az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Biznes

“GROW GROUP AZERBAIJAN” – isti̇xana bi̇znesi̇ni̇n li̇deri̇di̇r

18.08.2015

Gələcəkdə kənd təsərrüfatının inkişafına yeni proqramlar əlavə ediləcək və biz bu sahəyə maksimum dərəcədə diqqət göstərməliyik. Bu həm təhlükəsizlik, həm iqtisadi, həm də sosial məsələdir. (İlham Əliyev)

Kənd təsərrüfatının ölkəmiz üçün həm iqtisadi, həm sosial, həm də siyasi baxımdan böyük əhəmiyyətini ölkə başçısından yaxşı bilən yoxdur. Buna görə də o, davamlı olaraq bu sahənin inkişafı üçün tədbirlər görür, kənd təsərrüfatını daim diqqət mərkəzində saxlayır.

Belə ki, bu ilin 21-23 may tarixində Bakıda keçirilmiş 9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2015” sərgisində Cənab Prezident iştirak etmişdir. Həmin sərgidə möhtərəm İlham Əliyev o cümlədən, istixanaların inkişafı barədə dəyərli və xoş sözlər demişdir.

İstixanalar – kənd təsərrüfatının flaqmanıdır.

İstixana – aqrar fəaliyyətin müasir forması olmaqla, həmçinin özündə sənaye metodlarını da ehtiva edir. Hazırda bu fəaliyyət sahəsi dünyada geniş yayılmışdır. Belə ki, bəzi ölkələrdə istixanaların tutduğu sahənin cəmi və adambaşına düşən ərazi aşağıdakı kimidir:

Azərbaycanda isə istixanalar təxmini 2000 ha ərazini əhatə edir. Başqa sözlə, 1 mln. əhaliyə cəmi 220 ha sahə düşür. Bu isə o deməkdir ki, inkişaf imkanlarımız və resurslarımız daha böyükdür və bundan yaralanmaq lazımdır. Çünki istixanalar ölkəmizə hərtərəfli fayda verə bilər: iş yerləri, ərzaq təhlükəsizliyi və ixrac gəlirləri. Bunların hər birinin üzərində qısaca dayanaq:

İş yerləri: hər bir fəaliyyət ilk növbədə, iş yerlərinin artması deməkdir. Təbii ki, istixanaların da inkişafı minlərlə vətəndaşımızı işlə, sabit gəlirlə təmin edəcək.

Ərzaq təhlükəsizliyi: istixanalar ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək. Məlumdur ki, müasir dünya həm siyasi, həm də iqtisadi cəhətdən qeyri-sabitdir. Belə məqamda ərzaq təhlükəsizliyi suverenliyimizin əsaslarından biridir. Biz gündəlik qida rasionuna daxil olan ərzaqları özümüz istehsal etməliyik ki, heç kəsdən asılı olmayaq.

Necə ki, məsələn, Rusiya asılıdır. Bu, Rusiyanın Ukrayna ilə konflikti zamanı özünü daha qabarıq büruzə verdi. Belə ki, Qərb dövlətlərinin sanksiyaları Rusiya iqtisadiyyatını çətin vəziyyətə saldı. Səbəb isə məhz odur ki, Rusiya ərzaq təhlükəsizliyini təmin edə bilməyib.

Yeri gəlmişkən, istixanalar Rusiyada çox zəif inkişaf edib. Nəzərə alsaq ki, Rusiya soyuq iqlimə malik bir ölkədir, o istəməsə belə, ərzaq idxalı baxımından həmişə asılı vəziyyətdə olmağa məhkumdur.

İxrac gəlirləri: Rusiya kimi ölkələrlə müqayisədə bizim istixanalar nəinki daxili, həmçinin xarici tələbatı da ödəyərək, ölkəyə külli məbləğdə gəlir gətirə bilər. Rusiya, Belarusiya və Ukrayna ixrac hədəflərimiz üzrə əsas ölkələr ola bilər. Hətta Qazaxıstanı da bu siyahıya əlavə etmək mümkündür, çünki orada istixanalar cəmi 58 ha ərazini tutur. Yəni 1 mln. əhaliyə cəmi 4 ha sahə düşür. Bu isə Rusiyadan da aşağı göstəricidir.

Təhlil göstərir ki, ixrac sahəsində rəqiblərimiz bizdən daha əlverişsiz vəziyyətdədir. Soyuq iqlimə malik olan Avropa ölkələri bir yana, hətta Moskvanın kənd təsərrüfatı məhsullarının 30-40 faizini təmin edən və münasib iqlimə malik olan qardaş Türkiyəni belə biz rəqabət cəhətdən üstələməyə qadirik.

