az / ru
 
     
 
Ana səhifə > Biznes > Biznes

“FƏXRƏDDİN-K” kərpic zavodları qrupu

20.10.2017

Azərbaycanın tikinti materialları sahəsində tanınmış şirkətlərindən biri “FƏXRƏDDİN-K” Məhdud Məsuliyyətli Cəmiyyətidir. “FƏXRƏDDİN - K” ölkənin tikinti-inşaat sektorunu yüksək keyfiyyətli kərpic məhsulları ilə təmin edir. Şirkətin Azərbaycanın bir neçə bölgəsində kərpic zavodları fəaliyyət göstərir. İlk dəfə olaraq 1983-cü ildən Masallı rayonunda işə başlayan şirkət Fəxrəddin Əlisa oğlu Baxışovun rəhbərliyi dövründə inkişaf etmiş və zavodlar qrupu şəbəkəsinə çevrilmişdir. 1983-1991-ci illərdə dövlət sifarişi ilə 14 kərpic zavodu tikilmiş, 4 kərpic zavodunun isə tunel sobası quraşdırılmışdır.

Hazırda şirkətə məxsus zavodlarda 300 növdən artıq inşaat kərpicləri və dam örtükləri üçün kirəmitlər istehsal olunur. Bu məhsullara aiddir:

Müxtəlif ölçülərdə Blok kərpiclər
Binaların fasadı üçün üzlük kərpiclər
Arakəsmələr üçün kərpiclər
Adi kərpiclər
Klassik üslubda olan kərpiclər
Dam örtükləri üçün kirəmitlər
Mərtəbə arası tavan kərpicləri

“FƏXRƏDDİN-K” regionlarda tikilən, Normativ Texniki Sənədlərə tam şəkildə uyğun olaraq QOST 530-95 standartına əsaslanan bir neçə kərpic zavodlarını özündə birləşdirir:

Masallı kərpic zavodu

Alman texnologiyasına əsaslanır və yeni istehsal xəttində “Keller” və kərpiclərin bişirilməsi üçün “Hofman” tipli yeni sobalar quraşdırılmışdır. Bundan başqa, zavod 3 kəsmə xətti və qurutma kameraları ilə təchiz edilmişdir. Ümumi sahəsi 10 ha olan zavod 6 əsas sexdən ibarətdir. Zavodun layihə üzrə gücü 30 mln. ədəd kərpic istehsal etməkdən ibarətdir. Bakının 240 kilometrliyində yerləşən zavodda 81 nəfər işçi çalışır.

Xırdalan kərpic zavodu

ərazisi 5.5 ha, işçilərinin sayı 50 nəfər, istehsal gücü isə AZS 212-2006 standartına uyğun 60 mln.ədəd kərpic istehsalından ibarətdir. Zavod bütünlüklə Alman texnologiyası ilə fəaliyyət göstərir və tam şəkildə avtomatlaşdırılmış idarəetmə sisteminə əsaslanır. İstehsal prosesi sahəsi 12000 m²-dən ibarət olan qapalı binada yerinə yetirilir. Hazırda Qafqazda heç bir analoqu olmayan bu zavod Almaniyanın Lingle, Feuerungsanlagen və Handle, Çexiyanın Kontar Plus, Vilian və Aveld şirkətlərinin istehsalı olan avadanlıqları və layihəsi üzrə yaradılmışdır.

İsmayıllı kərpic zavodu

Məhsul istehsalına 2005-ci ildən başlamışdır. Zavodun layihə üzrə gücü 8 mln. ədəd kərpic istehsalından ibarətdir. Ərazisi 2 ha, işçilərinin sayı isə 32 nəfərdir. Zavod Bakıdan 200 km aralı məsafədə yerləşir.

Gəncə kərpic zavodu

Ərazisi 1,2 ha, layihə üzrə istehsal gücü 5, 5 mln. ədəd kərpic istehsalı, işçilərinin sayı 43 nəfərdən ibarətdir. Zavod bütünlüklə alman texnologiyası ilə fəaliyyət göstərir və avtomatlaşdırılmış idarəetmə sisteminə əsaslanan istehsal prosesinə malikdir. 

 
Açar sözlər: FƏXRƏDDİN-K kərpic məhsulları tikinti kərpic zavodu
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (302)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (334)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (233)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (281)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (286)
+ Tikinti və landşaft (544)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (351)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.