az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Biznes

Gözəlliyin adresi dəyişməzdir – İDEAL!

13.11.2015 | Ilhamə XANLARqızı

Parfum seçimində, fərq etməz xanımlar və ya bəylər olsun, keyfiyyətli məhsul və mükəmməl servis düşünəndə ilk növbədə ideal olaraq İDEALı görürlər. Mükəmməllik və kamillik prinsipi əsasında 16 ildir ki, Azərbaycan bazarında irəliləyən bu brend ətrafında son günlər sosial şəbəkələrdə başlanan anti-reklam kampaniyası isə şirkət rəhbərliyinin media və ictimaiyyət nümayəndələrini açıq diskusiyaya dəvət etməsinə səbəb oldu.

İDEAL düzgün fəaliyyətini və şirkətin ünvanına səslənən saxta ətirlərlə bağlı sübutsuz ittihamların absurd olduğunu sərgiləyən sertifikatlarla bağlı məlumat stendlərini,həmçinin həmin brendlərin istehsalçılarının İDEALilə işbirliyinə həsr olunmuş müraciətlərini göstərən video-çarxları nümayiş etdirdi. Beləliklə, İsaDora, PUIG, Esteban, MICALLEF, Collistar, Fruttini brendlərinin istehsalçılarının azərbaycanlı istehlakçılara çağırışları səsləndi. 

İdeal parfum və kosmetika şəbəkəsinin rəhbəri İlqar İsmayılovun şirkətin inkişaf tarixi, müştəri məmnuniyyəti fonunda qazandığı yüksək imicdən dolayı istehlakçılara ünvanlanan təşəkkürləri və savadlı bir iş adamı olaraq,son zamanlar brendə qarşı səslənən sərt ittihamlara cavab olaraq səsləndirdiyi arqumentlər də kifayət qədər kəsərli oldu. Beləliklə əvvəlcə statistikadan başlayaq: 1999-cu ildən bəri milli bir brend kimi fəaliyyətə başlayan İDEAL hazırda 5100 kvadrat metr ərazidə 12 mağazanı əhatə edən ən böyük parfum şəbəkəsidir. Şəbəkədə təqdim olunan 140-dan artıq məşhur brendin əksər hissəsinin rəsmi təmsilçilik hüququ məhz İDEAL-a məxsusdur. Şirkətdə 500-dən çox əməkdaş çalışır və məhsul çeşidləri və keyfiyyətli servis ilk növbədə onun müştərisinə verdiyi yüksək dəyərdən irəli gəlir. Nəticədə bügün parfum və kosmetika bazarının sözsüz lideri olmaqdan fəxr duyan şirkət həm də bu liderliyini qoruyub saxlanılmasının nə qədər çətin və şərəfli olduğunun fərqindədir. İDEAL İtaliyada “İDEAL MAKE UP” kosmetikasını istehsal edir və bu milli brend olaraq Avropa keyfiyyətinə xas bütün parametrlərə malikdir. Üstəlik, dünyaca məşhur M.A.C. brendini Azərbaycana məhz İDEAL gətirib və hazırda Bakıda 4 mağaza ilə fəaliyyət göstərir.    

Müştərilərinə böyük dəyər verən şirkət,“Müştəri fikri bizim üçün önəmlidir”, devizi ilə çalışır. Müştəri yönümlü strategiyası sayəsində bazarın lideri olan İDEAL-ın kommersiya direktoru Vladislav Oleynikin açıqladığı məlumatlara görə, M.A.C. brendinin Azərbaycana gəlməsi İDEAL-ın uğurlarından biridir və M.A.C. Azərbaycan mağazası satış üzrə Moskva şəhərindəki M.A.C. mağazalarından sonra MDB-də 2-ci yeri tutur. İDEAL bu gün dünyanın 4 ən böyük parfum və kosmetika şəbəkəsindən biridir. “Biz öz gücümüzə inanırıq və istərdik ki, Siz də bizə inanasınız və bu məqsədlə MDB-də analoqu olmayan bir proqramı istehlakçılarımızın ixtiyarına veririrk”, deyən kommersiya direktoru layihənin mahiyyətini açıqladı. Beləliklə, bildliyimiz kimi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, kosmetik vasitələr geri qaytarılmayan məhsullar siyahısına aid olsa da, İDEAL müştərilərinə verdiyi dəyəri bir daha vurğulamaq məqsədilə istehlakçı tərəfindən bəyənilməyən məhsulların geri qaytarılmasına imkan yaradan aksiya keçirir. Əgər İDEAL şəbəkəsindən alıb, hətta istifadə olunubsa belə müştəri məmnun qalmasa, bu halda 15 gün ərzində malı geri qaytara bilər. Və təbii ki, geri qaytarmanın səbəbi qeyd olunaraq həmin məhsul dərhal utilizasiya olunur. “Biz öz məhsullarımızın keyfiyyətinə əminik” deyən cənab Oleynik, İDEAL şəbəkəsində satılan bütün məhsulların uyğunluq və sanitar gigiyenik sertifikatlara malik olduğunu vurğuladı. 

