az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Biznes

Müştəri məmnuniyyəti şirkət üçün ən böyük qazancdır

03.10.2016 | C&B

“Azərbaycanlılar yüksək təhsil almağa, əlavə xarici dilləri bilməyə böyük önəm verirlər”, müsahibim EF Education First şirkətinin ölkə meneceri Umut Çağatay bu fikirdədir. Lakin təəssüf olsun ki, bu sahədə xidmət  göstərən bəzi agentliklər ya vətəndaşlarımızı aldadırlar və yaxud da ilkin mərhələdə pullarını aldıqdan sonra tələbələrimizi yad ölkələrdə üzləşə biləcəkləri problemlə təkbəətək qoyurlar.

– Umut bəy, EF beynəlxalq bir şirkətdir. Neçə ölkədə çalışırsınız və xidmətləriniz əsasən hansı sahələri əhatə edir?

– EF Education First 1965-ci ildə İsveçdə yaranıb. Zamanla qloballaşaraq özünün məktəblər şəbəkəsini qurub. Hazırda 16 ölkədə bizə aid olan 44 məktəbimiz var. Tələbələrimizə 7 dildə yüksək təhsil  veririk. Xaricdə ali təhsil almaq imkanları yaradırıq. Bunun üçün 50-dən çox ölkədə nümayəndəlik şəklində fəaliyyət göstəririk və xaricdə nüfuzlu ali məktəblərdə oxumaq, mükəmməl dil kursları keçmək üçün insanlara xidmət edirik. Tələbələr ölkə nümayəndəliklərinə  müraciət etdikdə pulsuz şəkildə onlara konsultasiyalar verilir. Menecerlərimiz xaricdəki məktəblərimiz arasında uyğun şərtlər və şəxsin istəyi əsasında seçilmiş təklifləri təqdim edir. Bu təkliflər arasından seçim etmək isə tələbənin hüququdur. EF böyük təcrübəyə malik idarəetmə komandası ilə təhsil sektorunda ən yüksək keyfiyyətli xidmət təqdim edən şirkətlərdən biridir.

Unutmayaq ki, dil, təhsil hər zaman yenilənən bir sferadır, ona görə də bu sahədə çalışanlar daima öz üzərlərində işləməli, hər zaman öyrənməlidirlər. EF-in böyük araşdırma mərkəzləri, tədqiqatçı qrupları var və tədris proqramı heç zaman əvvəlki kimi qalmır, hər il yenilənir. Eyni zamanda EF Education First, Rio Yay Olimpiadasında könüllərin dil təkmilləşdirməsi, Qış olimpiadasında rəsmi dil sponsoru, 2020-ci il Tokio Olimpiadasında rəsmi dil öyrətim sponsorudur.

– Azərbaycanda nə vaxtdan çalı­şırsınız?

– 2013-cü ildə ölkənizdə nümayəndiliyimizi açdıq. Vətəndaşlarınız yüksək səviyyəli təhsilə böyük önəm verirlər. 3 ildə 300-dən yuxarı tələbənin xaricdə keyfiyyətli dil öyrənməsində, bakalavr və magist dərəcəsi üzrə təhsil almasında xidmətlərimiz oldu. 

– Proqramlar hansı müddətləri və kontentləri əhatə edir?

– Biz həm uzunmüddətli, həm də qısa müddətli proqramlar təklif edirik. Qısa müddətli proqramlar tələbələr arasında daha populyardır. Ən çox müraciətlər yaz aylarında olur və tələbələr yay dövründə müddətindən asılı olaraq 1-3 aylıq dil proqramlarına üstünlük verirlər. Uzun müddətli proqramlar isə xaricdə bakalavr və ya magistr təhsili almaq istəyənlər üçün maraqlıdır. Bakalavr və magistr pillələri üzrə azərbaycanlılar arasında İngiltərə və ABŞ universitetləri daha prioritetdir. İngilis dilini öyrənmək, TOEFL, IELTS səviyyəsini keçmək istəyənlər də az deyil.

– EF xidmət səviyyəsində hansı üstünlükləri, özəllikləri qeyd edə bilərsiniz?

