az / ru
 
     
 
Ana səhifə > Biznes > Biznes

Unico - Tam zamanında, yüksək keyfiyyət!

26.10.2016 | İ.Abdullayeva

Azərbaycanda tikinti bumu səngidikcə bu sahədə peşəkarlar və qeyri-peşəkarlar asanlıqla seçilir. Çoxsaylı sifarişlərdən bəhrələnib yalnız yüksək gəlir götürmək naminə çalışaraq inkişaf etməyən şirkətlər indi bazardan gedirlər. Dövlət əhəmiyyətli iri layihələrin icrasında özünü təsdiqləmiş Unico şirkətinin xüsusi dəst-xətti və peşəkar tikinti imici isə ona yeni uğurlar qazandırır. Tikinti prosesinin ən yüksək tələblərinə cavab verən, paytaxtda və eləcə də regionlarda tanınmış tikililərin müəllifi olan Unico bir neçə layihənin icrasını həyata keçirir.  

Şirkətin Marketinq direktoru Seymur Məmmədov bu layihələrin icra vəziyyəti və tikinti sektorunun hazırki durumu ilə bağlı CB jurnalına müsahibə verdi.

– Unico şirkəti Azərbaycanın tikinti sektorunda on ilə yaxındır ki, fəaliyyət göstərir. Etiraf edək ki, son bir ildə tikinti layihələri həm bahalaşıb, həm də sifarişlərin sayı da azalıb. Bu proses şirkətinizin işinə necə təsir göstərib?

– Azərbaycanın tikinti sektorunda son bir ildə həyata keçirilən layihələrin sayı həqiqətən də azalıb. Yəni, 2015-ci ilə qədər xüsusən də paytaxtda gedən tikinti bumu indi səngiyib. Ancaq mühüm sosial əhəmiyyətli binaların tikintisi ilə bağlı iri layihələr qalmaqdadır. Yəni, şirkətimizə daxil olan sifarişlərdə kəmiyyət azlığı baş versə də, keyfiyyət baxımından tikililərimizə tələblərimiz ciddi olaraq qalır. Düzdür, milli valyutanın devalvasiyası nəticəsində xaricdən aldığımız tikinti materialları bahalaşıb, alternativ olaraq yerli materiallardan istifadə edirik, ancaq keyfiyyət amilində biz heç vaxt güzəştə getməmişik. Unico böyük, dövlət əhəmiyyətli layihələrdə iştirak edir və bu tikililərin yüksək şəkildə, müasir dünya standartlarına uyğun şəkildə təhvil verilməsi bizim üçün ən mühüm məsələ olaraq qalır.

– Belə çıxır ki, müəyyən xərclərdə qənaət etmək lazım gəlir. Nədə məsələn?

– İlk növbədə şirkətin gəlirləri azalıb, yəni Unico da digər şirkətlər kimi, iki il əvvəlki gəlirlə işləmir. Şirkət az gəlir götürsə belə, keyfiyyətli inşaat prosesi üçün lazım olan bütün detalları xırdalığına qədər nəzərə alır. Biznes, sosial və ya fərdi xarakter daşısın fərqi yoxdur, tikililər dayanıqlı, davamlı və etibarlı olmalıdır. Bu binalardan vətəndaşlarımız istifadə edəcək, ona görə də keyfiyyətdə qənaətcillik etmək mümkün deyil və hesab edirəm ki, düzgün də deyil. Ən azı ortada insan həyatı, sağlamlığı faktoru var. Unico etibarlı və zəmanətli iş görür, bu belə olub və olacaq da.  

– Maraqlıdır,  ötən il nə qədər tikinti işləri həyata keçirmisiniz və indi hansı layihələr üzərində işləyirsiniz? 

– Təxminən 25-30 min kvadrat metr tikinti işləri aparılıb. Qeyd etdiyim kimi, layihələrin sayı azdır. Bəzən adama elə gəlir ki, Bakıda ümumiyyətlə tikməyə yer qalmayıb. Ancaq şəhərin mərkəzində istismar müddəti ötmüş elə binalar, elə ərazilər var ki, orada mütləq yeni və daha keyfiyyətli tikililərə, geniş abadlıq işlərinə ehtiyac qalmaqdadır. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatı bu böhran şəraitindən tezliklə çıxacaq. Unutmayın ki, tikinti sektoru həm insanların məşğulluq probleminin həllində mühüm rıçak, həm də iqtisadiyyatın təkanverici bir sahəsidir.