Nümunə kimi pomidoru götürək. 1 ha torpaq sahəsində 9 nəfəri işlə təmin edərək ildə 350 ton pomidor əldə etmək olar. Əvvəlcə daxili tələbata nəzər salaq. Azərbaycanda ildə təxmini 240 min ton pomidor yeyilir. Təbii ki, bu gün pomidorun böyük bir həcmi idxalın payına düşür. Halbuki, istixanalar vasitəsilə nəinki özümüzü, həmçinin digər ölkələri də pomidorla təmin edə bilərik. Cəmi 1000 ha sahəsi olan istixana Azərbaycanın bütün pomidor tələbatını ödəyə bilər, üstəgəl 9 min vətəndaşımız da işlə təmin olunar.

İndi isə gəlin ixrac perspektivlərini araşdıraq. Təkcə Moskva şəhərinin pomidora olan illik tələbatı 600 min tondur. Yəni təxmini 2 min 500 ha istixana Moskvanın da pomidor ehtiyaclarını ödəyə bilər.

Başqa sözlə, 3 min 500 ha sahəsi olan istixana Azərbaycanı və Moskvanı pomidorla tam təmin edə bilər. Amma Rusiyanın bu tərəvəzə olan ehtiyacını yalnız Moskvanın ehtiyacı ilə məhdudlaşdırmaq olmaz və dünyanın ərazi baxımından ən böyük olan bu ölkəsi bizim üçün böyük ixrac imkanları açır. Rusiyadan başqa da pomidora ehtiyacı olan xeyli ölkə var. Tutaq ki, istixanalarımızın ən azı 8000 ha sahəsində pomidor yetişdiriləcək. Bunun 1000 ha sahəsi yalnız daxili tələbata hesablanıb. Yerdə qalan 7 min ha sahədən isə ildə 1 milyon 750 min ton pomidor ixrac etmək olar. Pomidorun 1 kiloqramının qiymətini ən azı 1 manatdan hesablasaq belə, bu ölkəmiz üçün 2 mlrd. manata yaxın illik gəlir deməkdir və bu gəlir son nəticədə istixanaların işçiləri və sahibləri, habelə dövlət, o cümlədən dövlət müəssisələri arasında bölüşdürüləcək.

Biz təkcə pomidoru misal kimi gətirdik. Təbii, digər məhsullar da var və onların da istixanalarda yetişdirilməsi həm dövlətimizin ərzaq təhlükəsizliyini təmin edə, həm də ölkəmizə milyardlarla gəlir gətirə bilər. Bu isə faktiki olaraq, qeyri-neft sektorunun güclü inkişafı deməkdir. Məlumdur ki, Prezidentimizin də məqsədi məhz budur. Allah bizə gözəl torpaq və iqlim, müdrik rəhbər bəxş edib. Bizdən tələb olunan yalnız fərasət göstərib bu fürsətdən istifadə etməkdir!

“GrowGroupAzerbaijan” MMC (GGA)

GGA ölkəmizdə müasir tipli istixana fəaliyyəti ilə məşğul olan ilk və aparıcı şirkətlərdən biridir. GGA-nın fəaliyyəti təkcə istixanaları işlətməkdən ibarət deyil. GGA bu sahədə həmçinin təchizatçı, quraşdırma təminatçısı və məsləhətçidir. Belə ki, hazırda GGA 3 istiqamətdə fəaliyyət göstərir: 1) Bakı İstixana Kombinatı; 2) İstixanaların satışı və quraşdırılması; 3) İstixanaların fəaliyyətinin dəstəklənməsi. Onların hər biri üzərində qısaca dayanaq:

Bakı İstixana Kombinatı. Bu Kombinat GGA-nın fəaliyyətinin başlanğıc nöqtəsidir. 7 hektarlıq ərazidə yerləşən bu istixana kompleksi GGA-nın uğur tarixinin əsasını qoymuş və bizə bu sahədə geniş təcrübə vermişdir. Kombinat holland texnologiyası əsasında yüksək keyfiyyətli, ləzzətli və ən əsası, kimyəvi preparatlardan istifadə olunmadan əldə edilən təbii məhsulların yetişdirilməsi üzrə ixtisaslaşdırılmış bir müəssisədir. Buradakı istixanalarda ilin bütün fəsillərində müxtəlif növ tərəvəz bitkilərinin yetişdirilməsi üçün hər bir şərait yaradılmışdır.

İstixanaların satışı və quraşdırılması. GGA ən yeni standartlara cavab verən, Avropa texnologiyası və avadanlıqları ilə təchiz edilən, tam avtomatlaşdırılmış müasir plastik və şüşə istixana komplekslərinin satışı və quraşdırılması ilə məşğuldur. Bu sahədə 2009-cu ildən etibarən əsas tərəfdaşımız Fransanın “Richel” şirkətidir. 1964-cü ildə əsası qoyulmuş “Richel” müasir istixana komplekslərinin istehsalı üzrə Avropanın lideridir və 80-dən çox ölkədə istixana quraşdırmışdır.