– Dünyanın 16 ölkəsində 7 dildə təhsil veririk. Ən böyük fərqimiz odur ki, dili yalnız həmin dildə danışan ölkədə öyrədirik. Yəni, azərbaycanlı tələbə ingilis dilini öyrənmək istəyirsə, tələbənin seçimi ilə onu ingilis dilli ölkələrdən birinə - ABŞ, Kanada, İrlandiya, Malta, Avstraliya, Yeni Zenlandiya və ya Güney Afrikadakı EF məktəblərindən birinə göndəririk. Fransız, ispan, alman və yaxud da yapon dilində də eyni şəkildə. Dili bildiyi haqqında hər bir tələbəyə sertifikat verilir və bu sənəd bütün ölkələrdə tanınır. Hər bir tələbəmizi ilk gündən, təhsilini bitirənədək öz diqqətimizdə saxlayırıq. Ona bütün problemlərini həll etməyə, viza almasına, getdiyi ölkəni tanımasına, kirayə və ya yataqxana məsələlərini həll etməyə kömək edirik. Həm dil öyrənilrilər, həm də yeni bir ölkənin mədəniyyəti, yaşam tərzi ilə tanış olurlar.

Dünyanın ən müfuzlu universitetləri daxil oamaqla 150 ali məktəblə partnorluq sazişlərimiz var. Bizdə hazırlıq proqramından keçdikdən sonra ali məktəbə zəmanətli qəbulu təmin edirik. Xüsusən də başqa məktəblər yalnız öz ali təhsil müəssisələrinə qəbulu bir şərt olaraq qoyduğu halda, bizim hazırlıq keçdiyimiz tələbə hansı universiteti istəyirsə, seçimdə azaddır. Bu onun maddi vəziyyətinə və daxili istəklərinə bağlıdır və biz onun seçimlərini hər hansı formada məhdudlaşdıra bilmərik. Bizim proqramı başa vuran tələbəyə yüz faiz təminat veririk ki, istədiyi ali mktəbə qəbul oluna biləcək.

– Məktəblərinizdə dərs deyənlər kimlərdir?

– EF-də çalışanlar yüksək təhsilli müəllimlərdir. Xüsusi olaraq altından xətt çəkmək istərdim – məhz müəllim. Hesab edirəm ki, bir tələbəni ən yaxşı müəllim öyrədir, çünki onların peşəsi budur. Dil daşıyıcısı olmaq isə başqa anlamdır. Məsələn, İngiltərədə hamı dil daşıyıcısıdır, ancaq hamı ingilis dilini öyrədə bilməz. Düzdür, indi İngiltərədə dil öyrətmək böyük bir biznesə çevrilib, bunların arasında yaxşıları da var,  pisləri də. Təhsildə əsas keyfiyyətdir. EF ən yüksək keyfiyyətli, modern və ən son texnoloji imkanlardan geniş istifadə etməklə bu xidmət sektorunda öz liderliyini qoruyur. EF-in özəlliklərindən biri odur ki, dünyanın 5 ən güclü universitetlərində - Harvard Business School, Kembric, Pekin, Moskva, Tokio universitetlərində dil araşdırma mərkəzlərimiz işləyir. Bu təhsil ocaqlarında bizim tələbələrimiz dil, linqvistika üzrə araşdırmalardan keçirlər. Nəticələrə  əsasən, biz hər il tədris metodologiyamızı yeniləyirik. Dilin dəyişməsi və təkmilləşməsi davamlı bir prosesdir. EF bunları izləyir və öz metodologiyasını mükəmməlləşdirmək üçün sərmayə yatırır.

– Yaş və sosial katiqoriyalar necədir?

– Tələbələrimiz əsasən, 16-24 yaşlı gənclərdir. Xüsusən də subaylar aktivdirlər. Evli gənclər arasında xaricdə təhsil, dil imkanları qazanmaq istəyənlər təəssüf ki, azdır.  Qeyd edim ki, sizin tələbələr dil öyrənmək baxımından daha şanslıdırlar. Orta məktəbi bitirdikdə Rus, İngilis, Azərbaycan dillərini bilirlər. Sonradan isə yalnız dili təkmilləşdirmək zərurəti yaranır. Türkiyədə isə belə deyil. Orta məktəblərimizdə dil tədrisi çox zəifdir. İl ərzində yalnız dil öyrənmək üçün Türkiyədən 1500 tələbə xaricə gedir.

– Azərbaycanlılar daha çox hansı dilləri öyrənməyə həvəs göstərirlər?