– Paytaxt Bakıda və regionlarda çox məşhur tikililərdə Unico-nun iştirakı var. Sifarişlər portfelində dövlət və özəl sektorun payını təxmini olaraq necə müqayisə edərdiniz?

– Həyata keçirdiyimiz layihələr arasında dövlət sifarişlərinin sayı daha çoxdur. Ümumi sifarişləri müqayisə etsək, dövlət sektoru 70%, özəl sektor isə 30 faiz paya sahibdir. Əminliklə deyə bilərəm ki, Unico şirkətinin tikdiyi obyektlərdən hələ heç bir narazılıq olmayıb.

– Hazırda hansı layihələr üzərində işləyirsiniz?

– Əsas iki layihənin icrasını həyata keçiririk. 20 nömrəli orta məktəbin iç-təmir və fasad işləri Unico-ya həvalə olunub. Deyə bilərəm ki, bu məktəb binası bütün parametrlərinə görə digər binalardan fərqlənəcək. O, dizayn üslubu və infrastrukturu ilə Bakıda tam bir Avropa təhsil ocağının nümunəsi olacaq. Hesab edirəm ki, şəhərəmizdəki ən yaxşı  tikililərdən biri kimi qəbul olunacaq. İkinci layihəmiz isə Bona Dia Beynəlxalq Xəstəxanasıdır. Azərbaycanın ən müasir tibb mərkəzlərindən biri olacaq bu xəstəxanada iç-təmir işlərini Unico həyata keçirir.

– Xidmət spektrinə nəzər salsaq, tikinti sahəsində bütün növ xidmətləri təklif edirsiniz, yoxsa xüsusi istiqamətlər üzrə çalışırsınız?

– Tikinti sahəsində tam peşəkar xidmət növlərini təklif edirik. Buraya tikinti sahəsində torpaq qatının öyrənilməsindən tutmuş, layihələndirmə, inşaat və dizayn da daxil olmaqla son tamamlama işləri də daxildir.

– Şirkətiniz üçün maraqlı olan, yenilikləri ilk dəfə tətbiq etdiyiniz layihələrdən hansını qeyd etmək istərdiniz?    

– Bilirsiniz ki, Heydər Əliyev Mərkəzinin interyerində bütün alt konstruksiya və gips-karton işləri Unico şirkətinə həvalə olunmuşdu. Razılaşarsınız ki, tikilinin daxili interyeri də çox fərqli və qeyri-adidir. Layihəyə əsasən, tam dəqiqliklə işlənilən fərqli konstruksiyaların gözəlliyi doğrudan da insanı valeh edir. Su İdman Sarayının tikintisi zamanı onun üzlüyünün şüşə ilə örtülməsi çox maraqlı bir proses idi, həm də çox məsuliyyətli bir layihə idi. Çünki Sarayın təhvil alınmasına yüksək tələblər və standartlar qoyulmuşdu. Xarici ekspertlərin rəyi müsbət oldu və biz bu tikilini də uğurla təhvil verdik. Gəncədə “Nizami Muzeyi”nin tikilməsində də iştirak etmişik. Bu zaman qədim tikililərimizə yeni bir nəfəs verməyə, onun əvvəlki dizaynını qorumağa çalışdıq. Hesab edirəm ki, qarşımızda qoyulan hədəflərə nail olduq. Muzeyin ekstryeri xüsusilə bəyənildi və biz də gördüyümüz işdən qürur duyduq.

– Tikintidə inşaat prosesinin 50 faizi materialların düzgün seçilməsindən asılıdır. Maraqlıdır, material seçimində nəyə üstünlük verirsiniz və yerli bazardan hansı məhsulları alırsınız?

