq əyilmiş və qalaylanmış polad “Z” profillərdən istifadə edirik. Onun çəkisi isə çox yüngüldür və heç bir əyilmə baş vermir. Binalarımızda sendviç panellərdən istifadə isə qadağan olunub. “Astron”un İsveçdə elmi-tədqiqat institutu var. Bu institutun apardığı araşdırmalar nəticəsində şirkət istehsal etdiyi sendviç panellərini bazarda satsa da, öz binalarında istifadə etməyə icazə vermir. Çünki sendviç panellər tez sıradan çıxır, şurupların dibi tez boşalır, getdikcə aralarında yaranan boşluqlar su və hava keçməsi ilə nəticələnir. Belə binalar istifadəyə veriləndən sonra elə bir hal yoxdur ki, problem yaşanmasın. Tez-tez rəngi dəyişir, daxilə su sızması baş verir və s. Binanın istifadə dövrü yarana biləcək problemlər layihələndirmə zamanı aradan qaldırılır. İstifadə dövrü təmir xərcləri yaranmır.

– Yəqin ki, istiliyə, elektrik enerjisinə qənaət rejimi də yüksəkdir...

– Bizim konstruksiya yüngül poladdan olduğu üçün bunun sayəsində torpaq və bünövrə işlərində 24-25% qənaət olunur. Konstruksiyada sərbəst aşırım -100 metr, sütunların addımları isə 12 metrə qədər dəyişir. Sütunların sayı azdırsa, deməli orada torpaq işləri, beton az istifadə olunacaq. Həmçinin bu tikililərdə divar sistemi və dam örtüyü xüsusi paraizolyasiyadan istifadə olunur və buna görə də “Astron” binalarında elektrik enerjisinə 27% qənaət edilir. Panellər gözəl dizayna malikdir və rəngini dəyişmir. Biz bu materiallarla binaya 20 il zəmanət veririk.

– Dam örtüyü germetikdirmi? Yəni onun istiliyi qoruması, günəş şüalarını keçiriciliyi məlumdurmu?

– Bu binaların dam örtüklərində şrup istifadə edilmir. Bu sistem “LMR-600” adlanır. Dam örtüyü germetikdir, istidən və soyuqdan 8 sm genişlənib yığılmaq funksiyasına malikdir. “Üzən dam örtüyü sistemi” adlandırılan belə dam örtüyü tikilmə üsulu ilə bir-birinə bağlanır. Düşən günəş şüalarının 80 faizini geri qaytarır. Dam örtüyü 550 marka, qalınlığı 0,07 olan poladdan hazırlanır. “Alusink” deyilən boya ilə rənglənir. Bu boyalar heç vaxt paslanmır və şüaları geri qaytarır. Nəticədə çöldə 50 dərəcə isti olsa belə, bizim binalarımızın daxili sərindir. Soyuqda da eynilə, binanın daxilində temperatur normal olur.

– Deməli, “Nabucco A&C” şirkəti binanı hazır şəkildə təqdim edir. Bu zaman binanın içində bölgü aparmaq narahatlıq yaratmır ki?

– Xeyr, heç bir narahatlıqdan söhbət gedə bilməz. Sifarişçi öz istəyinə uyğun olaraq, binanın daxilində bölgü apara və onun təyinatını müəyyənləşdirə bilər. Artıq tikilini ofis, anbar, istehsalat sahəsi kimi istifadə etmək arzusu istifadəçinin öz seçimidir.

– Layihəni distribütor olaraq Siz həyata keçirirsiniz. Təsdiqlənmədən sonra istehsal prosesi üçün zavoda göndərdiyiniz vaxtdan nə qədər müddətə sifarişçi binanı təhvil ala bilir?

– Layihələndirmədən əvvəl dəqiq qiymət verilir və layihə dəyişməzsə qiymət dəyişmir. Sifarişcinin verdiyi texniki tapşırıq əsasında müqavilə bağlandıqdan sonra 1 ay layihələndirmə, 1 ay istehsal və 3-cü ay çatdırılma olur. Layihənin həcmindən asılı olaraq quraşdırma 1 – 2 ay çəkir. Bütün bu proseslər ən yeni innovasiyaların tətbiqi ilə həyata keçirilir.

– Maraqlı layihələrinizdən bir neçəsini qeyd edə bilərsinizmi?

– 2017-ci ildə şirkət Khizi Hotel və Kingsmart Lokbatan layihələrini uğurla həyata keçirdi. Qubada meyvə emalı zavodunun inşasına artıq start vermişik. Şirkət Azərbaycanda ilk dəfə LMR600 – hərəkətli qatlama dam örtüyü sistemini Khizi Hotel layihəsində istifadə etdi və yüksək nəticələr əldə edərək müştərilər tərəfindən müsbət qarşılandı. Bu sistem Lökbatanda yerləşən Kingsmart layihəsində, Quba meyvə emalı zavodu layihəsində və Araz market layihəsində tədbiq olunub.

– Maraqlı müsahibəyə görə təşəkkür edirik.

 
Açar sözlər: Kаmaləddin Mənsimov Astron vеntilasiya sistemi tamkomplektli polad binalar inşaat komponentləri
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (313)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (252)
+ Ev və ofis üçün mallar (141)
+ Geyim (318)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (71)
+ Hotels (216)
+ Hüquq xidmətləri (364)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (256)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (337)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (207)
+ Kurslar və Təlimlər (173)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (214)
+ Mebel və interyer (294)
+ Mətbuat (164)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (245)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (216)
+ Reklam və ictimai əlaqələr (232)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (283)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (294)
+ Tikinti və landşaft (570)
+ Tikinti, tədarük (251)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (380)
+ Təhlükəsizlik və mühafizə (124)
+ Təmir xidmətləri (101)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (120)
+ Xidmətlər (286)
+ Xüsusi avadanlıq (173)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.