– İngilis dilini öyrənmək istəyənlərin sayı daha çoxdur. Deyə bilərəm ki, 85-90% dil seçimində məhz İngilisə üstünlük verir. Eyni zamanda Fransız, İspan, Alman dilinə də maraq böyükdür.

– EF-in xətti ilə xaricdə ali təhsil almaq hansı imkanlar qazandırır?

– Bizim hazırlıq proqramını seçmiş tələbənin xaricdə ali təhsil almaq istəyərkən öz məsləhətçisi var bu məsləhətçi istəyinizə uyğun sizə ən uyğun proqramı seçib təklif edəcək. Azərbaycanda bir yanlış yanaşma var. Mən bir İELTS kursundan keçim, cibimdə bir az pulum olsun, xarici ölkələrdən birində məktəbə girim, xarici diplomum olsun, sonrası asandır. Xeyir, belə deyil. Amerikada 64 min ali təhsil müəssisəsi var, onların arasında heç tanınmayan, prestiji olmayanlar az deyil. Ona görə də sonradan Təhsil Nazirliyinin diplomu tanımaması kimi ciddi problemlər  ortaya çıxır. Tövsiyyə edərdim ki, peşəkarların da məsləhətlərini dinləsinlər. EF sizin üçün pulsuz araşdırma aparır, məqsədlərinizə uyğun seçimlər təklif edir. Xaricə göndərdikdən sonra Sizinlə işimiz bitdi, demirik. Şəbəkəmiz böyük olduğu üçün hər hansı problemə anındaca müdaxilə edib, həllinin tapmasına yardımçı oluruq.

– İkinci ali təhsil, magistr pilləsi üzrə müraciətləriniz varmı?

– Azərbaycanlılar xaricdə təhsilə böyük önəm verirlər. Türkiyə ilə müqayisədə bu maraq daha çox nəzərə çarpır. Xüsusən də magistr pilləsi üzrə xaricə üz tutanlar çoxdur. Eləcə də ali təhsilli gənclər arasında xaricdə tamam başqa sahə üzrə təhsil almaq məqsədilə edilən müraciətlər az deyil.

– Bilirsiniz ki, hazırda dünyada, həm də Azərbaycanda iqtisadi böhran yaşanır. Bu EF-ə müraciətlərin sayının azalamasına təsir göstəribmi?

– İqtisadi vəziyyət əlbəttə, öz rolunu oynayır və ölkənizdə milli valyutanın devalvasiya etməsindən sonra təhsil üçün müraciət edənlərin sayı azalıb. Əvvəllər daha çox maraqlanan vardısa, indi büdcəsinə önəm verib bəzən pul xərcləməkdən vaz keçənlər də olur. Bu danılmaz bir faktdır ki, devalvasiyalar təhsil sektoruna mənfi təsir göstərdi.

Artıq insanlar iqtisadi proseslərə yanaşmada bir dözümlülük nümayiş etdirirlər və psixioloji cəhətdən özlərini toparlaya bildilər. Böhran isə təhsilə daha böyük önəm verildiyi və keyfiyyətli kadrların önə çəkildiyi bir vəziyyətdir. Ona görə də təhsilə marağın daha da artması və insanların öz bilik səviyyələrini yüksəltmələri vacibdir. Bu üzdən bizim də bu sektorda keyfiyyət daşıyıcısı kimi Azərbaycan xalqına faydamız olacaq.

– Rəqabətin həm keyfiyyət, həm də qiymət tərəfi var. Qiymətləriniz rəqabətədavamlıdırmı?

– EF-də 7 ildir ki, işləyirəm, müxtəlif agentliklərin qiymətlərini bilmək, məktəblərini görmək imkanım olub. EF bir Ferraidir deyə bilmərəm, amma EF bir Mercedesdir, fikrini əminliklə söyləyirəm.

– Ən yaxşı feed-back müştəridən gəlir.  Feed-backləriniz necədir?

– Tələbələrimizin 90%-i bizi öz dostlarına tövsiyyə edirlər. Bu, bizim üçün ən böyük göstəricidr. Ümidvaram ki, indiyə qədər aldığımız yaxşı nəticələr davam edəcək. Müştəri məmnuniyyəti hər bir şirkət üçün ən böyük qazancdır.

 
Açar sözlər: Təhsil EF Education First Umut Çağatay
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (332)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (314)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (206)
+ Mebel və interyer (268)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (277)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (326)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (259)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (147)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.