– Çox düzgün qeyd etdiniz, keyfiyyətli material seçimi tikintidə ən mühüm faktorlardan biridir. Əks halda, gözlənilən nəticəni almaq mümkün də deyil. Biz Unico olaraq bu məsələyə xüsusi həssaslıqla yanaşırıq. Çünki material davamsız və yüksək standratlara cavab verməsə, inşaat perosesini nə qədər yaxşı yerinə yetirsəniz belə, həmin görülən iş keyfiyyətsiz olar. Buna görə də biz daxili tikinti işlərində xarici və yerli, sertifikatlaşdırılmış tikinti materiallarına üstünlük veririk. Əlbəttə, bu tikinti işlərinin bahalaşmasına səbəb olur, ancaq yekunda keyfiyyətinə əmin olduğumuz və insanların rahat şəkildə istifadə edə biləcəyi peşəkar tikinti işləri həyata keçirdiyimizdən əminik.

– Yadımdadır ki, əvvəllər ölkəyə böyük xarici tikinti şirkətləri gələndə özləri ilə işçi qüvvəsi də gətirirdilər.  Ancaq burada tam əksini gördülər, çünki kifayət qədər yerli kadrlar vardı. İndi vəziyyət necədir? Yəqin ki, son aylarda xüsusilə işçi bolluğu hiss edirsiniz...

– Axır vaxtlar iş üçün bizə müraciət edənlərin sayı artıb. Bu da yəqin ki, iqtisadi böhran şəraitində iş yerlərinin bəzilərinin bağlanması ilə əlaqədardır. İnsanlar ailələrini saxlamaq üçün çıxış yolu kimi tikinti sektoruna üz tuturlar. Ancaq bəllidir ki, ölkədə tikinti işləri də azalıb. Razıyam ki, azərbaycanlıların canında tikmək, yaratmaq bacarığı var. Amma indiki dövrdə həm də müasir texnologiyaları bilmək, tikintidəki standartları düzgün tətbiq etməyi bacarmaq lazımdır. Qeyd edim ki, artıq işinə bələd olduğumuz daimi müraciət etdiyimiz peşəkar kadrlar var. Biz ilk növbədə həmin insanlarla işləməyə üstünlük veririk. Əlavə işçi qüvvəsinə ehtiyac yarandığı  halda təbii ki, yeni müraciət edənlərin arasından da seçim edərək, işə götürürük. Qeyd etmək istərdim ki, Azərbaycanda tikinti sektorunu kadrla təmin etmək funksiyası daşıyan ali məktəblərimiz var. Həmçinin son illər peşə ixtisası məktəblərinin inkişaf etdirilməsi üçün dövlət mühüm addımlar atır. Müasir tikinti qaydalarını öyrədən bu peşə məktəblərində kadrların yaxşı təcrübə keçməsinə böyük əhəmiyyət verilir.

– Tikintidə təhlükəsizlik xüsusi əhəmiyyət daşıyır. Bunun üçün hansı tədbirləri görürsünüz?

– İşçilərin təhlükəsizliyi bir nömrəli vəzifəmizdir. Çünki söhbət hündür tikililərdə çalışan, riskli işlərdən gedir və insan həyatı adi bir laqeydlikdən, etinasız münasibətdən məhv ola bilər. Tikinti prosesində təhlükəsizlik qaydalarına tam riayət olunur. Həm də bu qaydaların icrası ciddi nəzarətdə saxlanılır. Onları xüsusi işçi geyimləri ilə təmin edir, qidalanmasına və tikinti meydançasında texniki cəhətdən təhlükəsiz iş şəraitinin qurulmasına diqqətlə yanaşırıq. 

– Gələcək planlarınız, hədəfləriniz haqqında nə deyə bilərsiniz?

– Yeni layihələrlə bağlı tenderlərdə iştirak etməyi hədəfləmişik. Və komandamızın təcrübəsinin yüksəlməsinə çalışacağıq. Peşəkar memar və mühəndislərimizi xarici treninqlərə göndərmişik və düşünürəm ki, xarici təcrübənin öyrənilməsi prosesi davam edəcək.

– Maraqlı müsahibsiniz. Təşəkkür edirəm.

– Siz sağ olun.

 
Açar sözlər: UNICO Seymur Məmmədov
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (330)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (219)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (279)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (282)
+ Tikinti və landşaft (543)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (345)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.