az / ru
 
     
 
Ana səhifə > Biznes > Biznes

Azərbaycan və Qafqazda ilk mühərrik yağları brendi - Technol

20.04.2017 | C&B

Azərbaycan və Qafqazda ilk mühərrik yağları stehsalçısı “Technol” cari lin birinci rübündən xaricə mühərrik yağları ixrac etməyi planlaşdırır. Bu il yanvar ayından fəaliyyətə başlayan “Technol”un həmtəsisçisi Cavid Səbzəliyevin Biznesinfo.az saytinda müsahibəsi.

– Cavid müəllim, əvvəlcə belə bir zavodun ideyasının yaranması və işlərin başlanması haqqında bizə məlumat verərdiniz. Bildiyimiz qədər bu, ölkəmizdə mühərrik və sənaye yağları sahəsində ilk zavoddur.

– Xoş gördük. İlk olaraq, məlumat verim ki, “Technol” öz sahəsində nəinki Azərbaycanda, həmçinin Qafqazda ilk modern zavoddur. Zavodumuz bütün növ avtomobil mühərriki, ötürücü qutu və sənaye yağları istehsal edir. Belə bir zavodun yaranması ideyası bir azərbaycanlı olaraq mənəvi haqdan yaranıb. İllərdir neft istehsal edən, dünyada neft məktəbi, akademiyası kimi tanınan ölkəmizdə bu sahənin inkişafı bir iş adamı kimi bizim üçün yeni biznes ideyasından əlavə mənəvi borc məsələsi idi. Dünyada bizim kimi neft sahəsində ixtisaslaşmış ölkələrin bir çoxunda mühərrik və sənaye yağlarını istehsal edən müəssisələr var. Bu səbəbdən digər təsisçilərlə apardığımız müzakirə zamanı bu sahənin ölkəmizdə inkişafı üçün belə bir müəssisənin yaradılmasını vacib bildik.

– “Technol”un ölkə iqtisadiyyatındakı rolunu necə dəyərləndirirsiniz?

– Az öncə qeyd etdiyim kimi “Technol” bu sahədə ilk zavoddur. Bu vaxta qədər ölkəmizə mühərrik və sənaye yağları tamamilə idxal olunub. Bu isə qiymətlərin baha olmasına, istehlakçı tələbatına uyğun müəyyən reqlamentlərlə məhsulların bazara daxil olmamasına səbəb olub. Bu zamana qədər bir çox markalar xarici amillərə görə, Azərbaycan bazarında mövcudluğunu itirməyə məcbur olub. Bütün bunları nəzərə alaraq “Technol”un ölkə iqtisadiyyatında ilk əhəmiyyətli tərəfi möhkəmlənmiş bazar mövqeyinin olmasındadır. Digər tərəfdən ölkəmizdə belə bir müəssisənin işə başlaması müəyyən sayda işçi qüvvəsinin işlə təmin olmasına səbəb olur. Xüsusi vacib nüanslarda biri də ondan ibarətdir ki, biz icxracyönümlü müəssisəyik. Məhsullarımız təkcə Azərbaycanda yox, ən qısa zamanda xarici ölkələrdə satılacaq. Bu isə ölkəyə əlavə maliyyənin daxil olmasına, ölkəmizin ixrac və idxal nisbətində müsbət saldonun artımına səbəb olan amildir. Hər birimiz bilirik ki, müsbət saldo bir ölkənin inkişaf göstəricilərində əsas amillərdən biri sayılır.

– Bir çox istehlakçını düşündürən suallardan biri də təbii ki, keyfiyyət məsələsidir. Səmimi danışsaq, bu sahədə olan durum nədən ibarətdir?

