az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Biznes

K-Span texnologiyası təməlindən qənaət prinsipi deməkdir

19.11.2015

Bu il Azərbaycan bazarına dünya standartlarına uyğun yeni bir şirkət - “Archsteel” MMC daxil oldu. Şirkətin baş direktoru Pərvin Rzayev bildirir ki, ölkəmizdə K-Span texnologiyasının tətbiqi sahəsində yeganə olan “Archsteel” MMC arka tipli tikililərin çox qısa bir müddətdə, mobil şəkildə istifadəyə verilməsini həyata keçirir.  

K-Span texnologiyalı tikililərin Azərbaycanda tətbiqi ilə məşğul olmaq qərarı hansı iqtisadi əsaslara söykənir?

K-Span texnologiyası özündə arka tipli tikililərin müasir formada hazırlanması və daha yüksək keyfiyyət, dözümlülük  parametrlərinə malik olması fikirlərini cəmləşdirir. Bu texnologiyanın ölkəmizə gətirilməsi Azərbaycanda sahibkarlığın inkişafı, müasir texnologiyaya çıxış imkanlarının genişlənməsi və xüsusən də dövlətimizin aqrar sahənin inkişafına böyük diqqət ayırmasından qaynaqlanır. Bildiyimiz kimi, cənab prezident 2015-ci ili Azərbaycanda “Aqrar ili” elan edib və bu sahədə öz əməyimizlə biz də sahibkarlara səmərəli xidmətlərimizi təklif etməyi qərara aldıq. Bəllidir ki, sahibkarlıq obyektlərinin tikilib ərsəyə gətirilməsində bu gün tez və daha ucuz başa gələn, davamlı tikililərə ehtiyac böyükdür. K-Span texnologiyalı tikililər çox mobildir, tez bir zamanda hazır olur və çəkilən məsrəflərlə alınan nəticəni müqayisə etsək, çox səmərəlidir, iş adamları üçün ən əlverişli seçim deməkdir.

Bu tip tikililərin hansı özəl xüsusiyyətləri var və əsasən hansı sahələrdə istifadə olunur?

Məlumdur ki, tunellər, körpülər arka tipli tikintilərə aiddir. Bu tikililər uzunömürlüdür və dağılmır. Tarixi abidələrə baxsanız, bu günümüzə gəlib çatanların əksəriyyəti məhz arka tipli tikililərdir.  Bəs fərq nədədir? Köhnə qaydada tikililərdə karkas, ferma, dirəkdən istifadə edilirdisə, K-Span texnologiyalı tikililərdə isə bunlardan heç biri yoxdur, çünki bu yeni texnologiya həmin yükdaşımanı öz üzərinə götürür. Həmçinin böyük qənaət göstəricilərinə malikdir, deyə bilərəm ki, metal sərfiyyatı 30-40 faiz azalır. Bünövrəyə düşən yük təzqiyi də az olduğundan qənaət elə təməldən başlayır. Dam və divar yükü arka vasitəsilə təmələ ötürüldüyündən bütün növ qruntlarda inşa edilməsi mümkündür. Tikililərdə sinklənmiş xüsusi dəmirdən istifadə edilir və bu materialı biz Lüksemburqun “Arcellor Mittall” şirkətindən alırıq. Material Amerikanın ASTM standartlarına tam uyğundur, lüks markalı brenddir. Onun qalınlığı, əyilmə qabiliyyəti, codluğu, markası fərqlidir və dünyada öz sahəsi üzrə lider brend hesab olunur. Sinklənmiş dəmiri xammal şəklində  ölkəmizə gətiririk, qalan istehsalat işləri isə birbaşa sifarişçinin sahəsində həyata keçirilir. Qeyd edim ki, biz tamam şəraitsiz şəkildə, elektrik enerjisi belə mövcud olmayan ərazidə işləyə bilirik, çünki avadanlığın üzərində özünün generatoru var. Birbaşa sifarişçinin gözünün önündə montaj işləri həyata keçirilir. Bu tip obyektlərdən istifadə sahələrinə gəldikdə, kənd təsərrüfatı, idman, inşaat materialları, hərbi təyinatlı tikililər, müxtəlif profilli sexlər, xüsusən mini futbol meydançaları, hovuzların üzərinin bağlanması, taxıl anqarlarının tikilməsində əvəzsizdir. 

Əlbəttə, sadaladığınız nüanslar çox təqdirəlayiqdir. Tikilmə müddəti və xərclərlə bağlı hansı nəticələri açıqlaya bilərsiniz?

Tam peşəkar, xaricdə treninq keçmiş komanda tərəfindən servis xidməti təqdim edirik. Min kvadrat metrlik sahəni beton kəmər hazır olduqdan sonra 7-10 gün ərzində sifarişçiyə təhvil verə bilirik. Heç bir qaynaq, deşmə, bolt, qaykadan istifadə olunmur, lay dəmirləri bir-birinə sıxıb tikilməklə hazırlanır. 1 kavdrat metrə 200-250 kiloqram yükü saxlamaq xarakterinə malikdir. Əsas göstəricilərdən biri budur ki, heç bir aşırımsız, sütünsuz 40 metrə qədər en, 20 metrə qədər hündürlük verə bilirik. Azərbaycanın inşaat sektorunda belə bir texnologiya yoxdur. Üstəlik, işlər mobil olduğundan həmin sahədə həyata keçirildiyindən nəqliyyat xərclərindən də azadsınız.

Bu tikililərin təbiət hadisələrinə, temperatur dəyişikliklərinə davamlılığı  necədir?

K-Span texnologiyasında istifadə olunan dəmir lövhələr qafr şəklində büküldüyü üçün obyektin xarici təsirlərə müqavimətini artırır. Eyni zamanda, heç bir bağlantı aksesuarı, beton istifadə edilmədiyi üçün çatlama, qırılma, qopma kimi problemlər yaşamır. Texnologiyada təbiət hadisələrinə davamlılq parametrləri üzrə yüksək göstəricilərə malikdir, yuyulmaya, sürüşməyə, zəlzələyə və hətta qasırğalara qarşı davamlı bir tikinti növü hesab olunur. Görünür bu səbəddən də əksər dövlətlərdə hərbi təyinatlı anqarların tikintisində  məhz K-Span texnologiyasından istifadə edirlər.

– Hazırda hansı layihələri həyata keçirisiniz?

Fəaliyyətə başladığımız bir neçə ay ərzində istifadəyə verdiyimiz obyektlər əsasən tikinti sektoru ilə bağlı olub. Hazırda isə aqrar sahə ilə bağlı layihəmiz üzərində işlər gedir. Eyni zamanda tikinti sahəsi üzrə daha bir sifarişimiz də var. Qeyd etmək istərdim ki, kənd təsərrüfatı sektorunda fəaliyyət göstərmək planlarımız böyükdür və bununla bağlı icra orqanları ilə əməkaşlıq etməyə çalışırıq. Düşünürəm ki, hazırda bütün dünyada qeydə alınan krizis fonunda büdcəyə qənaət və sahibkarlığın inkişafına dəstək nümayiş etdirildiyi bir vəziyyətdə bizim təkliflərimiz çox səmərəli ola bilər. Bu sahədə səylərimizi artırmağı düşünürük.      

 
Açar sözlər: Archsteel K-Span Pərvin Rzayev
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (223)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (334)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.