Diskusiyanın əsas yadda qalan məqamları isə dünyanın başqa ölkələri ilə müqayisədə Azərbaycanda parfum və kosmetikanın qiymətindəki fərqlər, saxta və keyfiyyətsiz məhsulların şəbəkəyə daxil olma ehtimalları üzrə jurnalistlərin suallarına verilən cavablar oldu. Şəbəkənin rəhbəri cənab İsmayılovun sözlərinə görə, hər bir markanın istehsalçı tərəfindən tövsiyyə olunan qiyməti mövcuddur və bu qiymətlər bir-birindən fərqlənir. Yəni, Azərbaycan bazarındakı dəyişik tariflər məhz istehsalçının yürütdüyü qiymət  siyasətdən asılıdır. Lakin şirkət öz müştərilərini düşünərək bu sahədə daima iş aparır, ələlxüsus da həyata keçirdiyi kampaniyalar çərçivəsində müştərilərinə yararlı olmağa çalışır. Keyfiyyət amilinə gəlincə, məlumdur ki, ən birinci ekspert alıcıdır. Ona görə də şirkət hesab edir ki, İDEAL birbaşa istehsalçıdan aldığı və rəsmi sənədlər əsasında məhsullar təqdim etməsəydi bu qədər alıcı toplaya bilməzdi. “Şəbəkədə 30 mindən artıq ştrix-kod pozisiyası var və bunu saxtalaşdırmaq qeyri-mümkündür”.

Aksiya barədə öz fikirlərini qeyd edən İ.İsmayılov bildirdi ki, bu ilin avqust ayından başlanan aksiya çərçivəsində artıq 45 min AZN dəyərində məhsul utilizasiya olunub. “Müştərini məmnun etmək bizim borcumuzdur”, prinsipi ilə işləyən şəbəkə bu yolla həm də Azərbaycan istehlakçısının şikayətini birbaşa istehsalçıya çatdırmağı düşünür. Media əhlinin növbəti versiyalardan biri kimi məhz istehsalçının Azərbaycan bazarı üçün keyfiyyət parametrlərini aşağı salmasının mümkünlüyünə gəlincə, cənab İsmayılov bu fikri qətiyyətlə inkar edir. “Müştərini dinləmək bizim borcumuzdur və müştəri yönümlü bir şirkət olaraq, aksiyanı keçirməkdə məqsədimiz də budur“, deyən şirkət rəhbəri mağazalar və onun fəaliyyəti ilə bağlı gün ərzində yaranan bütün sualları 970 qaynar xətt nömrəsinə bildirməyi xahiş etdi.

Təbii ki, İDEAL bu ittihamları qanun çərçivəsində həll etməyə hazır olduğunu bəyanladı. Milli bir brend olaraq İDEAL-ı dəstəkləyən ictimaiyyət nümayəndələri, o cümlədən tanınmış şoumen Murad Dadaşov yerli sahibkarları, xüsusən də ölkəmizin rifahı naminə çalışan iş adamlarımızın dəstəklənməsini mühüm hesab etdi. Onun fikrincə, İDEAL-ın müzakirələrə açıq olması faktı belə öz-özlüyündə onun müştərilərinə böyük dəyər verdiyini göstərir: “İDEAL öz adı və mükəmməl xidməti ilə sevgimizi qazanıb. Burada biz zövqlə və gözəlliklə qarşılaşırıq”.

Qeyd edək ki, İDEAL 2016-cı illə bağlı böyük planlar qurub. Şirkət Naxçıvanda, Gənclik Mall və Şüvəlan Parkda açılacaq 3 yeni mağazası ilə bağlı hədəflərini həyata keçirməyə çalışır. Gənclik Mall-da 1510 kv metr sahəni əahtə edəcək İDEAL mağazası MDB-də ən böyük parfum, kosmetika ticarət məkanı olacaq və bugünə qədər Azərbaycanda olmayan daha nüfuzlu brendləri təqdim edəcək. Həmçinin müştərilərə göstərdiyi xidmət səviyyəsini artırmaq və daha da yaxşılaşdırmaq üçün yeni loyallıq sistemlərinin işlənməsinə, satış və servis təlimlərinə geniş yer verəcəkdir.

 

 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (223)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (334)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.