– Bu bizim üçün ən vacib nüanslardan biridir. Bir çox istehlakçılar düşünə bilər ki, yerli istehsal olduğu üçün keyfiyyətdə müəyyən problemlər yarana bilər. Ancaq indi sadalayacağım bəzi nüanslar bunun heç də belə olmadığını göstərir. İlk öncə qeyd edim ki, müəssisəmiz idarəetmə prosesi sahəsində Azərbaycanda İSO 9001 – 2015 standartları ilə fəaliyyət göstərən ilk şirkətlərdəndir. İstehsalat prosesinin idarəolunması tamamilə İSO standartları əsasında aparılır. Bundan başqa istehalat prosesini daha peşəkar etmək üçün biz bu sahədə illərlə təcrübəsi olan, indiyə qədər bu sahədə dünyanın tanınmış markalarında çalışan xarici ölkələrdən kimya mühəndislərini və aparıcı mütəxəssisləri ölkəyə dəvət etmişik. Bu gün istehsalataqədərki mərhələ və yaxında başlayacaq istehsal prosesi tam olaraq həmin şəxslərin nəzarəti ilə beynəlxalq standartlara uyğun aparılır. Bir digər nüans onda ibarətdir ki, məhsulun hazırlaması üçün istifadə olunan kimyəvi qatqılarımızın hər birinə dünyanın tanınmış avtomobil və mühərrik istehsal edən şirkətləri, o cümlədən beynəlxalq avtomobil qurumları tərəfindən təsdiq verilən məhsullardır. Bura Mercedes Benz, BMW, Renault, Volkswagen, Volvo, MAN və s. mühərrik istehsalçıları, Amerika Petrol İnistitu, Avropa Avtomobil İstehsalçıları Birliyi kimi beynəlxalq qurumlar daxildir. Həmçinin qeyd etməyi vacib sayıram ki, istehsalat prosesində istifadə olunan texnologiyalar son standartlara cavab verən İngiltərə, Almaniya və Yaponiya istehsalı olan texniki vəsaitlərdir. Dünyanın məhşur markalarının bir çoxunda olmayan labaratoriyanı biz Azərbaycanda qurmuşuq. Bu isə bizə imkan verir ki, istənilən müştəri şikayətini məhz onun iştirakı ilə labaratoriya şəraitində dəyərləndirək, analiz edək. Bütün bunlar istehlakçıları əmin edə bilər ki, “Technol” məhsulları mühərrik üçün tam təminatlı və keyfiyyətli məhsullardır.

– Zavod ölkədə bu sahəyə olan tələbatın nə qədərini qarşılamaq gücünə malikdir?

– Bu zamana qədər işçilərimiz Azərbaycan və həmçinin qonşu ölkələr üzrə bazar araşdırmaları etdilər. Çünki məqsədimiz tək Azərbaycan bazarında olmaq yox, həm də Azərbaycan markası olaraq dünya bazarına çıxmaqdır. Araşdırmalardan sonra əlimizdə olan istehsalat gücünə əsasən deyə bilərik ki, qısa bir zaman ərzində, zavod tam gücü ilə işə düşdükdən sonra nəinki ölkə tələbatının 100 faizini qarşılaya bilər, hətta digər ölkələrə ixrac edə bilərik. Burada söhbət həm avtomobil mühərrikləri və ötürücü qutular üçün olan yağlardan, həm də sənayə yağlarından gedir.

– Bundan əvvəlki sualların cavabında ixrac məsələsinə toxundunuz. Anladığım qədər yaxın zamanlarda xarici ölkələrə ixrac da nəzərdə tutmusuz. Bu nə zamana planlaşdırılıb?

– Bəli, biz ixracyönümlü şirkətik. Artıq yelri bazarda məhsullarımız satılır. Bundan başqa bu ilin ilin birinci rübündən sonra qonşu Gürcüstan və Mərkəzi Asiya ölkələri olmaqla, bir çox xarici ölkələrə məhsul ixrac etməyi planlaşdırmışıq. Bilirsiz, zavod hazır olduqdan sonra bu bir çoxlarına rahat iş kimi görünə bilər, ancaq bu uzun bir prosesin və böyük zəhmətin nəticəsidir. Buna görə də, bu vaxta qədər bütün gücümüz zavodun işə düşməsi və xüsusən alıcıya keyfiyyətli məhsulu təqdim etməyə yönəlmişdi. Biz buna nail olduq. Az öncə də qeyd etdiyim kimi, tam məsuliyyətlə deyə bilərəm ki, istehsal etdiyimiz məhsul bu gün ən son standartlara cavab verir. Bunu təmin etdiyimiz üçün artıq rahat şəkildə ixrac prosesi üzərində çalışırıq. Qeyd etdiyim ölkələrdə bu sahədə ixtisaslaşan mütəxəssislər və satıcılarla uzun müzakirələr aparırıq və demək olar ki, ilkin nəticələr əldə olunmağa başlayıb. Ümid edirik tez bir zamanda danışıqlar uğurla tamamlanacaq və biz Azərbaycan markası olaraq öz keyfiyyətli məhsulumuzla dünya bazarında tanınmağa başlayacağıq. Bu bizim üçün tək biznes hədəfi deyil, həmçinin ölkəmizin imici və tanınmasıdır.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (304)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (212)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (333)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (84)
+ Mağazalar (214)
+ Mebel və interyer (279)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (235)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (282)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (287)
+ Tikinti və landşaft (546)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (357)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (132)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.