Bu istiqamətdə GGA hazırda aşağıdakı layihələri həyata keçirir: Zirədə 17 hektarlıq istixana ərazisinin quraşdırılması və Şabranda 9 hektarlıq istixana kompleksində yetişdirmə ilə bağlı yardım üçün məsləhət xidmətləri göstərilir. Yaxın vaxtlarda Rusiyanın Kislovodsk şəhərində də 20 hektarlıq yeni istixana tikintisinə başlamağı planlaşdırırıq.

İstixanaların fəaliyyətinin dəstəklənməsi. GGA peşəkar istixana sənayesi üçün təchizatçı, quraşdırma təminatçısı və istixanada avadanlıqların düzgün istifadə edilməsi ilə bağlı məsləhətçidir. Bu sahədə GGA aşağıdakı xidmətləri göstərir: holland aqronomların və texniklərin apardığı seminarların təşkili, texniki xidmət, əkin maşınları, müxtəlif avadanlıqlar, konstruksiya hissələri, suvarma, istilik, havalandırma və nəmləndirmə sistemi, gübrələr, bioloji həşəratlar və arılar, işçilər və qonaqlar üçün xüsusi geyimlərin təchizatı və s.

İstixana sənayesinin inkişafı üçün zəruri tədbirlər.

İstixana sənayesinin genişləndirilməsi ölkəmiz üçün olduqca vacibdir. GGA-nın bu sahədəki uğuru buna əyani sübutdur. Bəs bu sahənin inkişafı üçün hansı tədbirlərin görülməsinə ehtiyac var?

Torpaq. Əvvəla, istixanalar üçün potensial torpaq sahələri müəyyən edilməlidir. Həmin sahələr sahibkarlara mülkiyyət və ya istifadə hüququ ilə verilə bilər. Əsas məsələ bu sahələrin dəqiq müəyyən edilməsi və sahibkarlara sadə, aydın və şəffaf qaydalarla verilməsidir.

Elektrik enerjisi, qaz, su. Ən azı yaxın 10 il ərzində elektrik enerjisi, qaz və su istixanalara güzəştli şərtlərlə satılmalıdır, sonra bazar qiymətlərinə də keçmək mümkündür. Ölkəmizin bunun üçün resursları kifayət qədər böyükdür. Əgər yerli iş adamları, məsələn, qazı bazar dəyəri ilə alacaqsa, birmənalı olaraq dövlət bundan yalnız udacaq, çünki ixracın əlavə xərcləri və riskləri var.

Lakin məsələ yalnız qiymətdə deyil. Məlumdur ki, iş adamları üçün müəssisəyə elektrik xətti, qaz kəməri və su borusu çəkmək heç də asan deyil. Buna görə də sadalanan resursları satan dövlət inhisarçılarının bu prosesi sahibkarın sifarişi əsasında 1 ay ərzində və əvəzsiz olaraq həyata keçirməsi müəyyən edilməlidir. Əvvəl-axır sahibkar da həmin resursların istehlakçısıdır, deməli, satıcı çatdırmanı öz hesabına icra etməlidir.

Gömrük rüsumları. Yerli kənd təsərrüfatına dəstək o cümlədən, düzgün gömrük siyasətini ehtiva edir. Təbii ki, bu siyasət xarici məhsulların idxalı üçün yüksək gömrük rüsumları dərəcəsi, yerli məhsulların ixracı üçün isə ümumiyyətlə rüsum nəzərdə tutmamalıdır. Lakin məsələ yalnız hazır məhsulla bitmir. İstixanada məhsulların yetişdirilməsi üçün xaricdən müəyyən avadanlıq və digər malların alınaraq ölkəyə gətirilməsi də tələb olunur və bu fəaliyyət istiqamətlərində də gömrük güzəştlərinin nəzərdə tutulması labüddür.

Hazırda isə istixanalarda geniş istifadə olunan kokos liflərinin idxalına 15 faizlik, gübrələrin idxalına isə 0,5 faizlik gömrük rüsumu tətbiq edilir. Bu rüsumların ləğvi, yaxud azaldılması istixanaların inkişafına stimul vermiş olardı.

GGA olaraq ölkəmizdə kənd təsərrüfatı sektorunun, xüsusilə istixana sənayesinin inkişafına bundan sonra da töhfəmizi verməyə, bu sahədə bilik və təcrübəmizlə bölüşməyə və möhtərəm Prezidentimizin yürütdüyü siyasətə dəstək olmağa həmişə hazırıq.

İsgəndər Qurbanov

“GrowGroupAzerbaijan” MMC-nin təsisçisi

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.